Məhkəmə qərarları › İş №1(008)-658/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-658/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-658/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cərimə cəzasını tam ödəmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X2 aldadaraq sonuncunu X13 Stansiyasına operator vəzifəsinə düzəltmə adı ilə yalan vədlər verib bunun müqabilində 4000 manatın verilməsinin zəruriliyini bildirib, Zərərçəkmiş şəxs2 10 aprel 2025-ci il tarixdə saat 15.15-də ünvan 4 ünvanda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 2000 manat məbləğində olan pulu özünə məxsus “Kapitalbank" ASC-yə aid olan 4169 7388 2021 4033 nömrəli kart hesabına köçürülməsinə nail olaraq ümumilikdə 2000 manat məbləğində pulu ələ keçirərək X3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadaraq sonuncunun qardaşı arvadı Nərmin Məmmədlini «Yeni Klinika»ya tibb bacısı vəzifəsinə düzəltmə adı ilə yalan vədlər verib bunun müqabilində 3000 manatın verilməsinin zəruriliyini bildirib, Zərərçəkmiş şəxs1 10 aprel 2025-ci il tarixdə saat 16.48-də ünvan 5 ünvanda yerləşən «Psixologiya və Nitq mərkəzi»ndən tanışı Elmira Əlicanovanın kart hesabından 1500 manat məbləğində olan pulu, həmçinin Zərərçəkmiş şəxs1 15 aprel 2025-ci il tarixdə saat 10.31-də həmin ünvandan həmin üsulla özünə məxsus "xxxx" ASC-yə aid olan 4169 7388 2021 4033 nömrəli kart hesabına 500 manat köçürülməsinə nail olaraq ümumilikdə 2000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə təxminən 2024-cü ilin mart ayında tədbilərin birində tanış olmuşdur. Aralarında normal münasibət yaranmışdır. İştirak etdiyi tədbirlərdə ümumi fotoşəkilləri instaqram səhifəsinə yükləyib bununla da Ofelyanın inamını qazanmışdır. Ofelyaya bildirmişdi ki, xeyirxaq işlərlə məşğul olur, işsiz insanları işə düzəltməyə köməklik göstərir və digər yardımları göstərir. Ofelya ona bildirmişdir ki, qardaşının arvadı Nərmin adlı qadın ixtisas üzrə tibb bacısıdır və hazırda işsizdir. O da Ofelyaya demişdir ki, əgər Nərmin tibb bacısıdırsa, onda onu Şəfa stadionun yaxınlığında yerləşən Yeni Klinikaya tibb bacısı kimi işə düzəldə bilər. Ofelyaya demişdir ki, bu işin həlli üçün 3000 manat məbləğində pulun verilməsi lazım olacaq. Həmin pulun bir hissəsi yəni 2000 manat dərhal verilməlidir, Nərmin işə çıxanda isə əlavə olaraq 1000 manatı ödəyər. Ofelya razılaşmışdır və 10 aprel 2025-ci il tarixdə saat 16 radələrində onun istifadəsində olan «Kapital banka» aid olan 4169 7388 2021 4033 saylı kart hesabına 1500 manat məbləğində pulu göndərmişdir. Həmin pulları o öz ehtiyyaclarına xərcləmişdir, Ofelyanı isə aldadıb ona bildirmişdir ki, əlavə olaraq 500 manatıda göndərməlidir ki, o X10 işə düzəldə bilsin. Ofelya ona inandığına görə 15 aprel 2025-ci il tarixdə yenə də onun kart hesabına 500 manat məbləğində pulu göndərmişdir. Bundan əlavə olaraq göstərə bilər ki, o Ofelyanın vasitəsi ilə X8 ilə 2025-ci ilin aprel ayında tanış olmuşdur, Nərmin Şıxıyeva ilə əlaqə saxlayanda o, özünü “Medera” hospitalında tibb bacısı kimi işlədiyini ona bildirib yüksək maaşlı işə düzəlmək istədiyini bildirmişdir. O da onu aldadaraq bildirmişdir ki, onu Bakı şəhəri X5 Yardım mərkəzinə operator vəzifəsinə işə düzəldəcək və aylıq maaşı 1200 manat təşkil edəcək. Bu işin həlli üçün Nərmin Şıxıyevadan 4000 manat məbləğində pulu istəmiş, bildirmişdir ki, pulun bir hissəsini 2000 manatı dərhal ona verməlidir, digər 2000 manatı isə işə çıxandan sonra ödəməli olacaq. Nərmin Şıxıyeva onun şərtlərinə razılaşıb onunla əvvəl görüşmək istəmişdir. 09 aprel 2025- ci il tarixdə o, Nərmin Şıxıyeva ilə birlikdə “Gənclik Mall” ticarət mərkəzində yerləşən «Özsüt» kafesində görüşmüşdür. Onlar bir-birilərini ilk dəfə görmüşlər, Nərminə o yenə də bu şərtləri təkrarlamış və Nərmin ona pul verməyə razılaşmışdır. Səhərisi günü 10 aprel 2025-ci il tarixdə saat 17 radələrində Nərmin onun 4169 7388 2021 4033 saylı kart hesabına 2000 manatı göndərmişdir. 2025ci ilin may ayında Nərmin ona verdiyi 2000 manatı ona qaytarmağa tələb etməyə başladı və ona bildirmişdir ki, pulu ona qaytarmasa onun barəsində polis orqanlarına şikayət edəcək. O 2025-ci ilin iyun ayında Nərminə ondan aldığı 2000 manatı özünə qaytarmışdır, bununla da Nərmin Şıxıyevaya vurduğu maddi ziyanı tam ödəmişdir. Nərminə pulu qaytardığı halda ondan nəyə görə şikayət etməsinin səbəbini bilmir. Zərərçəkmiş şəxs1 da vurduğu 2000 manat məbləğində maddi ziyanı istintaq dövründə ödəmişdir. Etdiyi əməllərinə görə peşmandır. Əməliyyat olunmuşdur. Məhkəmədən səhhətinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, .hal hazırda o, 1 saylı Psixiatrik mərkəzində həkim psixoloq işləyir. Bundan əlavədə o, ünvan 6 ünvanda yerləşən «Psixologiya və Nitq mərkəzi»nin rəhbəridir. Təxminən 2024-cü ilin mart ayında o, işi ilə bağlı keçirilən tədbilərin birində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona özünü «Uğur» inkişaf mərkəzinin müdiri kimi təqdim etmişdir, bildirmişdir ki, mərkəzi şəhid ailələrinə müxtəlif yardımları göstərir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə yenə də bir neçə xeyirxah tədbirlərdə iştirak etmişdilər. Günel ona özünü nüfüzlu və işgüzar xanım kimi təqdim etmişdir, bildirmişdir ki, yüksək əlaqələri var, şəhid ailələrinə köməklik edir, işsiz olanları işlə təmin edir və digər yardımları göstərir. 07 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəsindən onun istifadə etdiyi 050-477- 15-54 saylı votsap nömrəsinə yazıb bildirmişdir ki, ona tibb yardımın çağrı mərkəzinə bacarığlı olan bir qız və bir oğlan lazımdır. Günel ona demişdir ki həmin qızı və oğlanı pul müqabilində işə düzəldə bilər və o maaşı soruşanda Günel ona demişdir ki, aylıq qazancları 1200 manat təşkil edəcək. Günel ona dedi ki həmin işə düzəltmək üçün iki dəfəyədə pul verə bilər. O razılaşdı və Günelin ona bu yazdığını, telefon ekranından skrin edib digər votsap qrupuna tanışlarına köməklik məqsədi ilə göndərmişdir ki, kimin tanışı varsa işlə təmin oluna bilər. Bundan sonra onun yadına düşmüşdür ki, qardaşının arvadı X4 ixtisas üzrə tibb bacısıdır və hazırda işsizdir. Nərminlə bu barədə danışanda Nərmin həmin işə düzəlməyə razılığını vermişdir. Bundan sonra o, Günellə danışıb ona Nərmin barədə dedi və Günel ona dedi ki, əgər Məmmədli Nərmin ixtisas üzrə tibb bacısıdırsa onda onu Şəfa stadionun yaxınlığında yerləşən Yeni Klinikaya işə düzəldə bilər. Günel ona deşmişdir ki, qardaşı arvadı Nərmin Məmmədlini həmin klinikaya tibb bacısı vəzifəsinə 3000 manata düzəldəcək. İlkin olaraq ona 2000 manatı verməlidir, qalan 1000 manatı isə Nərmin Məmmədli işə çıxandan sonra o, ona verər. O, bu şərtlərə razılaşdı və Təqsirləndirilən şəxs ona verdiyi «Kapital banka» aid olan 4169 7388 2021 4033 saylı kart hesabına 10 aprel 2025-ci il tarixdə saat 16.48-də 1500 manatı göndərdi. Həmin pulu o, tanışı Elmira Əlicanovanın kart hesabından Təqsirləndirilən şəxs göndərmişdir. Pulu o, Günelə Elmiranın kart hesabından ünvan 7 ünvanında yerləşən «Psixologiya və Nitq Mərkəzi»ndən göndərmişdir. Kart hesabında pulun göndərilməsi ilə bağlı limiti dolduğuna görə o, Elmiraya nağd 1500 manatı verib ondan xahiş etdi ki, pulu öz kart hesabından Günelə göndərsin. Bundan əlavə olaraq 15 aprel 2025-ci il tarixdə saat 10.31-də o, yenə də işlədiyi Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi 4 ünvanında yerləşən «Psixologiya və Nitq mərkəzi»ndə olan zamanı Elmira Əlicanovaya 500 manat məbləğində pulu verib ondan xahiş etmişdir ki, pulu Günelin kart hesabına göndərsin. Elmira Əlicanovada həmin vaxtı onun yanında “Leobank”ın mobil tətbiqi ilə öz kart hesabından Təqsirləndirilən şəxs ona verdiyi «Kapital banka» aid olan 4169 7388 2021 4033 saylı kart hesabına 500 manat məbləğində pulu göndərmişdir. Təqsirləndirilən şəxs hər iki halda yəni 10 və 15 aprel 2025-ci il tarixlərdə ondan ümumi olaraq 2000 manatı aldığını təsdiq etmişdir. Onu aldadaraq bildirmişdir ki, qısa müddət ərzində yəni mayın 3 qədər olan müddətə qədər qardaşının arvadı Nərmin Məmmədlini “Yeni Klinika”ya tibb bacısı kimi işə düzələcək. 03 may 2025-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayanda Günel ona müxtəlif bəhanələr gətirməyə başlamış və vaxtı uzatmışdır. Bundan sonra onunla tanışı X6 əlaqə saxlamış və ona bildirmişdir ki, Günel onu da aldadıb və onu işə düzəltmək adı ilə ondan 2000 manat məbləğində pulu almışdır. Bundan sonra 26 may 2025-ci il tarixdə o, Nərmin Şıxəliyevə ilə birlikdə 12-ci polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəciyini, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyindən ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018ci ildən etibarən bu günə qədər o, «Medera» hospitalında UZİ operatoru işləmişdir. Həmin işdə aylıq qazancı 360 manat təşkil edir. Zərərçəkmiş şəxs1 onun tanışıdır, o 1 saylı psixtiatrik mərkəzində həkim psixoloq işləyir. O da tibb sahəsində çalışdığına görə onların ümumi votsap qrupları var, həmin qrupda onlar digər kolleqaları ilə əlaqə saxlayırlar. 07 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 votsap qrupuna hansısa qadınla olan yazışmaların skrini göndərib bildirmişdir ki, həmin qadın sonradan adını bildiyi kimi Təqsirləndirilən şəxs tibb yardımın çağrı mərkəzinə bacarıqlı olan bir qız və bir oğlan işçiləri axtarır. Həmin yerlərə vakansiyalar var, aylıq qazanc 1200 manat təşkil edir, işlədiyi “Medera” hospitalında maaşı az olduğuna görə o, həmin iş yerini dəyişmək istədi, və buna görədə Ofelyaya zəng vurub bu işlə maraqlandı, Ofelya ona dedi ki, bu məsələnin dəqiqliyini özü də bilmir və ona Təqsirləndirilən şəxs nömrəsini əlaqə saxlamaq üçün verdi. O da həmin ərəfədə Günelin istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə özünə məxsus olan ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamağa başladı. Günellə o, çox vaxtı votsap vasitəsi ilə əlaqə saxlayırdı. Təqsirləndirilən şəxs ona özünü «Uğur» inkişaf mərkəzinin müdiri kimi təqdim etmişdir, bildirmişdir ki, rəhbər olduğu «Uğur» mərkəzi şəhid ailələrinə müxtəlif yardımları göstərir, özünü nüfüzlu və işgüzar xanım kimi qələmə verirdi, bildirmişdir ki, yüksək əlaqələri var, nəyin ki şəhid ailələrinə, həmçinin işsiz olanları işlə təmin edir və digər yardımları göstərir. Təqsirləndirilən şəxs ilə əlaqə saxlayandan sonra Günel ona dedi ki, onu Bakı şəhəri X5 Yardım mərkəzinə operator vəzifəsinə işə düzəldəcək və buna görə ona 4000 manat məbləğində pulu verməlidir, ilkin olaraq ona 2000 manatı sonra isə işə çıxandan sonra 2000 manatı verməli olacaq. Aylıq maaşı da 1200 manat təşkil edəcək. O, həmin qiymətə razılaşdı və Günelə pulu verməmişdən əvvəl görüşmək istədi. Həmin ərəfədə yəni 09 aprel 2025-ci il tarixdə o Günellə birlikdə “Gənclik Mall” ticarət mərkəzində yerləşən «özsüt» kafesində görüşdü. Günel görüşə tək gəlmişdir, Güneli həmin vaxtı o ilk dəfə gördü və Günellə kafedə görüşəndə o yenədə ona özünü nüfüzlü işgüzar xanım kimi təqdim edib onu inandırdı ki, onu həmin işə düzəldəcək və bildirdi ki, yerlər məhdud olduğuna görə təcili olaraq ona bu işə düzəlmək üçün 2000 manatı verməlidir. O razılaşdı və səhərisi günü 10 aprel 2025-ci il tarixdə saat 17.15 radələrində Xətai rayonu Əhmədli qəsəbəsi R.Quliyev küçəsi 4B ünvanda yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi özünə məxsus olan «Kapital banka» aid olan 4169 7388 2021 4033 saylı kart hesabına 2000 manatı göndərdi. Pulu Günelə göndərəndən sonra onunla telefon əlaqəsini yaratdı və Günel ona pulun aldığını təsdiq edərək bildirdi ki mayın 15 tarixə qədər o işə çıxacaq. Günellə əlaqə saxlayıb işlə bağlı maraqlananda Günel ona müxtəlif bəhanələr gətirib vaxtı uzadırdı. Güneli o Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığına görə Ofelya ilə əlaqə saxladı ki, onu bu barədə məlumatldandırsın ki, Günel onun işini uzadır. Ofelyada ona bildirdi ki, Günel onuda aldadıb və 2000 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan sonra Günel zənglərinə cavab vermirdi, onlarda məcbur olub 26 may 2025-ci il tarixdə Günelin barəsində 12-ci polis şöbəsinə şikayət ərizələri ilə müraciət etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciətinə əsasən hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə yeri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 1 saylı xəstəxanada baş vermişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Götürmə haqqında 03 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 onun Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə və 15 aprel 2025-ci il tarixdə 4169 7388 2021 4033 nömrəli bank kartın hesabına ümumi 2000 manat məbləğində pulun göndərildiyini təsdiq edən “Leobank” bank tərəfindən verilən 2 ədəd qəbzlərin surətləri, həmçinin onun Təqsirləndirilən şəxs ilə aralarında olan 01 vərəqdə olan votsap yazışmasının surəti götürülmüşdür. Bank qəbzlərinin surətindən görünür ki, “Leobank”-dan 1500 manat pul xx.xx.2025ci il tarixdə 4169 73*******4033 nömrəli bank kartına, 500 manat pul isə xx.xx.2025-ci il tarixdə 4169 73*******4033 nömrəli bank kartına göndərilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X7 zərərçəkmiş şəxs qismində tanınmışdır Götürmə haqqında 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, X1 onun Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə 4169 7388 2021 4033 nömrəli bank kartın hesabına ümumi 2000 manat məbləğində pulun göndərildiyini təsdiq edən “Milliön” ödəmə terminalı tərəfindən verilən 1 ədəd qəbzin surəti, həmçinin onun Təqsirləndirilən şəxs ilə aralarında olan 18 vərəqdə olan votsap yazışmasının surətləri və Təqsirləndirilən şəxs səs yazıları olan 01 ədəd CD disk götürülmüşdür. “Milliön” ödəmə terminalı tərəfindən verilən qəbzin surətindən görünür ki, 2000 manat pul xx.xx.2025-ci il tarixdə 4169 73*******4033 nömrəli bank kartına göndərilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:20-də AR CM-nin 178.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina edilmiş edilmiş və o, MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3500 manat cərimə cəzasına məhkum edilmişdir. 02 iyun 2025-ci il tarixdə cərimə cəzasını ödəmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, onların şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 3500 manat cərimə cəzasına məhkum edilmişdir. 02 iyun 2025-ci il tarixdə cərimə cəzasını ödəmişdir. AR CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin hökmü ilə cərimə cəzasına məhkum edilmiş, 02 iyun 2025-ci il tarixdə cərimə cəzasını ödəmişdir. Hazırki cinayət əməlini ona təyin edilmiş cərimə cəzasını ödəmədən, yəni məhkumluğu ödənilmədən törətməsinə baxmayaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş məhkumluqlar residiv müəyyən olunması zamanı nəzərə alınmadığından residiv hesab olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə olduğu 2 gün müddət (xx.xx.2025-xx.xx.2025-ci il 1 sutkadan çox) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM- 198.1.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş küçəsi 93 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş küçəsi 93 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 20 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar