Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-659/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs qanuni nümayəndə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanlafrın işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Laçın rayonu, Şeylanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, Laçın rayonu, Şeylanlı kəndində qeydiyyatda olan və Ağcabədi rayonu, 144 saylı Şeylanlı qəsəbəsi ev 91 -də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtida istintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx xxx 2005-ci il tarixdə doğulmaqla on altı yaşına çatmayan X4 ilə ailə quraraq xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ilk olaraq Ağcabədi rayonu, 144 saylı Şeylanlı qəsəbəsi 91 saylı evdə, sonradan isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 135 ünvanında yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətində yaşayıb mütəmadi olaraq cinsi əlaqədə olmuş, nəticədə X4 hamilə olub, hamiləliyin 40-cı həftəliyində 17 dekabr 2021-ci il tarixdə qız uşağı doğmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və Şahid1 ifadələri, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi, müvafiq ekspert rəyləri, habelə iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2020-ci ilin dekabr ayında qohumlarının vasitəsi ilə X4 ilə ailə həyatı qurmuşdur. Aynurun ögey atası Mahir və doğma anası Aytəkin onların ailə qurmasına razılıq vermişdir. Belə ki, Aynuru atası Mahir və anası Aytəkin 01 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərinə əmisioğlu İbrahimin yaşadığı evə gətirmişlər. Onlar orada ailə daxili kiçik yemək-içmək məclisi ilə ailə qurmaqlarını qeyd etmişlər. Bundan sonra Aynurun atası və anası Aynuru onun yanında qoyub özləri çıxıb getmişlər. Razılığa əsasən o Aynuru Ağcabədi rayonunda yaşadığı evə aparacaqmış. Belə ki, onlar getdikdən sonra o Aynuru Ağcabədi rayonuna yaşadığı evə aparmışdır. 02 dekabr 2020-ci il tarixdə o ilk dəfə Aynurla Ağcabədi rayonu, Şeylanlı qəsəbəsi, 144 saylı evdə onun razılığı ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra onlar həmin evdə birlikdə 4 ay yaşamışlar. Həmin müddətdə də o dəfələrlə onunla cinsi əlaqədə olmuşdur. 2021-ci ilin mart ayında o Sumqayıt şəhəri ərazisində, dəqiq bilmədiyi ünvanda yerləşən fermaya çoban işləməyə gəlmişdir. Aynuru da özü ilə gətirmişdir. Aynur da həmin fermada onunla birlikdə 20 gün qalmışdır. Bundan sonra isə 01 aprel 2021-ci il tarixdə o fermada işdən çıxıb Aynurla birlikdə onun anasının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsində yerləşən evə gedib orada yaşamağa başlamışlar. 15 aprel 2021 -ci il tarixdə həmin ünvanda sonuncu dəfə Aynurla cinsi əlaqədə olmuşdur. Həmin gündən sonra isə Aynurla aralarında ailə-məişət zəminində mübahisələr olmuş və Aynur ondan ayrılmaq istədiyini bildirmişdir. Buna görə də, Aynuru anasının yaşadığı evdə qoyub 17 aprel 2021-ci il tarixdə Ağcabədi rayonuna getmişdir. Hazırda onların qız övladı doğulmuşdur. O, Aynurla faktiki nikah münasibətlərinə daxil olarkən Aynurun 16 yaşının tamam olmadığını bilməmiş və ümumiyyətlə Aynurun yaşı ilə maraqlanmamışdır. Ona görə də, özünü AR CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilmir və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 01 dekabr 2020-ci il tarixdə valideynlərinin razılığı ilə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Doğma anası Aytəkin və ögey atası X2 təklifi ilə Təqsirləndirilən şəxsla əvvəlcə mobil telefonla danışmış, sonra görüşərək tanış olduqdan sonra könüllü olaraq ona ərə getmişdir. Nikaha daxil olmaq yaşına çatmadığı üçün rəsmi nikahları olmayıb. Belə ki, ögey atası Mahir və anası Aytəkinin iştirakı 01 dekabr 2020-ci il tarixdə Elvinin əmisi oğlunun Mayıl ləqəbli, əsl adı İbrahim olan şəxsin Sumqayıt şəhərində yerləşən yaşadığı evinə getmişlər. Orada Elvinin də iştirakı ilə ailə daxili kiçik yemək-içmək məclisi ilə ailə qurmaqlarını qeyd etmişlər və şəkil də çəkdirmişlər. Həmin gün Elvinlə birlikdə Ağcabədi rayonuna onun yaşadığı evə getmişlər. Orada ilk dəfə 02 dekabr 2020-ci il tarixdə cinsi əlaqədə olmuşlar. Bundan sonra, onlar həmin evdə bir neçə ay birlikdə yaşamışlar. Orada da dəfələrlə cinsi əlaqədə olmuşlar. 2021-ci ilin mart ayınadək Elvinin Ağcabədi rayonunda yerləşən evində yaşamışlar. 2021-ci ilin mart ayında Elvin Sumqayıt şəhərinin yaxınlığında yerləşən, ünvanını dəqiq bilmədiyi fermada işə düzəlmiş və onlar birlikdə təxminən 20 gün orada qalmışlar. Bundan sonra 01 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oradan işdən çıxmışdır. O Elvinlə birlikdə anası Aytəkinin yaşadığı ünvan 3 ünvanda yerləşən evə gedib orada qalmışlar. Ər-arvad olduqları üçün həmin evdə də mütəmadi cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə Elvinlə 15 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən anasına məxsus evdə cinsi əlaqədə olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxsla aralarında mübahisələr yaranmış və o Elvindən ayrılmaq istədiyini bildirmişdir. 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həmin evdən çıxıb getmişdir. Həmin vaxtdan sonra Elvinlə görüşməmiş və onunla başqa yerdə də cinsi əlaqədə olmamışdır. Elvinlə sonuncu dəfə 15 aprel 2021-ci il tarixdə cinsi olarkən 16 yaşına çatmamışdır, yəni 15 yaşı olmuşdur. Təqsirləndirilən şəxs ərə getməyə anası Aytəkin və ögey atası Mahir təklif etsələr də, Elvinlə ailə qurduqdan sonra onunla öz razılığı əsasında cinsi əlaqədə olmuş, yəni Elvin ona zor tətbiq edərək və ya sair üsulla onunla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs onun 16 yaşına çatmadığını onunla tanış olduğu gündən bilmişdir. Bunu həm özü, həm də anası Təqsirləndirilən şəxs bildirmiş, Təqsirləndirilən şəxs isə bunu bilərək onunla ailə həyatı qurmuşdur. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, X4 onun birinci əri Mahir Vəliyevlə nikahdan doğulmuş doğma qızıdır, lakin, əri Mahir qızı Aynura hamilə olarkən 2004-cü ilin sonlarında ağciyər çatışmamazlığından vəfat etmişdir. 2018-ci ildən eitbarən isə o Ordubad rayonundan olan Mahir Rzayevlə ər-arvad münasibətində yaşamağa başlamış və ondan da onun 2020-ci il il təvəllüdlü Türkel adlı oğlu doğulmuşdur. 01 dekabr 2020-ci il tarixdə qızı Aynur Vəliyevə onun və ögey atası, yəni nikahdan kənar yaşadığı X2 razılığı ilə Təqsirləndirilən şəxs ilə ailə həyatı qumuşdur. Aynur nikaha daxil olmaq yaşına çatmadığı üçün rəsmi nikahı olmayıb. Belə ki, ögey atası Mahir və onun iştirakı ilə 01 dekabr 2020-ci il tarixdə Elvinin Mayıl adlı əmisi oğlunun Sumqayıt şəhərində yerləşən yaşadığı evə getmişlər. Orada Elvinin də iştirakı ilə ailə daxili kiçik yemək-içmək məclisi ilə Aynur və Elvinin ailə qurmağını qeyd etmişlər. Həmin gün Aynur Elvinlə birlikdə Ağcabədi rayonuna onun yaşadığı evə getmişdir. Orada ilk dəfə 02 dekabr 2020-ci il tarixdə cinsi əlaqədə olmuşlar. Bundan sonra Aynur və Elvin Ağcabədi rayonunda həmin evdə bir neçə ay birlikdə yaşamışlar. 2021- ci ilin mart ayında Elvin Sumqayıt şəhərinin yaxınlığında yerləşən, ünvanını dəqiq bilmədiyi fermada işə düzəlmiş və onlar birlikdə təxminən 20 gün orada qalmışlar. Bundan sonra 01 aprel 2021-ci il tarixdə Elvin oradan işdən çıxmış, Aynur Elvinlə birlikdə onun yaşadığı ünvan 3 ünvanda yerləşən evə gəlib orada yaşamağa başlamışlar. Ər-arvad olduqları üçün həmin evdə də mütəmadi cinsi əlaqədə olurmuşlar. Sonuncu dəfə Aynur Elvinlə 15 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən ona məxsus evdə cinsi əlaqədə olmuşlar. Bundan sonra isə Elvinlə aralarında mübahisələr yaranmış və Aynur ondan ayrılmaq istədiyini bildirmişdir. 17 aprel 2021-ci il tarixdə Elvin onun evindən çıxıb getmişdir. Aynur Elvinlə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cinsi əlaqədə olarkən 16 yaşına çatmamışdır, yəni 15 yaşı var imiş. Aynur Elvinlə ailə qurduqdan sonra onunla öz razılığı əsasında cinsi əlaqədə olmuşdur, yəni Elvin ona zor tətbiq edərək və ya sair üsulla onunla cinsi əlaqədə olmamışdır. Elvin Aynurun 16 yaşına çatmadığını onunla tanış olan gündən bilirmiş və onlar ilk dəfə cinsi əlaqədə olmazdan əvvəl onlar bu barədə Elvinə məlumat vermişlər. Hətta o, Elvinə qızının 16 yaşının tamam olmasını gözləməsini, ondan sonra onu Ağcabədi rayonuna aparmasını bildirsə də, Elvin razılaşmamış və Aynurun 16 yaşına çatmasını gözləmək istəməmişdir. Məhkəmə iclasında Şahid2 iştirakının təmin edilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə baxmayaraq onun iştirakını təmin etmək mümkün olmamış və məhkəmə iclasında Şahid2 istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasının 349 saylı, 29 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır, onun bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi, Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasnı göstərən əlamətlər aşkar edilmədi (i.v. 58-60). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1161 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə mailikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir (i.v.161-163). sübutların qiymətləndirilməsi haqqında 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə AR CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasının onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınması, təqsirləndirilən şəxsin etirafedici ifadəsinin, şahid qismində dindirmə protokollarının, zərərçəkmiş şəxsin ifadəsinin, məhkəmə-tibbi və kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji rəylərinin, baxış protokolunun cinayət işi üzrə sübut növü kimi tanınması qərara alınmışdır (167-171). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin müvafiq olaraq məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilməyərək Zərərçəkmiş şəxs ilə ailə həyatı qurarkən və onunla cinsi əlaqədə olarkən onun 16 yaşına çatmamasından xəbərsiz olduğunu göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verilmiş ifadələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildirmişlər, hətta zərərçəkmiş şəxsin anası Təqsirləndirilən şəxs qızının hələ 16 yaşına çatmadığını, 16 yaşına çatmasını gözləyərək ondan sonra onunla faktiki nikah münasibətlərinə daxil olmasını məsləhət görsə də, Elvin bununla razılaşmamış və zərərçəkmiş şəxsin 16 yaşı tamam olmadan onu özünün yaşadığı Ağcabədi rayonuna apararaq onunla faktik nikah münasibətlərinə daxil olaraq cinsi əlaqədə olmuşdur. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 16 yaşının tamam olmamasından xəbərinin olmamasına və onun yaşı ilə maraqlanmadığına dair göstərdiyi xüsusata münasibətdə onu qeyd edir ki, nikah münasibətlərinə daxil olan şəxsin nikaha daxil olduğu şəxsin yaşını maraqlanmaması, onun yaşı barədə tam məlumatsız olaraq onunla nikah münasibətlərinə daxil olması real və inandırıcı deyil. Həmçinin, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin rəsmi nikah münasibətlərinə deyil, məhz faktiki nikah münasibətlərinə daxil olmaları, onların rəsmi nikaha daxil olmağa cəhd etməmələri özü də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaşından və qanunla həmin yaş həddində olan şəxslə nikaha daxil olmanın qadağan olunmasından xəbərdar olmasına dəlalət edir. Bundan savayı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, o, ibtidai istintaq zamanı özünü AR CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildiyini, bu barədə Zərərçəkmiş şəxs ona məlumat verdiyini, sadəcə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmanın cinayət olduğunu bilməməsinə istinad etməsi ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin üçüncü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxsin və Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələr, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə, saat 19:30-da tutulmuşdur (i.v 78). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi MSY-dən azad edilmişdir (i.v 109-110). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 48). 05 saylı ASAN xidmət tərəfindən verilmiş AZ-İV 709100 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş və atası X6 və anası Zərərçəkmiş şəxs kimi qeyd edilmişdir, həmin sənədə baxış keçirilərkən Zərərçəkmiş şəxs rəsmi nikahları olmadığından uşağının atasının soyadı “Abbasov” əvəzinə “Vəliyev” kimi qeyd edilmişdir (i.v.137). Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində mərhəmətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Laçın şöbəsi tərəfindən verilmiş 024043 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz üçüncü qrup əlildir. Laçın rayon İHB-nın Seylanlı kəns İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (AR CM 59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, üçüncü qrup əlil olmasını, zərərçəkmiş şəxslə ortaq övladlarının doğulmasını (X3) (AR CM 59.2) təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, üçüncü qrup əlil olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə ortaq övladının doğulmasını, şəxsiyyətini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut,mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-659/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-659/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver