Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-66/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Qubadlı rayonu, Hacılı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikili nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 05 radələrində tamah niyyətilə ünvan 1 ünvanında yerləşən evin həyətyanı səhəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 30 manat olan 2 ədəd su mühərrikini və dəyəri 70 manat olan 1 ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 130 (yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 05 radələrində tamah niyyətilə, təkrarən ünvan 1 ünvanında yerləşən evə hamamın nəfəsliyindən qanunsuz daxil olaraq hamamdan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan 170 (yüz yetmiş) manat dəyərində 1 ədəd qazla çalışan su qızıdırcısını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 05 radələrində tamah niyyətilə, təkrarən ünvan 1 ünvanında yerləşən evə hamamın nəfəsliyindən qanunsuz daxil olaraq oradan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 350 (üç yüz əlli) manat dəyərində 1 ədəd Koreya istehsalı, "LG" markalı, "42LB582V" model, 42 düymlü, 107 sm dioqanallı, qara rəngli televizoru gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti çətin olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxx 2020-ci il saat 05 radələrində atasının bibisi qızı Zərərçəkmiş şəxs məxsus olan, lakin yaşayış olmayan ünvan 1 saylı ünvanda yerləşən evə getmiş, hasardan aşaraq həyətə düşmüş və evin qapısı bağlı olduğu üçün hamamın nəfəsliyindən keçərək içəri daxil olmuşdur. Evin içərisində götürmək üçün münasib əşya olmadığı üçün yenidən həyətə qayıtmışdır. Evin qarşı tərəfində quraşdırılmış 2 ədəd su mühərrikini və giriş qapısının yanında olan 1 ədəd samovarı götürüb hasardan çölə atmış və özü də, hasardan aşaraq həyəti tərk etmişdir. Avtobusla həmin əşyaları səhər saatlarında Sabunçu vağzalına gətirmiş, samovarı vağzalın arxa tərəfində yerləşən metal qəbulu məntəqəsində “Tofiq” adlı şəxsə 22 manata satmışdır. Su mühərriklərini isə vağzalın qarşısında “Adil” adlı şəxsə 15 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Pulları xərclədikdən sonra yenidən pula ehtiyacı yarandığı üçün qohumunun ünvan 1 saylı ünvanda yerləşən evindən təkrarən oğurluq etməyi qərara almışdır. Bu məqsədlə xx xxxx 2020-ci il saat 05 radələrində yenidən hamamın nəfəsliyindən içəri daxil olmuşdur. Hamamda quraşdırılmış su qızıdırıcısını oradan tapdığı açarla söküb çıxarmış və nəfəslikdən keçirməklə həyətə çıxarmışdır. Daha sonra, hasardan aşaraq həyəti tərk etmiş və dayanacağa gələrək avtobusla Sabunçu vağzalına gəlmişdir. Həmin su qızıdırıcısmı vağzalın yaxınlığında “Adil” adlı şəxsə 30 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Pulları xərclədikdən sonra yenidən pula ehtiyacı yarandığı üçün qohumunun ünvan 1 saylı ünvanda yerləşən evində gördüyü televizoru oğurlamağı qərara almışdır. Bu məqsədlə xx xxxx 2020-ci il saat 05 radələrində yenidən hamamın nəfəsliyindən içəri daxil olmuşdur. Evin yataq otağında olan “LG” markalı televizoru götürmüş və evin giriş qapısının qıfılını içəridən açaraq televizoru evdən çıxarmış, yol kənarına çıxararaq yoldan təsadüfi keçən markasını, dövlət nömrə nişanını xatıramadığı taksi ilə Sabunçu vağzalına gəlmiş və vağzalın arxasında tanımadığı şəxsə 165 manata satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 saylı ünvanda yerləşən ev ona məxsusdur. Yaşadığı evdə təmir işləri getdiyi üçün müvəqqəti olaraq orada yaşamır. xx xxxx 2020-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 196 saylı ünvanda yerləşən evindən oğurluq olmasını müəyyən etmişdir. Belə ki, həmin tarixdə evə daxil olduğu zaman görmüşdür ki, evdən 2700 manat dəyərində “LG Smart” markalı televizor, 170 manat dəyərində təbii qazla çalışan su qızıdırıcısı, həyətdən hər birinin dəyəri 30 manat olan 2 ədəd su mühərriki və dəyəri 70 manat olan samovar oğurlanmışdır. Ona məlum olmuşdur ki, evindən oğurluğu qohumu Təqsirləndirilən şəxs törətmişdir. Bundan sonra, baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat verməyi qərara almış, lakin utandığı üçün onun əvəzinə anası Səyyarə polisə müraciət etmişdir. Ona oğurluq nəticəsində ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə ünvan 1 saylı ünvanında yaşayıb. Həmin evdə təmir işləri getdiyi üçün hazırda orada yaşayış yoxdur. xx xxxx 2020-ci il tarixdə ona qızının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 196 saylı ünvanda yerləşən evindən oğurluq olması barədə məlumat verilmişdir. O, qızının evinə getmiş evə daxil olub ətrafa nəzər yetirdikdən sonra evdən 2700 manat dəyərində “LG Smart” markalı nazik ekranlı televizor, 170 manat dəyərində təbii qazla çalışan su qızıdırıcısı, həyətdən hər birinin dəyəri 30 manat olan 2 ədəd su mühərriki və dəyəri 70 manat olan samovarın oğurlanmasını müəyyən etmişdir. Daha sonra, onlara evlərindən oğurluğu qohumları Təqsirləndirilən şəxs tərəfindən edilməsi barədə məlumat verilmişdir. Qızı Arzu utandığı üçün həmin vaxt polisə müraciət etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, R.Vəliyevin, K.Məmmədovun, S.Abbasovanın və O.Dadaşovun iştirakı iləünvan 1 saylı ünvanına baxış keçirilmiş və baxış zamanı “LG Smart” markalı nazik ekranlı televizorun, təbii qazla çalışan su qızıdırıcısının, 2 ədəd su mühərrikinin və samovarın oğurlanmasını müəyyən edilmişdir. (i.v. 8-11) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 31) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o, Sabunçu RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. (i.v. 74-75) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (i.v. 98) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2998 nömrəli ekspert rəyindən görünür ki, Koreya istehsalı, "LG" markalı, "42LB582V" model, 42 düymlü, 107 sm dioqanallı, qara rəngli televizorun istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 350.00 manat müəyyən edilmişdir. (i.v. 98) İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Koreya istehsalı, "LG" markalı, "42LB582V" model, 42 düymlü, 107 sm dioqanallı, qara rəngli televizor cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 102) İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Koreya istehsalı, "LG" markalı, "42LB582V" model, 42 düymlü, 107 sm dioqanallı, qara rəngli televizor onun tərəfindən təhvil alınmışdır. (i.v. 103) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v.99) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, javanlığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun barəsində məhkəmə hökmünün icraya yönəldiyi tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşadığı şəhərin hüdudlarını tərk etməmək, gecə saat 00:00dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sabunçu RPİ-nin MYS-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış - iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Koreya istehsalı, "LG" markalı, "42LB582V" model, 42 düymlü, 107 sm dioqanallı, qara rəngli televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Koreya istehsalı, "LG" markalı, "42LB582V" model, 42 düymlü, 107 sm dioqanallı, qara rəngli televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-66/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-66/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver