Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-66/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Cəlilabad rayonu, Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olan, Cəlilabad rayonu, Kirovka qəsəbəsi, Səttarxan küçəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəh., Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin giriş qapısının sağ tərəfində yerləşən plastik pəncərənin şüşəsini sındırıb, talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağında olan paltar dolabından 3 qram çəkidə, 750 əyyarlı, hadisə baş verən tarixə dəyəri 250 manat olan bir ədəd qızıl boyunbağını, 2 qram çəkidə 750 əyyarlı, hadisə baş verən tarixə dəyəri 150 manat olan bir ədəd qızıl qolbağını, 12 qram çəkidə 585 əyyarlı, hadisə baş verən tarixə dəyəri 1.200 manat olan bir cüt sırğa və bir ədəd qızıl üzüyü, 02 ədəd hər birinin çəkisi 5 qram, hadisə baş verən tarixə hər birinin dəyəri 50 manat, ümumilikdə 100 manat olan gümüş üzükləri və dolabın yanında yerləşən şkafın siyirtməsində olmuş 15 manat dəyərində bir ədəd göy rəngli «Samsung» markalı, «E310» modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.715 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəxsi ehtiyaclarını ödəmək üçün fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 24 iyul 2021-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən, hasarı dəmirdən, pəncərəsi isə plastik materialdan olan, pəncərə önündə dəmir barmaqlıqlar olmayan fərdi yaşayış evinin pəncərəsinin şüşəsini çıxarıb evə daxil olmuş və həmin vaxt şüşə yerə düşüb sınmışdır. Daha sonra o, pəncərə ilə üzbə-üzdə yerləşən otaqda olan paltar dolabından bir cüt sırğa, bir ədəd qolbağı və bir ədəd boyunbağı, orada olan şkafın içərisindən isə bir ədəd «Samsung DUOS E310» markalı mobil telefonu oğurlamışdır. Həmin vaxt mobil telefonunun daxilində nömrə olmamışdır. Evdən bir ədəd qızıl üzük və iki ədəd gümüş üzük oğurlamamışdır. Bundan sonra o, evi tərk etmiş və oğurladıqları qızıl-zinət əşyalarını 300 manat məbləğində pulun qarşılığında Qaradağ rayonu, Buta qəsəbəsinin ərazisində adını bilmədiyi şəxsə satmışdır. «Samsung DUOS E310» markalı mobil telefona özünə məxsus olan «***-***-**-**» nömrəni yerləşdirərək istifadə etmiş və Sabunçu RPİ-in 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman həmin mobil telefonu polis əməkdaşlarına təhvil vermişdir. Törətdiyi əməldən səmimi peşmandır, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 iyul 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən və yaşadığı fərdi yaşayış evini tərk etmişdir. 24 iyul 2021-ci il saat 11:00 radələrində həmin evə qayıtdıqda evin plastik pəncərəsinin şüşəsinin sındırıldığını, habelə yataq otağında olan paltar dolabından 3 qram çəkidə, 750 əyyarlı, hadisə baş verən tarixə dəyəri 250 manat olan bir ədəd qızıl boyunbağı, 2 qram çəkidə 750 əyyarlı, hadisə baş verən tarixə dəyəri 150 manat olan bir ədəd qızıl qolbağı, 12 qram çəkidə 585 əyyarlı, hadisə baş verən tarixə dəyəri 1.200 manat olan bir cüt sırğa və bir ədəd qızıl üzük, iki ədəd hər birinin çəkisi 5 qram, hadisə baş verən tarixə hər birinin dəyəri 50 manat, ümumilikdə 100 manat olan gümüş üzüklər və bir ədəd 35 manat dəyərində «Samsung» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 24 iyul 2021-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə ona məxsus olan, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə daxil olan zaman evin plastik pəncərəsinin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Yataq otağında olan paltar dolabından 1.700 manat dəyərində müxtəlif əyyarlarda və çəkidə qızıl-zinət əşyalarının və bir ədəd 35 manat dəyərində «Samsung» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan sonra isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu haqda məlumat vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompüter texniki ekspertizasının 5/977-9/6147 saylı, 01 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş «X-inova» markalı,arxa məlumat lövhəsinə görə «E310» modelli, «354153056 044273», «**********44271» imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş «X-inova» markalı arxa məlumat lövhəsinə görə «E310» modelli mobil telefonun proqram təminatında olan imei kod arxa məlumat lövhəsindən fərqlidir. Ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd göy rəngli «Samsung» markalı, «E310» modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və yuxarıda qeyd edilən xüsusiyyətləri nəzərə alınmaqla işlək vəziyyətdə 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 15.00 manat müəyyən olunur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizası insan izlərinin tədqiqi 3/1496 saylı, 24 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əlbarmaq izi, 2 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağından, 2 saylı daktilolentin səthindəki ovuc izi isə Təqsirləndirilən şəxs sol əlinin ovucundan qalmışdır. 1 saylı daktilolentin səthindəki papilyar naxış izi, 3,4 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 sentyabr 2021-ci il tarixdə doldurulmuş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 1(073)15/2021 saylı, 19 may 2021-ci il tarixli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay, 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 (on) ay , 16 (on altı) gün həbsdə saxlanılması nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqıdan məhrum etmə czası çəkilib qurtarmış hesab edilmişdir. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 7(008)62/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edərək, Cəlilabad Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(073)15/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşıdırlması cəzasından 02 (iki) il, 10 (on) ay, 05 (beş) gün çəkilməmiş cəzası 01 (bir) il azaldılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş-oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət işinin materiallarında olan 23 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 62). Cinayət işinin materiallarında olan 25 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir (səh., 82). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)633/2021 saylı, 25 avqust 2021-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 avqust 2021-ci il tarixdən hesablanmaqla, 02 (iki) ay, 23 (iyirmi üç) müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,104). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, az ağır cinayət törətməsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarından görünür ki, qətimkan tədbiri qismində həbsdə olma müddətləri həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «23» avqust 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 171.29 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar-bir ədəd göy rəngli «Samsung» markalı, «E310» modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 04 ədəd daktilolent və Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izləri isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 02 (iki) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 1(073)15/2021 saylı, 19 may 2021-ci il tarixli hökmlə təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il, 10 (on) ay, 05 (beş) gün hissəsi, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay, 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hesablansın, hal-hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «23» avqust 2021-ci il tarixdən hesablansın. 171.29 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesaba keçirilsçin. İş üzrə maddi sübutlar-bir ədəd göy rəngli «Samsung» markalı, «E310» modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 04 ədəd daktilolent və Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izləri isə cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-66/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-66/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver