Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-66/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Xüsusi ittihamçı X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X14, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 30 iyul 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş,subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan-X14 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Jalə Əlövsət qızına qarşı məhkəməyə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək, onun X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməyi barəsində xüsusi ittiham qaydasında verdiyim şikayət Bakı şəhəri Sabunçu rayon Məhkəməsimn icraatına qəbul olunmasını, X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməxdə təqsirli bilinib, ona «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməxdə təqsirli bilinib, ona «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Azərbaycan Respublixasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən cinayətlər daxil olduğundan, X23ma təyin olunmuş cəzaları qismən yolu İlə qəti cəza «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılması, X13 X7 vurduğu mənəvi zərərə görə ona, yəni X4 xeyrinə 30.000 (otuz min) manat məbləğində pul məbləğinin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət X11 tərəfindən onunla əsaslandırmışdır ki, X21 2022-cı ilin yanvar ayından fevral ayına kimi könüllü olaraq cəmiyyətin şəhid ailələri və ictimai əlaqələr şöbəsinin müdiri işləmişdir. O, özünün «Facebook» sosial şəbəkəsindəki hesabında 12 iyun 2022-ci il tarixdə onun (dodağım boyanmış şəkildə) həyat yoldaşım X3 və bacanağı X12 (qadın paltarlarında) foto şəkillərini qoyaraq, video yazı şəklində onun barəsində aşağıdakı təhqir edici ifadələn işlətmişdir. J.Ə.Atayeva göstərmişdir ki, X22 İctimai birliyinin sədri həmişəki kimi Fira və həmişəki kimi aftafa daşıyan İlham və şirindil, şirin dodaq, şirin dili ilə ilanı yuvasından çıxaran Fikrət mənim əmək haqqını niyə vermədi? Onun əmək haqqısı ilə özlərinə Hollandiyadan yeni model Avropa stilli gəlinlik paltarı zakaz verərək gətirdib, yəqin ki o gəlinliyi geyinib Avropadakı otellərin qarşısında dayanaraq özlərinə toy edəcəklər. Biz gözləyək görək onların toyu haçandır, bizə də çox maraqlıdır ki, kişiciklər qadın olacaqlar, necə möhtəşəm, necə maraqlı. Keçən dəfə Fikrətin arvadı Fəridəyə və Firanın arvadına müraciət etmişdir ki, ərişkalarınıza deyin ki, onun əmək haqqısını versinlər. Əfsuslar olsun ki, bu günə kimi nə Fəridədən, nə də Firanın arvadından səs-soraq yoxdur. Fikrətin arvadı şirindil, şirin dodaq Fikrətin arvadı Fəridə bildirmişdir ki, onu yandırmaq fikri var. Əmək haqqını vermək əvəzinə, onu yandırmaqla hədələyir. Burdan bildirmək istəyirəm ki, onu yandırmaqla neyləyə bilərsən? Sən necə qadınsan, sən qürurunu bu qədər əzdirirsən. Sən qadın şərəfini qoruya bilmirsən, səndən necə müəllim olur, mənə çox maraqlıdır. Sən bizim uşaqlarımıza, gələcəyin şagirdlərinə necə təlim-tərbiyə dərs öyrədirsən? Sənin heç şərəfin, mənliyin, qadın qürurun yoxdur axı. Sənin kimi gözəl- göyçək xanımı, xiyar Fikrətin necə arvadı olmusan. Yəqin ki, şirindil, şirin dodaq, şirin dili ilə ilanı yuvasından çıxaran Fikrətin dilinə vurulmusan, Çünki Fikrətdə kişilik yoxdur, yəqin ki onun yalanpıştan, gopologiya olan dillərinə vurulmusan. Onda heç görkəm də yoxdur, yəni pis çıxmasın dinləyicilərimdən üzr istəyirəm, onu mən «mədəniyyət sarayında» görsəm ayağa qalxmaram. Çünki o nədir ki, sən onun şirin dilinə vurula bilərsən, çünki o sizi əgər qoruyan bir kişi olsaydı, ailəsi olsaydınız mənim əmək haqqımı verərdi. Sizin şəklinizi ekranlardan çıxarardım. Siz onun üçün önəmli deyilsiniz. Siz onun ailəsi oLseydiz sizin qeyrətinizi çəksəydi o, mənim əmək haqımı çoxdan ödəyərdi ki, bu söz- söhbət çoxdan yığışılsın. Son vaxtlar deyirlər ki, onun dili yaman uzanıb. Çox yerdən dil alır, siz öyrətmisiniz ona dil uzunluğunu. Axı siz müəlliməsiniz, siz axı pedaqoqsunuz. Siz dərs verməyə alışmışınız. Yəqin ki, Fikrəti axşamlar otuzdurursunuz qarşmımzda ər-arvadlığı kənara qoyursunuz, şagird-müəllimə olaraq siz onu başa salırsınız ki, filan yerdə dilini belə uzat, filan yerdə dilini belə uzat, çox ehtimal ki, helədir. Çox bunda dil yox idi, dil yerində idi, indi yaman uzanıbdı. Yəqin onu siz Öyrətmisiniz. Deyirlər ki, arada onda kişilik daman coşur, daşır, mən bilmərəm ey, yəni onda kişilik damarı olsaydı o çoxdan boynunun dalına yığdığı söyüşləri silərdi. Onda kişilik damarı mən görməmişəm. Çünki o peysərdir axı. Peysər o «X22» ictimai birliyini idarə edənlərdən biri də Fikrətdir. Çünki orada çoxları peysərdi, biri Fira, söyüşləri boynunun dalına yığırsa deməli peysərdir. Əziz dinləyicilər, onu da deyim ki, Fira məni qazi xanımını söydü, 40-ı çıxmamış anasını söydüm, günahı nə idi anasının 40-ı çıxmamış onu söydürdü, çünki peysərdir, çünki o boynunun dalına yığan şərəfsizdir. Məni söydü, qarşılığında qızını, arvadını söydürdü. Çünki ona layiqdir. Çünki mənim əmək haqqımdan özlərinə brend mallardan alt-üst geyinirlər. Onların şərəfi, namusu olsaydı, əsas da Firanın mənim əmək haqqımı verib arvadına brend olan als-üst paltarı geyindirməzdi. Şərəfsizdir, ay izləyicilərimiz, ay Azərbaycanın qeyrətli oğlanları, bilin ki, Fikrət, şirindil, şirin dodaq Fira həci, Fİra şərəfsizdir. Biz hamımız bilirik ki, o şərəfsizdir, o, «X22» ictimai birliyini idarə edə bilməz. Çünki birlik əsl kişilərin məkanıdır, əsl qazilərin yeridir. Elə şərəfsiz, podoş sifət matışka gədələrin yeri deyil, aftafa daşıyanların yeri deyil. Aftafa daşıyanlar Ermənistandadır. Gedin orda daşıyın, unitaz. Əlbətdəki aftafa daşıyanla unitaz daşıyanın vəzifəsi eynidir. Ermənilər də unitaz daşıyır, “X22” ictimai birliyində də. Ay mənim xalqım, gözünüz tərəzidir. Orda bizim qeyrətli oğlanlarımız ola bilər, namuslu qardaşlarımız ola bilər, əsl qazilərimiz ola bilər. 44 gündə qeyrətlə vuruşan oğlanlarımızın yeridir bu məkan. Fira kimi aftafa daşıyan, İlham kim, Fikrət kimi kişiciklərin yeri deyil, biləsiniz, burdan səslənirəm, Firudunun arvadına, mənim əmək haqqımla geyindiyin alt-üst paltarın vare ha, bax onları yığ ver Firuduna aparıb satıb mənim əmək haqqımı versin. Sən də Fəridə bacın kimi Firanın dilinə vurulmusan, Firanın dilindən xoşun gəlir. Qadın qürurunuzu pula satmayın. Mənim əmək haqqımı verin. Fira həmişəki kimi qadınların tumanının arxasında gizlənərək qadınlardan sui-istifadə edir. Çünki tuman altında gizlənməyi yəqin ki, Fira 44 günlük müharibə dövründə öyrənibsən. Sən qazi xanımına, qazı qızına söyəndə, əmək haqım verməyəndə mən də qarşılıqlı olaraq sənin ananı, bacını, qızını, arvadını söydüm, düzdür? Yəqin unutmamısan. Keçən kadrlarımızda var. Yəqin unutmusunuz. Yadınızdan çıxıbsa keçən kadrlarımızda var. Kadrlan efirə verərək yadına sala bilərəm. Düzdürmü? Fira, mən bilmək istəyirəm sənin ananın günahı nə idi ki, qırxı çıxmamış onu söydürdün? Utanmadın, sən əsl kişi olsaydın, əsl oğul olsaydın dünən torpağa qoyulmuş, hələ torpağın üzü soyumamış ananı söydürməzdin. Səndə kişilik yoxdur, peysər boyun, o qədər yeyib ki, padoşdur, padoş, yığırsan şap şap döşüyür, hara kimi a bədbəxt, bara kimi, hara kimi gedəcəksən ay yazıq, ay yazıq, kişicik, kişiciksən. Kişicik, vətən müharibəsində yox idin, sənin 1 dənə vəzifən var, tuman altında gizlənən Fira. Buradan Azərbaycanın döyüşən, qeyrətli, namuslu, həqiqətən qazı qardaşlarıma səslənirəm. Firanın verdiyi ordenlər qeyriqanunidir, dövlətin heç bir qeydiyyatı yoxdur, əziz igidlərimiz, əziz qəhrəmanlarımız ona aldanıb, o medalları alıb üstünüzə taxmayın. O ordenlər tamamilə saxtadır, dəyərli medalınızın yanına o saxta medalı asıb özünüzü gözdən salmayın. Yoxsa şərəfsiz, peysər Firudunun medallarını taxıb özünüzü hörmətdən salmayın. Firudun özü kişi deyil ki, əsl kişilərə medal verə. Cəmiyyətin sədri, qadın pulu yeyən bir şərəfsizdir. Ora əsl qazilərin yeri deyil. Əsl qazilərimiz orda olmaz, Kim ki, Firanı dəstəkləyir., o da Firanın tayııdr. Çünki Fira hamı bilir ki, peysərdir, peysərin yanında olan nə olar. Səbəb qazı qızının əmək haqqını verməyib. Arvadına alt-üst paltarı alan, qızına alt-üst paltarı alan, bacısına alt-üst paltarı alan nə ola bilər, nə ad vermək olar. Sadəcə şərəfsiz, podoş sifət, peysər. Peti, peti. Yuxarda qeyd edilən videoyazıda o çox nalayiq formada təhqir olunmuşdur, bu təhqir və böhtanlar onun mənəvi sarsıntı keçirməsinə, eləcə də onun ictimai və işgüzar nüfuzunun alçaldılmasına səbəb olmuşdur. Hal-hazırda X10 ərizə ilə məhkəməyə müraciət edərək, X21 barışdığını, şikayətdən imtina edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 Fikrət Həbib oğlu ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/737 №li, 01 iyul 2024-cü il tarixli rəyindən görünür ki, xüsusi ittiham qaydasında şikayətin materiallarına əlavə edilmiş bir ədəd flaş diskdə «X14 «Facebook» sosial şəbəkəsindəki hesabında səsləndirdiyi çıxışda olan ifadələrdə X5 şərəf, ləyaqətini və işgüzar nüfunu ləkələyən təhqir xarakterli məlumatlar möcvcuddur. Həmin məlumatlar «peysər», «Fikrətdə kilişik yoxdur», «şərəfsiz», «padoş sifət», «matışka», «kişicik», «aftafa» daşıyan kimi söz və ifadələrdə, eləcədə də məzmunlu cümlələr vasitəsilə bildirilmişdir. Xususi ittiham qaydasında şikayətin matriallarına əlavə edilmiş bir ədəd diskdə X14 «Facebook» sosial şəbəkəsindəki hesabında səsləndiyrdiyi çıxışda rəli sürülən məlumatlar hüquqi təsdiqini tapmadığı təqdirdə X8 qarşı böhtan xarakterli məlumatlar hesab olunur. Həmin məlumatların doğruluğunun müəyyən olunması hüquqi araşdırmaya aid məsələlərdir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, 148-ci maddəsində isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); 39.1.9-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) başlanmış cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilir. İnsan Hüquqlarının və X15 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittihamçı X10 tərəfindən xüsusi ittiham qaydasında şikayət edilən X16 qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayətə xüsusi ittihamçı tərəfindən cinayət təqibindən imtina edildiyinə görə xitam verilməli və J.Ə.Atayeva cinayət məsuliyyətdən azad edilməlidir. 250 manat ekspertiza xərci X13 tutulub AZ.MEM VÖEN **********, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Bir ədəd disk iş materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X10 tərəfindən xüsusi ittiham qaydasında şikayət edilən X16 qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayətə xüsusi ittihamçı tərəfindən cinayət təqibindən imtina edildiyinə görə xitam verilsin və J.Ə.Atayeva cinayət məsuliyyətdən azad edilsin. 250 manat ekspertiza xərci X13 tutulub AZ.MEM VÖEN **********, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-66/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-66/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver