Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-66/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1991-ci il tarixdə Goranboy rayonu, Balakürd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş”, X2 iştirakçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.1 və 263.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmiş və onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü işgüzar və nüfuza malik olan şəxs kimi təqdim edərək oğlu Qaraxanın 2021-ci ildə kəsilmiş pensiyasını bərpa etmək barədə yalan vəd verib sonuncunun tanışı Şahid1 göndərdiyi 3000 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 1 saylı RPX-nin qarşısında Şahid1 götürməklə ələ keçirib Zərərçəkmiş şəxs2 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o xx.xx.2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi «Kia RİO » minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilləBakı şəhəri sabunçu rayonu Zabrat 2 qəsəbəsi R.Axundov küçəsində yerləşən Neftmaş zavodunun qarşısından keçməklə hərəkətdə olarkən elə zavodun qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndini yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalıdırlar kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş, avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmaqla həmin qaydaları pozub onunla qarşı qarşıya so! tərəfi ilə yol kənarından keçən piyada Zərərçəkmiş şəxs1 Bnamiq qızını idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan vurması nəticəsində baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə sümüqyünün xətti sınığı, əng, sol Vİ qabırğa, İ boyun - Vİ dğ fəqərələrinin çıxıntıları, sol kürək sol baldır sümüklərinin qapalı sınığı, ənsə nahiyəsinin əzilmiş yarası kimi ehtiyatsızlıqdan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyindən ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İXM-in 333.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 02 il müddətə məhdudlaşdırılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 333-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Eləcə də İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bundan başqa, İXM-in 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün, eləcə də əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün, həmçinin apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Həmçinin, İXM-in 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Bundan əlavə, İXM-in 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Qanunun mənasından göründüyü kimi, fiziki şəxsin nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmış şəxs hesab olunması üçün mütləq qaydada həmin qərarın qanuni qüvvəyə minməsi tələb olunur və həmin tənbehin müddətinin başlanğıcı da məhz qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasını nəzərə tutan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı 28 mart 2022-ci il tarixdə qüvvəyə minmiş hesab olunur ki, onun nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılma müddətinin başlanğıcı da məhz həmin tarixdən hesablanır. Lakin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi 23 mart 2024-cü il tarixdə, yəni hələ ona tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin müddəti bitməmiş törədilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Sabunçu rayon məhkəməsində onun iştirakı ilə 18 mart 2022-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti ona təqdim olunsa da, nəticə ilə razılaşıb mübahisələndirməmişdir. Qərar qəbul edilməmişdən öncə polis orqanı tərəfindən sürücülük vəsiqəsi ondan alınaraq məhkəməyə təqdim olunmaqla iş materiallarına əlavə edilmişdir. Bu günədək nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı hələ vermədiyini və bu səbəbdən də sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən 23 mart 2024-cü il tarixdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilən zaman o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs olmuşdur. Bununla da, bu hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.1-ci maddəsi ilə yanaşı, CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 178.1 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələblərinə uyğun olduğu qənaətinə gəlib vəsatətin təmin edilməsini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli, 3-13-16/2-130870/24 saylı məktubdan görünür ki, 09 avqust 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 09 sentyabr 2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 375863 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitəsini idarə emək hüququ 18 mart 2022-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 18 mart 2024-cü il tarixədək məhdudlaşdırılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 3(008)-1086/2022 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 02 il müddətə məhdudlaşdırılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Göründüyü kimi, fiziki şəxsin nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmış şəxs hesab olunması üçün mütləq qaydada həmin qərarın qanuni qüvvəyə minməsi tələb olunur və həmin tənbehin müddətinin başlanğıcı da məhz qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasını nəzərə tutan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 3(008)-1086/2022 saylı qərarı 29 mart 2024-cü il tarixdə (qərardan şikayət verilməməsi nəzərə alınmaqla) qüvvəyə minmiş hesab olunur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılma müddətinin başlanğıcı da məhz həmin tarixdən hesablanır. Lakin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi 23 mart 2024-cü il tarixdə, yəni hələ ona tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin müddəti bitməmiş törədilmişdir. Bundan savayı, məhkəmə onu da qeyd edir ki, hətta ibtidai istintaq orqanının mövqeyindən çıxış edərək Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasının müddətinin başlanğıcı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarın qəbul edildiyi tarixdən, yəni 18 mart 2024-cü il tarixdən hesablanmış olsa belə, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi gün, yəni 23 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs onun nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qəbul edilmiş qərardan məlumatlı olduğunu, həmin məhkəmə iclasında iştirak etdiyini, sürücülük vəsiqəsinin məhkəmə tərəfindən səlahiyyətli orqana göndərilərək hüququnun məhdudlaşdırıldığını, 02 il müddət bitdikdən sonra nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı hələ vermədiyini və bu səbəbdən də sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Görüdüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən 23 mart 2024-cü il tarixdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilən zaman o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs olmuşdur ki, bu da onun əməlinin AR CMnin 263-1.2-ci maddəsi ilə əhatə olunmasına dəlalət etməklə ibtidai istintaq orqanı tərəfindən ona cinayət qanununun düzgün olmayan norması ilə ittiham verilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 263.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibinin olub-olmaması məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Qərar qətidir, qərar şikayət və ya protest verilə bilməz. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-66/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-66/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver