Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-664/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmiş, silahdan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən soyuq silah hesab olunan bir ədəd vurucuəzici xassəyə malik olan kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) qanunsuz olaraq əldə edib Sabunçu rayonunun inzibati ərazisi hesab edilən, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən Zamin marketə qədər üzərində gəzdirmişdir. Bundan əlavə, o, 02 aprel 2023-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonunun inzibati ərazisi hesab edilən, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən Zamin marketdə müştəri qismində olarkən həmin mağazaya müştəri kimi gəlmiş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs İsmayıl oğlunun çiyni ilə onun çiyninə dəyməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Zərərçəkmiş şəxslə mübahisəyə başlayıb ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib onu nalayiq sözlərlə təhqir etmiş və üzərində olan soyuq silah hesab olunan bir ədəd vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) götürüb həmin silahdan istifadə edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq ona sağ çiyin-kürək nahiyəsinin dərialtı hematoması, sağ bazu və sağ said nahiyələrinin qançırları ilə nəticələnən, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlə xuliqanlıq edərək, həmin cinayətin törədilməsində silah qismində istifadə etdiyi bir ədəd kasteti (beşbarmaq) hadisə yerində ataraq oradan uzaqlaşmış, hadisə yerinə baxış keçirilən zaman həmin kastet (beşbarmaq) hadisə yerinin yaxınlığındakı otluq sahəsində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 29 mart 2023-cü il tarixdə tutularaq Sabunçu RPl-nin 15-ci PB-də saxlanılmış, həmin vaxtı bölmə rəisi Şahid3 ona söz vermişdir ki, əgər adam döymə və beş barmağı boynuna alsa, onu həbs etməyəcəklər və ertəsi günü evə buraxacaqlar. O da inanıb güya Elçin adlı şəxsi beş barmaqla döyüb xəsarət yetirməyini boynuna almışdır. Lakin, həbs edildiyindən sonra aldandığını başa düşərək belə bir hadisənin olmadığını bildirmişdir. Qeyd edilən hadisəni törətməmiş və Elçin adlı şəxsi də tanımır, bu ona qarşı şər və böhtandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə BMCMİ tərəfindən tutulmuş, hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əvvəl onu yolda saxlayaraq 15-ci polis bölməsinə gətirmişlər, oradan da idarəyə aparmışlar, təzyiq altında ona sənədlərə qol çəkdirmişlər. Onunla Təqsirləndirilən şəxs arasında üzləşdirmə olmamış, xuliqanlıq hadisəsi olmamış, hadisə vaxtı onu 1-2 gün polis bölməsində saxlayaraq sənədlərə qol çəkdirib buraxmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu Təqsirləndirilən şəxs vurmamış, narkotik istifadə etdiyinə görə qoluna qan sızmışdır, bölmədə onun bədəninə xəsarətlər yetirmişlər, qolunda yüngül zədələr əvvəlcədən olmuş, harasa dəyib əzilmişdir. Təqsirləndirilən şəxs yalnız sənədləri imzalayarkən görmüşdür. Hadisədən 2-3 ay sonra BMCMİ tərəfindən tutulmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, barışmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə iclasında ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. 02 aprel 2023-cü il tarixdə təxminən saat 11:30 radələrində Sabunçu rayonunun inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədli qəsəbəsində beş mərtəbəli binaların yanında yerləşən marketə siqaret almaq məqsədi ilə daxil olmaq istədikdə giriş qapısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə təsadüfən çiyinçiyinə dəymişlər və sonuncudan üzr istəmişdir. Lakin Təqsirləndirilən şəxs bunu bilərək etdiyini düşünüb onu təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Vasif məsələni aydınlaşdırmaq üçün dükanın arxa tərəfində keçməyi demiş və dükanın arxa tərəfinə keçdikdə sonuncu onu yenidən təhqir etməyə başlamışdır. O da Vasifə cavab qaytaranda sonuncu cibindən dəmir beşbarmağı çıxardaraq onun kürək nahiyəsindən və sağ qolundan bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman hadisə yerində olan iki nəfər tanımadığı şəxs gəlib onları ayırmışlar. Vasif ona xəsarət yetirdikdən sonra əlindəki beşbarmağı dalaşdıqları yerdə yerin səthindəki otluq hissəyə ataraq hadisə yerindən uzaqlaşmışdır. Polis əməkdaşlarının hadisə yerinə gələcəyini düşünüb həmin beşbarmaq deyilən aləti polis əməkdaşlarına təqdim etmək üçün ona heç kəs toxunmamışdır. Bundan sonra baş vermiş hadisə barədə 15-ci PB-nə gedib ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəldikdən sonra yerdə otluqların üzərində olan beşbarmaq deyilən aləti onlara göstərmiş və Vasifin onu həmin alətlə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və həmin beşbarmaq adlanan alətin də fotoşəkli çəkilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Hadisə yerində başqa tanımadığı şəxslər də olmuş və həmin şəxslər dava-dalaşa görə toplaşmışlar. Hadisə xx.xx.2023-cü il tarixdə saat təxminən ll:30-da Sabunçu rayonunun inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədli qəsəbəsi. Əziz Əliyev küçəsində yerləşən “Zamin” marketin arxa tərəfində baş vermnişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinə səbəb yuxarıda qeyd etdiyi kimi marketin girişində Təqsirləndirilən şəxslə çiyin çiyinə dəyməyi və sonuncunun bu səbəbdən onu təhqir etməsi olmuşdur. Vasifin dedikləri yalandır, onunla ciyin çiyinə dəyəndə ondan dərhal üzr istəmişdir. Hadisə yerində o və Təqsirləndirilən şəxs başqa sonradan adlarını bildiyi Şahid2 və Şahid1, həmçinin tanımadığı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs vurub xəsarət yetirməmişdir. Hadisə zamanı əynində olan geyim paltarları zədələnməmiş, həmin paltarlar hadisə vaxtı kirləndiyi üçün sonradan paltarları atmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən fərdi yaşayış evlərində usta kimi işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, onlarla aralarında hər hansı ədavət yoxdur. 02 aprel 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində Abşeron rayonu, Məhəmmədli qəsəbəsi Əziz Əliyev küçəsində yerləşən fərdi yaşayış evində usta işləmişdir. Həmin tarixdə təxminən saat 11:30 radələrində işlədiyi yaşayış evini tərk edib yaxınlıqdakı Zamin marketə ərzaq almaq üçün getmişdir. Marketə çatdıqda çöldə girişdə sonradan adlarını bildiyi Vasif ilə Elçin adlı şəxsin mübahisə etdiyini görmüşdür. Marketə daxil olmuş və alış veriş edərkən onların ciyin çiyinə dəydikləri üstə mübahisə etdiklərini eşitmişdir. Həmin şəxslər mübahisəni davam etdirmək üçün marketin arxa tərəfinə keçmişlər. O da siqaret və çipsi alıb marketdən çıxarkən marketin arxa tərəfində Vasif və Elçinin arasında dava-dalaş yarandığını görüb onları yaxınlaşaraq ayırmağa çalışmışdır. Həmin vaxtı orada adını sonradan Cavid olduğunu bildiyi şəxs və bir neçə nəfər də olmuşdur. Vasif əlində olan beş barmaq adlanan alətlə Elçinin bədəninin müxtəlif yerlərinə vurmuşdur. Onları araladıqdan sonra Vasif əlindəki aləti otluğun üzərinə atıb hadisə yerindən iti addımlarla uzaqlaşmışdır. Bundan sonra o və digərləri həmin yerdən getmişlər. Hadisə 02 aprel 2023cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi hesab olunan Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Əziz Əliyev küçəsində “Zamin” marketin arxası tərəfində baş vermişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinə səbəb nə olduğunu dəqiq bilmir, lakin onlar marketin qapısının qarşısında bir birlərinə yol vermədiklərinə görə mübahisə etdiklərini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən fərdi yaşayış evlərində usta kimi işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, onlarla aralarında hər hansı ədavət yoxdur. 02 aprel 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində Abşeron rayonu, Məhəmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evində usta işləmişdir. Həmin tarixdə təxminən saat 11:30 radələrində işlədiyi yaşayış evini tərk edib bir qədər aralıqda yerləşən Zamin marketə ərzaq almaq üçün gəlmişdir. Marketdə alış veriş edərkən çöldə girişdə sonradan adlarını bildiyi Vasif ilə Elçin adlı şəxsin mübahisə etdiyini görmüşdür. Onların ciyin çiyinə dəydikləri və bir birinə yol verməməkləri üstə mübahisə etdiklərini eşitmişdir. Həmin şəxslər mübahisəni davam etdirmək üçün marketin arxa tərəfinə keçmişlər. O da siqaret və su alıb marketdən çıxarkən marketin arxa tərəfində Vasif və Elçinin arasında dava-dalaş yarandığını görüb onlara yaxınlaşaraq ayırmağa çalışmışdır. Həmin vaxtı orada bir neçə nəfər də olmuşdur. Vasif əlində olan beş barmaq adlanan alətlə Elçinin ünvanına söyüş edərək bədəninin müxtəlif yerlərinə vurmuşdur. Onları araladıqdan sonra Vasif əlindəki aləti otluğun üzərinə atıb hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o və digərləri həmin yerdən getmişlər. Hadisə 02 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi hesab olunan Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Əziz Əliyev küçəsində “Zamin” marketin arxası tərəfində baş vermişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinə səbəb nə olduğunu dəqiq bilmir, lakin marketdə olarkən onlar marketin qapısının qarşısında bir birlərinə yol vermədiklərinə görə mübahisə etdiklərini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisidir, iş rejimi səhər saat 09:00-dan növbəti gün səhər 09:00-dəkdir. 29 mart 2023-cü il tarixdə saat 09:00-da işə gələrək növbəni qəbul edib xidmətə başlamışdır. Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə polis bölməsinə gətirilərək saxlanılması barədə göstərdiyi xüsusatlara münasibətdə qeyd etmişdir ki, növbədə olduğu qeyd etdiyi müddət ərzində polis bölməsinə Təqsirləndirilən şəxs adlı şəxs gətirilməmiş və elə bir şəxs tanımır. Əgər adı qeyd edilən şəxs polis bölməsinə gətirilsəydi bölmənin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabf’na həmin şəxsin gətirilməsi barədə məlumatlar qeyd edilərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri. Sabunçu RPİ-nin 15-ci PB-nin növbətçi köməkçisi, polis serjantı Şahid5 iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 02 aprel 2023-cü il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs ismayıl oğlu polis bölməsinə ərizə ilə müracət edərək. Bakı şəhəri. Sabunçu rayonunun inzibati ərazisi hesab olunan Abşeron rayonu, Məhəmmədli qəsəbəsi. Əziz Əliyev küçəsində “Zamin” marketin yaxınlığında tanımadığı şəxsin onu döydüyünü bildirmişdir. Məlumat əsasında hadisə yerinə çıxmış 15-ci PB-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən 01 ədəd kastet (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Hadisəni törətmiş şəxs 02 aprel 2023-cü il tarixdə müəyyən edilərək Polis bölməsinə dəvət edilmiş və izahatı alınaraq sərbəst buraxılmışdır. Həmin şəxsin xx.xx.1978-ci il təvəllüdlü, əvvəllər də adam döymə və xuliqanlıq maddələri ilə məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs İsmayıl oğlu barəsində məhkəmə-tibbi ekspertiza təyin edilmiş, xx.xx.2023-cü il tarixli ekspert rəyində Zərərçəkmiş şəxs yüngül zərərvurmaya aid xəsarətlər alması müəyyən edilmişdir. Hadisə yerində aşkar edilərək götürülmüş kastet (beşbarmaq) ekspertizaya təqdim edilmiş, alınmış 04 aprel 2023-cü il tarixli ekspert rəyində həmin kastet (beşbarmaq) soyuq silah olması, təyinatı üzrə istifadəyə yararlı olması müəyyən edilmişdir. 04 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bölməyə çağırılaraq toplanmış materialla birlikdə Sabunçu RPİ-nin istintaq şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs dedikləri həqiqətə uyğun deyil. Polis bölməsinə gətirilmiş şəxslərin qeydiyyat kitabı mövcuddur və orada həmin şəxslərin adları qeyd edilir. Hesab edir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bu cür ifadə vermişdir. İfadəsində göstərdikləri tam olaraq əsassızdır(i.v.140-141); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X3 ərizə ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Məhəmmədi qəsəbəsində tanımadığı şəxsin onu döyərək xəsarət yetirməsini bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir(i.v.07); Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən Zamin marketin arxa tərəfidir. Hadisə yerinə baxış keçirmək məqsədilə Məmmədli dairəsindən Məmmədli kəndi istiqamətində hərəkət etdikdə sağa Ə.Əliyev küçəsinə dönərək təxminən 70-80 metr hərəkət etməklə Zamin marketi keçdikdən sonra sola dönüb təxminən 6-8 metr məsafə qət etdikdə küçənin sağ tərəfində hadisənin baş verməsi müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən otluqların arasından 01 ədəd kastet (beşbarmaq) aşkar edilmişdir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona kastetlə (beşbarmaq) xəsarət yetirdikdən sonra həmin beşbarmağı yerə otluqların arasına tullayaraq hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerinə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd kastet (beşbarmaq) maddi sübut kimi götürülmüşdür(i.v.08-12); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 665 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan sağ çiyin kürək nahiyəsinin dərialtı hematoması, sağ bazu və sağ said nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.29-30); Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet - kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır(i.v.31-33); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə saat 23.00-da CMnin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur(i.v.50); 04 aprel 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilərək törətdiyi əməli etiraf etmişdir(i.v.58-59); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs İsmayıl oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.60); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir(i.v.68-69); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.84-85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X5 RPİ tərəfindən CM-nin 128-ci maddəsi ilə olan materiala xx.xx.2009-cu il tarixdə CPM-nin 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 221.1ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndi ilə azad edilmişdir(i.v.90-91); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər(i.v.103-105); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər(i.v.106-108); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir(i.v.115-119); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 27 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.120-121); Götürmə və baxış keçirilməsi barədə 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”na Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi, polis mayoru Şahid4 və Sabunçu RPİ-nin 15-ci PB-nin növbətçi köməkçisi, polis baş serjantı X1 iştirakı ilə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” nda 28 mart 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində 15-ci PB-nə gətirilmiş şəxslərin qeydiyyatının aparıldığı səhifələrə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin qeydlərdə polis bölməsinə gətirilmiş şübhəli şəxslərin qeydiyyatı aparılmışdır. Qeydiyyat kitabında 29 mart 2023-cü il tarixdə polis bölməsinə gətirilmiş şübhəli şəxslər sırasında Təqsirləndirilən şəxs ilə bağlı hər hansı qeydiyyat aparılmaması müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın müvafiq səhifələrinin kserosurətləri götürülməklə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.126-139); Bakı Apellyasiya Məhkəməsinin 4(103)-515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılması barədə vəsatət və təqdimat təmin edilərək həbsdə saxlanma müddəti 04 iyul 2023-cü il tarixədək uzadılmış, dərhal məhkəmə iclas zalından həbs edilmişdir(i.v.151-158); Sübutların qiymətləndirilməsi haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd soyuq silah hesab olunan, vurucu-əzici xassəyə malik olan, kustar üsulla hazırlanmış kastet (beşbarmaq) iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir(i.v.162-171); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və ittiham olunduğu hadisənin baş verməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən özünü CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilərək törətdiyi əməli etiraf etmiş, dindirmə protokolu özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2023-cü il tarixdən polis bölməsində saxlanmasını göstərmişdir. Lakin, Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” nda 28 mart 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində 15-ci PB-nə gətirilmiş şəxslərin qeydiyyatının aparıldığı səhifələrə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin qeydlərdə polis bölməsinə gətirilmiş şübhəli şəxslərin qeydiyyatı aparılmış, qeydiyyat kitabında 29 mart 2023-cü il tarixdə polis bölməsinə gətirilmiş şübhəli şəxslər sırasında Təqsirləndirilən şəxs ilə bağlı hər hansı qeydiyyat aparılmaması müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı hadisənin baş verməməsi, Təqsirləndirilən şəxs tanımaması barədə ifadə versə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. 02 aprel 2023-cü il tarixdə təxminən saat 11:30 radələrində Sabunçu rayonunun inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədli qəsəbəsində beş mərtəbəli binaların yanında yerləşən marketə siqaret almaq məqsədi ilə daxil olmaq istədikdə giriş qapısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə təsadüfən çiyinçiyinə dəymişlər və sonuncudan üzr istəmişdir. Lakin Təqsirləndirilən şəxs bunu bilərək etdiyini düşünüb onu təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Vasif məsələni aydınlaşdırmaq üçün dükanın arxa tərəfində keçməyi demiş və dükanın arxa tərəfinə keçdikdə sonuncu onu yenidən təhqir etməyə başlamışdır. O da Vasifə cavab qaytaranda sonuncu cibindən dəmir beşbarmağı çıxardaraq onun kürək nahiyəsindən və sağ qolundan bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman hadisə yerində olan iki nəfər tanımadığı şəxs gəlib onları ayırmışlar. Vasif ona xəsarət yetirdikdən sonra əlindəki beşbarmağı dalaşdıqları yerdə yerin səthindəki otluq hissəyə ataraq hadisə yerindən uzaqlaşmışdır. Polis əməkdaşlarının hadisə yerinə gələcəyini düşünüb həmin beşbarmaq deyilən aləti polis əməkdaşlarına təqdim etmək üçün ona heç kəs toxunmamışdır. Bundan sonra baş vermiş hadisə barədə 15-ci PB-nə gedib ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəldikdən sonra yerdə otluqların üzərində olan beşbarmaq deyilən aləti onlara göstərmiş və Vasifin onu həmin alətlə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və həmin beşbarmaq adlanan alətin də fotoşəkli çəkilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Hadisə yerində başqa tanımadığı şəxslər də olmuş və həmin şəxslər dava-dalaşa görə toplaşmışlar. Hadisə xx.xx.2023-cü il tarixdə saat təxminən ll:30-da Sabunçu rayonunun inzibati ərazisi hesab edilən Abşeron rayonu, Məhəmmədli qəsəbəsi. Əziz Əliyev küçəsində yerləşən “Zamin” marketin arxa tərəfində baş vermnişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinə səbəb yuxarıda qeyd etdiyi kimi marketin girişində Təqsirləndirilən şəxslə çiyin çiyinə dəyməyi və sonuncunun bu səbəbdən onu təhqir etməsi olmuşdur. Vasifin dedikləri yalandır, onunla ciyin çiyinə dəyəndə ondan dərhal üzr istəmişdir. Hadisə yerində o və Təqsirləndirilən şəxs başqa sonradan adlarını bildiyi Şahid2 və Şahid1, həmçinin tanımadığı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs vurub xəsarət yetirməmişdir. Hadisə zamanı əynində olan geyim paltarları zədələnməmiş, həmin paltarlar hadisə vaxtı kirləndiyi üçün sonradan paltarları atmışdır. Eyni zamanda, X3 xx.xx.2023-cü il tarixli ərizə ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Məhəmmədi qəsəbəsində tanımadığı şəxsin onu döyərək xəsarət yetirməsini bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birilərinin üzünə qarşı bir daha təsdiq etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərilən tarixlərdə narkotiklə tutularaq 15-ci Polis Bölməsinə gətirildiyini göstərsə də, Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” nda 28 mart 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində 15-ci PB-nə gətirilmiş şəxslərin qeydiyyatının aparıldığı səhifələrə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin qeydlərdə polis bölməsinə gətirilmiş şübhəli şəxslərin qeydiyyatı aparılmış, qeydiyyat kitabında göstərilən tarixlərdə polis bölməsinə gətirilmiş şübhəli şəxslər sırasında Zərərçəkmiş şəxs ilə bağlı hər hansı qeydiyyat aparılmaması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilərək hazırda təqsirləndirilən şəxslə birlikdə X2 saxlanılır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hazırda digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda ifadə vermişdir. Odur ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və üzləşdirmə protokolu sübut kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsi və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin Qərarın 10-cu bəndinə əsasən xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsinəməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM-59.1.4) və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini(CM-59.1.12) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83cü maddəsinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs göstərilən hökm üzrə məhkumluğu ödənildiyindən, eyni zamanda həmin əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.2), məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 04 aprel 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 02 iyun 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd kastet(beşbarmaq) məhv edilməli, 64(altmış dörd) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 aprel 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01(bir) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 10(on) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut- Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd kastet(beşbarmaq) məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-664/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-664/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver