Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-664/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qzının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1997-ci il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 9,05 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və idarə etdiyi “Lexus” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ərazisinə qədər daşımış 14 iyun 2025-ci il tarixdə, saat 01:27-də Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kağıza bükülüdə ümumi çəkisi 0,90 qram tütünlə qarşıqı kütlədə təmiz çəkisi 0,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən sellofan bükülüdə təmiz çəkisi 4,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 9,05 qram xeyli miqdarda olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olur. 13 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində şəxsiyyəti ona məlum olmayan, tanımadığı şəxsdən 70 (yetmiş) manat müqabilində şəxsi istifadəsi üçün “marixuana” adlı qurudulmuş narkotik vasitə əldə etmiş, əldə etdiyi narkotik vasitəni üzərində, yəni cibində, habelə idarəsində olan “Lexus” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlamışdır. Qeyd olunan marixuana maddəsi “Sobranie” markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş və avtomobilin içərisində gizlədilmiş vəziyyətdə daşınmışdır. 14 iyun 2025-ci il tarixdə, saat təxminən 01:27 radələrində tanışı Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Buta Sofa” mağazasının qarşısında olduğu zaman, mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları videoçəkiliş vasitəsilə onun üzərini yoxlamış və üzərində qanunla daşınması qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsini təklif etmişlər. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu və bir ədəd kağız bükülünü çıxararaq təqdim etmişdir. Aparılan yoxlama zamanı kibrit qutusunda və kağız bükülüdə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra o, avtomobilində yerləşən bir qutu içərisində “Sobranie” markalı siqaret qutusunu təqdim etmiş, qutunun içərisində qurudulmuş marixuana olduğu müəyyən edilmiş və o, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Həmin vaxt Şahid3 da üzəri yoxlanılmış, lakin ondan heç bir qanunsuz maddə aşkar edilməmiş, Şahid3 həm onun üzərində, həm də avtomobilində narkotik vasitə qurudulmuş marixuana olduğu barədə məlumatı olmamışdır. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmiş, polis bölməsində vəkilin iştirakı ilə aşkar edilmiş maddələrə baxış keçirilmişdir. Barəsində tutma protokolu tərtib edilmiş, maddələr yenidən qablaşdırılaraq protokol tərtib edilmişdir. O, tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 iyun 2025-ci il tarixində xidmət etdiyi polis bölməsinə daxil olmuş əməliyyat məlumatında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini Təqsirləndirilən şəxs və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə sakini Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məlumat əsasında təxirəsalınmaz olaraq əməliyyat qrupu təşkil edilmiş və sözügedən şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılmışdır. Həmin tarixdə,yəni, 14 iyun 2025-ci il tarixdə, saat 01:27 radələrində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs və Şahid3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Buta Sofa» mağazasının qarşısında saxlanılmışdır. Saxlanma zamanı Təqsirləndirilən şəxs üzəri videoçəkiliş vasitəsilə yoxlanılmış, ona üzərində qanunla daşınması qadağan edilmiş hər hansı maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu və bir ədəd kağıza bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Həmin kibrit qutusu və kağız bükülüdə aparılmış ilkin baxış zamanı ota bənzər, xarakterik spesifik iyə malik olan maddələr aşkar edilmişdir. Əlavə olaraq, Şahid3 üzəri yoxlanılmışdır; lakin ondan hər hansı qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “Lexus” markalı, **-SN- *** dövlət nömrə nişanlı avtomobilin salonunda baxış keçirilmiş və avtomobilin salonundan 01 ədəd “Sobranie” markalı siqaret qutusunda sellofana bükülmüş, ota bənzər xarakterik spesifik iyə malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, aşkar edilən maddələr qurudulmuş marixuana olub, həmin narkotik vasitələri Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı bir şəxsdən 80 (səksən) manat qarşılığında almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman və üzərinə şəxsi axtarış aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 şahid X2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, onun təxminən bir ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri mövcuddur. 14 iyun 2025ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Buta Sofa” mebel mağazasının qarşısında, dostu Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi avtomobildə olmuşdur. Həmin vaxt onlara yaxınlaşan mülki geyimli 3 nəfər şəxs özlərini Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim etmiş və onların üzərində narkotik vasitələrin olması ehtimalı ilə yoxlama aparacaqlarını bildirmişlər. Onun üzərində və avtomobilində aparılmış yoxlama müdafiəçinin iştirakı təmin olunmadan həyata keçirilmiş, lakin onun üzərindən və şəxsi əşyalarından hər hansı qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra dostu Təqsirləndirilən şəxs üzərində və avtomobilində aparılmış yoxlama zamanı kibrit qutusu, kağız bükülü və siqaret qutusu daxilində selofana bükülmüş formada ota bənzər, xarakterik spesifik iyə malik maddə aşkar olunmuşdur. İlkin ehtimala görə, həmin maddənin qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, narkotik vasitəni 13 iyun 2025-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı bir şəxsdən şəxsi istifadəsi məqsədilə 80 manat qarşılığında əldə etmişdir. O, dostu Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə olduğundan xəbərsiz olmuş və bu barədə hər hansı bir məlumata malik olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və baxış keçirilməsinə dair 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3, X3, Şahid2 və X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusuna bükülmüş və 1 (bir) ədəd kağıza bükülmüş formada ota bənzər, xarakterik spesifik iyə malik maddə aşkar edilmişdir. (i.v.14-15). “Avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3, X3, Şahid2 və X2 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin salon hissəsindən 1 (bir) ədəd şəffaf selofana bükülmüş, yaşıl rəngli, xarakterik spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. (i.v.16-17). "Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2025-ciil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ciil tarixdə, saat 01:27-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.20). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. (i.v.68). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 7/875 nömrəli, 14 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə yerləşən 01 (bir) ədəd kibrit qutusu içərisində təmiz çəkisi 3,44 qram olan, xarakterik yaşıl rəngli, bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana, eyni kağız paketdə olan 1 (bir) ədəd kağız bükülü içərisində ümumi çəkisi 0,90 qram, o cümlədən təmiz çəkisi 0,72 qram olan, tütünlə qarışıq formada təqdim edilmiş bitki mənşəli kütlənin da çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, kağız paketdə yerləşən “Sobranie” adlı siqaret qutusunun içərisində olan 1 (bir) ədəd sellofan bükülü maddə isə təmiz çəkisi 4,89 qram olan, bitki mənşəli, spesifik iyə malik, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 8.90 qramdır. (i.v.69-70). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 14 iyun 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rauf Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.95-96). “Qətimkan tədbiri seçilməsi haqqında” 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 iyun 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.97). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi Mərkəzi Ambulator X1 ekspert komissiyasının 18 iyun 2025-ci il tarixli, 3621 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.103-104). "Sübutların qiymətləndirilməsi haqqında” 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8.90 qram olan narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v. 124-128) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 106). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olduqda qurudulmuş marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 14 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 78 (yetmiş səkkiz) manat manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2025-ci tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 8.90 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili və müdafiəçisi Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-664/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-664/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver