Məhkəmə qərarları › İş №1(008)-666/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-666/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-666/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X5 iştirakları ilə, xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 11 saylı X9 Məktəbinin 8-ci sinif şagirdi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 11 saylı X9 Məktəbinin 8-ci sinif şagirdi, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən oğurluq etmələri barədə sövdələşib, həmin cinayətin həyata keçirilməsi üçün 30 may 2025-ci il tarixdə səhər saat 11 radələrində hər ikisi qeyd edilən ünvanda fəaliyyət göstərməyən adsız obyektin çöl fasadını işıqlandıran divara yerləşdirilmiş 29 (iyirmi doqquz) ədəd hər birinin dəyəri 75 (yetmiş beş) manat olan fasad işıqlarını, daha sonra obyektin sanitar qovşağına məxsus plastik qapını sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq obyektə aid sanitar qovşağın 04 ədəd hər birinin dəyəri 40 (qırx) manat olan su krantını, sanitar qovşaqda olan 10 ədəd hər birinin dəyəri 4 (dörd) manat olan divar elektrik cərəyanını paylayıcılarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.375 (iki min üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla onunla birlikdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən oğurluq etmələri barədə sövdələşib, həmin cinayətin həyata keçirilməsi üçün 31 may 2025-ci il tarixdə səhər saat 07 radələrində hər ikisi qeyd edilən ünvanda fəaliyyət göstərməyən adsız obyektin qapısını sındırma yolu ilə obyektə qanunsuz daxil olaraq obyektin 10 (on) ədəd hər birinin dəyəri 150 (yüz əlli) manat olan divara quraşdırılmış aliminium pəncərələrin açılıb bağlanan hissəsini söküb çıxarıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla onunla birlikdə təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən oğurluq etmələri barədə sövdələşib, həmin cinayətin həyata keçirilməsi üçün 30 may 2025-ci il tarixdə səhər saat 11 radələrində hər ikisi qeyd edilən ünvanda fəaliyyət göstərməyən adsız obyektin çöl fasadını işıqlandıran divara yerləşdirilmiş 29 (iyirmi doqquz) ədəd hər birinin dəyəri 75 (yetmiş beş) manat olan fasad işıqlarını, daha sonra obyektin sanitar qovşağına məxsus plastik qapını sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq obyektə aid sanitar qovşağın 04 ədəd hər birinin dəyəri 40 (qırx) manat olan su krantını, sanitar qovşaqda olan 10 ədəd hər birinin dəyəri 4 (dörd) manat olan divar elektrik cərəyanını paylayıcılarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.375 (iki min üç yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla onunla birlikdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən oğurluq etmələri barədə sövdələşib, həmin cinayətin həyata keçirilməsi üçün 31 may 2025-ci il tarixdə səhər saat 07 radələrində hər ikisi qeyd edilən ünvanda fəaliyyət göstərməyən adsız obyektin qapısını sındırma yolu ilə obyektə qanunsuz daxil olaraq obyektin 10 (on) ədəd hər birinin dəyəri 150 (yüz əlli) manat olan divara quraşdırılmış aliminium pəncərələrin açılıb bağlanan hissəsini söküb çıxarıb gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla onunla birlikdə təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən “Bravo” marketin arxasında qeyri-yaşayış sahəsi vardır. Həmin obyektin yaxınlığında “Karvan” adlı restoran yerləşir və dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin restoranın wi-fi parolunu bilirlər. Lakin restoranda əyləşə bilmədiklərindən bir neçə dəfə 2025-ci ilin aprel-may aylarında qeyri-yaşayış sahəsinə daxil olub, oradan mobil telefonla wi-fı şəbəkəsinə qoşularaq Ramizlə internet üzərindən mobil oyunlar oynamışlar. Bir dəfə o Ramizlə obyektdə olan zaman, oranın sanitar qovşağından aksesuarları, aliminium pəncərləri və müxtəlif elektrik naqillərinin və elektrik paylayıcılarını götürüb metal qəbulu məntəqələrinə təhvil verib pul qazanmaq fikrinə gəlmişlər. Bu səbəbdən həmən günü təxmini olaraq dəqiq tarixini xatırlamasa da 30 may 2025-ci il tarixdə səhər saat 11 radələrində qeyri-yaşayış obyektinin çöl fasadını işıqlandıran divara yerləşdirilmiş işıqları yerindən çıxarıb onları orada saxlamaqla onlara gələn və qidalandıran kabelleri maksimum dartaraq yerindən çıxarıb uc hissəsindən kəsmişlər. Bu qaydada bütün işıqlara gələn kabelləri kəsmiş və obyektin arxasında boş anbar kimi yerdə bir yerə yığdıqdan sonra kabelləri yandırıb mis halına gətirmişlər. Daha sonra obyektə aid olan sanitar qovşağın plastik qapısını sındırıb açmışlar. Sanitar qovşağından 04 ədəd su krantlarını özlərində olan kəlbətinlə açmış, sanitar qovşağda olan 10 ədəd elektrik cərəyanını paylayıcılarını da kəlbətinlə yerindən dartıb qoparmış, obyektin fasadına quraşdırılmış 29 ədəd fasad işıqlarını da sökərək götürmüşlər. Həmin gün obyektdən oğurladıqları əşyaları Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində səyyar xidmət göstərən tanımadıqları metal təhvil alan şəxsə təhvil verərək 70 manat pul almışlar. Əldə etdikləri pulu isə aralarında yarıbayarı bölüşdürmüşlər. Həmin günün səhəri, yəni 31 may 2025-ci il tarixdə səhər saatlarında təxminən saat 08:00 radələrində qeyri-yaşayış obyektinin aliminium pəncərələrinin daxilə açılan çərçivələrini götürmək üçün təkrar oraya getmiş və bu dəfə obyektə məxsus otaqların birinin qapısını sındıraraq açmışlar. Orada olan 06 ədəd pəncərənin açılan çərçivələrini qopararaq, yerindən çıxarıb, eyni qaydada arxaya aparıb orada bəzilərini söküb-sındırıb parçalamışlar. 06 ədəd pəncərənin 03 ədədi nəfəslik, 03 ədəd isə nisbətən böyük pəncərə olmuşdur. Söküb-sındırmaq yorucu olduğundan bəzilərini olduğu kimi saxlayıb, 06 ədəd pəncərənin hamısını 31 may 2025-ci il tarixdə saat 10 radələrində oğurladıqları əşyaları Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə təhvil vermişlər. 06 ədəd aliminium pəncrələrə görə onlara əldə etdkləri pulu da ikisi arasında bölüşdürmüş və əyləncələri üçün xərcləmişlər. Əvvəllər belə hala yol verməmiş, ilk dəfə 30 may 2025-ci il tarixdə obyektə daxil olub, qeyd edilən əşyaları gizlin şəkildə götürdükdən sonra onları səyyar xidmət göstərən metal qəbul edən şəxsə təhvil verib pul əldə etdikdən, bir gün sonra pulları bitdiyindən yenidən həmin obyekdə daxil olub, pəncərələri götürüb, onları satıb pul əldə etmək qərarına gəlmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, dərslərindən geri qalmaq istəmədiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində dindirilmiş X1 Əlibaba Azad oğlunun törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, bir daha bu cür əməllərə yol verməyəcəyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən “Bravo” marketin arxasında qeyri-yaşayış sahəsi vardır. Həmin obyektin yaxınlığında “Karvan” adlı restoran yerləşir və dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin restoranın wi-fi parolunu bilirlər. Lakin restoranda əyləşə bilmədiklərindən bir neçə dəfə 2025-ci ilin aprel-may aylarında qeyri-yaşayış sahəsinə daxil olub, oradan mobil telefonla wi-fi şəbəkəsinə qoşularaq Əlibaba ilə internet üzərindən mobil oyunlar oynamışlar. Bir dəfə o, Əlibaba ilə obyektdə olan zaman, oranın sanitar qovşağından aksesuarları, aliminium pəncərləri və müxtəlif elektrik naqillərinin və elektrik paylayıcılarını götürüb metal qəbulu məntəqələrinə təhvil verib pul qazanmaq fikrinə gəlmişlər. Bu səbəbdən həmən günü təxmini olaraq dəqiq tarixini xatırlamasa da 30 may 2025-ci il tarixdə səhər saat 11 radələrində qeyri-yaşayış obyektinin çöl fasadını işıqlandıran divara yerləşdirilmiş işıqları yerindən çıxarıb onları orada saxlamaqla onlara gələn və qidalandıran kabelleri maksimum dartaraq yerindən çıxarıb uc hissəsindən kəsmişlər. Bu qaydada bütün işıqlara gələn kabelləri kəsmiş və obyektin arxasında boş anbar kimi yerdə bir yerə yığdıqdan sonra kabelləri yandırıb mis halına gətirmişlər. Daha sonra obyektə aid olan sanitar qovşağın plastik qapısını sındırıb açmişlar. Sanitar qovşağından 04 ədəd su krantlarını özlərində olan kəlbətinlə açmış, sanitar qovşağda olan 10 ədəd elektrik cərəyanını paylayıcılarını da kəlbətinlə yerindən dartıb qoparmış, obyektin fasadına quraşdırılmış 29 ədəd fasad işıqlarını da sökərək götürmüşlər. Həmin gün obyektdən oğurladıqları əşyaları Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində səyyar xidmət göstərən tanımadıqları metal təhvil alan şəxsə təhvil verərək 70 manat pul almışlar. Əldə etdikləri pulu isə aralarında yarıbayarı bölüşdürmüşlər. Həmin günün səhəri, yəni 31 may 2025-ci il tarixdə səhər saatlarında təxminən saat 08:00 radələrində qeyri-yaşayış obyektinin aliminium pəncərələrinin daxilə açılan çərçivələrini götürmək üçün təkrar oraya getmiş və bu dəfə obyektə məxsus otaqların birinin qapısını sındıraraq açmışlar. Orada olan 06 ədəd pəncərənin açılan çərçivələrini qopararaq, yerindən çıxarıb, eyni qaydada arxaya aparıb orada bəzilərini söküb-sındırıb parçalamışlar. 06 ədəd pəncərənin 03 ədədi nəfəslik, 03 ədəd isə nisbətən böyük pəncərə olmuşdur. Söküb-sındırmaq yorucu olduğundan bəzilərini olduğu kimi saxlayıb, 06 ədəd pəncərənin hamısını 31 may 2025-ci il tarixdə saat 10 radələrində oğurladıqları əşyaları Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə təhvil vermişlər. 06 ədəd aliminium pəncrələrə görə onlara əldə etdkləri pulu da ikisi arasında bölüşdürmüş və əyləncələri üçün xərcləmişlər. Əvvəllər belə hala yol verməmiş, ilk dəfə 30 may 2025-ci il tarixdə obyektə daxil olub, qeyd edilən əşyaları gizlin şəkildə götürdükdən sonra onları səyyar xidmət göstərən metal qəbul edən şəxsə təhvil verib pul əldə etdikdən, bir gün sonra pulları bitdiyindən yenidən həmin obyekdə daxil olub, pəncərələri götürüb, onları satıb pul əldə etmək qərarına gəlmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, dərslərindən geri qalmaq istəmədiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində dindirilmiş X5 törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, bir daha bu cür əməllərə yol verməyəcəyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini, məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin yaşı və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclaslarıın onun iştirakı olmadan keçirilməsini və dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Kərimov X4 Cəmilə Məhəmməd qızının istintaqda verdiyi ifadənin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvanında Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 3196 m2 olan qeyri-yaşayış sahəsi mövcuddur. Həmin qeyri-yaşayış sahəsi hal-hazırda fəaliyyət göstərmir. Həmin obyektə Cəmilə xanımın köməkçisi Şahid1 nəzarət edir. 31 may 2025-ci il tarixdə Şahid1 Cəmilə xanıma zəng vuraraq bildirmişdir ki, obyektə naməlum şəxslər qapını sındırmaq yolu ilə daxil olub içəridən oğurluq etmişlər. Daha sonra Cəmilə xanım həmin obyektə gedərək obyektə baxış keçirmiş və müəyyən etmişdir ki, naməlum şəxslər divara quraşdırılmış 29 (iyirmi doqquz) ədəd fasad işığını, 10 ədəd aliminium pəncərəni, 10 ədəd divar elektrik cərəyan paylayıcılarının, 04 ədəd su krantını oğurlamışlar. Oğurlanmış 29 ədəd fasad işığının hər birinini dəyəri 75 manat olmaqla ümumilikdə 2.175 manat, 10 ədəd sanitar qovşağın aliminum pəncərələrinin hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 1500 manat, 10 ədəd divar elekrtik cərəyan paylayıcılarının hər birinin dəyəri 4 manat olmaqla ümumilikdə 40 manat, 4 ədəd su krantının hər birinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 160 manatdır. Bundan əlavə elektrik naqillərinin uc hissələrinin kəsilərək yararsız vəziyyətə gətirilməsi Cəmilə xanım tərəfindən aşkar edilmişdir. Baş vermiş hadisə nəticəsində ümumilikdə 3.875 (üç min səkkiz yüz yetmiş beş) manat dəyərində əmlak oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi, giriş 39 ünvanında, Zərərçəkmiş şəxs məxsus təmiri tam olmadığından istifadədə olmayan qeyri-yaşayış sahəsi vardır. O, Cəmilə xanımın yanında köməkçi və nəzarətçi kimi çalışdığından ona və onun ailəsinə məxsus bir neçə obyektə nəzarəti həyata keçirir. Bu səbəbdən 31 may 2025-ci il tarixdə saat 11 radələrində obyektə gəldikdə orada obyektə məxsus olan və divarların işıqlandırılması üçün quraşdırılan 29 ədəd hər birinin ayrılıqda dəyəri 75 manat olan ümumilikdə 2.175 manatlıq fasad işıqlarının, sanitar qovşağın qapısının sındırılaraq 10 ədəd hər birinin dəyəri 4 manat olmaqla ümumilikdə 40 manatlıq elektrik cərəyan paylayıcılarının, 04 ədəd hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 160 manatlıq su krantlarının və obyektə məxsus digər qapının sındırılaraq içəridən 10 ədəd hər birinin dəyəri 150 (yüz əlli) manat olan aliminium pəncərələrin çərçivələrinin oğurlandığını aşkar etmişdir. Oğurlanan əşyalardan əlavə olaraq təkrar bərpa üçün zədələnmiş elektrik naqillərinin təkrar çəkilməsi və usta haqqlarinin hesabı 16.500 manata yaxındır. Hadisəni aşkar etdikdən sonra bu barədə mülk sahiblərinə məlumat vermişdir. Onlar Azərbaycan Respublikasında olmadıqları üçün mülk sahibi özünün hadisə barədə polisə məlumat verməyini ona bildirmişdir. Bu səbəbdən öz növbəsində hadisə barədə DİN-nin 102 Xidməti Zəng Mərkəzi sisteminə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ümumilikdə 3875 (üç min səkkiz yüz yetmiş beş) manat dəyərində əşya oğurlanmışdır. Hadisə 30 may 2025-ci il tarixdə və 31 may 2025-ci il tarixdə baş vermişdir. Təhlükəsizlik kameralarına baxış keçirən zaman aşkar etmişdir ki, 2 azyaşlı şəxs həmin tarixlərdə obyektə daxil olaraq oğurluq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən metal qəbulu məntəqəsində fəhlə kimi işləyir. Metal qəbulu məntəqəsi Şahid3 məxsusdur və o özü hər gün orada metal qəbulu prosesinə nəzarət edir. 31 may 2025-ci il tarixdə Şahid3 işdə olmadığından metal qəbulu məntəqəsini ona tapşırıb öz işlərinin arxasınca getmişdir. Səhər saat 31 may 2025ci il tarixdə səhər saat 09:00 radələrində bir neçə dəfə metal qəbulu məntəqəsinə gələn və özləri ilə enerji içkiləri qablarını gətirən, üzdən tanıdığı, yaşlarının təxmini 14-15 olduğu iki nəfər yeniyətmə uşaqlar metal qəbulu məntəqəsinə yaxınlaşmışlar. Onlardan biri dolu ağ köynək və qolsuz gödəkcədə, digəri isə sarı qısaqol köynəkdə olmuşdur. Bu zaman həmin şəxslərin aliminium parçalar və pəncərə çərçivələri gətirdiklərini görmüşdür. Onlardan gətirdikləri əşyaların haradan əldə etdiklərini soruşmuş, həmin şəxslərdən biri cavabında evlərində təmir getdiyini və köhnə pəncərələr olduğunu bildirmişdir. Bu səbəbdən də azyaşlı uşaqlara inanıb həmən parçaları tərəziyə qoyub ölçmüş və onların gətirdiyi boz rəngli aliminium pəncərə çərçivələrinin və parçalarının ümumi çəkisi 12 kq olduğundan və aliminiumun qəbulunun kiloqramının qiyməti 2 manat 30 qəpik olduğundan uşaqlara 27 manat pul verib yola salmışdır. Həmin şəxslər pulu alıb qəbul məntəqəsini tərk etmişlər. Həmin şəxsləri şəxsən tanımamış, lakin həmin 2 nəfər şəxsi əvvəllər də görmüş, onlar bir neçə dəfə aliminium içki qablarını gətirib metal qəbulu məntəqəsinə təhvil vermişlər. Həmin şəxslərin gətirdikləri malın oğurluq mal olmasından məlumatlı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən metal qəbulu məntəqəsini işlədir. Həmin metal qəbulu məntəqəsi ona məxsusdur və hər gün orada olur, metal qəbulu prosesinə nəzarət edir. Metal qəbulu məntəqəsində Şahid2 ona köməklik edir və fəhlə kimi işləyir. 31 may 2025-ci il tarixdə şəxsi işləri olduğundan işçisi olan Şahid2 gəlməyəcəyini və işdə diqqətli olmağını, istənilən halda, kimliyindən asılı olmayaraq hər kim nə gətirərsə sənədsiz yəni şəxsiyyəti təsdiq edən sənəd təqdim etməmiş əşyaları qəbul etməməyi tapşırmışdır. 31 may 2025-ci il tarixdə işdə olmadığı vaxt, evdə olan zaman Tağı ona məlumat vermədən məntəqəyə yaxınlaşan 2 nəfər şəxsdən boz rəngli aliminium pəncərə parçalarını və çərçivələrini qəbul etmişdir. Bu hadisədən sonra polis əməkdaşları məntəqəyə baxış keçirən zaman həmən hissə və parçaları ona məxsus olan və işlətdiyi metal qəbulu məntəqəsində aşkar etmişlər. Daha sonra ona məlum olmuşdur ki, həmən hissə və parçalar oğurluq maldır. Cinayət işinin 5-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:58-də vətəndaş Şahid1 DİN-nin 102 zəng-xidmətinə zəng vuraraq Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 43, “Bravo” marketin arxasında yerləşən qeyriyaşayış obyektindən mebellərin və hissələrinin kəsilməsi, elektrik paylayıcılarının, su matorlarının, fasad işıqlarının və aliminium pəncərələrinin oğurlanması məlumatını vermişdir. Obyekt işlək olmayan bir mərtəbəli, təxminən 1000 kv.m-dən çox sahəsi olan obyektdir. Ətraf işlək olan qeyri-yaşayış obyektləridir. Obyektin qapıları açıq vəziyyətdədir və rahatlıqla hər bir tərəfdən daxil olmaq olur. Hadisə yerinin fotoşəklləri çəkilərək əlavə olunmuşdur. Cinayət işinin 16-cı vərəqində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 30 may 2025-ci il tarixinə olan videogrüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin tarixə aid 03 (üç) ədəd videogörüntü vardır. 1-ci videogörüntü 17 saniyədən, 2-ci videogörüntü 20 saniyədən, 3-cü videogrüntü isə 28 saniyədən ibarətdir. 30 may 2025-ci il tarixdə saat 11 radələrində iki nəfər azyaşlı uşaqlardan biri velosiped sürür, onun yanında gəzən digər şəxs isə əlində olan irihəcmli paketi kolluq, ağaclıq hissəyə qoyur. Velosiped sürən şəxs arıq bədən quruluşlu şəxsdir, yanındakı şəxs isə dolu bədən quruluşlu şəxsdir. Digər görüntüdə isə velosiped sürən arıq bədən quruluşlu şəxsin velosiped ilə gələrək onlar tərəfindən VAZ 21099 markalı avtomobilin qarşısına qoyulmuş irihəcmli paketi götürərək uzaqlaşır. 31 may 2025-ci il tarixinə olan videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin tarixdə aid 03 (üç) ədəd videogörüntü vardır. 1-ci videogörüntü 54 saniyədən, 2-ci videogörüntü 1 dəqiqə 03 saniyədən, 3-cü videogörüntü isə 04 saniydən ibarətdir. 1-ci videogörüntüdə 31 may 2025-ci il tarixdə saat 08 radələrində arıq bədən quruluşlu azyaşlı şəxs velosiped sürür, onun arxası ilə gələn dolu bədən quruluşlu şəxs hər iki əlində pəncərə çərçivələrini gətirərək yolun sağ kənar hissəsində dayanmış VAZ 21099 markalı avtomobilin arxa tərəfində yerə qoyur, daha sonra isə ətrafı müşahidə edir. 2-ci videogrüntüdə yenidən arıq bədən quruluşlu şəxs velosiped sürür, yanında da dolu bədən quruluşlu azyaşlı şəxs vardır. Onlar yolun sağ kənarında dayanmış VAZ 21099 markalı avtomobilin arxa tərəfində gəlib dayanırlar. Daha sonra yerə yığdıqları əşyaları velosipedə yığırlar və dolu bədən quruluşlu şəxs pəncərə çərçivəsini əlinə götürür və hərəkət edirlər. 3-cü videogörüntüdə isə velosiped sürən azyaşlı şəxsin əlində böyük ölçülü pəncərə çərçivəsi ilə velosipedlə hərəkətdə olması görünür. Cinayət işinin 38-ci vərəqində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 58 saniyədən ibarətdir. 31 may 2025-ci il tarixdə saat 09:36-da 2 nəfər azyaşlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən metal qəbulu məntəqəsinə daxil olaraq pəncərə çərçivələrini və paketin içərisindən sökülmüş pəncərə çərçivələrini təqdim edirlər, metal qəbul edən şəxs isə çərçivələri tərəzidə ölçərək təhvil alır. Azyaşlılardan biri arıq bədə quruluşlu, digəri isə dolu bədən quruluşludur. Arıq bədən quruluşlu şəxsin əynində narıncı rəngli qısaqol köynək və qara rəngli şalvar vardır. Dolu bədən quruluşlu şəxsin əynində isə ağ rəngli qısaqol köynək, üzərindən qısaqol ağ rəngli gödəkcə, açıq qəhvəyi rəngli şalvar vardır. Cinayət işinin 74-75-ci vərəqələrində olan “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 30 may 2025-ci il tarixinə olan videogrüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin tarixə aid 03 (üç) ədəd videogörüntü vardır. 1-ci videogörüntü 17 saniyədən, 2-ci videogörüntü 20 saniyədən, 3-cü videogrüntü isə 28 saniyədən ibarətdir. 30 may 2025-ci il tarixdə saat 11 radələrində iki nəfər azyaşlı uşaqlardan biri velosiped sürür, onun yanıda gəzən digər şəxs isə əlində olan irihəcmli paketi kolluq, ağaclıq hissşyə qoyur. Velosiped sürən şəxs arıq bədən quruluşlu şəxsdir, yanındakı şəxs isə dolu bədən quruluşlu şəxsdir. Digər görüntüdə isə velosiped sürən arıq bədən quruluşlu şəxsin velosiped ilə gələrək onlar tərəfindən VAZ 21099 markalı avtomobilin qarşısına qoyulmuş irihəcmli paketi götürərək uzaqlaşır. 31 may 2025-ci il tarixinə olan videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin tarixdə aid 03 (üç) ədəd videogörüntü vardır. 1-ci videogörüntü 54 saniyədən, 2-ci videogörüntü 1 dəqiqə 03 saniyədən, 3-cü videogörüntü isə 04 saniydən ibarətdir. 1-ci videogörüntüdə 31 may 2025-ci il tarixdə saat 08 radələrində arıq bədən quruluşlu azyaşlı şəxs velosiped sürür, onun arxası ilə gələn dolu bədən quruluşlu şəxs hər iki əlində pəncərə çərçivələrini gətirərək yolun sağ kənar hissəsində dayanmış VAZ 21099 markalı avtomobilin arxa tərəfində yerə qoyur, daha sonra isə ətrafı müşahidə edir. 2-ci videogrüntüdə yenidən arıq bədən quruluşlu şəxs velosiped sürür, yanında da dolu bədən quruluşlu azyaşlı şəxs vardır. Onlar yolun sağ kənarında dayanmış VAZ 21099 markalı avtomobilin arxa tərəfində gəlib dayanırlar. Daha sonra yerə yığdıqları əşyaları velosipedə yığırlar və dolu bədən quruluşlu şəxs pəncərə çərçivəsini əlinə götürür və hərəkət edirlər. 3-cü videogörüntüdə isə velosiped sürən azyaşlı şəxsin əlində böyük ölçülü pəncərə çərçivəsi ilə velosipedlə hərəkətdə olması görünür. Digər 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, videogörüntü 58 saniyədən ibarətdir. 31 may 2025-ci il tarixdə saat 09:36-də 2 nəfər azyaşlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvanında metal qəbulu məntəqəsinə daxil olaraq pəncərə çərçivələrini və paketin içərisindən sökülmüş pəncərə çərçivələrini təqdim edirlər, metal qəbul edən şəxs isə çərçivələri tərəzidə ölçərək təhvil alır. Azyaşlılardan biri arıq bədən quruluşlu, digər isə dolu bədən quruluşludur. Arıq bədən quruluşlu şəxsin əynində narıncı rəngli qısaqol köynək və qara rəngli şalvar vardır. Dolu bədən quruluşlu şəxsin əynində isə ağ rəngli qısaqol köynək, üzərindən qısaqol ağ rəngli gödəkçə, açıq qəhvəyi rəngli şalvar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, videogörüntülərdə olan velosiped sürən arıq bədən quruluşlu, əynində narıncı rəng qısaqol köynək və qara rəngli şalvar olan şəxs onun özüdür, yanındakı şəxs isə Təqsirləndirilən şəxs2dur. Cinayət işinin 89-90-cı vərəqələrində olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təklifə əsasən Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvanına gəlindi, orada ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 təklif edildi ki, istintaq hərəkətinin iştirakçılarını hadisə yerinə aparsın, bundan sonra onun arxasınca gedilib Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvanında yerləşən fəaliyyət göstərməyən, adsız, qeyri-yaşayış obyektinin qarşısına gəlindi. Təqsirləndirilən şəxs1 təklif olundu ki, əli ilə hadisə yerini göstərsin. Təklifə əsasən Təqsirləndirilən şəxs1 əli ilə göstərib bildirdi ki, 30 may 2025-ci il tarixdə səhər saat 11 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvänında yerləşən qeyri-yaşayış obyektinin çöl fasadını işıqlandıran divara yerləşdirilmiş işıqları yerindən çıxarıb onları orada saxlamaqla onlara gələn və qidalandıran kabelleri maksimum dartaraq yerindən çıxarıb uc hissəsindən kəsmişlər. Bu qaydada bütün işıqlara gələn kabelləri kəsmiş və obyektin arxasında boş anbar kimi yerdə bir yerə yığdıqdan sonra kabelləri yandırıb mis halına gətirmişlər. Sonra obyektə aid olan sanitar qovşağın plastik qapısını sındıraraq içəri daxil olmuş, içəridən 04 ədəd su krantlarını özlərində olan kəlbətinlə açmış, sanitar qovşağda olan 10 ədəd elektrik cərəyanının paylayıcılarını da kəlbətinlə yerindən dartıb qoparmış, 29 ədəd fasad işıqlarını da götürmüşlər. Həmin gün obyektdən oğurladıqları əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində səyyar xidmət göstərən tanımadıqları şəxsə təhvil verərək 70 manat pul almışlar. Əldə etdikləri pulu isə aralarında yarıbayarı bölüşdürmüşlər. Həmin günün səhəri yəni, 31 may 2025-ci il tarixdə səhər saatlarında təxminən saat 08:00 radələrində təkrar Təqsirləndirilən şəxs2 ilə obyektin aliminium pəncələrinin daxili açılan çərçivələrini götürmək üçün obyektə getmişlər. Obyektin daxilində otağa məxsus qapılardan birini sındırıb içəri daxil olduqdan sonra quraşdırılmış 10 ədəd pəncərənin açılan çərçivələrini qopararaq, yerindən çıxarıb, eyni qaydada arxaya aparıb orada bəzilərini söküb-sındırıb parçalamışlar. Həmin pəncərələrin bəziləri böyük ölçülü, bəziləri isə kiçik ölçülü olmuşdur. Söküb-sındırmaq yorucu olduğundan bəzilərini olduğu kimi saxlayıb, bəziləri sökərək hamısını 31 may 2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə təhvil vermişlər. Metal qəbulu məntəqəsinə pəncərə çərçivələrini təhvil verərkən metal qəbul edən şəxs onlardan həmin əşyaları haradan əldə etdiklərini soruşduqda cavab vermişlər ki, evlərində aparılan təmir işi ilə bağlı çıxarılan köhnə pəncərə çərçivələridir. Təhvil verdikləri pəncərə çərçivələrinə görə metal qəbulu məntəqəsindən 27 manat pul verilmişdir. Əldə etdikləri pulu da aralarında bölüşdürmüş və əyləncələri üçün xərcləmişlər. Cinayət işinin 92-94-cü vərəqələrində olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təklifə əsasən Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvanına gəlindi, orada ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 təklif edildi ki, istintaq hərəkətinin iştirakçılarını hadisə yerinə aparsın, bundan sonra onun arxasınca gedilib Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvanında yerləşən fəaliyyət göstərməyən, adsız, qeyri-yaşayış obyektinin qarşısına gəlindi. Təqsirləndirilən şəxs1 təklif olundu ki, əli ilə hadisə yerini göstərsin. Təklifə əsasən Təqsirləndirilən şəxs2 əli ilə göstərib bildirdi ki, 30 may 2025-ci il tarixdə səhər saat 11 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsi ünvanında yerləşən qeyri-yaşayış obyektinin çöl fasadını işıqlandıran divara yerləşdirilmiş işıqları yerindən çıxarıb onları orada saxlamaqla onlara gələn və qidalandıran kabelleri maksimum dartaraq yerindən çıxarıb uc hissəsindən kəsmişlər. Bu qaydada bütün işıqlara gələn kabelləri kəsmiş və obyektin arxasında boş anbar kimi yerdə bir yerə yığdıqdan sonra kabelləri yandırıb mis halına gətirmişlər. Sonra obyektə aid olan sanitar qovşağın plastik qapısını sındıraraq içəri daxil olmuş, içəridən 04 ədəd su krantlarını özlərində olan kəlbətinlə açmış, sanitar qovşağda olan 10 ədəd elektrik cərəyanının paylayıcılarını da kəlbətinlə yerindən dartıb qoparmış, 29 ədəd fasad işıqlarını da götürmüşlər. Həmin gün obyektdən oğurladıqları əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində səyyar xidmət göstərən tanımadıqları şəxsə təhvil verərək 70 manat pul almışlar. Əldə etdikləri pulu isə aralarında yarıbayarı bölüşdürmüşlər. Həmin günün səhəri yəni, 31 may 2025-ci il tarixdə səhər saatlarında təxminən saat 08:00 radələrində təkrar Təqsirləndirilən şəxs1 ilə obyektin aliminium pəncələrinin daxili açılan çərçivələrini götürmək üçün obyektə getmişlər. Obyektin daxilində otağa məxsus qapılardan birini sındırıb içəri daxil olduqdan sonra quraşdırılmış 10 ədəd pəncərənin açılan çərçivələrini qopararaq, yerindən çıxarıb, eyni qaydada arxaya aparıb orada bəzilərini söküb-sındırıb parçalamışlar. Həmin pəncərələrin bəziləri böyük ölçülü, bəziləri isə kiçik ölçülü olmuşdur. Söküb-sındırmaq yorucu olduğundan bəzilərini olduğu kimi saxlayıb, bəziləri sökərək hamısını 31 may 2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan qadını küçəsində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə təhvil vermişlər. Metal qəbulu məntəqəsinə pəncərə çərçivələrini təhvil verərkən metal qəbul edən şəxs onlardan həmin əşyaları haradan əldə etdiklərini soruşduqda cavab vermişlər ki, evlərində aparılan təmir işi ilə bağlı çıxarılan köhnə pəncərə çərçivələridir. Təhvil verdikləri pəncərə çərçivələrinə görə metal qəbulu məntəqəsindən 27 manat pul verilmişdir. Əldə etdikləri pulu da aralarında bölüşdürmüş və əyləncələri üçün xərcləmişlər. Cinayət işinin 101-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 31 may 2025-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci Polis bölməsinin təhqiqatçısı Emil Əmənov tərəfindən götürülmüş 05 ədəd aliminium pəncərənin daxilə açılan çərçivələrinin və sökülmüş halda aliminium pəncərə hissələrinin iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 110-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 111-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 147-148-ci vərəqələrində olan “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 186-187-ci vərəqələrində olan “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 191-ci vərəqində olan Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-44/2-10193/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanda, vətəndaş Şahid1 nəzarət etdiyi yarı tikili evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri xx.xx.2025-ci il tarixdə Bakı Şəhər BPİ KTŞ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl-barmaq izləri Bakı Şəhər Baş Polis İdarəsinin X2raşdırılmış “NEC-İBW” sisteminin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-barmaq izlərindən 02 ədədinin (plastik qapı üzərindən götürülmüş) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin baş və orta barmaqlarının əksləri ilə (Sabunçu RPİ-dən ADİS-riin məlumat bankına daxil olan) eynilik müəyyən edilmişdir. Digər eynilik əl-barmaq izlərindən 02 ədədinin (plastik qapı üzərindən götürülmüş) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin şəhadət və orta barmaqlarının əksləri ilə (Sabunçu RPİ-dən ADİS-nin məlumat bankına daxil olan) eynilik müəyyən edilmişdir. Digər eyniliklər aşkar edilməmişdir. Cinayət işinin 193-204-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş içərisində yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyektindən oğurluq edilməsini əks etdirən 01 (bir) ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, Şahid3 tərəfindən təqdim edilmiş içərisində yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 may 2025-ci il tarixdə saat 09:36-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi ünvanında yerləşən metal qəbulu məntəqəsinə aliminium pəncərə çərçivələrini və aliminium pəncərə çərçivələrinin hissələrini təhvil verməsini əks etdirən 01 (bir) ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, 31 may 2025-ci il tarixdə ünvan 7 ünvanında baş vermiş oğurluq hadisəsi yerinin müayinəsi zamanı götürülmüş xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 məxsus 02 (iki) ədəd sağ əlinin baş və əl-barmaq izləri, xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 məxsus 02 (iki) ədəd sağ əlin şəhadət və orta barmaqlarının izlərinin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 216-cı vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış Qəbzdən görünür ki, o, ********* nömrəli iş üzrə maddi sübut kimi tanınmış 5 ədəd pəncərə çərçivələrini və pəncərə çərçivələrinin sökülmüş hissələrini müstəntiq Samir Seyiddən təhvil almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar o cümlədən cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 02 ədəd DVD disk və 04 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - 05 ədəd aliminium pəncərənin daxilə açılan çərçivələrinin və sökülmüş halda aliminium pəncərə hissələrinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 02 ədəd DVD disk və 04 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - 05 ədəd aliminium pəncərənin daxilə açılan çərçivələrinin və sökülmüş halda aliminium pəncərə hissələrinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar