Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-667/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı Qınyaz qızının, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü xarici dövlətlərə getmək üçün viza təşkil etməyə səlahiyyəti olan şəxs kimi qələmə verib etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs Almaniya Federativ Respublikasına getmək üçün viza alacağına dair yalan vəd verib aldatmaqla, 21 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanında yerləşən “Bakıxanov Mail” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə Zərərçəkmiş şəxs 1.500 (bir min beş yüz) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, əvvəllər viza dəstəyi xidməti göstərmiş, bu fəaliyyəti 2025-ci ilin əvvəllərinə qədər davam etdirmişdir. Zərərçəkmiş şəxs 2025-ci ilin yanvar ayında tanımışdır. Həmin şəxsin əlaqə nömrəsini ona hazırda Almaniya Respublikasında yaşayan həyat yoldaşı Lətafət Nəcəfova təqdim etmiş və o, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq, viza düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs əvvəllər Almaniya Respublikasında yaşamış, daha sonra Bakı şəhərinə qayıtmışdır. O, 2023-cü ildə yenidən Almaniyaya getmək istəmiş, lakin bu niyyətini reallaşdıra bilməmişdir. O, Zərərçəkmiş şəxs Almaniyaya getməkdə kömək edə biləcəyini bildirmişdir. Bu məqsədlə 21 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin birinci mərtəbəsindəki kafedə Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Görüş zamanı o, Zərərçəkmiş şəxs 4000 manat müqabilində Almaniya Respublikasına viza düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmış, həmin gün, yəni, 21 yanvar 2025-ci il tarixdə ona 1500 manat məbləğində pul və xarici pasportunu təqdim etmiş, qalan məbləğin isə sonradan veriləcəyi barədə razılıq əldə olunmuşdur. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, 15 gün ərzində vizanı düzəldib təqdim edəcək. Lakin göstərilən müddət keçməsinə baxmayaraq, viza məsələsini həll edə bilməmişdir. Daha sonra işin gedişatında müəyyən problemlər yaranmış, həmçinin səfirlik tərəfindən viza verilməməsi səbəbindən, o, verdiyi vədin öhdəsindən gələ bilməmişdir. Eyni zamanda, aldığı məbləğin müəyyən hissəsini sənədləşmə işlərinə sərf etdiyindən, zərərçəkmiş şəxsə pulu vaxtında qaytara bilməmişdir. Zərərçəkmiş şəxs ilə arasında barışıq əldə olunmuş, zərərçəkmişə vurulmuş ziyan tamamilə ödənilmişdir. Həmçinin, zərərçəkmiş şəxs tərəfindən ona qarşı hər hansı şikayət və tələb irəli sürülmür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında tanımışdır. Belə ki, onun mobil nömrəsini Təqsirləndirilən şəxs həyat yoldaşı, hazırda Almaniya Respublikasında yaşayan Lətafət Nəcəfova vermişdir. Təqsirləndirilən şəxs ona zəng etmiş və viza almaqda kömək edə biləcəyini bildirmişdir. O, əvvəllər Almaniya Respublikasında yaşamış, daha sonra Bakı şəhərinə qayıtmışdır. 2023-cü ildə yenidən Almaniyaya getmək istəmiş, lakin buna nail ola bilməmişdir. Təqsirləndirilən şəxs ona Almaniyaya getməsinə kömək göstərə biləcəyini qeyd etmişdir. Buna əsasən, 21 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə görüşmüşlər. Təqsirləndirilən şəxs ona 4000 manat qarşılığında Almaniya Respublikasına getmək üçün viza düzəldə biləcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs bu təklifini qəbul etmişdir. Həmin vaxt ona 1500 manat pul və xarici pasportunu vermiş, qalan məbləği sonradan ödəmək barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 15 gün müddətində viza hazırlanıb veriləcəkdir. Lakin, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs vizanı düzəltməmiş və zənglərinə cavab verməmişdir. Xarici pasportunun Təqsirləndirilən şəxs qalması səbəbindən o, yenidən xarici pasport almışdır. Sonradan Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və bu səbəbdən Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edərək həmin şəxsin ona qarşı dələduzluq etməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ondan 1500 manat pul almış və Almaniya Respublikasına viza düzəldəcəyi barədə yalan vəd vermişdir. 21 yanvar 2025-ci il tarixdə saat 13 radələrində pulu ünvan 2 ünvanında yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə Təqsirləndirilən şəxs vermişdir. Pulu verdiyi zaman yanında tanışı X1 olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs onun sinif yoldaşının atasıdır. Daxili İşlər Nazirliyinin “102” xidmətinə Zərərçəkmiş şəxs tərəfindən edilmiş müraciətlə bağlı izahatında qeyd etmişdir ki, 21 yanvar 2025-ci il tarixində Zərərçəkmiş şəxs ona Azərbaycan Beynəlxalq Bankından kredit götürmək istədiyini bildirmişdir. Həmin vəsaitin bir hissəsini bir qadına verməyi planlaşdırdığını və məqsədinin Almaniya Respublikasına səfər üçün viza almaq olduğunu qeyd etmişdir. Onlar birlikdə Azərbaycan Beynəlxalq Bankına getmiş, orada Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində kredit rəsmiləşdirmişdir. Daha sonra birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Mall” Ticarət Mərkəzinin qarşısına gəlmişlər. Orada sonradan adının Nuranə olduğunu öyrəndikləri qadınla görüş baş tutmuşdur. Görüş zamanı tərəflər viza məsələsi ilə bağlı danışıq aparmış, nəticədə Zərərçəkmiş şəxs əvvəlcədən 1500 (min beş yüz) manat məbləğində pulu və ona məxsus xarici pasportu Nuranə adlı qadına təqdim etmişdir. Daha sonra Nuranə vəd etdiyi kimi Zərərçəkmiş şəxs viza düzəltməmiş və əlaqə saxlamaq mümkün olmamışdır. Nəticədə, Nuranə adlı şəxs Zərərçəkmiş şəxs Almaniya Respublikasına viza düzəltmək adı ilə 1500 manat pul almış, lakin öhdəliyini yerinə yetirməmişdir. Pulun verilməsi prosesi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Mall” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə baş vermişdir və həmin vaxt orada o, Zərərçəkmiş şəxs və Nuranə birlikdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Cinayət işinin başlanılması haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən “Bakıxanov Mall” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə baş vermişdir. (i.v. 13-14). “Axtarışda olan şəxsin tutulması haqqında” 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2025-ci il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MYS-nə təhvil verilmişdir. (i.v. 40). “Maddi ziyanın ödənilməsi haqqında” 06 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi 1500 (min beş yüz) manat məbləğində pulun 1000 (min) manatı Zərərçəkmiş şəxs geri qaytarılmışdır. (i.v. 73). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Nicat Nayibovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru Murad Dadaşov tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 76-77). "Qətimkan tədbiri seçilməsi haqqında” 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 sentyabr 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 78-80). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-39/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. (i.v.82-83). Mingəçevir şəhər Məhkəməsinin 1(051)-39/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.85-93). "Sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 94-98). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında sərf etdiyi 20 iş saatına görə 11 manat hesablanmaqla 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-667/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-667/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver