Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-668/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,668 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 12:30-da Yevlax rayonu Aran qəsəbəsi ərazisində saxlanılaraq gətirildiyi X7 şəhəri, Nizami prospekti, ev 41A ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisinə ayrıayrılıqda təmiz çəkiləri 0,257 qram, 0,237 qram və 0,174 qram olmaqla ümumi təmiz çəkisi 0,668 qram olan psixotrop maddə metamfetamin qablaşdırılmış iki ədəd gümüşü rəngli kağız və bir ədəd şəffaf sellofan bükümlər, sol yan cibindən isə psixotrop maddələrin qəbulu üçün xüsusi olaraq hazırlanmış, içərisində xırda borucuq, kənarında dəlik açılmaqla tamlığı pozulmuş, üzərində cüzi miqdarda metamfetamin hissəcikləri olan bir ədəd şəffaf elektrik lampa aşkar edilərək götürülmüşlər. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,673 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:00-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq gətirildiyi Polis Şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində ümumi təmiz çəkisi 0,673 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin qablaşdırılmış bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. O, xx.xx.2022-ci il tarixdə, gecə saatlarında narkotik vasitə almaq məqsədi ilə bir neçə dəfə eyni üsulla narkotik vasitə və psixotrop maddə aldığı, anket məlumatlarını dəqiq xatırlamadığı, sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı olaraq təqdim edən şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə almaq istədiyi bildirmişdir. Həmin şəxsin göndərdiyi bank kartına ödəmə terminalı vasitəsi ilə 50 manat ödəniş etmiş, həmin şəxs istədiyi narkotik vasitələri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən binaların arasına qoyduğunu bildirərək həmin yerin fotolarını ona göndərmişdir. O, fotoşəkilləri göndərilən ünvana gedib bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini götürərək yaşadığı evə getmişdir. Aldığı narkotik vasitə heroini istifadə etmiş, psixotrop maddə metamfetamini ayrı-ayrılıqda üç bükümə qablaşdıraraq gələcəkdə istifadə etməsi üçün yaşadığı evdə gizlətmişdir. Həmin gün, səhər saatlarında yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanışı Ceyhun Behbudovla rastlaşmış, o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Ceyhun ondan hərbi xidmətdən məzuniyyətə gəlmiş qohumunu Yevlax rayonunda yerləşən hərbi hissələrdən birinə aparmasını xahiş etmişdir. O, Ceyhunun adını xatırlamadığı qohumunu evdən götürərək Yevlax rayonuna aparmış, yola çıxmamışdan əvvəl yaşadığı evdə gizlətdiyi üç büküm psixotrop maddə metamfetamini, narkotik vasitəni çəkmək üçün istifadə etdiyi xüsusi olaraq dəlik açdığı şüşə elektrik lampa və bir manatlıq əskinasdan hazırlanmış borucuğu götürərək əynində olan qara rəngli gödəkcənin cibinə qoymuşdur. 19 yanvar 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhərinə geri qayıtmaq məqsədi ilə yola çıxmış, yuxusu gəldiyi üçün Aran qəsəbəsi ərazisində «Renault Megane» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilini yol kənarında saxlayaraq avtomobilinin salonunda yatmışdır. Saat 12 radələrində avtomobilinin yan şüşəsinin döyüldüyünü eşidərək yuxudan oyanmış, həmin vaxt, orada olan iki nəfər şəxs ona Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək ondan yol kənarında avtomobildə yatmasının səbəbini soruşmuşdur. O, taksi fəaliyyət ilə məşğul olduğunu, Yevlax rayonu ərazisində yerləşən hərbi hissəyə əsgər gətirdiyini bildirməsinə baxmayaraq həmin şəxslər davranışından şübhələnərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşları xidməti otaqların birində ona hüquq və vəzifələri izah etdikdən sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisinə psixotrop maddə metamfetamin qablaşdırılmış iki ədəd gümüşü rəngli kağız və bir ədəd şəffaf sellofan bükümləri, sol yan cibindən isə psixotrop maddələrin qəbulu üçün xüsusi olaraq hazırlanmış, içərisində xırda borucuq, kənarında dəlik açılmaqla tamlığı pozulmuş bir ədəd şəffaf elektrik lampasını çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı, polis əməkdaşlarına təqdim etdiyi bükümlərin içərisindəki kütlənin psixotrop maddə «metamfetamin» olduğunu, şüşə lampanın və bir manatlıq kağız əskinasdan hazırlanmış borucuğun isə həmin psixotrop maddəni çəkmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş bükümlər və digər ləvazimatlar ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. 21 yanvar 2022ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, o, 05 aprel 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin alaraq üzərində saxlamışdır. 06 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ilə hərəkət edərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 12-ci Polis Şöbəsinə gəlmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin maddənin nə olduğu və haradan əldə etdiyi soruşulduqda o, həmin maddənin narkotik vasitə heroin olduğunu 05 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunan narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü polis şöbəsinin rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, Təqsirləndirilən şəxs Yevlax rayonu, Aran qəsəbəsi ərazisində olması barədə təkrar məlumat daxil olmuş, saat 12:30 radələrində Yevlax rayon X8 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid4 ilə birlikdə qeyd olunan ünvana gedilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı, **-VO- *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Yevlax Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Yevlax Rayon Polis Şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisinə psixotrop maddə metamfetamin qablaşdırılmış iki ədəd gümüşü rəngli kağız və bir ədəd şəffaf sellofan bükümləri, sol yan cibindən isə psixotrop maddələrin qəbulu üçün xüsusi olaraq hazırlanmış, içərisində xırda borucuq, kənarında dəlik açılmaqla tamlığı pozulmuş bir ədəd şəffaf elektrik lampası aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə təkrar şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğu soruşulmuş, o, üzərindən aşkar olunaraq götürülmüş maddənin psixotrop maddə metamfetamin olduğunu, “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxladığı anket məlumatlarını dəqiq bilmədiyi özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər və digər ləvazimatlar ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Yevlax rayon X8 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4 şahid Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, lakin, onlar həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 12-ci Polis Şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu 05 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və şəxsiyyətini bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 11-ci vərəqəsində olan 19 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-32-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması barədə 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3, Şahid4 və Sirac Fərəcovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin sağ cibindən üç ədəd bükümdə şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, sol cibindən isə bir ədəd qırıq lampa və bükülmüş bir manatlıq pul əskinas aşkar edilərək götürülmüşdür. Cinayət işinin 40-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 69 (altmış doqquz) manat 10 (on) qəpik müəyyən edilmişdir. Cinayət işinin 41-42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli, 17/70 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 01 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,257 qram, 0,237 qram və 0,174 qram olmaqla ümumi təmiz çəkiləri 0,668 qram olan maddələr «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına» (İ siyahı, İİ bənd, sıraN°27) daxil olan «metamfetamin»-dir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd şüşə lampada olan maddə hissəciklər psixotrop maddə «metamfetamin» hissəcikləridir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0.518 qramdır. Cinayət işinin 92-93-cü vərəqəsində olan 04 mart 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.458 qram olan metamfetamin, borucuq, kənarında dəlik açılmaqla tamlığı pozulmuş bir ədəd şəffaf elektrik lampası məsul saxlanış üçün Yevlax RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 113-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik müəyyən edilmişdir. Cinayət işinin 114-115-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2022-ci il tarixli, 17/224 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə «metamfetamin»-lər tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd şüşə lampadan aşkar edilmiş metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 01 ədəd şəffaf sellofan bükümdə olan “metamfetamin”-lərin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0.458 qramdır. Cinayət işinin 146-cı vərəqəsində olan 06 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 164-165-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması barədə 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X4 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 169-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 170-172-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2022-ci il tarixli, 6/1895 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,673 qram olan qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.623 qramdır. Cinayət işinin 208-211-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-288/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 218-ci vərəqəsində olan 14 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.623 qram olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 251-252-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 30 iyun 2022-ci il tarixli, 3561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 255-ci vərəqəsində olan 04 iyul 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Yevlax RPŞ-də keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 257-ci vərəqəsində olan 04 iyul 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİnin 12-ci PŞ-nin inzibati binasında keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 212-214-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, 02 noyabr 2017-ci il tarixdə təyin edilmiş cəriməni tam şəkildə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edib saxlama və daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal və cinayətin təkrar törədilməsi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 aprel 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X2 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla ümumi qalıq çəkisi 0.458 qram olan metamfetamin, 0.623 qram olan heroin, borucuq, kənarında dəlik açılmaqla tamlığı pozulmuş bir ədəd şəffaf elektrik lampası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 251 (iki yüz əlli bir) manat 04 (dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi ümumi qalıq çəkisi 0.458 qram olan metamfetamin, 0.623 qram olan heroin, borucuq, kənarında dəlik açılmaqla tamlığı pozulmuş bir ədəd şəffaf elektrik lampası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 251 (iki yüz əlli bir) manat 04 (dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-668/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-668/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver