Məhkəmə qərarları › İş №1(008)-668/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-668/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-668/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 0,976 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 01 sentyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində saxlanılıb Şöbəyə gətirilmiş və Şöbədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,976 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir, Cavadı əvvəllər Bakı şəhərində işləyərkən tanımış, onunla bir neçə dəfə narkotik vasitə alaraq istifadə etmişdir, 01 sentyabr 2022-ci il tarixdə yaşadığı Kürdəmir rayonundan Bakı şəhərinə maşın yuma məntəqəsində işləmək üçün gəlmiş, mobil telefon işlətmədiyi üçün Kürdəmirdə anasının telefonundan Cavada yığıb danışmış, danışmışlar ki Sabunçu rayonunda Ramana qəsəbəsində, Şuşa şəhərciyində axşam 21 radələrində görüşsünlər, həmin vaxt Şuşa şəhərciyinə gəlmiş, 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq tutmuşlar, polis əməkdaşları onu saxlamamışdan əvvəl Cavadı tutub saxlamışlar, onun üzərində narkotik vasitə olmamışdır. Cavad ondan əvvəl polis əməkdaşları tərəfindən tutulduğundan ondan narkotik vasitə ala bilməzdi. Polis bölməsində olan zaman ona fiziki zor tətbq edilmiş, o da məcburiyyət qarşısında Cavaddan narkotik vasitə alması ilə bağlı ifadələri imzalamışdır. Üzərində narkotik vasitə olmamış, həmin günü o Kürdəmirdən Bakıya gəlmiş, ilk öncə Cavadı polislər saxlamış, sonra onu tutub bölməyə gətirmişlər. Hazırda narkotik vasitə istifadə etmir, 6 aylıq reabilitasiya mərkəzinə yerləşdirilərək müalicə alır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Xəzər RPİ-nin 3-cü Polis Şəbəsində sahə inspektoru vəzifəsində çalışır, 01 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Şuşa şəhərciyində iş yoldaşı Şahid1lə birlikdə xidmət apararkən Təqsirləndirilən şəxs uzaqdan görmüşlər, 10 dəqiqəyə kimi onu müşahidə etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs nəsə gözləyən şəxs kimi özünü aparmış, şübhəli şəxs kimi ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışmış, ona sual verdikdə bildirmişdir ki, yaxında kirayədə yaşayır, üzərində heç bir sənəd olmadığından onu şöbəyə dəvət etmişlər, raportla rəhbərliyə məruzə edilmiş, üzərinə şəxsi axtarış aparılmış, üzərindən bir büküm heroin çıxmışdır, təxminən çəkisi 0,9 qram olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o həmin narkotik vasitəni kimdənsə aldığını bildirmişdir, Təqsirləndirilən şəxs tək saxlamışlar, narkotik vasitəni aldığı şəxsin kim olduğunu bilməmiş, həmin şəxsi onlar saxlamamışlar. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasında ziddiyət olduğundan o sərbəst ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Ziddiyyətlərlə əlaqədar verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı 2 nəfər şəxsin eyni vaxtı tutulması barədə ifadə verdiyini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Əflatun oğlu ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsində işləyir, 01 sentyabr 2022-ci il tarixində, saat 21:00 radələrində Şahid2 və idarənin digər əməkdaşları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində xidmət apardıqları zaman iki nəfər şəxsin dayandığını görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X6 olduqlarını bildirmişlər. Onlar həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs və X6 üzərlərində şəxsiyyət vəsiqələrinin olmadığını bildirərək tələsdiklərini deyərək onlardan yayınmağa çalışmışlar. Təqsirləndirilən şəxs və X3 özlərinin həyəcanlı aparmalarından şübhələnmişlər və onların şəxsiyyətlərinin dəqiqləşdirilməsi üçün şöbəyə getməyi təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişlər. Şöbədə Təqsirləndirilən şəxs barəsində qərar qəbul edildikdən sonra üzərin şəxsi axtarış keçirilmiş, üzərindən “kakos” dediyi narkotik vasitə aşkar olunmuşdur, narkotik vasitəni özü təqdim etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Cavad Xudiyev barəsində əməkdaşlardan birinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmışlar, əslində Cavad Xudiyevə görə Təqsirləndirilən şəxs saxlanılmışdır, digər polis əməkdaşları onları saxlamış, onlar da “Hyundai Tucson” markalı avtomobillə arxadan köməyə gəlmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də baş təhqiqatçı vəzifəsində işləyir, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış onun xidməti otağında olmuş, baxış zamanı polis əməkdaşları Şahid2 və Şahid1 iştirak etmişlər, Təqsirləndirilən şəxs üzərindən kütlə aşkar edilmiş, amma nəyin içərisində olduğu, nəyə bükülü olduğunu xatırlamır, videoçəkiliş bölmənin əməkdaşı tərəfindən aparılmışdır, o videçəkilişin əks olunduğu diski istintaq orqanına təqdim etmiş, onda qalmamışdır, ona görə də videoçəkilişi məhkəməyə təqdim edə bilmir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramanada yerləşən Şuşa qəsəbəsində ilk öncə o polis əməkdaşları tərəfindən saxlanılmış, təxminən 20 dəqiqə sonra isə Pərvini saxlamışlar, o Pərvinə heç bir narkotik vasitə satmamış, üzərində narkotik vasitə olmamışdır, hadisədən əvvəl Pərvin ona zəng etmiş, bildirmişdir ki, “əlin çatan yer varsa narkotik vasitə götür, gəlim bir yerdə istifadə edək”. Pərvin Kürdəmir rayonunda yaşadığından orada narkotik vasitə tapa bilmədiyindən ona narkotik vasitə tapmasını demişdir, danışmışlar ki, 10 manat 10 manat qoyub narkotik vasitə alsınlar, o da narkotik vasitə almaq üçün gedərkən məhəllədəki marketə girərək içmək üçün “Bizon” almaq istəmiş, həmin vaxt onu polislər saxlamış, təxminən 15-20 dəqiqə sonra polislər Pərvini tutub gətirmişlər. Bölmədə olarkən fiziki zor tətbiq olunmuş, üzərinə narkotik vasitə qoyaraq məcbur etmişlər ki, ona məxsus olduğunu bildirsin, onun üzərində narkotik vasitə olmamış, narkotik vasitə almağa getdiyi vaxt onu polis əməkdaşları saxlamışlar, Pərvinə narkotik vasitə satmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında 01 sentyabr 2022-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin heroin olduğunu bildirmiş, Sabunçu rayonu Şuşa şəhərciyində tanışı Cavad Xudiyevdən 20 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir(i.v.24-25); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4709 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°159” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,976 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4709 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir(i.v.32-34); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur(i.v. 46-47); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.66-68); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir(i.v.70-71); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2022-ci il tarixli 1575 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.86-87); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X4 ittiham elan edilmişdir ondan ötrü ki, X6 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə təmiz çəkisi 0,901 qram və 0,976 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmin iki büküm narkotik vasitə olan heroindən bir bükümünü-0,976 qram çəkidə heroini tanışı Təqsirləndirilən şəxs 20 manata satmış, yerdə qalan bir büküm 0,901 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada gəzərkən Sabunçu RPİ- nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş və şöbədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffav sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram qəhvəyi rəngli, tozşəkilli. kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ondan aşkar edilərək götürülmüşdür(i.v.101); CD diskə baxış keçirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı, polis mayoru Fuad Əmənov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etdi. Bükümə baxış keçirildiyi zaman qəhvəyi rəngli maddə aşkar edildi(i.v.107); Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,976 qram heroin maddi sübut kimi tanınaraq, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,926 qram heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir, şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir(i.v.109-122); Məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs iki nəfər polis əməkdaşları ilə birgə təhqiqatçının otağına daxil olur, təhqiqatçı özünü təqdim etdikdən sonra ona hüquqlarını izah edir, bununla da videogörüntü başa çatır, eyni zamanda Təqsirləndirilən şəxs sol göz altı nahiyyəsinin qançırı, dodağının sol tərəfinin şişməsi müşahidə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 0,976 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 01 sentyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində saxlanılıb Şöbəyə gətirilmiş və Şöbədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,976 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X6 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə təmiz çəkisi 0,901 qram və 0,976 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmin iki büküm narkotik vasitə olan heroindən bir bükümünü-0,976 qram çəkidə heroini tanışı Təqsirləndirilən şəxs 20 manata satmış, yerdə qalan bir büküm 0,901 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada gəzərkən Sabunçu RPİ- nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş və şöbədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffav sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram qəhvəyi rəngli, tozşəkilli. kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ondan aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, hazırki iş üzrə şahid X4 verilmiş ittihamda xx.xx.2022-ci il tarixdə saat 20 radələrində iki büküm narkotik vasitə olan heroindən bir bükümünü-0,976 qram çəkidə heroini tanışı Təqsirləndirilən şəxs 20 manata satdığı göstərilsə də, Təqsirləndirilən şəxs verilmiş ittihamda istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda X2 0,976 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıdığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Göründüyü kimi X6 və Təqsirləndirilən şəxs barəsində cinayət işləri üzrə istintaq aparan orqan eyni, yəni Sabunçu Rayon Polis İdarəsi olmuş, lakin nədənsə X4 elan edilmiş ittihamda onun Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt harada satması qeyd edilmiş, lakin Təqsirləndirilən şəxs münasibətdə onun X2 narkotik vasitəni nə vaxt harada alması qeyd edilməyərək, ona verilmiş ittiham dəqiq olmamış, bununla da onun gələcəkdə özünü müdafiə etməsində maneələr yaradılmış və müdafiə hüququ məhdudlaşdırılmışdır. Eyni şəxslər tərəfindən saxlanılmış iki təqsirləndirilən şəxs barəsində, eyni orqan tərəfindən aparılan, bir biri ilə əlaqəli iki cinayət işi üzrə fərqli ittihamların verilməsi, məhkəmədə iş üzrə sübutlara qiymət verərkən haqlı suallar yaradır. Bundan əlavə, ittiham aktına əlavə edilmiş və istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin təqsirini sübut edən faktlar kimi istifadə edilmiş ibtidai istintaq dövründə verilmiş ifadələrlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir, Cavadı əvvəllər Bakı şəhərində işləyərkən tanımış, onunla bir neçə dəfə narkotik vasitə alaraq istifadə etmişdir, 01 sentyabr 2022-ci il tarixdə yaşadığı Kürdəmir rayonundan Bakı şəhərinə maşın yuma məntəqəsində işləmək üçün gəlmiş, mobil telefon işlətmədiyi üçün Kürdəmirdə anasının telefonundan Cavada yığıb danışmış, danışmışlar ki, Sabunçu rayonunda Ramana qəsəbəsində, Şuşa şəhərciyində axşam görüşsünlər, həmin vaxt Şuşa şəhərciyinə gəlmiş, 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq tutmuşlar, polis əməkdaşları onu saxlamamışdan əvvəl Cavadı tutub saxlamışlar, onun üzərində narkotik vasitə olmamışdır. Cavad ondan əvvəl polis əməkdaşları tərəfindən tutulduğundan ondan narkotik vasitə ala bilməzdi. Polis bölməsində olan zaman ona fiziki zor tətbq edilmiş, o da məcburiyyət qarşısında Cavaddan narkotik vasitə alması ilə bağlı ifadələri imzalamışdır. Üzərində narkotik vasitə olmamış, həmin günü o Kürdəmirdən Bakıya gəlmiş, ilk öncə Cavadı polislər saxlamış, sonra onu tutub bölməyə gətirmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramanada yerləşən Şuşa qəsəbəsində ilk öncə o polis əməkdaşları tərəfindən saxlanılmış, təxminən 20 dəqiqə sonra isə Pərvini saxlamışlar, o Pərvinə heç bir narkotik vasitə satmamış, üzərində narkotik vasitə olmamışdır, hadisədən əvvəl Pərvin ona zəng etmiş, bildirmişdir ki, “əlin çatan yer varsa narkotik vasitə götür, gəlim bir yerdə istifadə edək”. Pərvin Kürdəmir rayonunda yaşadığından orada narkotik vasitə tapa bilmədiyindən ona narkotik vasitə tapmasını demişdir, danışmışlar ki, 10 manat 10 manat qoyub narkotik vasitə alsınlar, o da narkotik vasitə almaq üçün gedərkən məhəllədəki marketə girərək içmək üçün “Bizon” almaq istəmiş, həmin vaxt onu polislər saxlamış, təxminən 15-20 dəqiqə sonra polislər Pərvini tutub gətirmişlər. Bölmədə olarkən fiziki zor tətbiq olunmuş, üzərinə narkotik vasitə qoyaraq məcbur etmişlərki, ona məxsus olduğunu bildirsin, onun üzərində narkotik vasitə olmamış, narkotik vasitə almağa getdiyi vaxt onu polis əməkdaşları saxlamışlar, Pərvinə narkotik vasitə satmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Şuşa şəhərciyində iş yoldaşı Şahid1lə birlikdə xidmət apararkən Təqsirləndirilən şəxs uzaqdan görmüşlər, 10 dəqiqəyə kimi onu müşahidə etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs nəsə gözləyən şəxs kimi özünü aparmış, şübhəli şəxs kimi ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışmış, ona sual verdikdə bildirmişdir ki, yaxında kirayədə yaşayır, üzərində heç bir sənəd olmadığından onu şöbəyə dəvət etmişlər, raportla rəhbərliyə məruzə edilmiş, üzərinə şəxsi axtarış aparılmış, üzərindən bir büküm heroin çıxmışdır, təxminən çəkisi 0,9 qram olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o həmin narkotik vasitəni kimdənsə bir neçə gün öncə aldığını bildirmişdir, Təqsirləndirilən şəxs tək saxlamışlar, narkotik vasitəni aldığı şəxsin kim olduğunu bilməmiş, həmin şəxsi onlar saxlamamışlar. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Əflatun oğlu isə ifadəsində göstərmişdir ki, Cavad Xudiyev barəsində əməkdaşlardan birinə daxil olmuş əməliyyat məlumatı əsasında onlar saxlanılmışlar, əslində Cavad Xudiyevə görə Təqsirləndirilən şəxs saxlanılmışdır, digər polis əməkdaşları onları saxlamış, onlar da “Hyundai Tucson” markalı avtomobillə arxadan köməyə gəlmişlər. Məhkəmə Şahid2 və Şahid1 Əflatun oğlunun ifadələri ilə bağlı qeyd edir ki, şahid qismində dindirilmiş polis əməkdaşları ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı ziddiyətli ifadələr vermiş, bəzi hallarda isə ümumiyyətlə təqsirləndirilən şəxsə elan edilmiş ittihamı şübhə altına salmşlar. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verilmiş etirafedici ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni polis bölməsində fiziki zor tətbiq edildiyi üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin bu ifadəsini məhkəmə inandırıcı hesab edir, bu qənaətə gəlməsini məhkəmə onunla izah edir ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sol göz altı nahiyyəsinin qançırı, dodağının sol tərəfinin şişməsi müşahidə olunur. Lakin təqsirləndirilən şəxsin bədəni üzərində olan xəsarətlərin vizual olaraq açıq aşkar görünməsinə baxmayaraq, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə lazımi qaydada araşdırmanı təmin etməmişdir ki, bu da, Təqsirləndirilən şəxs ifadəsində göstəridiyi kimi ona qarşı fiziki zor tətbiq edilməsi ehtimalına dəlalət edir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zaman verdiyi ifadəsini inandırıcı və həqiqəti əks etdirən kimi qiymətləndirir. Bundan başqa istintaq orqanı tərəfindən sübut kimi istifadə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair protokol və videoyazı ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilsə də, məhkəmə iclası zamanı videoçəkilişə baxış keçirilərkən onun narkotik vasitəni təqdim etməsi və ya üzərindən aşkar edilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə əsasən axtarış və ya götürmə foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparılır, axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı iştirak etmiş şahidlər Şahid2 və Şahid1 Əflatun oğlu onun üzərindən narkotik vasitə olan heroin aşkar edilməsini göstərsə də, həmin şahidlər cinayət prosesində şəxsi marağı olmayan şəxs hesab edilə bilmədiyindən hal şahidi kimi qəbul edilə bilməzlər. Məhkəmə qeyd edir ki, həmin iki polis əməkdaşı təqsirləndirilən şəxsi tutaraq təhqiqatçıya təhvil verən şəxslərdir. Onların iş üzrə şəxsi marağı olmayan şəxslər kimi qiymətləndirilməsi qeyrimümkündür. Göründüyü kimi, şübhəli şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürməni əks etdirən videogörüntü tam olmadığından(şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı görüntü mövcud deyil), həmçinin həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı iki hal şahidi (cinayət prosesində şəxsi marağı olmayan) iştirak etmədiyindən “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 sentyabr 2022-ci il tarixli protokolun sübutedici qüvvəsi yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunvericiliyin tələbinə riayət edilmədən aparılmış, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi inkar olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X7 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 114 ( yüz on dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,926 qram narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,926 qram narkotik vasitə - heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən(tam görüntü olmayan) 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,976 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,926 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən(tam görüntü olmayan) 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar