Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-668/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 18:50 radələrində Lada 21214 Urban minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən “X13” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobilini yaşayış məntəqəsində maksimum icazə verilən 60 km./saat sürətdən artıq, 70 km/saat sürətlə hərəkət etdirmiş, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən "Yeddi Gözəl" yaşayış kompleksinin qarşısında “X13” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin, sürücü svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirməməli, svetofora çatmadan svetoforun qarşısında avtomobilin dayandırılmasını təmin etməli, hərəkət üçün təhlükə yaratmamalı və hərəkəti üçün svetoforun icazə verilən siqnalı yandıqdan sonra hərəkətini davam etdirməli kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib avtomobilinin ön hissəsi ilə yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada X5 vuraraq sonuncuya ehtiyyatsızlıqdan baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, alın və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən qapalı qəlpəli sınıqları, baş- beyin maddəsinə və yumşaq qişalarına qansızma, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, burun sümüklərinin açıq, sol körpücük sümüyünün, sol tərəfli l-ll-lll-İV-V-Vİ-Vİİ-Vİll-İX-X qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli hemotoraks (sol plevra boşluğuna qanın yığılması), sol baldır sümüklərinin sol diz oynağıdaxili açıq, sağ baldır sümüklərinin sağ aşıq-baldır oynağı daxili qapalı qəlpəli, yerini dəyişən sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan, həyati və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olub ölümlə səbəbli əlaqəsi olan xəsarətlər yetirmiş, baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. O, dolanışıq məqsədi ilə fərdi qaydada avtomobil aksesuarlarının satışı ilə məşğul olur. **-RH-*** dövlət qeydiyyat nişanlı, «Lada 21214 Urban» markalı minik avtomobili etibarnamə əsasında idarə edir. 07 yanvar 2025-ci il tarixdə, saat 18:00 radələrində, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən çıxaraq **-RH-*** dövlət qeydiyyat nişanlı, «Lada 21214 Urban» markalı avtomobili ilə Sabunçu rayonu, Kürdəxanı-Zabrat şosesi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük daşımamış, sərnişin olaraq ön sağ oturacaqda dostu Murad əyləşmişdir. Yolun hərəkət hissəsi düz, üfüqi, asfalt örtüklü və quru olmuş, süni işıqlanma ilə işıqlandırılmış və heç bir görmə məhdudiyyəti olmamışdır. 07 yanvar 2025-ci il tarixdə, saat 18:50 radələrində **-RH-*** dövlət qeydiyyat nişanlı, «Lada 21214 Urban» markalı avtomobili Zabrat qəsəbəsi istiqamətindən Kürdəxanı-Zabrat şosesi ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində sol hərəkət zolağı üzrə, yəni yolun hərəkət hissələrini əks istiqamətli hərəkət hissələrinə ayıran qoşa xəttin yaxınlığında, saatda təxminən 70 km sürətlə idarə edərkən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “7 Gözəl” yaşayış kompleksinin yaxınlığına çatmışdır. Həmin ərazidə fikrinin dağınıq olması səbəbindən işıqforun qırmızı işığında avtomobilini saxlamadan hərəkətini davam etdirmişdir. İşıqfordan təxminən 10 metr keçdikdən sonra yolda adi sürətlə sağdan sola keçməkdə olan bir xanımı görmüşdür. Xanımı vurmaqdan qorxaraq tormoz etsə də, avtomobilini tam saxlaya bilməmiş və nəticədə avtomobilin ön hissəsi ilə həmin xanımı vurmuşdur. Hadisə baş verdikdən dərhal sonra avtomobilini saxlamış, avtomobildən enərək xanıma yaxınlaşmışdır. Hadisə yerində həmin xanımın vəfat etdiyini müşahidə etmişdir. Xanımın meyiti Sabunçu Rayon Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Birliyinə təhvil verilmişdir. O isə hadisə yerində qalaraq polis əməkdaşları ilə birlikdə keçirilən baxış tədbirlərində iştirak etmişdir. O, qeyd etmişdir ki, X5 əvvəllər tanımamış və onunla heç bir şəxsi ədavət və ya düşmənçiliyi olmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X6 onun bacısıdır. Qeyd edilən şəxs Fizuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “7 Gözəl” yaşayış kompleksində yaşamışdır. 07 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində o, yaşadığı ünvan 2 ünvanında olarkən, tanımadığı nömrədən zəng gəlmi və bildirilmişdir ki, bacısı X6 həmin gün, saat 18:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, “7 Gözəl” yaşayış kompleksi yaxınlığında “Lada 21214 Urban minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş və aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. O, dərhal bacısının meyidinin aparıldığı Sabunçu Rayon Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) Birliyinə gedərək bacısının meyidini götürmüş və Fizuli rayonu, Böyük Bəhmənli kəndində basdırmışdır. O, yol-nəqliyyat hadisəsinin şahidi olmamış və bu səbəbdən hadisə ilə bağlı heç bir məlumat verə bilmir. Həmçinin sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə, həmçinin onun və ailə üzvləri ilə heç bir ədavət və ya düşmənçiliyi olmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi X7 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsi X15 Şöbəsi YNH üzrə baş İnspektoru, polis kapitanı Şahid2 göstərmişdir ki, 2009-cu ildən X11 xidmət edir, 2019-cu ildən isə tutduğu vəzifədə xidmət göstərir. 07 yanvar 2025-ci il tarixdə, xidmətdə olduğu vaxt saat 19:00 radələrində “Çaylı-1” çağırışı vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “7 Gözəl” yaşayış kompleksinin qarşısında “VAZ 21214” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir nəfər xanımı vurması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə dərhal hadisə yerinə gedərək araşdırma aparmışdır. Hadisə yerində müəyyən edilmişdir ki, şəxsiyyəti sonradan Təqsirləndirilən şəxs kimi müəyyən edilmiş sürücü idarə etdiyi “VAZ 21214” markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 07 yanvar 2025-ci il tarixdə, saat 18:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “7 Gözəl” yaşayış kompleksinin qarşısında piyadanın sonradan X2 müəyyən edilmiş xanımı vurmuşdur. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisə yerinin mühafizəsi ilə bağlı müvafiq tədbirlər görülmüş, müstəntiqin hadisə yerində baxış keçirilməsi üçün şərait yaradılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/34 nömrəli, 07 yanvar 2025-ci il tarixli tibbi müayinə” aktından görünür ki, Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v. 10). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X9” X14 Sabunçu Rayon Şöbəsinin 07 yanvar 2025-ci il tarixli, 7 saylı ekspert rəyindən görünür ki, X1 xəsarətləri baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, alın və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən qapalı qəlpəli sınıqları, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, burun sümüklərinin açıq, sol körpücük sümüyünün, sol tərəfli l-ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli hemotoraks (sol plevra boşluğuna qanın yığılması), sol baldır sümüklərinin sol diz oynağıdaxili açıq, sağ baldır sümüklərinin sağ aşıq- baldır oynağıdaxili qapalı qəlpəli, yerini dəyişən sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmişcırılmış yaraları, qançır və sıyrıqlarıdır. Xəsarətlər həyati olub, bərk-küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 07.01 2025-ci il tarixdə və şəraitdə, yəni avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu ), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 28-34). İfadənin yerində yoxlanılması haqqında 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Lada 21214 Urban minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 18:50 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “7 Gözəl” yaşayış kompleksinin qarşısında piyadanın X5 vurması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. O, hadisə yerində baş vermiş şəraiti əyani olaraq göstərmiş və izahatını bir daha təsdiq etmişdir. Hadisə yerində tərəfimdən fotoşəkillər çəkilmiş, hadisə yerinin sxemi hazırlanmış və protokol tərtib edilərək cinayət işi materiallarına əlavə olunmuşdur. (i.v. 38-41). “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:50 radələrində idarə etdiyi Lada 21214 Urban minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Görüntülərdən aydın olmuşdur ki, sürücü svetoforun qadağanedici siqnalında dayanmayaraq hərəkətini davam etdirmiş, nəticədə avtomobilinin ön hissəsi ilə yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada X5 vurmuşdur. Hadisənin baş vermə şəraiti və sürücünün hərəkət trajektoriyası görüntülərdə tam əks olunmuşdur. (i.v. 43). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. (i.v. 51). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 28 iyul 2025-ci il tarixli, 8/1483 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasən Lada 21214 markalı 90RH522 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X13» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 52-53). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri seçilmişdir. (i.v. 83-84). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin 3-13-16/2- 172395/2025 nömrəli, 28 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə AD063942 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqə xx.xx.2026-cı il tarixədək etibarlıdır. Eyni zamanda, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat uçotda qeydə alınmamışdır. (i.v. 86). Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 87-88). “Sübutların qiymətləndirilməsi haqqında” 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 95-99). Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “X13”Azərbaycan Respublikasının Qanununun36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş diskdə olan videogörüntüyə baxış keçirilmiş, lakin hadisənin necə baş verdiyini görmək mümkün olmamışdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1 -ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21 -ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış hadisə yerinin video görüntüsü əks olunmuş DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 128 manat pul məbləği Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasında iştirak zamanı sərf etdiyi 20 iş saatına görə, hər iş saatına 11 manat hesablanmaqla 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 7 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN ********** köçürülsün Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. . Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-668/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-668/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver