Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-669/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama görə Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə, saat 09 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvanda yerləşən evin qonaq otağında alimenti ödəməməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq onun hər iki göz konyuktivasında ağlı qişaya keçən qansızmalarla müşayiət olunan hər iki gözyuvasıətrafı və burun nahiyyələrinin dərialtı hemotomaları ilə müəayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş, həm nikahdan iki övladları olmuşdur. Ailə münasibətləri normal qaydada olmuşdur. Lakin sonradan münasibətləri pozulduğundan 2021-ci ilin avqust ayında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə nikahlarına xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 3 ünvanına gəlmiş və qonaq otağına keçib qızı Nailəni dənizə aparmaq istədiyini və ona paltarlarını hazır etməsini söyləmiş, Nailə digər otağa keçdiyi zaman Hicran havanın soyuq olmasını bəhanə gətirib icazə verməmiş və onun evdən çıxmasını tələb etmişdir. Bu zaman Hicranın onun üzərinə gəldiyini və ona əl-qol atmaq istədikdə o, Hicranı itələmişdir. Hicranın bundan sonra ondan aralandığını və burnundan qan açıldığını görmüşdür. Özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələməsinin səbəbinin Hicranın onun üzərinə gələrək yaxasından yapışması olduğunu, məqsədinin sadəcə özünü müdafiə etmək olduğunu, Zərərçəkmiş şəxs yumruqla vurmadığını, burnundan qan açılmasının səbəbini bilmədiyini, Hicranı itələdikdən sonra burnundan qan açıldığını gördüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 ilə 2012-cu ildə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladları olmuşdur. Fəqanla ailə qurduğu vaxtdan ailə mübahisələri baş vermişdir. Ailəyə baxmadığı üçün Fəqanla ünsiyyəti düz gəlməmiş və nəticədə 2021-ci ilin avqust ayında Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə nikaha xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində kirayə qaldığı evdə olduğu zaman Fəqan onun uşaqları ilə kirayə yaşadığı evə gəlmiş, qonaq otağına keçib divanda əyləşmişdir. O, Fəqana ailment borcunu nə üçün vermədiyi dedikdə Fəqan mübahisə yaratmağa başlamışdır. O, Fəqandan evi tərk etməsini tələb etdikdə Fəqan yumruqla onun burun nahiyyəsinə vurmuşdur. Nəticədə burnundan xəsarət almışdır. Fəqan Mehrəliyevlə barımamış, ondan şikayətçidir. Onun tutulmasını istəməsə də, etdiyi əmələ görə cavab verməsini istəyir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs hadisə günü Fəqanın uşağı dənizə aparmaq üçün gəldiyini, o, icazə vermədikdə Fəqanın evdən getmədiyini, divanda əyləşdiyini, Fəqandan getməsini tələb etməsinə baxmayaraq Fəqanın onu dinləmədiyini, Fəqana yaxınlaşaraq qolundan tutub çıxmasını tələb etdikdə Fəqanın yumruqla onun sifət nahiyyəsinə vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Sabunçu rayon şöbəsinin 02 iyul 2022-ci il tarixli, 1383 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki göz konyuktivasında ağlı qişaya keçən qansızmalarla müşayiət olunan hər iki gözyuvasıətrafı və burun nahiyyələrinin dərialtı hemotomaları müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmikş, yumruqla yetirilə bilər, müddəti qərarda qeyd olunan 30 iyun 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08 iyul 22022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Sabunçu rayon şöbəsinin 02 iyul 2022-ci il tarixli, 1383 saylı rəyi sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməsə də, onun müvafiq əməli törətməsi zərərçəkmiş şəxsin hadisənin baş vermə mexanizmini tam təfərrüatı ilə təsvir edən ifadəsi və yuxarıda göstərilən ekspert rəyi ilə təsdiq olunduğundan məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən azad edilməsi məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını AR CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsə onun cəmiyyətdən tam olmasa da, təcrid olunması ilə müşayiət olunan cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin ədalət prinsipi ilə uzlaşmır. Belə ki, sadələşdirilmiş icraat materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur, onun şəxsiyyətinin ictimai təhlükəli olmasına dəlalət edən hər hansı sübut materiala əlavə edilməmişdir. Belə olan halda həmin şəxsin cəmiyyətdən tam təcrid edilməsə də, yaşayış yerinin nəzarət altında saxlanılması və bir sıra hüquqlarına məhdudiyyət qoyulması həm cinayət qanunvericiliyin məqsədləri, həm də Avropa Konvensiyasının müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə bir araya sığmır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, hazırki halda məhkəmə Təqsirləndirilən şəxs daha yüngül, yəni cərimə cəzası təyin edilməklə həmin cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Həmçinin, məhkəmə xüsusilə vurğulayır ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 4 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 04 iyun 2020-ci il № 1(005)-145/2020 Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 1(005)- 145/2020 saylı hökmünün surəti məlumat üçün sizə göndərilir. Qoşma: Hökmün surəti. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(008)-669/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-669/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver