Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-67/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2vanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 16 mart 2022-ci il tarixdə, saat 02:00 radələrində ünvan 3 ünvanda açıq sahəyə yığılmış və yeni internet xəttin çəkilməsində istifadə edilməsi üçün nəzərdə tutulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus hər birinin uzunluğu 6 metr, diametri 76 milli metr, qalınlığı 3 millimetr ölçüdə, 01 ədədinin dəyəri 55 manat 20 qəpik təşkil edən ümumilikdə 22 ədəd cəmi 1.214 manat 40 qəpik dəyərində dəmir boruları gizli olaraq talayıb, "xxxx" MMC-yə 1.214 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1.880 qram psixotrop maddə metafmetamini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində 17 mart 2022-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin qarşısında saxlanılıb 15-ci PB-yə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.880 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə, saat 02:00 radələrində piyada yaşadığı evə gedərkən ünvan 3 ünvanda açıq sahədə dəmir boruların yığıldığını görüb, boruları oğurlayıb, sonradan satıb pul əldə etmək qərarına gəlmiş və qeyd olunan ünvanda yığılmış 22 ədəd dəmir boruları bir-bir olmaqla tək yaşadığı Zabrat qəsəbəsi, Neftçilər küçəsi, ev 9 ünvanın həyətinə aparıb yığmışdır. 16 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində həmin boruların 08 ədədini Zabrat qəsəbəsində «Ayxan» marketin qarşısında yerləşən, Nizami adlı şəxsin işlədiyi dəmir qəbulu sexinə aparıb, özünün şəxsiyyət vəsiqəsi olmadığı üçün arvadı A.F.Məmmədova məxusus olan şəxsiyyət vəsiqəsi ilə cəmi 90 manata satmışdır. Nizamiyə boruların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əldə etdiyi 90 manat pulu isə özünün və ailəsinin ehtiyaclarına xərcləmişdir. Ailə üzvləri onun həmin dəmir boruları oğurladığını bilməmişlər. Arvadı və anasına guya ona pul borcu olan şəxs pul əvəzinə boruları verdiyini bildirmişdir. 14 ədəd dəmir boruları isə yaşadığı ünvan 4 ünvanın həyətində saxlamış, sonradan istintaqa təqdim etmişdir. 14 mart 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən bir ədəd şəffaf sellofan bükümdə öz istifadəsi üçün 20 manata psixotrop maddə metamfetamin alıb bir hissəsini yandırıb iyləmək yolu ilə qəbul etmiş, digər hissəsini isə sonradan istifadə etmək məqsədi ilə əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibinə qoyub saxlamışdır. 17 mart 2022-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin qarşısından keçən zaman mülki geyilmi şəxslər yaxınlaşıb vəsiqələrini ona təqdim edib polis əməkdaşları olduqlarını deyib, narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlayıb daşıması barədə məlumat əldə etdiklərini, bu səbəbdən də birlikdə 15-ci PB-yə getməyi təklif etmişlər. Polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə, üzərində metamfetamin olduğu üçün, gələcəkdə inam və etibarını itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə dair etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın və ya predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bundan sonra şəxsi istifadəsi üçün aldığı və əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibində saxlayıb daşıdığı bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, meteamfetaini 14 mart 2022-ci il tarixdə, 15:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, təxminən 2022-ci ilin mart ayının əvvəllərindən "xxxx" MMC-i tərəfindən ünvan 3 ünvanda internet xəttin çəkilməsi işlərinə başlanmışdır. Bunun üçün cəmiyyət tərəfindən Zabrat qəsəbəsi Neftçilər küçəsi 4 ünvanında açıq sahəyə 60 ədəd 6 metrlik 76 diametrlik ölçüdə, 01 ədədin dəyəri 55 manat 20 qəpik təşkil edən dəmir borular yığılmışdır ki, həmin işlərdə istifadə olunsun. 16 mart 2022-ci il tarixdə işlərə nəzarət edən zaman məlum olmuşdur ki, borulardan 22 ədədi naməlum şəxslər tərəfindən oğurlanıb. Bununla bağlı Cəmiyyətin rəhbərliyinə bildirmiş və bundan sonra ərizə ilə hüquq mühafizə orqanına müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-in 15-ci PB-in rəisinə müraciət edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq 15-ci PB-in rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra ondan və 15-ci PBin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşıması barədə əvvəlcədən məlumatları olduğu üçün və müvafiq olaraq tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçirilməzdən əvvəl bölmənin təhqiqatçısına bu barədə məlumat verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin qarşısında saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra ona birlikdə 15-ci PB-yə getməyi təklif edib, Polis Bölməsinə getməsinin səbəbləri izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Polis Bölməsinə getmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini öz istifadəsi üçün 15 mart 2022-ci il tarixdə, saat 15:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını bilmədiyi şəxsdən alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məhmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstəmişdir ki, köhnə alüminium, mis əşyaları ucuz qiymətə alıb bir qədər baha satmaqla ailəsini dolandırır. Əşyaları qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1, ünvan 5 ünvanda da satışı həyata keçirir. Əşyaları ona təqdim edən şəxslərdən adətən şəxsiyyət vəsiqələrinin kserosurətlərini alıb özündə saxlayır. 16 mart 2022-ci il tarixdə, saat 10:00 radələrində sexdə olarkən bir nəfər əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs 08 ədəd hər birinin uzunluğu 6 metr, diametri 76 mm olan dəmir boruları gətirib satmaq istədiyini dedi. Təqsirləndirilən şəxs bildirdi ki, həmin borular onun özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Elxanla 08 ədəd dəmir boruları cəmi 90 manata alacağını razılaşıb, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs A.F.Məmmədovanın şəxsiyyət vəsiqəsini təqdim edib, özünün şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin şəxsiyyət vəsiqəsini təqdim etdiyini deyib bildirmişdir ki, həmin şəxs onun arvadıdır. Həmin şəxsin adını, soyadını, ata adını, şəxsiyyət vəsiqəsinin nömrəsini özündə kağız parçasında qeyd etmişdir. Sonradan bir qədər baha qiymətə anket məlumatlarını, adlarını bilmədiyi, tanımadığı şəxslərə həmin boruları satıb gəlir əldə etmişdir. E.E. Məmmədov ona satdığı 08 ədəd dəmir boruları cinayət yolu ilə əldə etməsi barədə ona heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1550 saylı, 17 mart 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının D.İ.N Zərflər Üçün №161» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs üzərindən...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1.880 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-1.880 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-1.830 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 X4 Tibbi Yoxlamanın 2116 saylı, 28 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2861 saylı, 01 may 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, 14 ədəd "xxxx" MMC-yə məxsus olan hər birinin uzunluğu 6 metr, diametri 76 millimetr, qalınlığı 3 millimetr ölçüdə olan dəmir boruların istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin mart ayında olan orta bazar qiyməti ilə 01 ədədin dəyəri 55 manat olmaqla, 14 ədədin ümumi dəyəri nəzəri qaydada təxminən 770 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 mart 2022-cı il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)228/2022 saylı, 05 avqust 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təşqsirli bilinib, 05 avqust 2022-ci il tarixdən hesablanmaqla, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun 21 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınmış, həmin müddət təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 16 mart 2022-ci il tarixdə, saat 02:00 radələrində ünvan 3 ünvanda açıq sahəyə yığılmış və yeni internet xəttin çəkilməsində istifadə edilməsi üçün nəzərdə tutulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus hər birinin uzunluğu 6 metr, diametri 76 milli metr, qalınlığı 3 millimetr ölçüdə, 01 ədədinin dəyəri 55 manat 20 qəpik təşkil edən ümumilikdə 22 ədəd cəmi 1.214 manat 40 qəpik dəyərində dəmir boruları gizli olaraq talayıb, "xxxx" MMC-yə 1.214 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etməsi, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1.880 qram psixotrop maddə metafmetamini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində 17 mart 2022-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin qarşısında saxlanılıb 15-ci PB-yə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.880 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 17 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2022ci il tarixdə, saat 12:40-də şübhəli şəxs qismində tutulmuşdur (səh.,18). Cinayət işinin materiallarında olan 18 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,96). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)236/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 mart 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 126). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «17» mart 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)228/2022 saylı, 05 avqust 2022-ci il tarixli hökmü ilə nəzərələ alınmış Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.830 qram metamfetamin məhv edilməli, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalı, 14 ədəd borunun zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 98 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən «04» (dörd) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «05» (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hazır ki, hökmlə təyin olunmuş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)228/2022 saylı, 05 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)228/2022 saylı, 05 avqust 2022-ci il tarixli hökmü ilə nəzərə alınmış 21 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «08» (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. X1 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «17» mart 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.830 qram metamfetamin məhv edilsin, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın, 14 ədəd borunun zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. 98 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-67/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-67/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver