Məhkəmə qərarları › İş №1(008)-67/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-67/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-67/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanına qeydiyyatda olan və ünvan 2nında yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,377 qram və 3,801 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 7,178 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki əldə edib üzərində saxlamaqla daşımış və 10 avqust 2024-cü il tarixdə saat 18:30 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2nında piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,377 qram və 3,801 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 7,178 qram olan tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə yaşadığı evdə Fuad adlı tanışı ilə bir yerdə olduqları zaman polis əməkdaşları həyətin hasarını aşaraq, evin qapısını qırıb evə daxil olmuş, ona və tanışına evdə təzyiqlər göstərərək evdən çıxarmışlar. Polis Bölməsinə aparılan zaman yolda olarkən polis əməkdaşları onu nəyin gözlədiyini demiş, əgər bununla razı olmazsa həyətindən daha ağır şeylərin çıxacağını bildirmişlər. Bölmədə onun qarşısına iki büküm narkotik vasitə qoyulmuş və təzyiqlər göstərərək həmin bükümlərin ona məxsus olduğunu deməyə məcbur edilmişdir. Üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və sənədləri imzalamışdır. Bundan başqa bildirmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olsa da, bugünə kimi heç vaxt satışı ilə məşğul olmamış, sadəcə bir dəfə dostu ağrılardan əziyyət çəkdiyindən ona maddi qarşılığı olmadan dərman vasitəsi olan “metodon” vermişdir. İş materiallarına əlavə edilmiş sms məlumatlarından çıxarışda olan şübhəli smsləri isə belə izah edir ki, narkotik vasitənin istifadəçiləri bir-birilərinin telefonlarını götürüb belə smslər yazaraq sonra silə bilər. Yəqin ki, kimsə onun da telefonunu götürərək belə smslər yazmış, həmin smslərdən onun ümumiyyətlə xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə iş yoldaşı əməliyyat müvəkkili Şahid1la birlikdə inzibati ərazidə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, A.Şaiq küçəsi ünvanında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşmışlar və özlərinin təqdim edib, həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs onlara şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim etməmiş və yayınmağa cəhd göstərmişdir. Bundan sonra iş yoldaşı Şahid1la birlikdə həmin şəxsi Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofanı könüllü olaraq təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən də iki ədəd “Azərbaycan Beynəlxalq Bankı”na məxsus plastik kartı və iki ədəd “Samsung” markalı mobil telefonları təqdim etmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş iki bükümdə olan şəffaf rəngli sellofana bükülmüş kütlələrin içərisində “kokos” kimi tanıdığı narkotik vasitə var və həmin maddəni 10 avqust 2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 60 (altmış) manat pul verməklə almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırıtaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 16-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəlli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 avqust 2024-cü il tarixdə, saat 18:30-dan hesablanmışdır. Cinayət işinin 28-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı İsmayıl Hacıyev, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, sol yan cibindən bir ədəd **********978258 nömrəli, bir ədəd **********237692 nömrəli ABB-ya məxsus bank kartı, bir ədəd “Samsung J5” markalı və bir ədəd “Samsung A10 S” markalı mobil telefon təqdim etdi. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə hesab edilən “Kakos” olduğunu, xx.xx.2024-cü il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq narkotik vasitədən 1 ilə yaxındır ki, istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddələr qablaşdırılaraq Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4096 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,178 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə asetilə edilən tiryəkdir. Cinayət işinin 49-cu vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 11 avqust 2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaqı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə cinayət işinin materiallarına Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə asetilə edilmiş tiryəkin aşkar olunaraq götürülməsi barədə 10 avqust 2024-cü il tarixli protokola əlavə etdiyi 1 (bir) «DVD» diskdə qeydə alınmış videoyazıya baxış keçirilmişdir. Diskdə olan “Təqsirləndirilən şəxs” adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 9 dəqiqə 17 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirildikdə müəyyən olunur ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin təhqiqatçısı X7 RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİnin 12-ci Polis Şöbəsinin xidməti otağında şəxsi axtarış istintaq hərəkəti keçirir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə olan kütlə və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ABByə məxsus 5522 0993 6097 8258 nömrəli və 01 (bir) ədəd 0993 6523 7692 nömrəli ABByə məxsus plastik kartları, 01 (bir) ədəd “Samsung J5” markalı və 01 (bir) ədəd “Samsung A10S” markalı mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 (iki) ədəd bükümdə olan kütlənin narkotik vasitə olan “kokos” olduğunu və həmin maddəni 10 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə əlbəəl 60 (altmış) manat pul verməklə aldığını və öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. Cinayət işinin 75-78-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Samir Seyidin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 79-80-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi və qərarın ona elan edilməsi qərara alınmışdır. Cinayət işinin 94-96-cı vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,377 qram və 3,801 qram olmaqla ümumi təmiz çəkisi 7,178 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkorik vasitə asetilə edilən tiryəkin maddi sübut hesab olunması və tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 7,078 qram qalığın saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı İsmayıl Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə asetilə edilən tiryəkinin aşkar olunaraq götürülməsi barədə 10 avqust 2024-cü il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd “DVD” diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1ci maddələrinin tələbləri nəzərə alınmaqla qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrmetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 5869 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 134-135-ci vərəqələrində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 1 (bir) ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi: ***-***-**-** saylı mobil nömrədən 03 aprel 2024-cü il tarixdə 04:16 radələrində **********70 saylı mobil nömrəyə “Fuad kiwi oyaqsansa mene yaz”, 03 aprel 2024-cü il tarixdə saat 04:29 radələrində **********70 saylı mobil nömrəyə “Konturum yoxdu bir uwaq var diyir pul duzelse biwey elemey olar? Oyaq olar o tbi ?”, 03 aprel 2024cü il tarixdə saat 16:06 radələrində **********70 saylı mobil nömrəyə “İranlida yazib ki urmia temasai var ele onnan diyir 3 denenkn pulun at 8 dene atim sene yerbeyer ele gonder qalan puluuda gor istiyen varsa gedey goturek”, 08 aprel 2024 tarixdə saat 02:35 radələrində **********79 saylı mobil nömrəyə “Qaqash m40 newe istiyen olsa dinen”, 25 aprel 2024-cü il tarixdə saat 22:41 radələrində **********70 saylı mobil nömrəyə “FUAD KİWİ TEMA İSTİYEN VAR HEMDE QİZİN YANİNA GETMELİYİK BİDENE MENİ YİG TEZ”, 30 aprel 2024-cü il tarixdə saat 14:56 radələrində **********77 saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “4pm at 4k deyir das gotur torpaqi saxla gederiy hamisin gotureriy”, 01 may 2024-cü il tarixdə saat 05:53 radələrində **********70 saylı mobil nömrəyə “FUAD KİWİ SENEN XAİW ELİREM İNEN BELE MENE MAL VERENDE QURBANOLUM SENE UREYNEN VAR SEN O OLENLERİVİN GORU ....MENİM PAYMAEYER BU MALİ VURA BİLDİMSE .......... APCES ELEDKM QOYDUM ELİMİ MALİDA ...... OLDU”, 11 may 2024-cü il tarixdə saat 13:09 radələrində **********34 saylı mobil nömrəyə “İmran fuadin yanda danwa bilmirdim balaca daw var mende verecem size nrht olma”, 06 iyun 2024-cü il tarixdə saat 16:43 radələrində **********14 saylı mobil nömrəyə “Brat mene zeng ele dinenki qaqaw dedin derman gotur goturdum pulunu at karta gel gotur dinen bayaqdan seni gozdurem axi”, 17 iyun 2024-cü il tarixdə saat 12:37 radələrində **********70 saylı mobil nömrəyə “TB MALA GORE YİĞİB SENİ DİYİR UŞAQLAR DİYİRKİ FUADDA BOMBA MAL VAR MAL AXTARİR VARİNDİSA YİĞDA OZMR”, 17 iyun 2024-cü il tarixdə saat 20:42 radələrində **********70 saylı mobil nömrəyə "BALAXANİ KENDİNİN ECKOBARİ FUAD KİŞİ NEYNİRSEN SALAMTDİQ?”, 09 iyul 2024-cü il tarixdə 01:37 radələrində **********70 saylı mobil nömrəyə “YARİ İSTİYEN VAR NOW TELFONU SONDURDUNE”, 05 avqust 2024-cü il tarixdə saat 23:54 radələrində **********70 saylı mobil nömrəyə “FUAD KİWİ ARXA TEREFDEN GEL BİZE YERBEYER ELE SORA ÇİXİB VER HEC OLMASA BİZE BİWEY QALSİN”, istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən 22 iyul 2024-cü il tarixdə saat 18:19 radələrində **********70 saylı mobil nömrəyə “AC TELFONU NARAHAT OLMA MAL ZAD İSTEMİREM SENEN SOZUM VAR”, 29 iyul 2024-cü il tarixdə saat 00:54 radələrində **********70 saylı mobil nömrəyə “FUAD KİWİ ŞEMSİ YİGMİWDİ DİYİR SABUNCUDADİ 1 CET DAWİ VAR KOLA DANİ”, 30 iyul 2024-cü il tarixdə saat 11:01 radələrində **********70 saylı mobil nömrəyə “FUAD KİWİ KONTURUM UOXDU YİGMAGA 30 KOLA 5 PATİ İSYİUİRLER SENDANİWSAN CEFERNEN LAP YAXWİ OLAR” məzmunlu SMS mətnləri onun mobil nömrələrinə daxil olmuş və mobil nömrələrdən çıxmışdır, həmin yazışmalar özü tərəfindən yazılmışdır. Cinayət işinin 138-140-cı vərəqələrində olan “Cinayət əməlinin tövsif edilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən hazırki cinayət işi üzrə cinayət əməlinin həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə şəxsə yeni məzmunlu ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 167-169-cu vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 1 (bir) ədəd diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddənin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 10 avqust 2024-cü il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 7,078 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar