Məhkəmə qərarları › İş №1(008)-672/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-672/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-672/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X11 nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, “X2” MMC-nin qanuni təmsilçisi və baş redaktoru X8 “Youtube" sosial şəbəkəsində “Hurriyyet TV” adlı kanalda yayımlanan paylaşımlarda "xxxx" MMC (bundan sonra "xxxx") və onun təsisçisi Emin Ucar haqqında böhtan xarakterli məlumatlar səsləndirməklə onun şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmiş, həmçinin ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Bununla da, Vüqar Məmmədov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 147.1-ci və 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilmişdir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2014-cii il tarixli. 3 saylı Plenum qərarına (bundan sonra “Plenum qərarı”) əsasən kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda. yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Böhtan xarakterli məlumatların yayıldığı videoların paylaşıldığı “Hurriyyet TV” adlı “Yoııtube” kanalının hiiquqi ünvanı xaricdə yerləşdiyindən, xüsusi ittiham qaydasında şikayət barəsində şikayət verilmiş şəxsin, yəni Məmmədov Vüqarın yaşayış yeri üzrə (Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsi. Səməd Vurğun küçəsi, döngə 4, ev 9) fəaliyyət göstərən birinci instansiya məhkəməsinə verilmişdir. Böhtan xarakterli məlumatların yayıldığı videolar barədə müvafiq məlumatları aşağıda qeyd edirəm: “YouTube” sosial şəbəkəsində “Hurriyyet TV" adlı “Youtube” kanalında 31.01,2024-cü il tarixində yayımlanan “Azərbaycandan qazandığı milyonları başka ölkələrə yatıran Emin Uçar" başlıqlı videO; “YouTube" sosial şəbəkəsində “Hurriyyet TV" adlı “Yoııtube" kanalında xx.xx.2024-cü il tarixində yayımlanan “Azərbaycan xalqı sizə nə pislik edib ki bu xalqa belə əziyyət verirsizü" başlıqlı video. USB fləşkart (Qoşma 2: USBJləşkart) vasitəsi ilə məhkəməyə təqdim edilən hər iki videoda da heç bir dəlil olmadan əsassız bir şəkildə Emin Ucar barəsində həqiqətəuyğun olmayan fikirlər səsləndirilmiş, açılmamış və mövcud olmayan cinayətlərdən bəhs edilmiş, X15 Muxtar Respublikasının büdcəsinin mənimsənilməsi kimi qanunsuz əməllərin törədilməsində ittiham edilmişdir. “Azərbaycandan qazandığı milyonları başka ölkələrə yatıran Emin Uçar” başlıqlı videoda X10 tərəfindən səsləndirilən böhtan xarakterli ifadələri aşağıda qeyd edirəm: 1) 01:12 saniyə - 'Bir kanal çəkmişdi Ordubadda, bilirsiz. Emin Ucar. Bir Türk vətəndaşı. Azərbaycanda “Gəmiqaya " adlı bir şirkət yaratmışdı və bu şirkətlə Naxçıvanın pulunu daşıyırdı. Naxçıvanın yox. Naxçıvanın deyəndə pis çıxır. Azərbaycanın pulunu daşıyırdı. İraqda özünə şirkətlər açıb. Gürcüstanda özünə şirkətlər açıb. 280 milyon bir investisiya yatırır. 200-300 milyon bir investisiyaya yatırır. Azərbaycanın puluyla ”, Emin Uçarın hansısa ölkədə şirkət açması onun azad sahibkarlıq hüququ olmaqla, təbiidir ki, yalnızca qanun çərçivəsində həyata keçirilə bilər. Qeyd edilən ölkələrə investisiya yatırılması yalnızca Məmmədov Vüqarın fərziyyələri olmaqla, heç bir əsası yoxdur. Məmmədov Vüqar nəinki iddialarını təsdiq edən bir sübut təqdim etmiş, hətta investisiya kimi yatırılan vəsaitin guya Azərbaycan Respublikasına məxsus olduğunu iddia edərək, Emin Ucan "xxxx" vasitəsi ilə cinayət törətməkdə də ittiham etmişdir. 2) 01:48 saniyə - "Həmin o kanal ki var ha. o kanalın mən yayımını verəndən sonra, mənə 2 mütəxəssis zəng elədi. Və çox maraqlıdır ki. ikisinin də dediyi üst- üstə düşdü. Mənə dedilər ki. Vüqar bəy. o kanalı ki ordan çəkiblər ha. 56-57 milyon manata, o kanala ehtiyac yox idi ki. O kanal çox baha gəlir.” Söhbət burada "xxxx" Şirkətinin podratçısı olduğu “Ordubad TV X12” layihəsindən gedir, hansı ki. zərurət olduğundan X7 tikintisi üçün müvafiq dövlət orqanı tərəfindən tender keçirilmişdir. Mütəxəssis olduğu iddia edilən həmin 2 şəxsin nə mütəxəssis olmasını sübut edən, nə də söylədikləri fikri əsaslandıran təsdiqedici bir sənəd olmadan, səlahiyyətli dövlət orqanı tərəfindən sifarişi verilən bir lay ihə ilə bağlı bu cür fikirlərin səsləndirilməsi tamamilə əsassız olmaqla, "xxxx"u və "xxxx" vasitəsi ilə də "xxxx"un təsisçisi olan Emin Ucarı gözdən salma məqsədini daşıyır. 3) 03:02-ci saniyə: "Yəni bu yola 50 milyon xərc çəkilibsə. bunu 25 milyonla eləmək mümkün idi. qardaş. Niyə eləmirik, çünki dağıdırıq, çünki sökürük, çünki bu xalqı sevmirik.” Məmmədov Vüqar heç bir zəruri biliyi və səlahiyyəti olmadan həm dövlət qurumları tərəfindən sifarişi verilən və ictimai əhəmiyyət daşıyan obyektlərin tikintisi barədə əsassız və subyektiv xarakter daşıyan fikirlər, həm də Emin Ucar barəsində həqiqətəuyğun olmayan fikirlər səsləndirir. 4) 03:19-cu saniyə: "İndi də bizim o yayımdan sonra və bir çox mətbuatda gedən bəzi yayımlardan sonra. Emin Uçarla bağlı, onun əmlakına və digər şirkətlərinə artıq stop qoyulub. Həm də Duzdağdakı o yaradılan zavodla bağlı. Gətirdikləri avadanlıqların paslanması ilə bağlı. Prokurorluq, mən bilən, Emin Uçarın işlərinə stop qoyub. Hesabları dondurulub. Artıq cinayət işi başlanılıb” İlk öncə bildirim ki. Məmmədov Vüqar iddia etdiyi kimi nə Emin Ucar və "xxxx" Şirkəti ilə bağlı cinayət işi başlanmışdır, nə də ki. prokurorluq və ya hər hansısa hüquq-mühafizə orqanı tərəfindən cinayətlə əlaqədar bir tədbir görülmüşdür. Belə ki, "xxxx" MMC və Emin Ucar barəsində cinayət işi və ya cinayət təqibinin olub-olmaması barədə məlumat verilməsi üçün Naxçıvan Muxtar Respublikasının (bundan sonra “NMR”) Prokurorluğuna vəkil sorğusu (Qoşma 3: Vəkil sorğusu) göndərilmiş və sorğuya cavab olaraq NMR Prokurorluğu “Arkoz İnşaat Şirkəti" MMC və Emin Ucar barəsində hər hansı cinayət xarakterli materialın araşdırılmadığını bildirmişdir (Qoşma 4: Vəkil sorğusuna cavab məktubu). Jurnalistika peşəsindən sui-istifadə edən Məmmədov Vüqar heç bir şəkildə mövcud olmayan bir cinayət işindən danışmaqla Emin Uçarın nüfuzunu zədələmiş olur. 5) 03:57-ci saniyə: "Bəli, vaxtında bu cinayət işini qaldırmalı idilər, bu adamı götürüb qoymalı idilər içəriyə, ondan sonra aydınlaşdırmalıydılar ki. Vasif Talıbov və Emin Ucar ciitlüyii ölkənin neçə milyon yox ha. neçə milyard pulunu mənimsəyibdilər.” Məmmədov Vüqar heç bir məhkəmə hökmü olmadan Emin Uçarın cinayət törətdiyini iddia edərək və həmçinin cəzalandırılmalı olması qənaətinə gəlməklə Emin Uçarın təqsirsizlik prezumpsiyasını pozur. Çox əminliklə Emin Uçarın milyardlarla pul mənimsədiyinin iddia edilinəsi, belə bir fakt öz təsdiqini tapmadığı üçün böhtan və işgüzar nüfuza xələl gətirən fakt kimi qiymətləndirilməlidir. Burada həmçinin Emin Ucar mütəşəkkil cinayətkarlıqda da ittiham edilmişdir. 6) 05:09-cu saniyə: “Amma biz bunu edə bilmirik, niyə? 57 milyard yeyilməli idi ortada. Və bunun da heç kəs məsuliyyətini daşımır. Yedirlər və üstündən bir qurtum su içdilər.” Qeyd edim ki, 1, 3, 5-ci və 6-cı yarımbənddə Məmmədov Vüqar həm də X16 büdcəsini talama ilə ittiham edərək, CM-nin 147-ci maddəsinin ağırlaşdırın tərkibi olan ağır cinayət törədilməsində ittiham etməklə də böhtan atmışdır. “Azərbaycan xalqı sizə nə pislik edib ki bu xalqa belə əziyyət verirsizü” başlıqlı videoda X10 tərəfindən səsləndirilən böhtan xarakterli ifadələri aşağıda qeyd edirəm: 1) 03:16-cı saniyə - "Naxçıvanınpuludur. Tək hələ mən Gürcüstana qoyulan investisiyanı deyirəm. İraqda. Orbildə qoyulan, mən biləni. Ərbilə də kifayət qədər ciddi pul yatırdıblar, bir neçə yüz milyon da ordadır. “Azərsun Holdinq "lə şərik orda şirkətləri olmalıdı onların, investisiya yatırıblar.” Məmmədov Vüqar heç bir etibarlı mənbə göstərmədən Emin Uçarın başqa ölkələrə investisiya qoymasına istinad edərək. “Naxçıvanın puludur” ifadəsi ilə guya bu investisiyaya qoyulan vəsaitin qeyri-qanuni fəaliyyət nəticəsində əldə edildiyinə işarə vurmuş, yəni Emin Ucan mənimsəmə tərkibli cinayət əməlini törətməkdə ittiham etmişdir. 2) 22:12-ci saniyə - "Sən bilə-bilə ki. bir tikinti şirkəti hər hansı binanı tikirsə, binanın öz qiymətindən 2 dəfə artıq pul qazanırsa deməli burda fırıldaq var. burda maxinasiya var. Sən bunu bilməlisən. Bilmirsənsə, deməli şərik işləyirsən. Vasif Talıbovun vaxtında Məhərrəm Talıbovun şəriki olubdu Emin Ucar” X13 yenə də heç bir əsaslı mənbə olmadan"xxxx"un gəlirinə istinad edərək və “Vasif Talıbovun vaxtında Məhərrəm Talıbovun şəriki olubdu Emin Ucar” ifadəsini də istifadə etməklə Emin Uçarı kimlərləsə müştərək şəkildə qeyri-qanuni fəaliyyət həyata keçirməkdə ittiham etmişdir ki, bu da açıq-aşkar Emin Ucan nüfuzdan salmaq məqsədi daşıyır. 3) 24:11-ci saniyə- “Bunlar gedirlər Ərbildə kifayət qədər, yüz milyonlarla vəsait yatırdıb. orda investisiya qoyub orda iş qururlar. Eləcə də İranda, eləcə də Kürdistanda. iki yüz milyon dollarlıq iş qururlar. Hardan alırlar bu pulu.” Burada da Məmmədov Vüqar yenə də əsassız şəkildə eyni ifadələrlə Emin Ucarı qeyri-qanuni fəaliyyət həyata keçirməkdə ittiham etmişdir. Məmmədov Vüqar tərəfindən hər iki videoda da söylədiklərini təsdiqləyən heç bir sübut təqdim edilmədiyindən, böhtan xarakteri daşıyır. Belə ki. "X1” tərəfindən verilən mütəxəssis rəyi (Qoşmu 5: Mütəxəssis rəyi) də Məmmədov Vüqarın istifadə etdiyi bu ifadələrin böhtan xarakteri daşıdığını təsdiqləmişdir. Həmin ifadələr mütəxəssis rəyinin 7- 9-cu səhifələrində izahlı və ətraflı şəkildə öz əksini tapır. Beləliklə. X4 səsləndirdiyi və 1 bəndin 1-6-cı yarımbəndində. İİ bəndin 1- 3-cü yarımbəndində öz əksini tapan söz və ifadələr böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün tələb olunan üç halı da əhatə etdiyindən və həmçinin Emin Ucar İ bəndin 1,3,5, və 6-cı yarımbəndində və İİ bəndin 1-ci yarımbəndində səsləndirilən ifadələrlə ağır cinayət (dövlət büdcəsinin mənimsənilməsi, talama) törətməkdə ittiham edildiyindən AR CM-nin 147.1-ci və 147.2-ci maddəsilə ilə nəzərdə tutulan cinayət tərkibini yaratmış olur. X10 xx.xx.2024-cü ¡1 tarixində yayımlanan “Azərbaycandan qazandığı milyonları başka ölkələrə yatıran Emin Uçar" başlıqlı videoda səsləndirdiyi 'Bir kanal çəkmişdi Ordubadda, bilirsiz. Emin Ucar. Bir Türk vətəndaşı. Azərbaycanda "Gəmiqaya ” adlı bir şirkət yaratmışdı və bu şirkətlə Naxçıvanın pulunu daşıyırdı. Naxçıvanın yox. Naxçıvanın deyəndə pis çıxır, Azərbaycanın pulunu daşıyırdı. İraqda özünə şirkətlər açıb. Gürcüstanda özünə şirkətlər açıb, 280 milyon bir investisiya yatırır, 200-300 milyon bir investisiyaya yatırır. Azərbaycanın puluyla "(01:12-ci saniyə); "Həmin o kanal ki var ha. o kanalın mən yayımını verəndən sonra, mənə 2 mütəxəssis zəng elədi. Və çox maraqlıdır ki. ikisinin də dediyi üst- üstə düşdü. Mənə dedilər ki. Vüqar bəy. o kanalı ki ordan çəkiblər ha. 56-57 milyon manata, o kanala ehtiyac yox idi ki. O kanal çox baha gəlir" (01:48-ci saniyə); “ Yəni bu yola 50 milyon xərc çəkilibsə. bunu 25 milyonla eləmək mümkün idi. qardaş. Niyə eləmirik, çiinki dağıdırıq, çünki sökürük, çünki bu xalqı sevmirik. ” (03:02- ci saniyə); "İndi də bizim o yayımdan sonra və bir çox mətbuatda gedən bəzi yayımlardan sonra. Emin Uçarla bağlı, onun əmlakına və digər şirkətlərinə artıq stop qoyulub. Həm də Duzdağdakı o yaradılan zavodla bağlı. Gətirdikləri avadanlıqların paslanması ilə bağlı. Prokurorluq, mən bilən. Emin Uçarın işlərinə stop qoyub. Hesablan dondurulub. Artıq cinayət işi başlanılıb. ” (03:19-cu saniyə); "Bəli, vaxtında bu cinayət işini qaldırmalı idilər, bu adamı götürüb qoymalı idilər içəriyə, ondan sonra aydınlaşdırmalıydılar ki. Vasif Talıbov və Emin Ucar cütlüyü ölkənin neçə milyon yox ha, neçə milyard pulunu mənimsəyibdilər. " (03:57-ci saniyə); “Amma biz bunu edə bilmirik, niyə? 57 milyard yeyilməli idi ortada. Və bımım da heç kəs məsuliyyətini daşımır. Yedirlər və üstündən bir qurtum su içdilər. ” (05:09-cu saniyə) ifadələrə görə, həmçinin xx.xx.2024-cü il tarixdə “Hurriyyet TV” adlı kanalda yayımlanan “Azərbaycan xalqı sizə nə pislik edib ki bu xalqa belə əziyyət verirsizü” başlıqlı videoda səsləndirdiyi "Naxçıvanın puludur. Tək hələ mən Gürcüstana qoyulan investisiyanı deyirəm. İraqda. Ərbildə qoyulan, mən biləni. Ərbilə də kifayət qədər ciddi pul yatırdıblar. bir neçə yüz milyon da ordadır. "Azərsun Holdinq "lə şərik orda şirkətləri olmalıdı onların, investisiya yatırıblar. ”(03:16-cı saniyə); “Sən bilə-bilə ki. bir tikinti şirkəti hər hansı binanı tikirsə, binanın öz qiymətindən 2 dəfə artıq pul qazanırsa deməli burda fırıldaq var. burda maxinasiya var. Sən bunu bilməlisən. Bilmirsənsə, deməli şərik işləyirsən. Vasif Talıbovun vaxtında Məhərrəm Talıbovun şəriki olubdu Emin Ucar " (22:12-ci saniyə); "Bunla gedirlər Ərbildə kifayət qədər, yüz milyonlarla vəsait yatır dib.or da investisiya qoyub orda iş qururlar. Eləcə də İranda, eləcə də Kürdistanda, iki yüz milyon dollarlıq iş qururlar. Hardan alırlar bu pulu. " (24:11 -ci saniyə) ifadələrə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsilə ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib və ən yuxarı həddə cəza təyin edilməsi; X10 xx.xx.2024-cü il tarixində yayımlanan “Azərbaycandan qazandığı milyonları başka ölkələrə yatıran Emin Uçar" başlıqlı videoda səsləndirdiyi ' ö/r kanal çəkmişdi Ordubadda, bilirsiz, Emin Ucar. Bir Türk vətəndaşı. Azərbaycanda "Gəmiqaya” adlı bir şirkət yaratmışdı və bu şirkətlə Naxçıvanın pulunu daşıyırdı. Naxçıvanın yox. Naxçıvanın deyəndə pis çıxır, Azərbaycanın pulunu daşıyırdı. İraqda özünə şirkətlər açıb. Gürcüstanda özünə şirkətlər açıb, 280 milyon bir investisiya yatırır. 200-300 milyon bir investisiyaya yatırır. Azərbaycanın puluyla (01:12 saniyə): “Yəni bu yola 50 milyon xərc çəkilibsə, bunu 25 milyonla eləmək mümkün idi, qardaş. Niyə eləmirik, çünki dağıdırıq, çünki sökürük, çünki bu xalqı sevmirik. ” (03:02- ; saniyə); “Bəli, vaxtında bu cinayət işini qaldırmalı idilər, bu adamı götürüb qoymalı idilər içəriyə, ondan sonra aydınlaşdırmalıydılar ki, Vasif Talıbov və Emin Ucar cütlüyü ölkənin neçə milyon yox ha, neçə milyard pulunu mənimsəyiblər. ” (03:57-ci saniyə); “Amma biz bunu edə bilmirik, niyə? 57 milyard yeyilməli idi ortada. Və bunun da heç kəs məsuliyyətini daşımır. Yedirlər və üstündən bir qurtum su içdilər. ” (05:09-cu saniyə) ifadələrə görə, həmçinin xx.xx.2024cü il tarixdə “Hurriyyet TV” adlı kanalda yayımlanan “Azərbaycan xalqı sizə nə pislik edib ki bu xalqa belə əziyyət verirsizü” başlıqlı videoda səsləndirdiyi “Naxçıvanın puludur. Tək hələ mən Gürcüstana qoyulan investisiyam deyirəm. İraqda, Ərbildə qoyulan, mən biləni, Ərbilə də kifayət qədər ciddi pul yatırdıblar, bir neçə yüz milyon da ordadır. “Azərsun Holdinq”lə şərik orda şirkətləri olmalıdı onların, investisiya yatırıblar. ”(03:16-cı saniyə) ifadələrə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilsin və ən yuxarı həddə cəza təyin edilməsi; xx.xx.2024-cü il tarixdə “Hurriyyet TV” adlı kanalda yayımlanan “Azərbaycan xalqı sizə nə pislik edib ki bu xalqa belə əziyyət verirsizü” başlıqlı videonun və 31.01,2024-cü il tarixində yayımlanan “Azərbaycandan qazandığı milyonları başka ölkələrə yatıran Emin Uçar” başlıqlı videonun “YouTube” sosial şəbəkəsindən silinməsi öhdəliyi X5 üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş xüsusi ittiham qaydasında şikayət vermiş X11 nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs şikayətin predmeti olan hər iki videonu da “Hürriyet TV” adlı Youtube kanalından sildiyi və sözügedən kanalda təkzib videosu yerləşdirdiyi üçün tərəflər arasında barışıq əldə olunmuşdur. Bunu nəzərə alaraq işə xitam verilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə barışdığından və şikayətdən imtina etdiyindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmənin qəbul edəcəyi qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-ci maddələrinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.8, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X11 nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar