Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-675/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Aslanlı Akşin Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Oğuz rayonu, Calud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Qaraçanlı ərazi dairəsi, Tatlar kəndində qeydiyyatda olmaqla, ünvan 2-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni “Methadone 40...Faran” əmtəə göstəricili blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olan bir ədəd bütov və bir ədəd yarım (0,5) dərman tabletləri formasında narkotik vasitə metadon və ümumi təmiz çəkisi 5,39 qram bitki mənşəli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 20 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 18:09-da yaşadığı ünvan 1 ünvanının yaxınlığında küçədə saxlanılaraq 15-ci polis bölməsinə aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı “Methadone 40...Faran” əmtəə göstəricili blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olan narkotik vasitə metadon bir ədəd bütov və bir ədəd yarım (0,5) dərman tabletləri formasında və ümumi təmiz çəkisi 5,39 qram bitki mənşəli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana tərkiblərinə görə eyni olan hər biri ayrı-ayrılıqda təmiz çəkisi 2,15 qram, 1,98 qram və 1,26 qram olmaqla 3 ədəd kağız kəsiyində onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə aydır ki, narkotik vasitədən istifadə edir. “İnstagram” vasitəsilə İran vətəndaşı ilə tanış olmuş, həmin şəxs adını ona “Kərim” kimi təqdim etmiş, onunla “WhatsApp" ani mesajlaşma sistemi vasitəsilə danışaraq onun göndərdiyi plastik karta 50 manat pul göndərmiş, həmin şəxs də ona narkotik vasitə qurudulmuş marixuana və metadonu qoyduğu yeri bildirmişdir. O da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində marixuana və metadonu götürüb özündə saxlamış, 3 gün ərzində həmin maddələrdən istifadə etmişdir. Onda 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd və 1 ədədinin yarısı narkotik vasitə metadon həbi qalmışdır. 20 fevral 2023-cü il tarixdə saat 18 radələrində qalan narkotik vasitə qurudulmuş marixuana və metadon həblərini əynindəki gödəkçənin sağ yan cibinə qoyub yaşadığı evdən çıxmışdır. Evin yanında küçədə olarkən iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək onu 15-ci polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarının təklifinə etiraz etməmiş və onlarla birlikdə 15-ci polis bölməsinə getmişdir. Bölməyə çatdıqdan sonra növbətçi hissəyə özünə məxsus “Xiaomi ” markalı, “POCO x4” modelli mobil telefonunu təqdim etmişdir. Bundan sonra, bölmədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o həmin qərarla tanış edilmişdir. O, üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmiş, düşünmüşdür ki, üzərindəki narkotik vasitə heroini təqdim edərkən müdafiəçisi görməsin və gələcəkdə onu istənilən formada, yaxşı müdafiə etsin. Ona görə də, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videoçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bütöv və 1 ədəd yarım formada narkotik vasitə metadon həbini çıxararaq otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi həmin bükümdə nə olduğunu və kimdən, haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, həmin 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, dərman həblərinin isə narkotik vasitə metadon həbləri olduğunu, istifadə etmək məqsədi ilə əldə edərək üzərində daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana bir zərfdə, narkotik vasitə metadon həbləri isə digər 2-ci zərfdə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da qablaşdırmanın üzərini və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin polis sahə inspektoru vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. Qərəzsiz mənbədən ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən 20 fevral 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində bölmənin sahə inspektoru, polis kapitanı Şahid2 da olmuşdur. Əməliyyataxtarış tədbirlərinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, 20 fevral 2023-cü il tarixdə saat 18:09-da ona yaşadığı evin yaxınlığında küçədə yaxınlaşaraq özlərini təqdim etmişlər, narkotik vasitə əldə etmə, üzərində saxlayaraq daşımaqda şübhəli olduğunu, bu barədə məlumatlı olduqlarını bildirməklə onu 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onların qanuni tələbləri ilə razılaşmış, onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis bölməsinə getmişlər. Bölməyə çatdıqdan sonra Təqsirləndirilən şəxs növbətçi hissəyə özünə məxsus “Xiaomi ” markalı, “POCO x4” modelli mobil telefonunu təqdim etmiş, bununla bağlı akt tərtib edilmiş və akt onlar tərəfindən imzalanmışdır. Bundan sonra, bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı ona təqdim edilmiş müdafiəçinin iştirak etməməsini xahiş edərək ərizə ilə müraciət etmiş, sonra şəxsi axtarış başlanılmış, Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, sonuncu da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmiş, şəxsi axtarış zamanı ilk öncə ona üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi bildirilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, marixuana bitkisinə bənzər qurudulmuş ot kütlələri və həmin cibdən üzərində Methadone 40 yazılı qəhvəyi rəngli 01 ədəd bütöv və 01 ədəd yarım həbi çıxarıb otaqda olan stolun üzərinə qoymuş, bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da əlavə heç bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümlərin içərisində narkotik vasitə marixuana, dərman həblərinin isə metadon həbləri olduğunu, həmin narkotik vasitələri saxlanıldığı gündən 3 gün əvvəl 50 (əlli) manata öz istifadəsi məqsədi ilə tanımadığı İran Respublikası vətəndaşından aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə və dərman həbləri təhqiqatçı tərəfindən iki ədəd zərfdə qablaşdırılmış, həmin zərflərin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi(i.v.95-98); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:09-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); şəxsi axtarış və götürmə haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, marixuana bitkisinə bənzər qurudulmuş ot kütlələri və həmin cibdən üzərində Methadone 40 yazılı qəhvəyi rəngli 1 bötöv və 1 qırıq həbləri çıxardaraq könüllü təhvil vermiş, həmin narkotik vasitələri və dərman həblərini 3 gün əvvəl 50 (əlli) manata öz istifadəsi məqsədilə İran İslam Respublikasının vətəndaşından aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik vasitələrin narkotik vasitə olan qurudulmuş marixuana bitkisinə bənzər ot kütlələrinin olması aşkar edildi. Aşkar olunmuş dərman həbləri və 03 ədəd bükümdə olan qurudulmuş ot kütlələri cinayət təqibi üzrə sübut ıhımiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə aparılarkən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1044 nömrəli 19 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN «Zərflər üçün № 161» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə...» qeydli zərfdəki «Methadone 40...Faran» əmtəə göstəricili blister kəsiyində üzərlərində «F/M40» yazısı həkk olunmuş 01 ədəd bütöv və 01 ədəd yarım (05) dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olan narkotik vasitə-metadon müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. (i.v. 39-42); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/263 nömrəli 21 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “…Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut....” yazı və imzalar olan zərfdə 3 ədəd kağız kəsiyi hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,15 qr, 1,98 qr və 1,26 qram olmaqla, ümumi çəkisi 5,39 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixiuanalar tərkiblərinə görə eynidir.(i.v.44-46); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünr ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.62-63); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal Sabunçu RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır(i.v.77-78); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.79-80); baxış keçirmə haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilmiş, mobil telefona, eləcə də telefonda olan mesajlar, zənglər, “WhatsApp” “İnstagram” və s. baxış keçirdikdə iş üçün mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi(i.v.85); baxış keçirmə haqqında 24 fevral 2023-cü il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilmiş, baxış zamanı 20 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərilənlərin öz təsdiqini tapması, yəni şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd ağ rəngli kağız bükümünü, həmin cibdən 01 ədəd bütöv və 01 ədəd qırıq dərman həblərini təqdim edərək 03 ədəd bükümdə olan həmin kütlələrin narkotik vasitə marixuana, dərman həblərinin isə metadon həbləri olmasını deyərək həmin narkotik vasitələri 3 gün əvvəl tanıımadığı X2 vətəndaşının kartına 50 manat pul köçürərək sonuncunun qoyduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən yerdən şəxsi istifadəsi məqsədilə götürüb əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir fiziki və ya psixi zorakılığın olmadığını bildirməsi, götürülən kütlələrin və dərman həblərinin ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılması və üzərlərinin möhürlənərək iştirakçılar tərəfindən imzalanması müəyyən edilir(i.v. 89); Əşyanın maddi sübut kimi tanınması və həlli barədə 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,39 qram narkotik vasitə qurudulmuş-marixuana və 01 ədəd bütöv və 01 ədəd yarım (0,5) narkotik vasitə-metadon maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalan qalıq, yəni metadon tabletlərindən 01 tablet və ümumi çəkisi 5,24 narkotik vasitə qurudulmuş marixuana ilə təqsirləndirilən şəxs cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra Sabunçu rayon Polis İdarsəinin saxlanc yerinə təhvil verilmişdir. (i.v.93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.104-105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 3068 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 126-128); Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan videogörüntünün şəxsi axtarış və götürmə aparılması haqqında 20 fevral 2023-cü il tarixli protokola uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 5,39 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Həmin siyahının 13-cü bəndinə əsasən təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram olan narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana və metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 198 (yüz doxsan səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış metadon tabletlərindən 01 tablet və ümumi çəkisi 5,24 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 198(yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-675/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-675/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver