Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-675/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı il tarixdə Laçın şəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs “Kapital Bank" ASC-dən və "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən ümumilikdə 120.000 manat kredit götürülməsində köməklik edəcəyi barədə yalan məlumatlar verib inandırdıqdan sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq, bu adla xx.xx.2024-cü il tarixdə saat 19:09-da 3.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Savalan qəsəbəsində olan zaman Birbank mobil tətbiqi vasitəsi ilə istifadəsində olan 4169- 7388-2444-8728 saylı bank kartına köçürtdürməklə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs ona zəng edərək 50.000 manat kredit götürmək istədiyini demişdir. O ona yalandan girov krediti də verə bildiyini demişdir. O ona əgər varsa qızıl-zinyət əşyalarını Saatlı rayonunda yerləşən lombarda girov qoyaraq kredit götürə biləcəyini demişdir. Zərərçəkmiş şəxs isə onunla razılaşmamışdır. O sonra ona yalandan “Kapital Bank" ASC-dən və "xxxx" ASC-dən ümumilikdə 120.000 manat kredit verə biləcəyini demiş və kreditin şərtlərini ona demişdir. O ondan krediti götürmək üçün ilkin olaraq 4.000 manat pul istəmişdir. Həmin 4.000 manat pulu kreditin verilməsini təsdiq edən şəxsə verəcəyini demişdir. Lakin həmin şəxsin kim olduğunu deməmişdir. Sonda kredit götürüldükdən sonra isə 20.000 manat pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. 04 oktyabr 2024-cü il tarixdə o, Namilə, əri ilham, onların tanışları Eldəniz və Mayıs ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Kontakt Home”nin qarşısında görüşmüşlər. Orada Namilə xanım 4.000 manat pulu sayaraq ona vermişdir. Pulu alan zaman o yalandan 20 gün müddətində krediti ala biləcəyini demişdir. 20 gün müddət tamam olduqda o, Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirməyə başlamışdır. Buna görə də Zərərçəkmiş şəxs ona verdiyi 4.000 manat pulu geri tələb etməyə başlamışdır. Sonra Namilə xanım Nizami rayonu ərazisində onunla görüşərək 4.000 manat pulu ondan geri almışdır. Bir neçə gün sonra o, yenidən Namilə xanıma zəng edərək yalandan kreditin təsdiqləndiyini demişdir. 20 oktyabr 2024-cü il tarixdə o Zərərçəkmiş şəxs əri İlhamın işlədiyi Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən meyvə tərəvəz mağazasına gedərək kreditin verilməsi üçün mağazaya baxış keçiriləcəyini demişdir. Namilə və əri İlham buna etiraz etməmişlər. O, orada yalandan mağazaya baxış keçirmiş və əlindəki dəftərdə yalandan qeydlər aparmışdır. Orada o, Namilə xanımdan geri aldığı 4.000 manat pulu yenidən istəmişdir. Zərərçəkmiş şəxs ona həmin pulun 1.000 manatını uşağın dərmanlarına xərclədiyini demiş və ona 3.000 manat pul verə biləcəyini demişdir. Zərərçəkmiş şəxs həmçinin ona əgər iki günə krediti verə biləcəksə 3.000 manatı verəcəyini demişdir. O, yalandan Zərərçəkmiş şəxs krediti verəcəyini demişdir. Sonra o oradan çıxıb getmiş və Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388-2444-8728 nömrəli bank kartını göndərmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 19:09-da 3.000 manat pulu onun bank kartına göndərmişdir. Sonra isə Zərərçəkmiş şəxs mobil telefonlarına cavab verməmişdir. O, həmin 3.000 manat pulu ehtiyacı olduğu üçün şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd edilənləri nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2005-ci il də Şahid ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan üç övladı vardır, iki oğlan və bir qız övladı vardır. xx.xx.2009-cu il təvəllüdlü oğlu Əliyev Azər ilham oğlu 2024-cü ilin iyun ayından onkoloji xəstədir. Onlar onun onkoloji xəstə olmağını 2024-cü ilin iyun ayında bilmişlər. Buna görə də oğlu Azər 2024-cü ilin iyun ayında “Bona Dea” xəstəxanasında cərrahi əməliyyat olunmuşdur. Həmin xəstəxanada əməliyyat xərcləri 35.000 manat tutmuşdur. Əməliyyat xərcləri çox olduğu üçün o banklardan birindən müəyyən məbləğdə kredit pul götürəcəkmiş. Xəstəxanada olan zaman bir nəfər adını xatırlamadığı şəxs ona Təqsirləndirilən şəxs bank əməkdaşı olduğunu və kredit götürməkdə köməklik edə bildiyini demişdir. O da Təqsirləndirilən şəxs mobil nömrəsini götürmüşdür. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs zəng edərək 50.000 manat kredit götürmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona girov krediti də verə bildiyini demişdir. Təqsirləndirilən şəxs ona əgər varsa qızıl ziynət əşyalarını Saatlı rayonunda yerləşən lombarda girov qoyaraq kredit götürə biləcəyini demişdir. O isə onunla razılaşmamışdır. Təqsirləndirilən şəxs sonra ona "xxxx" ASC-dən və “Azərbaycan Beynəlxalq Bankı" ASC- dən ümumilikdə 120.000 manat kredit verə biləcəyini və kreditin şərtlərini ona demişdir. Təqsirləndirilən şəxs ona krediti götürmək üçün ilkin olaraq 4.000 manat pul istəmişdir. Həmin 4.000 manat pulu kreditin verilməsini təsdiq edən şəxsə verəcəyini demişdir Lakin həmin şəxsin kim olduğunu deməmişdir. Sonda kredit götürüldükdən sonra isə 20.000 manat pul verməli olduğunu demişdir. O da onunla razılaşmışdır. 04 oktyabr 2024-cü il tarixdə o, əri İlham, tanışları Eldəniz və Mayıs ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Kontakt Home”nin qarşısında görüşmüşlər. Orada o 4.000 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı onun yanında Şəhriyarın əmisi oğlu Rəşad adlı şəxs var imiş. Onun tanışı Mayıs o pulu Şəhriyara verən zaman mobil telefonla videoçəkiliş aparmışdır. Pulu verən zaman Şəhriyar 20 gün müddətində krediti ala biləcəyini demişdir. 20 gün müddət tamam olduqda Şəhriyar krediti alındıra bilməmiş və müxtəlif bəhanələr gətirməyə başlamışdır. Buna görə də o Şəhriyara verdiyi 4.000 manat pulu geri tələb etməyə başlamışdır, iki sonra o, Nizami rayonu ərazisində Şəhriyar ilə görüşərək 4.000 manat pulunu ondan geri almışdır. Bir neçə gün sonra Şəhriyar yenidən ona zəng edərək kreditin təsdiqləndiyini demişdir. 20 oktyabr 2024-cü il tarixdə Şəhriyar əri İlhamın işlədiyi Sabunçu rayonu, Savalan qəsəbəsində yerləşən meyvə tərəvəz mağazasına gələrək kreditin verilməsi üçün mağazaya baxış keçiriləcəyini demişdir. O və əri İlham buna etiraz etməmişlər Həmin vaxtı Şəhriyarın yanında adını bilmədiyi bir şəxs də gəlmişdir. Şəhriyar orada mağazaya baxış keçirmiş və əlindəki dəftərdə qeydlər aparmışdır. Orada Şəhriyar ona geri aldığı 4.000 manat pulu ondan yenidən istəmişdir. O, ona həmin pulun 1.000 manatını uşağın dərmanlarına xərclədiyini demiş və ona 3.000 manat pul verə biləcəyini demişdir. O həmçinin ona əgər iki günə krediti verə biləcəksə 3.000 manatı verəcəyini Şəhriyara demişdir. Şəhriyar ona krediti verəcəyini demişdir Sonra Şəhriyar oradan çıxıb getmiş və ona istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388-2444- 8728 nömrəli bank kartını göndərmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 19:09-da o, Sabunçu rayonu Savalan qəsəbəsində əri İlhamın mağazasında olan zaman “Birbank" mobil tətbiqi proqramı vasitəsi ilə 3.000 manat pulu Şəhriyarın bank kartına atmışdır. Lakin iki gün sonra nə o, krediti götürə bilmiş, nə də ki Şəhriyara verdiyi 3.000 manat pulu geri ala bilmişdir. Daha sonra isə o, polisə müraciət etmişdir. O, əlil olduğu üçün ona kredit verilmirdi. Həyat yoldaşı isə xarici ölkə vətəndaşı olduğundan ona kredit verilmirdi. O, uşağının xəstəliyi ilə bağlı pula ehtiyac duyduğundan məcbur olub bu yolla kredit götürmək qərarına gəlmişdir. Ona dəymiş zərər tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 1992-ci ildə ailəsi ilə birlikdə Rusiya Federativ Respublikasının Moskva şəhərinə köçmüş və 2020-ci ildə Bakı şəhərinə geri qayıtmışdır. Həmin vaxtdan Bakı şəhərində yaşayır. O, 2005-ci il də Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan üç övladı vardır, iki oğlan və bir qız övladı vardır. xx.xx.2009-cu il təvəllüdlü oğlu Əliyev Azər ilham oğlu 2024-cü ilin iyun ayından onkoloji xəstədir. Onlar onun onkoloji xəstə olmağını 2024cü ilin iyun ayında bilmişlər. Buna görə də oğlu Azər 2024-cü ilin iyun ayında “Bona Dea” xəstəxanasında cərrahi əməliyyat olunmuşdur. Həmin xəstəxanada əməliyyat xərcləri 35.000 manat tutmuşdur. Əməliyyat xərcləri çox olduğu üçün həyat yoldaşı Zərərçəkmiş şəxs adına banklardan birindən müəyyən məbləğdə kredit pul götürəcəkmişlər. Xəstəxanada olan zaman bir nəfər adını xatırlamadığı şəxs onlara Təqsirləndirilən şəxs bank əməkdaşı olduğunu və kredit götürməkdə köməklik edə bildiyini demişdir. Onlar da Təqsirləndirilən şəxs mobil nömrəsini götürmüşlər. Bir neçə gün sonra həyat yoldaşın Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək 50.000 manat kredit götürmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona girov krediti də verə bildiyini demişdir. Şəhriyar Namiləyə əgər varsa, qızıl zinyət əşyalarını Saatlı rayonunda yerləşən lombarda girov qoyaraq kredit götürə biləcəyini demişdir. Namilə isə onunla razılaşmamışdır. Təqsirləndirilən şəxs sonra Namiləyə "xxxx" ASC-dən və "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən ümumilikdə 120.000 manat kredit verə biləcəyini və kreditin şərtlərini ona demişdir. Təqsirləndirilən şəxs ona krediti götürmək üçün ilkin olaraq 4.000 manat pul istəmişdir. Həmin 4.000 manat pulu kreditin verilməsini təsdiq edən şəxsə verəcəyini demişdir. Lakin həmin şəxsin kim olduğunu deməmişdir. Sonda kredit götürüldükdən sonra isə 20.000 manat pul verməli olduğunu demişdir. Namilə də onunla razılaşmışdır. 04 oktyabr 2024-cü il tarixdə o, Namilə, tanışları Eldəniz və Mayıs ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Kontakt Home”nin qarşısında görüşmüşlər. Orada Namilə 4.000 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı onun yanında Şəhriyarın əmisi oğlu Rəşad adlı şəxs var imiş. Onun tanışı Mayıs Namilə pulu Şəhriyara verən zaman mobil telefonla video çəkiliş aparmışdır. Pulu verən zaman Şəhriyar 20 gün müddətində krediti ala biləcəyini demişdir. 20 gün müddət tamam olduqda Şəhriyar krediti alındıra bilməmiş müxtəlif bəhanələr gətirməyə başlamışdır. Buna görə də Namilə Şəhriyara verdiyi 4.000 manat pulu geri tələb etməyə başlamışdır. İki gün sonra Namilə Nizami rayonu ərazisində Şəhriyar ilə görüşərək 4.000 manat pulunu ondan geri almışdır. Bir neçə gün sonra Şəhriyar yenidən Namiləyə zəng edərək kreditin təsdiqləndiyini demişdir. 20 oktyabr 2024-cü il tarixdə Şəhriyar onun işlədiyi Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən meyvə tərəvəz mağazasına gələrək kreditin verilməsi üçün mağazaya baxış keçiriləcəyini demişdir. O və Namilə buna etiraz etməmişlər. Həmin vaxtı Şəhriyarın yanında adını bilmədiyi bir şəxs də gəlmişdir. Şəhriyar orada mağazaya baxış keçirmiş və əlindəki dəftərdə qeydlər aparmışdır. X2 geri aldığı 4.000 manat pulu yenidən istəmişdir. Namilə ona həmin pulun 1.000 manatını uşağın dərmanlarına xərclədiyini demiş və ona 3.000 manat pul verə biləcəyini demişdir. Namilə həmçinin ona əgər iki günə krediti verə biləcəksə 3.000 manatı verəcəyini Şəhriyara demişdir. Şəhriyar Namiləyə krediti verəcəyini demişdir. Sonra Şəhriyar oradan çıxıb getmiş və Namiləyə istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388-2444- 8728 nömrəli bank kartını göndərmişdir. Namilə xx.xx.2024-cü il tarixdə saat 19:09-da Sabunçu rayonu Savalan qəsəbəsində onun mağazasında olan zaman "Birbank” mobil tətbiqi proqramı vasitəsi ilə 3.000 manat pulu Şəhriyarın bank kartına atmışdır. Lakin iki gün sonra nə Namilə krediti götürə bilmiş, nə də ki Şəhriyara verdiyi 3.000 manat pulu geri ala bilmişdir. Daha sonra isə onlar polisə müraciət etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Savalan qəsəbəsinə baxış keçirilmiş, təhqiqat üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut aşkar edilməmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. - əşyaya baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəlcədən göndərdiyi 416973*****2044 saylı bank hesab kartına xx.xx.2024-cü il tarixdə saat 19:09-də 3.000 manat pul göndərmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.5 və 69.3-cü maddələrinə əsasən 02 il 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Zərərçəkmiş şəxs Əbülfət qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd edilən cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Əbülfət qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əbülfət qızı ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. . İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-675/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-675/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver