Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-676/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən «727 autowoş» adlı avtomaşın yuyucu sexində avtomaşın yuyucusu işləyərkən Zərərçəkmiş şəxs tərəfindən yuyulması üçün ona verilmiş «VAZ 21214» markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun razılığı və məlumatı olmadan avtomobilin üstündə olan açarı vasitəsi ilə avtomobilin mühərrikini işə salaraq talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində idarə etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərmişdir ki, o, 2024-cü ilin fevral ayının sonundan etibarən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «727 autovoş» adlı avtoyuma məntəqəsində işə başlamışdır. 06 iyun 2024-cü il tarixdə, günorta saatlarında işdə olduğu zaman yaxınlıqda yerləşən 4 saylı Asan Xidmət Mərkəzinin işçisi ona yaxınlaşaraq idarə etdiyi «VAZ 21214» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurmaq istədiyi bildirərək avtomobili avtoyuma məntəqəsinə salmış, avtomobilin salonu təmizlənməli olduğu üçün açarı salonda qoymuşdur. Həmin şəxs avtomobil hazır olduqdan sonra ona məlumat verməsi üçün mobil nömrəsini bildirmişdir. «VAZ 21214» markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi oradan uzaqlaşdıqdan sonra o, su almaq məqsədi ilə marketə getmək istəmiş, iş yoldaşı Şahid1 onunla birlikdə marketə getməyi təklif etmiş, Şahid1 onun təklifi razılaşaraq «VAZ 21214» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında əyləşmişdir. O, avtomobilin mühərrikini işə salaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində 50-60 km/saat sürətlə hərəkət etdirmiş, anidən idarəetməni itirərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 saylı Asan Xidmətin inzibati binasının yaxınlığında yol kənarında saxlanılmış «Mercedes Benz» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə, «Mercedes Benz» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında saxlanılmış «Kia Optima» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmçinin, avtomobildə sərnişin qismində əyləşmiş Şahid1 xəsarət almışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək izahatında göstərmişdir ki, «VAZ 21214» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 06 iyun 2024-cü il tarixdə, saat 15 radələrində etibarnamə ilə idarə etdiyi «VAZ 21214» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi Bak şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 saylı Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə gətirərək, yuması üçün oranın işçisi Təqsirləndirilən şəxs vermiş, avtomobilinin salonu təmizlənməli olduğu üçün açarı avtomobilin salonunda qoymuşdur. O, avtomobili avtoyuma məntəqəsinə qoyduqdan sonra istifadəsində olan mobil nömrəni Təqsirləndirilən şəxs bildirərək avtomobil hazır olduğu zaman ona məlumat verməsini xahiş etmişdir. O, 4 saylı Asan Xidmət Mərkəzinə qayıtdıqdan təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs onun icazəsi olmadan ona məxsus «VAZ 21214» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 saylı Asan Xidmətin inzibati binasının yaxınlığında yol kənarında saxlanılmış «Mercedes Benz» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, nəticədə, «Mercedes Benz» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında saxlanılmış «Kia Optima» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəydiyi bildirilmişdir. Baş vermiş hadisə nəticəsində «VAZ 21214» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat maddi ziyan yetirilmişdir. Qeyd oluna xüsusatlar həmçinin iş materiallarında olan şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə təsdiq olunmuşdur. Cinayət işinin 46-cı vərəqəsində olan 07 iyun 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 87-89-cu vərəqəsində olan 08 iyun 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 90-cı vərəqələrində olan 08 iyun 2024-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 96-97-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X2 Sabunçu Rayon Şöbəsinin 1333 nömrəli, 19 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Şahid1 sağ gözyuvasıətraf nahiyənin dərialtı hematoması və əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 108-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 109-111-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 23 iyul 2024-cü il tarixli, 9/5649 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, qərarla birlikdə göndərilən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü i buraxılışlı “VAZ 21214” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 780.00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 380.00 manat, təmir-bərpa işlərinin qiyməti 400,00 manat. Nəzəri hesablama yolu ilə, qərarla birlikdə göndərilən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü i buraxılışlı “Kia Optima” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 950,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 450.00 manat, təmir-bərpa işlərinin qiyməti 500,00 manat; Nəzəri hesablama yolu ilə, qərarla birlikdə göndərilən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci i buraxılışlı “Mercedes Benz E 220" markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3575,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 2395.00 manat, təmir-bərpa işlərinin qiyməti 1180,00 manat; Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 iyun 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 -ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə xitam verilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-676/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-676/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver