Məhkəmə qərarları › İş №1(008)-677/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-677/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-677/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Südeyib oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş Karxanasında nömrəsiz evdə yaşayan, Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021 -ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Karyer yolu” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən həyətdəki yarımçıq tikilinin qapısını açıb oradan 1 ədəd 35 manat dəyərində laqondanı, 1 ədəd 35 manat dəyərində direli, hər bir metri 2 manat 70 qəpik olan 360 metr uzunluqda 972 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1042 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Karyer yolu” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evinin həyətinə hasardan aşaraq qanunsuz olaraq daxil olmaqla saxlanc yeri hesab edilən həyətdəki yarımçıq tikilinin qapısını açıb oradan 1 ədəd 35 manat dəyərində laqondanı, 1 ədəd 35 manat dəyərində direli, hər bir metri 2 manat 70 qəpik olan 360 metr uzunluqda 972 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1042 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı məhlədən tanıyır, aralarında dostluq münasibətləri vardır. Sabunçu rayonu Maştağa qəsəbəsi Kariyer yolunda yerləşən Zərərçəkmiş şəxs məxsus yarımtikili bağ evindən elektrik naqillərini və təmir-tikinti alətlərini onunla tanışı Təqsirləndirilən şəxs1 oğurlamışlar. Belə ki, 01 mart 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı evin yaxınlığında küçədə dayanıb dostu Sabirlə söhbət edərkən pula ehtiyacları olduğundan qərara gəmişlər ki, Ceyhun adlı şəxsin yarımçıq bağ evindən oğurluq etsinlər. Bundan sonra onlar Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kariyer yolunun kənarında olan Sabirin göstərdiyi bağ evinə yaxınlaşıb ətrafa nəzər salmışlar. Həmin vaxt ətrafda heç kimin olmamasını müəyyən etdikdən sonra həmin evin hasarını aşıb həyətə, sonra isə evin dəmir qapısından evə daxil olmuşlar. Evi axtardıqda oradan bir ədəd direl, bir ədəd lagonda və elektrik naqilləri aşkar edib özləri ilə götürüb evdən çıxmışlar. Oğurladıqları direli o, laqondanı isə Sabir götürmüşdür. Oğurladıqları elektrik naqillərini isə Maştağa yolunda gölün kənarında yandıraraq əldə etdikləri mis materialı səyyar metal alan tanımadıqları şəxslərdən birinə satıb 60 manat pul əldə etmişlər. Həmin pulu da aralarında bölüşdürmüşlər. Naqilləri satdıqları şəxsə həmin naqilləri oğurluq yolu ilə əldə etmələri barədə satdıqları şəxsə heç bir məlumat verməmişlər. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmiş və onlar zərərçəkmiş şəxslə barışmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı məhəllədən tanıyır, aralarında dostluq münasibətləri vardır. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kariyer yolunda yerləşən Zərərçəkmiş şəxs məxsus yarımtikili bağ evindən elektrik naqillərini və təmir-tikinti alətlərini onunla tanışı Təqsirləndirilən şəxs2 oğurlamışlar. Belə ki, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı evin yaxınlığında küçədə dayanıb dostu Əliheydərlə söhbət edərkən pula ehtiyacları olduğundan Ceyhun adlı şəxsin yarımçıq bağ evindən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra onlar Sabunçu rayonu Maştağa qəsəbəsi Kariyer yolunun kənarında olan Əliheydərin göstərdiyi bağ evinə yaxınlaşıb ətrafa nəzər salmışlar. Həmin vaxt ətrafda heç kimin olmamasını müəyyən etdikdən sonra həmin evin hasarını aşıb həyətə, sonra isə evin dəmir qapısından evə daxil olmuşlar. Evi axtardıqda oradan bir ədəd direl, bir ədəd lagonda və elektrik naqilləri aşkar edib özləri ilə götürüb evdən çıxmışlar. Oğurladıqları direli Əliheydər, dirəli isə o götürmüdür. Oğurladıqları elektrik naqillərini isə Maştağa yolunda gölün kənarında yandıraraq əldə etdikləri mis materialı səyyar metal alan tanımadıqları şəxslərdən birinə satıb 60 manat pul əldə etmişlər. Həmin pulu da aralarında bölüşdürmüşlər. Naqilləri satdıqları şəxsə həmin naqilləri oğurluq yolu ilə əldə etmələri barədə satdıqları şəxsə heç bir məlumat verməmişlər. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmiş və onlar zərərçəkmiş şəxslə barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Karyer” adlanan ərazidə ev tikdirir və həmin ev yarımtikili vəziyyətdədir. xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Karyer” adlanan ərazidə tikdirdiyi evə gələn zaman müəyyən etmişdir ki, naməlum şəxslər evinə daxil olmuş və oradan bir ədəd 35 manat dəyərində direl, bir ədəd 35 manat dəyərində laqonda və 360 metr uzunluqda elektrik naqillərini oğurlamışlar. Bundan sonra o əvvəlcə şikayət etməmiş, lakin qonşuluqda yaşayan Sabir adlı şəxsdən şübhələnmiş, bu səbəbdən də sonuncuya əşyalarını qaytarmasını söyləmişdir. Lakin Sabir adlı şəxs əşyalarını qaytarmadığından DİN-in 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. O, Sabir adlı şəxsi qonşuluqda yaşayan şəxs kimi tanıyır, lakin sonuncu ilə başqa heç bir münasibəti olmamışdır. Əliheydər adlı şəxsi isə tanımır. Sabunçu rayonu Maştağa qəsəbəsi “Karyer” adlanan ərazidə tikdirdiyi evə heç kimin sərbəst giriş-çıxışı ola bilməz, belə ki, həmin ev tam tikilməsə də hasarlanmışdır və kənar şəxslərin girişi-çıxışında məhdudiyyət vardır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da girişçıxışında məhdudiyyət olmuşdur. Oğurluq zamanı evindən bir ədəd 35 manat dəyərində direl, bir ədəd 35 manat dəyərində laqonda və 360 metr uzunluqda elektrik naqillərini oğurlanmış, bir ədəd 35 manat dəyərində direl, bir ədəd 35 manat dəyərində laqonda ona Sabir tərəfindən qaytarılmış, elektrik naqillərinin hər bir metri 2 manat 70 qəpik olmaqla həmin naqillərinin oğurlanması nəticəsində də ona 972 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur və onlara yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən ikimərtəbəli yarimtikili evə baxış keçirilmiş, baxış zamanı naməlum şəxsin evin plastik pəncərəsindən daxil olaraq evin birinci və ikinci mərtəbəsində olan divara çəkilmiş elektrik naqilləri və tikinti alətlərini oğurladığı müəyyən edilmişdir (i.v.8). “İfadənin yerində yoxlanması haqqında” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həyətyanı sahədə olan evi göstərərək 01 mart 2021-ci il tarixdə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1la oğurluq edərkən evin qapısından evə daxil olub oradan bir ədəd laqonda, bir ədəd direli, elektrik naqillərini özləri ilə götürüb gəldikləri qaydada çıxdıqlarını bildirmişdir (i.v 113-114). “İfadənin yerində yoxlanması haqqında” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həyətyanı sahədə olan evi göstərərək 01 mart 2021-ci il tarixdə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2la oğurluq edərkən evin qapısından evə daxil olub oradan bir ədəd laqonda, bir ədəd direli, elektrik naqillərini özləri ilə götürüb gəldikləri qaydada çıxdıqlarını bildirmişdir (i.v 115-116). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.126). “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 aprel 2021-ci il tarixdə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət işinin istintaqı zamanı dəymiş ziyanın zərərçəkmiş şəxsin ifadəsinə uyğun olaraq 972 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır (i.v.140-145). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdə, saat 22:30-da tutulmuşdur (i.v.39). “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdə, saat 22:55-də tutulmuşdur (i.v.48). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.96-98). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.102-104). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.105). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.108). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 16 iyul 2019-cu il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 23 iyul 2019-cu il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (i.v.134- 135). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.136). Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi ilə törədilmiş cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutularaq şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi ilə törədilmiş cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutularaq şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dən səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dən səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar