Məhkəmə qərarları › İş №1(008)-677/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-677/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-677/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X3, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, sııbay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ünvansız mənzildə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsna elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki. Təqsirləndirilən şəxs 21 may 2024-cii il tarixdə, 10 radələrində idarə etdiyi “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Sabunçu ravonu. Babək prospekti ilə Kürdəxanı qəsəbəsi istiqamətində idarə etmiş, həmin yolda Babək prospekti 150 ünvanında yerləşən sərnişin dayanacağında avtobusu saxlamış, həmin vaxt avtobusa sərnişin qismində piyada X4 mindikdən sonra avtobusun qapılarını bağlamayaraq "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq hadisənin qarşısım almağa texniki imkanı olduğu halda bunu əksini edərək avtomobilim hərəkətə gəlirmiş və avtobusu hərəkətə gətirdikdən sonra sonuncu avtobusun qapısından düşüb qabaq sağ təkərinin altında qalaraq onurğa beyininin boyun şöbəsinin əzilməsi, İ İİ fəqərələrinin yerini dəyişən sınıqları, iki tərəfli hemotoraks (plevra boşluğuna sərbəst qanın yığılması), döş sümüyünün, bel fəqərələrinin, sol tərəfli bütün qabırğaların, sağ tərəfli bütün çanaq sümüklərinin qəlpəli sınıqları, döş plevrasının. diafraqmanın cırılması, sol ağciyərin, qaraciyərin, öd kisəsinin, dalağın və mədənin əzilmiş-cırılmış yaraları, sol əlin lV və V barmaqlarının, sağ bud və sağ balıdır sümüklərinin açıq, qəlpəli sınıqları, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaralar, qançıq və sıyrıqları ilə müşayiət olunan almış olduğu həyal üçün təhlükəli xəsarətlərdən hadisə yerində ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki ildir ki, "EH Çinar” MMC-də avtobus sürücüsü işləyir. Sürücülük hüququ vardır. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində idarə eldiyi "Daewoo BS090" markalı, ** TG *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu Bakı şəhəri, Sabunçu rayonu, Babək prospekti ilə Kıırdəxanı qəsəbəsi istiqamətində idarə edirdi. Həmin yolda Babək prospekti 150 ünvanında yerləşən sərnişin dayanacağına çatmış və avtobusu saxlamışdır Həmin vaxt sərnişinlərdən bəziləri düşmüş, bəziləri isə avtobusa minmişlər. Sonuncu tanımadığı 50 yaşlarında bir qadın və yanında 10-12 yaşlarında oğlan uşağı ilə avtobusa minmişdir. O, avtobusu hərəkələ gətirib tərpənmiş və bu zaman qadın ona demişdir ki “düşdüm” və düşmüşdür. Bu zaman avtobusda olan sərnişinlər qışqırmışdır ki. saxla arvad yıxıldı. O, dərhal avtobusu saxlamışdır. Bu zaman yenə qışqırmışdılar ki. avtobusu arxaya ver. O, təntidiyindən avtobusu arxaya verib avtobusu saxlamışdır. Avtobusdan düşdükdən sonra görmüşdür ki, arvad qan içindədir. Bu zaman ətrafda olan insanlar təcili tibbi vardıma polis zəng edib məlumat vermişdirlər. Hadisə nəticəsində həmin arvad avtobusun qabaq sağ təkərinin altında qalaraq almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, o, özü hadisə yerində olmasa da, azyaşlı övladı hadisə yerində olmuş və hadisəni ona danışmışdır. Belə ki, onun anası oğlunu məktəbdən götürərək evə getmək üçün xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində idarə eldiyi "Daewoo BS090" markalı, ** TG *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minmiş, avtobusun qapısı açıq qaldığından və avtobusda sıxlıq olduğundan avtobus hərəkətə başlayan zaman anası avtobusdan yerə düşərək avtobusun təkəri altında qalaraq vəfat etmişdir. Hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanıdır. Avtobusun qabaq sağ tərəf təkərinin yanında qan izləri və mərhum X2 meyiti vardır (i.v.3-13). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 21 may 2024-cü il tarixli, 1/4440 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.15). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X10 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 13 iyun 2024-cü il tarixli, 105 saylı rəyindən görünür ki, mərhum X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: onurğa beyininin boyun şöbəsinin əzilməsi. İ-İl fəqərələrinin yerini dəyişən sınıqları, iki tərəfli hemotoraks (plevra boşluğuna sərbəst qanın yığılması), döş sümüyünün, bel fəqərələrinin, sol tərəfli bütüb qabırğaların, sağ tərəfli bütün çanaq sümüklərinin qəlpəli sınıqları, döş plevrasımn. diafraqmanın cırılması, sol ağciyərin, qaraciyərin, öd kisəsinin, dalağın və mədənin əzilmiş-cırılmış yaraları, sol əlin İV-V barmaqlarının, sağ bud və sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqlar. Xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhumun ölümünə səbəb almış olduğu çoxsaylı xəsarətlərlə bağlı baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir (i.v.34- 38). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs A1,A, B1,B, C1, C, D1, D, C1E və CE kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamış, sürücülük vəsiqəsi 07 dekabr 2032-ci il müddətədək aktivdir (i.v.47). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 iyul 2024-cü il tarixli, 3-16- 16/2-8/1547 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Daewoo BS090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəq!iyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir (i.v.48-51). “Diskə baxış keçirilməsi barədə” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, ağ rəngli "Daewoo BS090” markalı sərnişin avtobusu Bakı şəhəri Sabunçu rayon Babək prospekti ilə Kürdəxanı qəsəbəsi istiqamətində Babək prospekti 150 ünvanında yerləşən sərnişin dayanacağında avtobus dayanır, həmin vaxt avtobusa sərnişin qismində piyada mindikdən sonra sürücü avtobusun qapılarını bağlamayaraq avtobusu hərəkətə gətirdikdən sonra avtobusa sərnişin qismində minmiş 50-55 yaşlarında kök bədən quruluşlu səmişin avtobusun qapısından düşüb qabaq sağ təkərinin altında qalır. Bundan sonra ətrafa xeyli sayda insanlar toplaşır (i.v.52). “Sübutlarn qiymətləndirilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd disk və «Daewoo BS090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmışdır (i.v.80- 84). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 12 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.46). “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.77). Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut-yolnəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut-«Daewoo BS090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 hüquqi varisi X5 mülki iddia ərizəsi təqdim edərək anasının dəfninə çəkdiyi xərclərə görə 13500 manat, hadisə zamanı mərhumun yanında olmuş azyaşlı oğlunun müalicəsinə çəkdiyi xərclərə görə 900 manat məbləğində maddi, mənəvi zərərə görə isə 10000 manat məbləğində vəsaitin, ödənilmiş dövlət rüsumu üçün 163,2 manat, ümumilikdə 24563,2 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı tələbinin olmadığını qeyd edib mülki iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.3-cü maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) məhkəmə baxışı zamanı mülki iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyini, mülki iddia ərizəsinin geri qaytarılması barədə ərizə verilməsinin hüquqi nəticələrinin AR CPM-də konkret tənzimlənmədiyini, AR CPM-nin 179.2-ci maddəsinin mülki prosessual qanunvericiliyin normalarının cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadığı və mülki iddia üzrə icraatda zəruri olan qaydaların bu Məcəllədə nəzərdə tutulmadığı təqdirdə mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verdiyini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) tərəfindən verilmiş ərizə baxılmamış saxlanılmalı, AR MPM-nin 260.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu ilə bağlı məsələ həll olunmalı və həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən ödənilmiş 163,20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ona qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. İş üzrə maddi sübut-yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut-«Daewoo BS090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun qanuni sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs X2 hüquqi varisi X5 (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən ödənilmiş 163,20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ona qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar