Məhkəmə qərarları › İş №1(008)-679/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-679/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-679/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X4, X1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 aprel 1991-ci il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Ucar Rayon Məhkəməsinin 1(063)-11/2023 saylı, 05 may 2023-cü il tarixli hökmü ilə 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb təkrarən oğurluq etmişdir və satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən nömrəsiz evin bir otağında kirayənişin yaşayaraq mənzilin sahibi tərəfindən, qiymətli əşyalar saxlanıldığı evin digər otağına daxil olmasına icazə verilməməsi barədə xəbərdar olunduğu halda özgənin əmlakını gizli yolla talamaq məqsədilə 17 dekabr 2022-ci il tarixdə gündüz saatlarında həmin evdə yerləşən otağa qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən otaqdan 01 ədəd dəyəri 500 manat təşkil edən “Fanton” markalı tozsoran, 01 ədəd dəyəri 150 manat təşkil edən ət maşını, 01 ədəd dəyəri 200 manat olan sok çəkən maşın, 01 ədəd dəyəri 25 manat olan ütü, bir dəst dəyəri 150 manat olan çəngəl-bıçaq, bir dəst dəyəri 190 manat olan qazanlar, 03 ədəd dəyəri 100 manat olan şirəli qazan dəsti, dəyəri 300 manat olan nikel qazan dəsti, dəyəri 300 manat olan çay servis dəsti, dəyəri 250 manat olan kofe servis dəsti, dəyəri 150 manat boqema dəsti, dəyəri 180 manat olan xrustal stəkan dəsti, dəyəri 550 manat olan xrustal qablar, dəyəri 500 manat olan yataq dəstlərini gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3545 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 19 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 kirayə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi 24 saylı fərdi həyət evinin plastik materialdan olan qapsının kilidini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, divanın üstünə qoyulmuş Zərərçəkmiş şəxs5 məxsus bir ədəd dəyəri 150 manat olan Samsunq A 51 markalı mobil telefonu və həmin otaqda saxlanc yeri olan dolabdan 382 manat pulu götürüb gizli yolla talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 532 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi otmadan şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,690 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi nömrəsiz evin yaxınlığında Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən 29 dekabr 2022-ci il tarixdə saat 14 radələrində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və polis şöbəsində xidməti otaqda videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində «Darenka» yazısı olan sarı rəngli kağız bükümündə təmiz çəkisi 0,690 qram ağımtıl rəngli kristallardan idarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 01 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Sabunçu rayonu Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayaş evinə pəncərədən qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən otaqdan 01 dəst sarı qızıldan ibarət 585 əyyarlı 1000 manat dəyərində üzərində ağ daşı olan sırğa və üzük 01 ədəd 585 əyyarlı 1000 manat dəyərində sarı qızıldan ibarət tros boyunbağı, 01 ədəd dəyəri 500 manat olan 585 əyyarlı sarı qızıldan olan üzüyü gizli yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilkdə 2500 manat maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 07 yanvar 2023-cü il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs3 yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən otaqdan 02 ədəd birinin dəyəri 120 manat ümumilkdə 240 manat təşkil edən laqondaları, 02 ədəd birinin dəyəri 80 manat olmaqla ümumilikdə 160 manat olan drelləri, 03 ədəd birinin dəyəri 200 manat olmaqla ümumilkdə 600 manat təşkil edən laqondaları gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilkdə 1000 manat maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 15 yanvar 2023-cü il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs6 yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evinin mətbəx otağının pəncərəsindən qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən otaqdan 02 ədəd birinin dəyəri 500 manat ümumilkdə 1000 manat təşkil edən xalçaları, 01 ədəd dəyəri 300 manat olan samovarı, 300 manat dəyərində olan qazan dəstlərini və 200 manat dəyərində çəngəl qaşıq dəstlərini gizli yolla talayıb Zərərçəkmiş şəxs6 ümumilkdə 1800 manat maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə 19 yanvar 2023-cü il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs1 yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən otaqdan 01 ədəd dəyəri 1000 manat təşkil edən “LG” markalı televizor, 7 ədəd hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə 700 manat təşkil edən xalçaları, dəyəri 250 manat olan uşaq vleosipedini, ümumi dəyəri 530 manat olan 4 ədəd qazan dəsti, 01 ədəd dəyəri 360 manat olan qab dəstini, 1000 manat pulu, ümumii dəyəri 350 manat olan geyim dəstlərini, ümumi dəyəri 320 manat olan 6 ədəd yataq dəstlərini, 01 ədəd dəyəri 80 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd dəyəri 150 manat olan “Samsunq” markalı tozsoranı, 01 ədəd dəyəri 70 manat olan pitza qazanını, ümumi dəyəri 260 manat olan şüşə qab dəstini, 01 ədəd dəyəri 120 manat olan qab dəstini, hər birinin dəyəri 300 manat olmaqla ümumilikdə 600 manat olan olan 02 ədəd qızıl boyunbağını, 02 ədəd ümumi dəyəri 130 manat olan samovarları gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilkdə 5920 manat xeyli miqdarda maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, 1-ci mərtəbədəki qonaq otağından 500 manat dəyərində 1 ədəd “Aux” markalı kondisioner, 1-ci mərtəbədəki mətbəxdən 500 manat dəyərində 1 ədəd “Aux” markalı kondisioner, 2-ci mərtəbədəki yataq otağından 500 manat dəyərində 1 ədəd “Aux" markalı kondisioner,1-ci mərtəbədəki qonaq otağından 1000 manat dəyərində 1 ədəd “Samsung" markalı televizor, 2-ci mərtəbədəki yataq otağından 300 manat dəyərində 1 ədəd “LG" markalı paltaryuyan və qurudan aparatı, 1-ci mərtəbədə yerləşən otaqda quraşdırılmış 2000 manat dəyərində 1 ədəd "Vitahot” markalı, 32-lik kombi aparatı, 2-ci mərtəbədəki namaz otağında divardan asılmış 250 manat dəyərində 1 ədəd divar saatı və 1-ci mərtəbədəki qonaq otağından 250 manat dəyərində 1 ədəd “Samsung” markalı tozsoranı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 cəmi 5300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan əvvəl narkotik vasitələr və psixotrop maddədən istifadə etmişdir. Maddi vəziyyəti çox pis olmuş, ona görədə məcbur qalıb oğurluqlar etmişdir. Belə ki, o Zərərçəkmiş şəxs2 Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evində kirayə yaşamış və həmin evdə yaşadığı dövr ərzində 17 dekabr 2022-ci il tarixdə gün ərzində bır sıra cehiz əşyaların oğurlamışdır. Belə ki, oradan o, 01 ədəd “Fanton” markalı tozsoran, 01 ədəd ət maşını, 01 ədəd sok maşını, 01 ədəd ütü, 01 ədəd dəst formasında dəyəri çəngəl-bıçaq dəsti, bir neçə miqdarda olan qazan dəsti, 03 ədəd şirəli qazan dəsti, nikel qazan dəsti, çay servis dəsti, kofe servis dəsti, boqema qab dəsti, xrustal sətkan dəsiti, xrustal qablar və digər əşyaları hissə hissə oğurlayaraq Sabunçu bazarında satmış və əldə edilmiş gəliri öz ehtiyyaclarına xərcləmişdir. Bundan başqa o 19 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 kirayə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi 24 saylı həyət evinin plastikdən olan qapısının kilidini sındırıb içəri daxil olmuş və otaqda divanın üstünə qoyulmuş bir ədəd Samsung A 51 markalı mobil telefonu götürüb çıxmış, evi nə qədər axtarsada pul tapa bilməmişdir. Səkinə onun xalası ilə qonşuluqda yaşamış, xalası gilə gələndə görmüşdür ki, nə xalası evdədir, nədəki qonşusu Səkinə ona görə də onun evinə girmək qərarına gəlmişdir. Səkinədən oğurladığı mobil telefonu o aparıb 8-ci km deyilən bazarda tanımadığı şəxsə 140 manata satmışdır. Səkinəyə vurulmuş maddi ziyan qohumları tərəfindən ödənilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə o Nizami rayonu, 8 km qəsəbəsindən üzdən tanıdığ adını bilmədiyi şəxsdən bir büküm psixotrop maddə metamfetamini 10 manata şəxsi istifadəsi üçün alarq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi fərdi evin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər şəxsi görmüşdür. Onlar ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənədini istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq o onlardan yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələnmişlər və 12-ci PŞ-də dəvət etmişlər. 12-ci PŞ-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli kağıza bükülmüş bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmiş, üzərindən aşkar edilən psixotrop maddə zərfə qoyularaq qablaşdırılmışdır və bu barədə protokol tərtib edilmişdir, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilmişdir. 01 yanvar 2023-cü il tarixdə səhər tezdən saat 06 radələrində Sabunçu rayonu Şuşa şəhərciyinə gəlmiş və orada nömrəsiz fərdi yaşayış evinə pəncərədən daxil olmuş otaqdan 01 dəst üzərində ağ daşı olan sırğa və üzük 01 ədəd sarı qızıldan olan tros boyunbağını, 01 ədəd sarı qızıldan olan üzüyü oğurlayıb tez çıxıb getmişdir. Həmin oğurladığı qızıl əşyalarını tanımadığı şəxsə dəyər dəyməzə satıb pullarını öz ehtiyaclarına xərcləmişdir. Daha sonra 15 yanvar 2023-cü il tarixə keçən gecə saatlarında sonradan adının Hüseyin olduğunu bildiyi şəxsin Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evinin mətbəx otağının pəncərəsinin əli ilə açıb daxil olmaqla otaqdan 02 ədəd xalçaları, 01 ədəd samovarı, qazan dəstlərini və çəngəl qaşıq dəstlərini götürüb çıxmışdır. Həmin əşyaları səhərisi aparıb 8-ci km deyilən ərazidə yerləşən bazarda dəyər dəyməzə satıb pulu öz ehtiyacına xərcləmişdir. Pulu qurtardıqdan sonra 19 yanvar 2023-cü il tarixə keçən gecə saatlarında sonradan adının Zülfü olduğunu bildiyi şəxsin yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq daxil olmaqla otaqdan 01 ədəd “LG” markalı televizor, daha sonra xalçaları, velosipedi və samovarı, ət çəkən maşını, tozsoranı götürüb aparmış, həmin əşyalarıda aparıb bazarda dəyər dəyməzə satıb pul əldə edib xərcləmişdir. Ona verilmiş ittihamlardan 2 epizod üzrə özünü təqsirli bilmir. Belə ki, 07 yanvar 2023-cü il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evindən Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd laqondaları, 02 ədəd drelləri, 03 ədəd başqa formada olan laqondaları o oğurlamamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindən Zərərçəkmiş şəxs7 məxsus 2 ədəd “Aux” markalı kondisioner, “Samsung" markalı televizor, 1 ədəd “LG" markalı paltaryuyan, 1 ədəd "Vitahot” markalı, kombi aparatı və tozsoranı o oğurlamamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayının 18-də o yaşadığı evin otaqların birini Təqsirləndirilən şəxs kirayə vermişdir. Lakin o otağı Sadiqə kirayə verən zaman ona digər bağlı otaqlara daxil olmasını qadağan olunduğunu demişdir. Sadiqdə onunla razılaşmışdır. 17 dekabr 2022-ci il tarixdə axşam saatlarında Sadiq evdən tamam çıxmış, o gedən kimi o qızının cehizinin yığdığı otağa gedib baxanda görmüşdür ki, otağın qapısı açıqdır və otağa daxil olanda görmüşdür ki, otaqda ona məxsus olan 01 ədəd dəyəri 500 manat təşkil edən “Fanton” markalı tozsoran, 01 ədəd dəyəri 150 manat təşkil edən ət maşını, 01 ədəd dəyəri 200 manat olan sok çəkən maşın, 01 ədəd dəyəri 25 manat olan ütü, bir dəst dəyəri 150 manat olan çəngəl-bıçaq, bər dəst dəyəri 190 manat olan qazanlar, 03 ədəd dəyəri 100 manat olan şirəli qazan dəsti, dəyəri 300 manat olan nikel qazan dəsti, dəyəri 300 manat olan çay servis dəsti, dəyəri 250 manat olan kofe servis dəsti, dəyəri 150 manat boqema dəsti, dəyəri 180 manat olan xrustal stakan dəsti, dəyəri 550 manat olan xrustal qablar, dəyəri 500 manat olan yataq dəstləri oğurlanmışdır, o başa düşmüşdür ki, Sadiq onun evindən oğurluq etdiyi üçün tez tələsik evdən çıxıb getmişdir. Bu oğurluq nəticəsində Sadiq ona ümumilkdə 3545 manat maddi ziyan vurmuşdur. O həmin Sadiqi nə qədər axtarsada tapa bilməmiş,ona görə də polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində ona məxsus fərdi yaşayış evi vardır, lakin həmin evdə lazımi bütün əşyalar olmasına baxmayaraq yaşayış yoxdur. O da arada bir gedib həmin evə baş çəkmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində yenədə gedib evə baş çəkmişdir və evdə hər şey öz qaydasında olmuşdur. Sonuncu dəfə 19 yanvar 2023-cü il tarixdə o gedib evə baxan zaman görmüşdür ki, mətbəxdən pəncərədən dəmir barmaqlıqları sındırmaqla daxil olub evdə ona məxsus olan 1 ədəd dəyəri 1000 manat olan LG markalı televizor, 7 ədəd hər birinin dəyəri 100 manat ümumilikdə 700 manat olan xalçalar, dəyəri 250 manat olan uşaq velosipedi, ümumi dəyəri 530 manat olan 4 ədəd qazan dəsti, bir ədəd dəyəri 360 manat olan qab dəstini, 1000 manat nağd pulu, ümumi dəyəri 350 manat olan geyim əşyalarını, ümumi dəyəri 320 manat 6 ədəd yataq dəstini, 1 ədəd dəyəri 80 manat olan «Gepas» markalı ət çəkən maşını, 1 ədəd dəyəri 150 manat olan «Samsung» markalı tozsoranı, 1 ədəd dəyəri 70 manat olan pitza qazanını, ümumi dəyəri 260 manat olan şüşə qab dəstini, 1 ədəd dəyəri 120 manat olan qab dəstini, hər birinin dəyəri 300 manat ümumilkdə 600 manat olan 2 ədəd qızıl boyunbağını, 2 ədəd ümumi dəyəri 130 manat olan samovarları oğurlamışlar. Ümumilikdə ona 5920 manat maddi ziyan vurmuşlar. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda yerləşən özünə məxsus olan fərdi evi var və o orada təmir işləri görmüşdür. O arada sırada gedib həmin evə baş çəkmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdə təmir işləri görən usta ona zəng edib demişdirki, evə pəncərədən oğru daxil olub və oradan 2 ədəd biri 120 manat ümumilikdə 240 manat təşkil edən laqonda, 2 ədəd birinin dəyəri 80 manat olmaqla ümumilkdə 160 manat olan drelllər və 3 ədəd birinin dəyəri 200 manat təşkil edən ümumikdə 600 manat olan laqondaları oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində ona məxsus fərdi yaşayış evi olmuşdur, lakin həmin evdə lazımi bütün əşyalar olmasına baxmayaraq yaşayış yoxdur. O mütəmadi olaraq evə gəlib baş çəkmişdir. xx.xx.2023-cü il tarixdə o evə gəlib baxan zaman görmüşdür ki, mətbəxdən pəncərədən ona məxsus olan evə daxil olunub və evdə ona aid olan hər birinin dəyəri 500 manat ümumilikdə 1000 manat olmaqla 2 ədəd xalça, 1 ədəd dəyəri 300 manat olan samovar, 300 manat dəyərində olan qazan dəstləri və 200 manat dəyərində olan çəngəl qaşıq dəstləri oğurlanmışdır. Bu oğurluq nəticəsində ona 1800 manat maddi ziyan dəymişdir.O sonuncu dəfə 11 yanvar 2023-cü il tarixdə gəlib evə baş çəkəndə evdə olan əşyalar hamısı yerində olmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o Xırdalan şəhəri Ş.Qurbanov küçəsi ev 24 ünvanında yaşayırmış.19 dekabr 2023-cü il tarixdə saat 14 radələrindən 20 dekabr 2022-ci il tarix saat 04 radələrinə kimi yaşadığı evdə heç kim olmamışdır, saat 03:45 radələrində o işdən evə gəlmiş və görmüşdür ki, evin plastikdən olan qapısı sındırılmış və evə daxil olunub ona məxsus olan divanın üstündə olan bir ədəd 150 manat dəyərində Samsung A51 markalı mobil telefon və dolabda olan ona məxsus 382 manat pul oğurlanıb, o bu barədə polisə məlumat vermişdir. O bu oğurluq nəticəsində uzaq qohumu narkotik vasitələrin alüdəçisi olan Təqsirləndirilən şəxs şübhələnmişdir. Daha sonra ona dəymiş ziyan ona ödənmişdir, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə saat 20 radələrində o yaşadığı evə gələn zaman görmüşdür ki, evin yataq otağının pəncərəsi açıq vəziyyətdədir. Elə hesab etmişdir ki, evdə çıxanda pəncərəni otağı havalandırmaq üçün açıq qoymuşlar.O evə daxil olan zaman evin bütün əşyalarının dağınıq olduğunu görmüşdür, daha sonra isə polisə müraciət etmişlər. O yataq otağına baxan zaman görmüşdür ki, 01 dəst sarı qızıldan ibarət 585 əyyarlı 1000 manat dəyərində üzərində ağ daşı olan sırğa və üzük 01 ədəd 585 əyyarlı 1000 manat dəyərində sarı qızıldan ibarət tros boyunbağı, 01 ədəd dəyəri 500 manat olan 585 əyyarlı sarı qızıldan olan üzük oğurlanıb. Bu oğurluq nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Mövlüd oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2019-cu ildən 2022-ci ilədək arvadı və 4 övladları ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evdə yaşamışdır. Həmin ev 3 sot torpaq sahəsində yerləşirmiş, ev 2 mərtəbəli olmaqla 1-ci mərtəbədə 1 qonaq və 1 yataq otağı, mətbəx və sanitar qovşağı olmuşdur, həmçinin qarajda birinci mərtəbəyə qatılıb və girişi həyətdən olmaqla jalyuzdandır. 2-ci mərtəbədə isə 4 yataq otağı, 1 namaz otağı və sanitar qovşağı var. Həyətinə giriş-çıxış qapısı dəmir darvazadandır, darvazanın balaca və böyük qapıları qıfılla bağlanır. Evə giriş isə seyf qapıdandır, qapı "VAZ" və seyf açarları ilə bağlanır, övladlarının təhsil aldığı məktəblə bağlı 2022-ci ilin sentyabr ayından hazırda qeydiyyatda olduğu ünvan 1 ünvana köçmüşdür. Lakin buna baxmayaraq ara-sıra Ramana qəsəbəsindəki bağ evinə gələrək baş çəkirmiş, bundan başqa Ramana qəsəbəsində yaşayan qardaşları da həmin evə nəzarət etmişlər. Sonuncu dəfə, yəni xx.xx.2023-cü il tarixdə qardaşı İbrahim Əzizov ona məxsus Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinə baş çəkərkən həmin zaman evdə hər şey qaydasında olmuşdur. xx.xx.2023-ci il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz ünvanda yerləşən evinə gəlmişdir. O həyətinin darvazasının kilidini açaraq həyətə girmiş, həyətə daxil olarkən görmüşdür ki, qarayın jalyuzu təxminən 1 metr yuxarı qaldırılaraq aşağı enməsin deyə altına stul qoyulubmuş. O seyf qapını açarla açmış, lakin qapı açılmamışdır, başa düşmüşdür ki, qapı içəridən bağlanıb. Bundan başqa görmüşdür ki, mətbəxin həyətə baxan pəncərəsinin dəmir barmaqlıqları yerindən çıxarılıb, lakin pəncərə bağlıdır, başa düşmüşdür ki, pəncərədən girərək içəridən pəncərəni bağlayıblarmış, çıxanda qarajdan çıxıblarmış. Polis əməkdaşları ilə birgə evə daxil olarkən müəyyən etmişlər ki, 1-ci mərtəbədəki qonaq otağından 500 manat dəyərində 1 ədəd "Aux" markalı kondisioneri; 1ci mərtəbədəki mətbəxdən 500 manat dəyərində 1 ədəd "Aux" markalı kondisioneri; 2-ci mərtəbədəki yataq otağından 500 manat dəyərində 1 ədəd "Aux" markalı kondisioneri; 1-ci mərtəbədəki qonaq otağından 1.000 manat dəyərində 1 ədəd "Samsung" markalı televizoru; 2-ci mərtəbədəki yataq otağından 1.000 manat dəyərində 1 ədəd "LG" markalı paltaryuyan və qurudan aparatı; 1-ci mərtəbədə yerləşən, qarajdan və evdən girişi olan otaqda quraşdırılmış 2.000 manat dəyərində 1 ədəd "Vitahot" markalı, 32-lik kombi aparatı; 2-ci mərtəbədəki namaz otağında divardan asılmış 250 manat dəyərində 1 ədəd divar saatı; 1-ci mərtəbədəki qonaq otağından 250 manat dəyərində 1 ədəd "Samsung" markalı tozsoranı oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 6.000 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Sabunçu rayon Ramana qəsəbəsi, Şuşa şəhərciyində xidmət yoldaşı Şahid3la xidmət aparkən nömrəsiz fərdi yaşayış evinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən sənədlərini təqdim etməyi təklif etmişlər. Həmin şəxs özünü şübhəli aparmış və nəsə elə bir gizlətməyə çalışmışdır. Sənədləri üzərində olmadığı üçün o cümlədən özünü çox şübhəli apardığı üçün onlar onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər, polis bölməsində məlum olmuşdur ki, o Təqsirləndirilən şəxsdur, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərarı qəbul edilmişdir. Həmin vaxt Sadiq vəkilin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Sadiqə üzərində qanunla daşınması saxlanılması qadağan olunmuş nəsə varsa təqdim etməsi təklif edilmişdir.Həmin vaxt Sadiq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı kağıza bükülmüş bükülü çıxardıb masanın üstünə qoyub təqdim etmişdir. Sadiq bildirmişdirki, həmin bükümdə olan metamfetamindir və o şəxsi istifadəsi üçün onu tanımadığı şəxsdən 8-ci km bazarından 10 manata almışdır. Onun təqdim etdiyi bükümə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Toyota Prius markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəailiyyəti ilə məşğul olur, 20 dekabr 2022-ci il tarixdə saat 03 radələrində idarə etdiyi avtomobillə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 Qaradağ rayonu Lökbatan dairəsində olan zaman saxlatdırıb onu Xırdalan şəhərinə Ş.Qurbanov küçəsindəki evinə aparmağı xahiş etmişdir. Səkinə yolda ona demişdir ki, qohumu xzəng edib demişdir ki evdən səs gəlir, o da hesab etmişdir ki evə oğru girmişdir. Evə gəlib çatan zaman evin giriş qapısının açıq olduğunu görmüşdür və evin içi axtarılmış, səliqəsi isə pozulmuşdur. Bu zaman Səkinə onun mobil telefonu ilə polisə zəng edib məlumat vermişdir(cild 2, i.v.6-7); Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o Xırdalan şəhəri Ş.Qurbanov küçəsində 24 saylı ünvanda oğlu ilə birlikdə yaşayır, oğlu isə hazırda RF-nın Moskva şəhərində yaşayıb oxuyur. Təqsirləndirilən şəxs onun bacısının oğludur, Sadiq Bakı şəhərində bazarda qardaşının yanında işləmiş, həmçinin Sadiq arada bir onun evinə də gəlib getmişdir. 19 dekabr 2022-ci il tarixdə o evdə olmamışdır. 20 dekabr 2022-ci il tarixə keçən gecə saatlarında evinə gəlmiş və yorğun olduğu üçün yatmışdır. 20 dekabr 2022-ci il tarixdə səhər saatlarında oyanan zaman qonşusu Zərərçəkmiş şəxs5 evindən gecə saatlarında oğurluq olmasını eşitmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Səkinə onun bacısı oğlu Sadiqdən şübhələnir, bacısı oğlunun barəsində Ucar və Sabunçu rayonlarında cinayət işi olduğundan o Səkinəyə 100 manat pul vermişdir. O bacısı oğlu Sadiqin qonşusu Səkinənin evindən oğurluq etməsini bilməmişdir(cild 2, i.v.44-45); Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2019-cu ildən Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən “Sabunçu Bazarı” adlanan bazarda işlənmiş əşyaların alqısatqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən xx.xx.2023-cü il tarixdə heç bir əlamətlərini xatırlamadığı, hazırda görsə belə tanıya bilməyəcəyi, təxminən 30 yaşlı kişi cinsindən olan şəxs ona yaxınlaşaraq bildirmişdir ki, evində işlənmiş vəziyyətdə olan “LG” markalı paltaryuyan maşını var, pula ehtiyacı olduğundan satışa çıxarmışdır, lakin mentalitetə uyğun olaraq paltaryuyan maşını işlənmiş olduğundan almaq istəyən yoxdur, istəyənlər isə ehtiyyat hissəsi kimi ucuz qiymətə istəyirlər. Həmin şəxs bildirmişdir ki, 300 manata alarsa ən pis halda 400 manata rahatlıqla sata bilərmiş. O bildirmişdir ki, «gətirərsən baxaram», o, demişdir ki, paltaryuyan maşını yaxınlıqdadır, indi gətirər. Təxminən 5 dəqiyqə sonra həmin şəxs bazara “LG” markalı paltaryuyan maşını gətirmişdir. O görmüşdür ki, paltaryuyan maşını saz vəziyyətdədir, yumaqdan başqa qurutmaq funksiyasıda olmuşdur, işlənmiş olduğu bilinmirmiş, 300 manata alarsa rahatlıqla baha qiymətə sata bilərmiş. Odur ki, həmin şəxsə 300 manat verərək paltaryuyan maşınını almışdır. Həmin vaxt onun yanında hazırda xatırlamadığı bazar alverçiləridə olmuşdur. O “LG” markalı paltaryuyan maşınının oğurluq olmasını bilməmişdir, bilsəydi almazdı(cild 2, i.v.153-154); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(cild 1, i.v.9-11); Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sol əlinin baş barmağının (mətbəxin pəncərəsindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir(cild 1, i.v.19-20); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Vət.Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.24); şübhəli şəxsin tutulması haqqında 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.41); şəxsi axtarış və götürmə aparılması haqqında 29 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı kağıza bükülmüş içərisindən ağ rəngdə kristal formalı maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin metamfetamin olduğunu, 8 km deyilən yerdən tanımadığı şəxsdən 10 manata istifadə üçün aldığını bildirmişdir. Əlavə olaraq 1 ilə yaxındır ki, narkotik vasitədən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(cild 1, i.v. 55-56); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 6/7194 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd üzərində «Darenka» yazısı olan sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,690 qram ağımtıl rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2023-cü il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir(cild 1, i.v. 63-66); Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 31 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur(cild 1, i.v.73-74); Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 31 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətikmkan tədbiri seçilmiş və o, dərhal X3 azad edilmişdir (cild 1, i.v. 86-87); Qətimkan tədbirinin seçilməsi barədə 31 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(cild 1, i.v. 88-89); videodiskə baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, polis şöbəsində xidməti otaqda polis əməkdaşı tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra ona üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim edilməsi əşyanın olub olmaması əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, əldə edib, üstündə saxlayaraq daşıdığı 01 büküm çıxardraq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 01 büküm metamfetamindir (cild 1, i.v. 95); Maddi sübut hesab edilməsi haqqında 12 yanvar 22023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,690 qram psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,640 qram psixotrop maddə olan metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Sabunçu RPİ-nin Maddi Sübutları saxlama kamerasına təhvil verilmişdir(cild 1, i.v.96); hadisə yerinə baxışının aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus doğum haqqında şəhadətnamə aşkar edilərək götürülmüşdür(cild 1, i.v.105-106, 115-119); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, hökmün və göstərişin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Ağdaş rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. 08 may 2023-cü il tarixdə Ucar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu 2 gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm 30 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir(cild 1, i.v. 122-123, cild 2, i.v.108-111); Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduğu halda Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır(cild 1, i.v.128); Axtarışda olanın tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmintarixdə 15:00 radələrində saxlanılaraq PŞ-yə gətirilmiş və Sabunçu RPİ MSY-yə təhvil verilmişdir(cild 1, i.v. 131); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Vət.Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.135); Cinayət işi üzrə əməlin tövsif olunması haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir(cild 1, i.v. 140-141); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmaqla 02 ay 09 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.156-162); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən X2 məxsus 2 mərtəbəli fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 1, i.v.168-171); İfadənin yerində yoxlanılması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evdə kirayə yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yeri, əşyaları və şəraiti əyani şəkildə göstərmişdir. Daha sonra avtomobil Təqsirləndirilən şəxs göstərdiyi yol ilə davam edərək Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısına gələrək avtomobili saxlatdırıb evi göstərək həmin evdə yataq otağından qızıl zinət əşyalarını oğurladığını bildirmişdir. Daha sonra avtomobil Təqsirləndirilən şəxs göstərdiyi yol ilə davam edərək Sabunçu rayonu Ramana qəsəbəsində Südçülük sovxozuna orada Zərərçəkmiş şəxs3 məxsus fərdi evi göstərərək həmin evdən təmir alətlərini oğurladığını bildirmişdir. Daha sonra avtomobil Təqsirləndirilən şəxs göstərdiyi yol ilə davam edərək Sabunçu rayonu Ramana qəsəbəsində Şuşa şəhərciyinə gəldik və vətəndaş Zərərçəkmiş şəxs6 yaşadığı evin qarşısına, orada Təqsirləndirilən şəxs avtomobili saxlatdırıb həmin evdən məişət əşyalarını oğurladığını bildirmişdir. Daha sonra avtomobil Təqsirləndirilən şəxs göstərdiyi yol ilə davam edərək Sabunçu rayonu Ramana qəsəbəsinin Şuşa şəhərciyində Zərərçəkmiş şəxs1 evinin qarşısına gəldik və orada Təqsirləndirilən şəxs avtomobili saxlatdırıb həmin evi göstərərək məişət əşyalarını oğurladığını bildirmişdir (cild 1, i.v.178-185); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yarımtikili fərdi evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(cild 1, i.v.190-191, 197-201); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi nömrəsiz evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(cild 1, i.v.211-216); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.224); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.237); baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 24 saylı evdən oğurluq edilməsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v.247-251); Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 24 saylı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (giriş plastik qapıdan götürülmüş) (daktiloskopik xəritəsi Sabunçu RPİ və Ucar RPŞ-dən daxil lmuş) xx.xx.1991-ci ildə Ucar şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir (cild 2, i.v.10-11); İfadənin yerində yoxlanılması haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi 24 saylı fərdi həyət evində baş vermiş oğurluq hadisəsi ilə bağlı istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir(cild 2, i.v.41-42); 17 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs5 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 2, i.v.46-48); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 2, i.v.50-51); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 2, i.v.85); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətinə uzadılmışdır(cild 2, i.v.95-99); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 3/647 saylı rəyindən görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar 1 №-li zərfdə təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthlərindəki «a» əl-barmaq izləri, 2 №li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdılar. 230050481 nömrəli cinayət işi ilə əlaqədar 1 №-li zərfdə təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthlərindəki «a» əl-barmaq izləri əlin barmaq hissəsinin dırnaq falanqının toxunması nəticəsində qalmışdır. İzlərdə fərdi əldamətlər aşkar edilmədi. 230050481 nömrəli cinayət işi ilə əlaqədar 2 №-li zərfdə 1 saylı daktilolentin səthindəki ovuc izi əlin ovuc hissəsinin hipotenarının toxunması nəticəsində qalmışdır. 1 №-li zərfdə təqdim edilmiş 1 saylı daktilolenin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağından qalmışdır. 2 №-li zərfdə təqdim edilmiş 1 saylı daktilolenin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ əlinin ovucundan qalmışdır. Təqdim edilmiş 1 №-li zərfdə 2 saylı daktilolenin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qalmışdır. 1 №-li zərfdə təqdim edilmiş 1-12 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri, 2 №-li zərfdə təqdim edilmiş 2-5 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. (cild 2, i.v.112-119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin xx.xx.2023-cü il tarixli 1290 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v.121-122); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi nömrəsiz evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(cild 2, i.v.129-130); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 24 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs7 Mövlüd oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 2, i.v.142-143); Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Şahid5 könüllü olaraq təqdim etdiyi iş üçün əhəmiyyətli olan üzərində ınverter DırectDrıve 6/3 kg, Washer Dryer F1280CDP25 sözləri, 01438576Q433 281F0457 rəqəmləri yazılmış, 1 ədəd “LG” markalı istifadə edilmiş paltaryuyan maşını göürülmüşdür(cild 2, i.v.155); əşyanın tanınmasının aparılması haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs7 Mövlüd oğluna “LG” markalı boz rəngli paltaryuyan, “Beko” markalı ağ rəngli paltaryuyan, “Hoffman” markalı boz rəngli paltaryuyan tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs7 ona məxsus paltaryuyan maşını markasına, rənginə və üzərindəki xəttlərinə görə tanımışdır (cild 2, i.v.156); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/3179 saylı rəyindən görünür ki, üzərində ınverter DırectDrıve 6/3 kg, Washer Dryer F1280CDP25 sözləri, 01438576Q433 281F0457 rəqəmləri yazılmış, “LG” markalı, istifadə edilmiş paltaryuyan maşının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 300,00 manat müəyyən edilir (cild 2, i.v.161-162); Şahidin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs7 evini göstərmiş, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində həmin evin hasarından həyətinə keçmişdir. O, evin mətbəxinin həyətə baxan pəncərəsini göstərib bildirdi ki, həmin yerdən dəmir barmaqlıqları çıxararaq evə daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evə girərək mətbəxi və qonaq otaqlarını göstərib televizoru, kondisionerləri, tozsoranı, paltaryuyan maşını və kombini götürdüyü yeləri göstərdi. Təqsirləndirilən şəxs küçəyə çıxaraq hasarın yanını göstərib bildirdi ki, əşyaları hasarın üzərindən həmin yerə daşımış, həmin yerdən avtomobilə yığaraq Sabunçu bazarına aparmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən Sabunçu rayon bazarına gedərək bildirdi ki, kondisionerlər istisna olmaqla digər əşyaları həmin bazarda satmışdır(cild 2, i.v. 167-169); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 2, i.v.175-176); Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yeni ittiham elan olunmuşdur (cild 2, i.v.204-207); Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında 06 iyun 2023cü il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd LG markalı paltaryuyan maddi sübut hesab edilmiş və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, cinayət işində möhürlənmiş zərfdə olan əl-barmaq izləri maddi sübut hesab edilərək cinayət işində saxlanılmışdır(cild 2, i.v.189-199); Təqsirləndirilən şəxs ona verilmiş ittihamlardan 2 epizod üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 07 yanvar 2023-cü il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evindən Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd laqondaları, 02 ədəd drelləri, 03 ədəd başqa formada olan laqondaları o oğurlamamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindən Zərərçəkmiş şəxs7 məxsus 2 ədəd “Aux” markalı kondisioner, “Samsung" markalı televizor, 1 ədəd “LG" markalı paltaryuyan, 1 ədəd "Vitahot” markalı, kombi aparatı və tozsoranı o oğurlamamışdır. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli kimi qiymətləndirir. Belə ki, məhkəmə, zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərşəkmiş şəxs və şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü hər iki oğurluq hadisəsində tam təqsirli bilərək oğurluq hadisələri ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs hər iki epizod üzrə ifadələri yerində yoxlanılmış, o istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs7 evini göstərmiş, bildirmişdir ki, xx.xx.2023cü il tarixdə saat 03 radələrində həmin evin hasarından həyətinə keçmişdir. O, evin mətbəxinin həyətə baxan pəncərəsini göstərib bildirdi ki, həmin yerdən dəmir barmaqlıqları çıxararaq evə daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evə girərək mətbəxi və qonaq otaqlarını göstərib televizoru, kondisionerləri, tozsoranı, paltaryuyan maşını və kombini götürdüyü yeləri göstərdi. Təqsirləndirilən şəxs küçəyə çıxaraq hasarın yanını göstərib bildirdi ki, əşyaları hasarın üzərindən həmin yerə daşımış, həmin yerdən avtomobilə yığaraq Sabunçu bazarına aparmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən Sabunçu rayon bazarına gedərək bildirdi ki, kondisionerlər istisna olmaqla digər əşyaları həmin bazarda satmışdır. Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Şahid5 könüllü olaraq təqdim etdiyi iş üçün əhəmiyyətli olan üzərində ınverter DırectDrıve 6/3 kg, Washer Dryer F1280CDP25 sözləri, 01438576Q433 281F0457 rəqəmləri yazılmış, 1 ədəd “LG” markalı istifadə edilmiş paltaryuyan maşını göürülmüşdür. Əşyanın tanınmasının aparılması haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs7 Mövlüd oğluna “LG” markalı boz rəngli paltaryuyan, “Beko” markalı ağ rəngli paltaryuyan, “Hoffman” markalı boz rəngli paltaryuyan tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs7 ona məxsus paltaryuyan maşını markasına, rənginə və üzərindəki xəttlərinə görə tanımışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,690 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməllərindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), Ucar Rayon Məhkəməsinin 1(063)-11/2023 saylı, 08 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), 26 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək, 29 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 06 fevral 2023-cü il tarixdən hesablanmalı(CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 0.690 qram, tədqiqatdan sonra qalıq qalan 0.640 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, LG markalı paltaryuyanın sahibinə geri qaytarılması nəzərə alınmalı, əl barmaq izlərinin iş materiallarında saxlanılması nəzərə alınmalı(CPM-132), 225,29(iki yüz iyirmi beş manat iyirmi doqquz qəpik) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 1(063)-11/2023 saylı, 08 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək, 29 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08(səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar –Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 0.690 qram, tədqiqatdan sonra qalıq qalan 0.640 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. LG markalı paltaryuyanın sahibinə geri qaytarılması, əl barmaq izlərinin iş materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 225,29(iki yüz iyirmi beş manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar