Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-68/2020 19.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs - x8 iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 84, mənzil 57 qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, dalan 4, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan x8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 315.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Mü ə y y ə n e t d i : x3 arvadı Zərərçəkmiş şəxs1 Süleyman adlı şəxslə nikaha daxil olmasını öyrəndikdən sonra 15.09.2019-cu il saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, dalan 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə gələrək özü ilə gətidiyi 1 litrlik içərisində ağ neft məhlulu olan 2 ədəd plastmas qabı evin giriş qapısının qarşısına qoyub mətbəx otağına keçərək, orada olan Zərərçəkmiş şəxs1 ikinci dəfə ərə getməsini irad bildirib bu səpkidə mübahisə etdikdən sonra qisas almaq məqsədi ilə həmin plastmas qabları qapının qarşısından götürüb mətbəx otağına qayıdaraq qabda olan ağ neft məhlulunu Zərərçəkmiş şəxs1 üstünə və mətbəxə səpərək cibində olan alışqanı nümayiş etdirməklə hədənin icra ediləcəyi üçün real əsaslarla öldürəcəyi ilə hədələmişdir. Bundan başqa, x15 aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, dalan 4, fərdi nömrəsiz yaşayış evində döyməsi və evi yandırması ilə bağlı sonuncunun anası Məmmədova Xatirə Şahid qızının Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə daxil olmuş çağırışı əsasında izahatını verməkdən ötrü Sabunçu RPİ-nin 14-cü polis bölməsinə dəvət edilərkən öz qanunazidd hərəkətlərini davam etdirib 15.09.2019-cu il saat 20 radələrində ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PB-nin gələrək bölmənin qarşısında qabaqcadan özü ilə gətirdiyi 1 litrlik plastmas qabda ağ neft məhlulunu öz üzərinə tökdükdən sonra «Polis haqqında» Azərbaycan Respublikası Qanunu ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlərin görülməsi, cinayətkarların aşkara çıxarılması və tutulması barədə üzərilərinə qoyulmuş vəzifələrinin icrası ilə əlaqədar əməliyyat qrupunun tərkibində olan, xidməti geyim formasında xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri, Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkilləri polis leytenantları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ondan xidməti vəzifələrinin yerinə yetirmələri ilə bağlı bu hərəkətlərinə son qoymasını tələb edib izahatının alınması məqsədilə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına dəvət etmələrinə əl-qol hərəkətləri ilə nümayişkaranə şəkildə etirazını bildirib onların qanuni tələblərinə tabe olmayaraq həmin neft məhlulunu üzərlərinə ataraq alışqanı nümayiş etdirməklə ona yaxınlaşacaqları halda yandıracağını bildirib hakimiyyət nümayəndəsi olan polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirilmələri ilə əlaqədar zor tətbiq etmə hədəsi ilə hədələmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş x15 özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş, 2007-ci ildə Bahar adlı, 2013-cü ildə Nərminə adlı qızları dünyaya gəlmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə barəsində cinayət işi başlanmışdır. 2015-ci ilin yanvar ayında Nəsimi rayon məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müəssisəsində olan zaman arvadı Zərərçəkmiş şəxs1 nikahın pozulması ilə bağlı Sabunçu rayon məhkəməsinə müraciət etmiş və rəsmi qaydada ondan boşanmışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onlar barışmış və birlikdə yaşamağa başlamışlar. 14 sentyabr 2019-cu il tarixdə telefon vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayaraq tədris ili üçün uşaqlara məktəb ləvazimatları almaq istədiyini bildirmiş, 15.09.2019-cu il tarixdə onlar Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Maştağa Mall” ticarət mərkəzinin yanında görüşərək birlikdə uşaqlara paltar almaq üçün Bakı Tikiş Fabrikinə getmiş, uşaqlara geyim əşyaları aldıqdan sonra tort sifariş etmək üçün Qala qəsəbəsində yerləşən “Neptun” marketə getmişlər və daha sonra onları evə düşürmüşdür. O, qızının 1-ci sinifə getməsini qeyd etmək məqsədi ilə dostu Vilayəti və onun ailəsini evə qonaq dəvət etmişdir. Evə getməməmişdən əvvəl Aynurə ona mesac yazmış, o həmin mesacı oxuduqdan sonra əsəbləşmişdir. Daha sonra o, dostu Vilayət və onun yoldaşı Şəlalə ilə birgə evə getmişdir. Onları qapıda Aynurə qarşılamış, Şəlalə ilə birgə Aynurə çay dəmləmək üçün mətbəx otağına keçmiş, o isə Vilayət ilə birgə qonaq otağında oturmuşdur. Daha sonra, mətbəxə keçərək Aynurə ilə aralarında olan münasibəti müzakirə etmiş və onlarında arasında mübahisə yaranmışdır. Bundan əsəbləşdiyi üçün o, mətbəx otağından çıxaraq özü ilə gətirdiyi və evə girərkən evin çöl qapısının arxasında saxladığı ağ nefti götürüb içəriyə yenidən mətbəxə daxil olmuş, öz üstünə tökərək özünü yandıracağını bldirmişdir. Həmin zaman əlində olan neft ətrafa səpələndiyi üçün işlək vəziyyətdə olan soba alovlanmış, o tez sobanın altını söndürmüşdür. Daha sonra, dostu Vilayət mətbəx otağına gələrək onu sakitləşdirməyə çalışmış və onu qonaq otağına aparmışdır. Qonaq otağında olan zaman yenidən onunla Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış, səsküyə gələn qonşu Lalə və Vilayət onu sakitləşdirmək üçün evdən çıxarmışlar. Evdən çıxdıqdan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək yaşamaqdan bezdiyini, özünü öldürəcəyini bildirmişdir. Daha sonra, o, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan bacısıgilə getmişdir. Bacısıgildə olduğu zaman Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları onu PB-nə dəvət etmiş, o, evdən çıxaraq 14-cü PB-nə yollanmışdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsindən keçərkən həyatdan bezdiyi üçün və özünü yandırmaq məqsədi ilə yanacaq doldurma məntəqəsindən 2 litr benzin almışdır. Sabunçu RPİ-nin 14-cü PB-nə çatdığı PB-nin inzibati binasının pilləkənlərində 5 nəfər polis əməkdaşı olmuş, o, aldığı benzini üzərinə səpə-səpə polis əməkdaşlarına tərəf getmişdir. Həmin zaman polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, onlara müqavimət göstərməmişdir. PB-də həyətində olan zaman Zərərçəkmiş şəxs1 hərəkətlərindən əsəbləşdiyi söydüyü bütün söyüşləri ona ünvanlamışdır. Daha sonra, avtomobilinə minərək oradan uzaqlaşmışdır. Yolda olarkən Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşı ona zəng edərək, onu izahatının alınması üçün PB-nə dəvət etmişdir. O, 14-cü PB-nə geri qayıtmış, 1 nəfər polis əməkdaşın PB-nin həyətindəki ağaclıqlara tərəf getdiyini, digər 3 nəfərin isə birinin əlində yanğın söndürən balon olmaqla ona yaxınlaşdığını görmüşdür. Polis əməkdaşları özünü yandırmaması üçün ona fənd tətbiq edərək zərərsizləşdirmiş və PB-nin inzibati binasına aparmışlar. Bir müddət orada saxlanıldıqdan sonra narkoloci mərkəzə müayinəyə aparılmış, müayinədən keçirildikdən sonra evə buraxılmışdır. Buraxıldıqdan sonra o, bacısıgilə, oradan isə işə getmişdir. İşdə olduğu zaman telefon vasitəsi ilə onunla əlaqə saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət edilmiş, o, işdə olduğu üçün gələ bilməyəcəyini bildirmişdir. Daha sonra, Sabunçu Rayon Prokurorluğuna dəvət olunmuş, orada araşdırılma aparıldıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Sabunçu Rayon Məhkəməsinə gətirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, onları hədələməmiş, üzərlərinə benzin tökməmiş və söyməmişdir, əksinə PB-nin həyətində polis əməkdaşları tərəfindən döyülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2013-cü ildən DİO-da işləməyə başlamış, 2018-ci ildən isə Sabunçu RPİ-nin 14-cü PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. 15.09.2019-cu il saat 09:00-dan 16.09.2019-cu il saat 09:00-a qədər əməliyyat qrupunda növbədə olmuşdur. Həmin gün əməliyyat qrupunda ondan başqa şöbənin əməliyyat müvəkkili, polis leytenantı Zərərçəkmiş şəxs3, sahə inspektoru, polis mayoru Rəşad İsmayılov, təhqiqatçı, polis kapitanı Şahid5 olmuşdur. 15.09.2019-cu il təxminən saat 19 radələrində x15 DİN-nin “102” xidmətinə zəng vuraraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, dalan 4 ünvanında yerləşən nömrəsiz evini və özünü yandıracağı barədə məlumat vermişdir. Həmin məlumatı qəbul etmiş PB-nin növbətçisi onları hadisə barədə məlumatlandırmış, bundan sonra əməliyyat qrupunun üzvü olaraq o, Zərərçəkmiş şəxs3, Rəşad İsmayılov və Şahid5 növbətçi hissənin avtopatrulu ilə baş verənləri aydınlaşdırmaq üçün çağırış daxil olmuş ünvana getmişlər. Avtomobildən düşüb nə qədər qapını döysələr də, qapını açan olmamışdır. Bir qədər sonra ev sahibəsi Aynurə adlı şəxs ərazinin sahə rəisi ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq evə qayıtdığını bildirmişdir. Daha sonra Aynurə evə qayıtmış və keçmiş həyat yoldaşı Rasim adlı şəxsin evdə olan əşyaların və onun üzərinə ağ neft məhsulu tökərək yandırmaq istəməsi barədə məlumat vermişdir. Bundan sonra, onlar birlikdə evə daxil olmuş və həmin vaxt həqiqətən də, evin mətbəx otağından neft iyi gəlmiş, ətrafa neft tökülmüşdür. Lakin, evdə hər hansı bir yanıq izləri müşahidə edilməmişdir. Təhqiqatçı tərəfindən evə baxış keçirildikdən və içərisində neft olan iki ədəd plastmas qab götürüldükdən sonra polis bölməsinə qayıtmışlar. Bölmədə Aynurə tərəfindən baş verənlər barədə izahat yazılan zaman o, iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə bölmənin inzibati binasının qarşısındakı pilləkənlərdə dayanmışdır. Həmin vaxt Rasim Əhmədli idarə etdiyi “Hyundai İX35” markalı dövlət nömrə nişanını dəqiq xatırlamadığı avtomobili bölmənin giriş qapısının qarşısında saxlayıb, əlində bir litrlik plastmas qabla avtomobildən düşərək həyətə daxil olmuşdur. O, qabda olan benzini öz başına tökə-tökə onlara tərəf yaxınlaşmış, o və Sabir onun sağ əlində alışqan olduğunu görüb təhlükəli hərəkət edə biləcəyini zənn edib Rasimə qarşı heç bir hərəkət etmədən onu sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməmişlər. Daha sonra, Rasim əlindəki benzindən onların da üstünə səpib heç bir səbəb olmadan polisin ünvanına nalayiq söyüşlər işlətməyə, onları yandıracağı ilə hədələməyə başlamışdır. Rasim uca səslə bölmənin inzibati ərazisində söyüşlər işlətmiş, ictimai asayişi recimini pozmuş, onlar isə ondan yalnız sakitləşməsini, tabesizlik göstərməməsini, qanuni tələblərinə tabe olmasını tələb etmişlər. Rasim onların bu sözlərinə məhəl qoymadan onunla və Sabirlə kobud, aqressiv şəkildə davranaraq səs-küy salmaqda davam etmişdir. Həmin vaxt aralarında 1-2 metr məsafə olmuşdur. Bundan sonra, Rasim öz avtomobilinə tərəf gedərək oradan uzaqlaşmışdır. Həmin vaxt onların xidməti geyim formaları benzinə bulaşmışdır. Onlar bu barədə rəhbərliyə məlumat vermişlər. Rasim Əhmədli izahatı alınması üçün ikinci dəfə polis bölməsinə dəvət olunmuş, bir müddət sonra Rasim yenidən özünə məxsus avtomobil ilə geri qayıtmışdır. Rasim avtomobildən düşüb əlindəki içərisində benzin olan plastmas qabla onlara yaxınlaşıb öz qanunsuz hərəkətlərini davam etdirmiş, əlində olan qabdakı benzini həm öz üzərinə həm də, onların üzərinə tökmüşdür. Həmin vaxt artıq bölmənin digər əməkdaşları da, polis bölməsinin həyətində olmuşlar. Rasimin sakitləşmədiyini görən polis bölməsinin həyətində onlar digər əməkdaşlarla birlikdə onlar Rasimi mühasirəyə almış, növbətçi hissədə olan Şahid6 bölmənin inzibati binasından yanğın əleyhinə balonu götürüb çölə çıxaraq qəflətən onun üstünə püskürtməyə başlamışdır. Onlar Rasimin özünü itirdiyini görüb, bu vəziyyətdən istifadə edərək o və Sabir dərhal fənd işlədib Rasimi zərərsizləşdirmiş, sonra isə alışqanı əlindən almışlar. Bundan sonra, onu bölmənin inzibati binasına keçirib bir müddət sakitləşməsini, içkinin təsirindən ayılmasını gözləmişlər. Daha sonra, Rasimin təhqiqatçı tərəfindən izahatı alınmışdır. Bölmədə olan zaman Rasim Əhmədliyə onlar tərəfindən hər hansı xəsarət yetirilməmişdir. Yalnız baş verə biləcək daha ağır nəticələrin qarşısını almaq üçün onun qolundan, belindən tutub zərərsizləşdirmişlər. x10 zərərsizləşdirən zaman o, onları vurmamış, xəsarət yetirməmişdir. Lakin, üstlərinə benzin atıb yandıracağı ilə hədələmişdir. Rasimin bu hərəkətləri nəticəsində xidməti geyim formaları yararsız hala düşmüşdür. Rasimlə barışmaq niyyəti yoxdur, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 şahid Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə verərək Rasim Əhmədlidən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, x15 ilə 2005-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2 qız övladları var. 2015-ci ilin yanvar ayında x21 Rayon Məhkəməsinin 1(006)-19/2015 saylı hökmü ilə 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Rasim cəzaçəkmə müəssisəsində olan zaman o, aralarında olan nikahın pozulmasına dair ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Rasim Əhmədli nikahı pozulması ilə bağlı onun məhkəməyə müraciət etdiyini öyrəndikdən sonra onun mobil telefonuna zəng edərək onu öldürməklə hədələmişdir. O, ilkin olaraq Rasimdən qorxduğu üçün ərizəsini geri götürmüş, lakin sonradan təkrarən Sabunçu Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı ərizə ilə müraciət etmişdir. Rasim yenə də, ona hədə-qorxu gəlsə də, ona boşanmaq qərarının qəti olduğunu demişdir. 2017-ci ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Rasim onun atasıgilə gələrək övladları ilə görüşmək istədiyini, onunla barışaraq, yenidən bir yerdə yaşamaq istədiyini bildirərək onu bağışlamağını xahiş etmişdir. Rasimin təklifini qəbul edərək onunla birgə yaşamağa davam etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evlərində 4 ay yaşadıqdan sonra Rasim yenidən Türkiyə Respublikasına getmiş, təxminən 7 aydan sonra yenidən qayıdaraq onlarla birgə yaşamaq istədiyini bildirmişdir. Lakin o, Rasimin barışıq təklifini qəbul etməmişdir. 14.09.2019-cu il tarixdə Rasim mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq tədris ili üçün uşaqlara məktəb ləvazimatları almaq istədiyini bildirmiş, o, Rasimə uşaqlar üçün gərəkli bütün əşyaları özünün alacağını demişdir. 15.09.2019-cu il tarixdə Rasim ona zəng edərək övladları üçün məktəb ləvazimatları almaq üçün Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Maştağa Mall” ticarət mərkəzinin yanında onları gözlədiyini bildirmiş, Rasimlə görüşərək birlikdə uşaqlara paltar almış və daha sonra Rasim onları evə düşürmüşdür. Onları evə düşürən zaman Rasim ona qızlarının 1-ci sinifə getməyini qeyd etmək məqsədi ilə dostu Vilayətin həyat yoldaşına tort bişirməsini sifariş etdiyini, həmçinin onları axşam üçün evlərinə qonaq dəvət etdiyini, qızı Nərminəyə isə yeni məktəb çantasını alacağını bildirmişdir. Rasim getikdən sonra o, Rasimə mesac yazaraq daha onu görmək istəmədiyini və onları narahat etməməsini bildirmiş, Rasim bunun səbəbini soruşduqda, ona həyatında başqa birinin olduğunu və onunla aralarında dini kəbin olmasını bildirmişdir. Həmin gün təxminən saat 19 radələrində Rasim, dostu Vilayət və Şəlalə onlara gəlmiş, evin qapısını onlara özü açmışdır. İlk olaraq Vilayət və Şəlalə içəri daxil olmuş, Rasimdə onların arxasınca gəlmişdir. Lakin, tez mətbəxə keçdiyi üçün Rasimin evə necə daxil olduğunu, əlində nə olduğunu görə bilməmişdir. Tort isə Şəlalənin əlində olduğundan onun özü də, mətbəxə daxil olmuş və onunla salamlaşıb 3-5 dəqiqə söhbətləşdikdən sonra çay dəmləməkdə ona köməklik etmiş və daha sonra qonaq otağına keçmişdir. Həmin vaxt Rasim və Vilayət də, qonaq otağında olmuşlar. Şəlalə qonaq otağına gedən kimi Rasim mətbəx otağına daxil olaraq ondan həyatında kiminsə olub-olmamasını soruşmuş, o, cavab olaraq həyatında başqa bir şəxsin olduğunu Rasimə bildirmişdir. O, əvvəlcə Rasimin acıq edərək getdiyini zənn etdiyi üçün arxası mətbəxin giriş qapısına tərəf qaz sobasının yanında dayanıb çay dəmləyə davam etmişdir. Bir-neçə saniyədən sonra Rasim içəri daxil olaraq öz üzərinə, onun üzərinə və ətrafa benzin tökməyə başlamış, həmin vaxt benzin çaydanın altınada töküldüyü üçün çaydan alışmış və Rasim tez alovu söndürmüşdür. O, kənara soyuducunun olduğu tərəfə çəkilmiş, Rasim onun yanına gələrək onu sillə ilə vurmuşdur. Daha sonra, Rasim cibindən kibrit çıxardaraq “yandıracam” deyərək qışqırmağa başlamış, həmin vaxt Rasimin dostu Vilayət mətbəxə gələrək ətrafın, onun üstünün benzin olduğunu, Rasimin əlində alışqan olduğunu görüb tez müdaxilə etmiş və Rasimi əlindən alışqanı alaraq onu sakitləşdirməyə çalışmışdır. Zal tərəfə gəldikdən sonra Rasim uşaqların yanında onu təhqir edərək sillə ilə vurmuşdur. Bundan sonra, Vilayət və səsə gəlmiş qapı qonşu Rəhilə adlı qadın köməkləşib Rasimi çölə çıxarmışdır. Daha sonra Sabunçu RPİ-nin 14-cü PB-nə gedərək Rasim barəsində şikayət ərizəsi yazmış, bölmədə izahat verən zaman Rasim özünə məxsus avtomaşınla bölmənin qarşısına gəlib maşından düşərək bölmənin həyətində əlində olan plastmas qabdakı benzini başından tökə-tökə özünü öldürəcəyini bildirib qışqırmağa başlamışdır. Həmin vaxt o, polis bölməsinin inzibati binasındakı pəncərədən baş verənləri izləmişdir. İki nəfər polis əməkdaşı Rasimdən sakitləşməsini tələb etsələr də, o buna əhəmiyyət verməyib, özünü yandıracağını bildirərək onun ünvanına nəlayiq ifadələr işləmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin həyətində olan zaman Rasim polis əməkdaşlarına hər hansı xəsarət yetirməmiş və ya onların ünvanına nəlayiq ifadələr işlətməmişdir. Orada olan zaman yalnız onu təhqir etmişdir. Bir qədər qışqırdıqdan sonra Rasim öz avtomibilə ilə oradan uzaqlaşmışdır. Bir müddət sonra Rasim yenidən idarə etdiyi avtomobil ilə Sabunçu RPİ-nin 14-cü PB-nə gəlmiş, avtomobilindən götürdüyü benzini üstünə tökərək əlində olan alışqanı nümayiş etdirməklə yenidən öz hərəkətlərini davam etdirməyə, özünü yandırıb öldürəcəyini deməyə başlamışdır. Bundan sonra, polis əməkdaşları fənd işlədərək onu tutub zərərsizləşdirmişdir. Polislər Rasimi saxladığı zaman əlində benzin şüşəsi olsa da, şüşənin içi boş oluşdur. Məhkəmədə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs x15 ilə barışdıqlarını və sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2006-cı ildən DİO-da işləməyə başlamış, 2011-ci ildən isə Sabunçu RPİ-nin 14-cü PB-də təhqiqatçı vəzifəsində çalışır, polis kapitanıdır. 15.09.2019-cu il saat 09:00-dan 16.09.2019cu il saat 09:00-a qədər əməliyyat qrupunda növbədə olmuşdur. 15.09.2019-cu il saat 19 radələrində x15 DİN-nin “102” xidmətinə zəng vuraraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, dalan 4 ünvanında yerləşən nömrəsiz evini və özünü yandıracağı barədə məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra DİN-nin “102” xidmətinə Aynurə adlı şəxs tərəfindən keçmiş həyat yoldaşı Rasim adlı şəxsin evdə olan əşyaların və onun üzərinə ağ neft məhsulu tökərək yandırmaq istəməsi barədə məlumat verilmişdir. Həmin məlumatı qəbul etmiş PB-nin növbətçisi onları hadisə barədə məlumatlandırmış, bundan sonra əməliyyat qrupunun üzvü olaraq o, Zərərçəkmiş şəxs2, Rəşad İsmayılov və Zərərçəkmiş şəxs3 növbətçi hissənin avtopatrulu ilə baş verənləri aydınlaşdırmaq üçün çağırış daxil olmuş ünvana getmişlər. Avtomobildən düşüb nə qədər qapını döysələr də, qapını açan olmamışdır. Rasim ilə telefon vasitəsi ilə əlaqə saxlamaq istəsələr də, Rasim onların zənglərinə cavab verməmişdir. Bir qədər sonra ev sahibəsi Aynurə adlı şəxs ərazinin sahə rəisi ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq evə qayıtdığını bildirmişdir. Daha sonra, Aynurə evə qayıtmış, keçmiş əri Rasim adlı şəxsin evdə olan əşyaların və onun üzərinə ağ neft məhsulu tökərək yandırmaq istəməsi barədə məlumat vermişdir. Bundan sonra, onlar birlikdə evə daxil olmuş və həmin vaxt həqiqətən də, evin mətbəx otağından neft iyi gəlmiş, ətrafa neft tökülmüşdür. Sabunçu RPİ-nin 14-cü PB-də xidməti otağında Zərərçəkmiş şəxs1 izahatın alarkən çöldən səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini öyrənmək məqsədi ilə PB-nin həyətinə çıxmış, həmin zaman polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 üstlərinə benzin töküldüyünün şahidi olmuşdur. Bundan əlavə, həmin vaxt Rasim Əhmədlinin əlində plastmas qabda benzin və alışqan olmuş, o, polisin ünvanına nalayiq ifadələr işlədərək ona yaxınlaşacaqları təqdirdə özünü və onları yandıracağını bildirmişdir. Onlar Rasimin özünü yandıracağından ehtiyat etdikləri üçün ona yaxınlaşmamış və daha sonra Rasim öz avtomobili ilə oradan uzaqlaşmışdır. O, Rasim ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq izahatının alınması üçün onu polis bölməsinə dəvət etmiş, eyni halların baş verməməsi üçün bölmənin əməkdaşlarına bu barədə məlumat vermişdir. Bir müddət sonra Rasim yenidən özünə məxsus avtomobil ilə geri qayıtmışdır. Rasim avtomobildən düşüb əlindəki içərisində benzin olan plastmas qabla onlara yaxınlaşıb öz qanunsuz hərəkətlərini davam etdirmiş, həmin vaxt artıq bölmənin digər əməkdaşları da, polis bölməsinin həyətində olmuşlar. Rasimin sakitləşmədiyini görən polis bölməsinin həyətində onlar digər əməkdaşlarla birlikdə onlar Rasimi mühasirəyə almış, növbətçi hissədə olan Şahid6 bölmənin inzibati binasından yanğın əleyhinə balonu götürüb çölə çıxaraq qəflətən onun üstünə püskürtməyə başlamışdır. Onlar Rasimin özünü itirdiyini görüb, bu vəziyyətdən istifadə edərək fənd işlədib Rasimi zərərsizləşdirmiş, sonra isə alışqanı əlindən almışlar. Bundan sonra, onu bölmənin inzibati binasına keçirib bir müddət sakitləşməsini, içkinin təsirindən ayılmasını gözləmişlər, daha sonra Rasimin izahatı alınmışdır. Bölmədə olan zaman Rasim Əhmədliyə onlar tərəfindən hər hansı xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, digər Şahid5 ilə oxşar məzmunlu ifadə verərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, x11 təxminən 30 ilə yaxındır tanıyır və aralarında dostluq münasibəti var. x16 təxminən 12 il bundan əvvəl Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurub və həmin nikahdan 11 yaşlı Bahar və 6 yaşlı Nərmin adlı övladları vardır. 15.09.2019-cu il saat 13 radələrində o, işdə olan zaman Rasim zəng vuraraq balaca qızı Nərminənin birinci sinifə gedəcəyini bildirmiş, bunu qeyd etmək məqsədi ilə onları ailəvi öz evlərinə qonaq dəvət etmiş və o, onun təklifi ilə razılaşaraq axşam onlara gələcəklərini bildirmişdir. Bir-neçə saat sonra Rasimlə məhəllədə olan kafedə görüşüb yemək yemiş, kafedə olan zaman o, bir bokal, Rasim isə 2 bokal pivə içmişdir. Təxminən saat 16-17 radələrində Rasimlə tort almaq üçün yoldaşı Şəlalənin qənnadçı işlədiyi Xəzər rayonu, Qala qəsəbəsində yerləşən şirniyyat sexinə getmiş və sexdən bir ədəd tort alıb, yoldaşı Şəlaləni də, işdən götürüb birlikdə Rasimin idarə etdiyi “Hyundai İX 35” markalı, **-OL-*** dövlət nömrə nişanlı avtomobil ilə onların yaşadıqları Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi dalan 4 də yerləşən nömrəsız fərdi yaşayış evinə getmişlər. Onlara ora gələnə qədər onun uşqalarıda həmin ünvana getmişlər. Onlar birlikdə içəri daxil olub, Rasimlə qonaq otağında əyləşmiş, Aynurə ilə Şəlalə isə çay dəmləmək üçün mətbəxə getmişlər. Təxminən 5 dəqiqədən sonra Şəlalə qonaq otağına gəlmiş və Rasim ayağa durub evin həyətinə çıxmışdır. Həmin vaxt Şəlalə ilə o, qonaq otağında oturub çay gözləmiş, daha sonra Rasim əlində içərisində neft olan 2 ədəd plastmas şüşə ilə mətbəxə keçərək nefti Aynurənin üzərinə və öz üstünə tökərək Aynurəyə ikinci həyat yoldaşını çağırmasını, onu görmək istədiyini bildirmişdir. Mətbəx otağından Aynurənin qışqırıq səsinin gəldiyini eşitdiyi üçün mətbəxə getmişdir. Mətbəxə daxil olduğu zaman Aynurə mətbəxin sağ küncündə olan soyuducuya söykənib dayanmışdır. Həmin zaman ətrafa və Aynurənin üstünə, hətta Rasimin öz üstünədə neft töküldüyünü, Rasimin əlində alışqan olduğunu görüb müdaxilə edərək Rasimi kənara çəkmiş, Rasimə uşaqların evdə olmasnı, belə hərəkət etməsinin doğru olmadığını bildirmişdir. Onun təkidlərindən sonra Rasim alışqanı cibinə qoymuş, bu zaman Aynurə qonaq otağına keçmişdir. Rasim Aynurənin arxasınca gedərək qonaq otağında onu sillə ilə vurmuş, bundan sonra səsə gəlmiş Lalə adlı qonşu ilə birlikdə Rasimin qolundan tutaraq onu çölə çıxarmışdır. Daha sonra, ailəsi ilə birlikdə yaşadıqları evə getmiş, Sabunçu RPİ-nin 14-cü PB-də baş verənlərin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x13 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 11-ci vərəqəsində olan 15 sentyabr 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Qabil Həsənov və Əbülfəz Quliyevin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, dalan 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Mətbəxə baxış keçirilən zaman oradakı dolabın aşmış vəziyyətdə olması, qabların sınıq vəziyyətdə olması və qaz sobasının yanında 1 ədəd 1 litrlik həcmdə şüşə, həmçin dəhlizdə 1 ədəd 1 litrlik plastik qab aşkar olunmuşdur. Mətbəx və dəhlizə baxış zamanı müəyyən olunmuşdur ki, qablarda olan yanacaq ətrafa və Zərərçəkmiş şəxs1 üzərinə tökülmüşdür. Cinayət işinin 1-ci cildinin 119-120-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və x17-təcrübi və x18 Rayon Şöbəsinin 17 sentyabr 2019-cu il tarixli 1360 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 sağ təpə-gicgah nahiyyəsinin qançırı, döş qəfəsinin sol yarısının ön səthinin məhdud səthli İ dərəcəli termiki yanığı müəyyən edilmişdir. Xəsarətlərin döş qəfəsinin sol yarısının ön səthinin məhdud səthli İ dərəcəli termiki yanığı yüksək hərarətin yerli termiki təsirindən törənmişdir, alovun təsirindən törənə bilər. Sağ təpə-gicgah nahiyyəsinin qançırı isə bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 15.09.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 1-ci cildinin 134-137-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-403/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, x15 barəsində həbsetmənin əvvəli 16 sentyabr 2019-cu il tarixdən hesablanılmaqla 03 (üç) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 191-193-cü vərəqəsində olan Bakı Apellyasiya Məhkəməsinin 4(103)-606/19 saylı, 23 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-403/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərarı təqsirləndirilən şəxs x8 müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 31-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 32-33-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi materialların məhkəmə ekspertizasının 23783 saylı, 15 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş termiki təsirə məruz qalmamış 2 (iki) ədəd qısaqol köynəklərin və hicabın üzərində şəklini dəyişmiş tez alışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Buxarlanma şəraitində neft məhsulları tərkiblərində əsaslı dəyişikliklər baş verdiyi üçün tədqiqata təqdim olunmuş köynəklərin və hicabın üzərində olan tezalışan neft məhsullarına məxsus izlərin növünü müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş termiki təsirə məruz qalmamış uşaq şalvarının, qazantutan hissələrinin və şüşə qırıntılarının üzərlərində neft məhsullarına məxsus izlər yoxdur. Cinayət işinin 2-ci cildinin 114-117-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x5 x1 03.12.2019-cu il tarixli, 2512 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizasının nəticəsinə görə x9 hal-hazırda üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışlar müəyyən edilir. Bunu anametik məlumatlar, tibbi sənədlər və hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi zaman kontuzya alması, bununla əlaqədar hərbi hospitallarda müalicələrdə olması, özünü əsəbi şəxs kimi xarakterizə edərək əsəbiliyi ilə əlaqədar AR SN-nin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 21.03.2000-ci il tarixdən 24.03.2000-ci il tarixə kimi “Baş-beynin travması nəticəsində psixopatabənzər davranışı” diaqnozu ilə stasionar müalicədə olması, hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional qeyri-sabitliyi, qıcıqlara qarşı həssaslığı, əsəbiliyi və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, x9 aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməllər dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də, x15 törətdiyi əməllərə görə anlaqlı hesab edilir. Bununla yanaşı, qeyd edilməlidir ki, hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, x9 törətdiyi əməl zamanı onda təzahür edən üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla əlaqədar o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Onun hərəkəti Azərbaycan Respyblikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. x8 məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəydən görünür ki, məhkəmə-psixoloci ekspertizasının nəticəsinə görə R.İ.Əhmədlinin intellektual imkanları ümumilikdə normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyllilik, tez özündən çıxmaq, emosional reaksiyalara meyllilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm, nümayişkarənalıq, diqqət mərkəzində olmağa olmağa maraq göstərmək, cəlbedici davranışı ilə ətrafdakılarm diqqətini öz üzərinə çəkməyə meyllilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. R.İ.Əhmədlinin fərdi psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətləri aşkar olunmadı. Fərdi psixi xüsusiyyətləri nəzərə alınmaqla o, cinayət hadisəsinin baş verdiyi şəraiti, iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. R.İ.Əhmədli cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən “üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış”la şərtləşmişdir. R.İ.Əhmədli hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. x15 cinayət hadisəsini törədərkən fizioloci affekt halında olmamışdır. Cinayət işinin 2-ci cildinin 132-140-cı vərəqəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-19/2015 saylı, 22 yanvar 2015-ci il tarixli hökmünün surətindən görünür ki, x15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cildinin 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Bakı Müharibə Əlil və x6 20 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, x15 Azərbaycan Respublikası Bakı Müharibə Əlil və x6 üzvü olmuş və ona etibarlılıq müddəti bir il təşkil etməklə üzvlük vəsiqəsi təqdim edilmişdir. x20 birliyin üzvü deyil. Cinayət işinin 2-ci cildinin 163-190-cı vərəqəsində olan 24 dekabr 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd bir litr həcmli plastik qablar, 01 ədəd mavi uşaq şalvarı, qab-qacaq qırıntıları və 01 ədəd toxunma qazantutan hissələri, zərərçəkmiş şəxs x4 götürülmüş 01 ədəd hicab, zərərçəkmiş şəxslər Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 götürülmüş 02 ədəd xidməti geyim formasına aid qısaqol köynəklər maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu rayon prokurorluğuna təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 101-104-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 19 noyabr 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, x15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-19/2015 saylı, 22 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi hökmdən xaric edilməklə cəzası 04 (dörd) ilə endirilmiş, 13 may 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, x8 əməllərində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 315.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında x8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 315.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs x8 «…o, polis əməkdaşlarına müqavimət göstərməmiş, onları hədələməmiş, üzərlərinə benzin tökməmiş və söyməmişdir, əksinə PB-nin həyətində polis əməkdaşları tərəfindən döyülmüşdür» deməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər, şahid ifadələri, ekspertiza rəyləri və maddi sübutlarla tam təkzib olunur və sübuta yetmir. Beləliklə, Rasim Əhmədlinin məhkəmədə verdiyi ifadəsi işdə olan sübutlarla öz təsdiqini tapmadığından, əksinə təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla x12 cəza təyin edilərkən himayəsində iki azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, x8 əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, x2 dəfə məhkum olunduqdan sonra 13 may 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş və hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi recimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, x15 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, x8 törətdiyi öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələməcinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından x12 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə x12 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə bi-ləcəyini nəzərə alır. Bundan başqa, məhkəmə hesab edir ki, x14 əməlində cinayətlərin resedivini olduğundan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi (köhnə redaksiya) onun vəziyyətini yüngülləşdirdiyindən eyni tövsif qalmalıdır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə x8 azadlığının 16 sentyabr 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs x12 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, x15 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan - hadisə yerindən götürülmüş 01 ədəd mavi uşaq şalvarı, 01 ədəd toxunma qazantutan hissələri, 01 ədəd hicab, 02 ədəd xidməti geyim formasına aid qısaqol köynəklər, 02 ədəd bir litr həcmli plastik qablar, qab-qacaq qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat x23 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: x8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. x15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 16 sentyabr 2019-cu il tarixdən hesablansın. x15 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan - hadisə yerindən götürülmüş 01 ədəd mavi uşaq şalvarı, 01 ədəd toxunma qazantutan hissələri, 01 ədəd hicab, 02 ədəd xidməti geyim formasına aid qısaqol köynəklər, 02 ədəd bir litr həcmli plastik qablar, qab-qacaq qırıntıları məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 81 (səksən bir) manat x7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-68/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-68/2020
19.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver