Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-68/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə 28 avqust 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X10 küçəsi, döngə 02, ev 11 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, «Ləhic bağları» yaşayış massivi 27-ci dalan, bağ 4640 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab edilən sanitar qovşağın plastik qapısını vintaçan ilə açıb içəri daxil olaraq oradakı bir ədəd 150 manat dəyərində samovar, iki ədəd hər birinin dəyəri 150 manat olan ümumilikdə 300 manat dəyərində olan uşaq velosipedlərini, bir ədəd 800 manat dəyərində «Bosh» markalı kombini divardan sökməklə, digər otaqdan bir ədəd 350 manat dəyərində «Hoffman» markalı, «WFL-7020S» model, 7 kq tutumlu paltaryuyanı, habelə, evin plastik pəncərəsini açıb yaşayış sahəsi olan evə qanunsuz olaraq daxil olmaqla qonaq otağından bir ədəd 1.000 manat dəyərində «Xiaomi» markalı televizoru, bir ədəd 100 manat dəyərində nərdi, bir ədəd qutusu ilə birlikdə 200 manat dəyərində siqnalizasiya aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2.900 manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o 06 fevral 2022-ci il tarixdə, saat 23:00 radələrində təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub, nərdivanla həyətyanı sahədə yerləşən üçmərtəbəli evin ikinci mərtəbəsinə qalxaraq açıq pəncərədən evə daxil olmuş, evin divarları boyunca quraşdırılmış, elektrik sistemini təşkil edən ümumilikdə 2.000 metr uzunluqda naqili söküb çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 3.500 manat dəyərində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0.240 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinə daşımış, 01 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 4erləşən Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirilmiş, Polis Bölməsində onun üzərində şəxsi axtarış keçirilən zamna əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli allüminium kağız bükümünün içərisində təmiz çəkisi 0.240 qram olan kustar üsulla narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə, səhər saatlarında Zabrat qəsəbəsinə getmişdir. «Zabrat dairəsi» adlanan yerin yaxınlığında üzdən tanıdığı, lakin şəxsi məlumatlarını bilmədiyi şəxslə görüşmüş və həmin şəxsə narkotik maddə almaq istədiyimi bildirmişdir. Həmin şəxsdən öz istifadəsi üçün 30 manat müqabilində bir ədəd gümüşü rəngli allüminium kağıza (falqaya) bükülmüş vəziyyətdə «kakos» kimi tanıdığı narkotik vasitə heroin almış, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və yaşadığı evə yollanmışdır. Həmin tarixdə təxminən saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, Abşeron küçəsi ilə piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməyimi istədikdə o özünü təqdim edərək, adını və yaşadığı ünvanı onlara bildirmişdir. Həmin polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində olarkən videoçəkilişlə üzərinə şəxsi axtarışa keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Belə olduqda o əynində olan göy rəngli cins şalvarın sağ yan cibində içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü təqdim edərək otaqdakı masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda o həmin maddənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə heroini «Zabrat dairəsi» yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan əvvəl isə, o pula ehtiyacı olduğundan Nardaran qəsəbəsi ərazisində 2 evdən oğurluq cinayəti törətmişdir. Belə ki, təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən bağ evlərinin birinin həyətinə hasardan tullanaraq daxil olmuş, əvvəlcə həyətyanı sahənin sağ tərəfində yerləşən hamam otağının plastik qapısını vintaçan ilə aralayaraq açmış, orada olan bir ədəd samovarı və digər otaqdakı bir ədəd kombi cihazını sökərək həyətə çıxarmış. Bundan sonra orada olan bir ədəd boz rəngli paltaryuyan maşınını da həyətə gətirmişdir. Daha sonra evə yaxınlaşmış. Evin sol tərəfindəki plastik pəncərəni əlindəki vintaçan ilə açaraq həmin pəncərədən keçməklə evə daxil olmuşdur. Evin qonaq otağında olan bir ədəd televizoru, daha sonra oradakı iki ədəd kiçik ölçülü velosipedi və bir ədəd nərdtaxtanı pəncərədən küçəyə çıxarmışdır. Bundan sonra darvazanın bir tayını açaraq bu əşyaları bir-bir küçəyə çıxarmışdır. Daha sonra hasardan aşaraq darvazanı bağlamışdır. Bu əşyaları daşımaq üçün taksi çağırmaq qərarına gəlmişdir və avtomobil yolu istiqamətinə getmişdir. Xatırlamadığı kiçik ölçülü avtomobil olan taksiyə əyləşib həmin ünvana gəlmişdir. Taksi sürücüsünə bu əşyaların özünə məxsus olduğunu deyərək müxtəlif bəhanələrlə bunu ona inandırmışdır. Bu əşyaları taksi avtomobilinə yığıb Ləhic bağları ərazisində yerləşən sahibsiz tikilinin yaxınlığına gətirmişdir. Fərdi yaşayış evlərindən birinin qarşısında saxlamışdır ki, guya bu evə köçmüş və əşyaları da buraya gətirmişdir. Taksi getdikdən sonra bu əşyaları həmin sahibsiz tikiliyə daşımışdır. Növbəti gün bu əşyaları başqa bir bəhanə ilə «VAZ 21074» markalı avtomobilə yükləyib «Sabunçu bazarı»na aparmışdır və orada ümumilikdə 420 manata tanımadığı şəxsə satmışdır. Paltaryuyan maşını sata bilmədiyi üçün həmin tikilidə qalmışdır. Digər oğurluğu isə 2022-ci ilin fevral ayının 6-dan 7-nə keçən gecə Nardaran bağlar massivində yerləşən, təmir işləri gedən, 3 mərtəbəli evə hasardan daxil olaraq evin içərisində yeni çəkilmiş elektrik naqillərini sökərək törətmişdir. Həmin naqilləri yaşadığı evin həyətyanı sahəsində yandıraraq yaranan mis kütləsini götürmüşdür. Bu kütlələri Zabrat qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə ümumilikdə 130 manata satmışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahşi etmişdir. M əhkəm ə Azər baycan Respublikası nı n Cinayət Pr osessual M əcəlləsinin 124. 2- ci m addəsinin t ələbinə uyğun olar aq aşağı dakı lar ı sübut növü kim i qəbul et m işdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o Ləhic bağlar massivindəki həmin bağ evində sonuncu dəfə 21 oktyabr 2021-ci il tarixdə olmuş və həmin vaxt hər şey yerli yerində olmuşdur. Həmin gün axşam saatlarından qapı və darvaza qapısının kilidini bağlayıb yaşadığı evə qayıtmışdır. Daha sonra 08 noyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağlarında 27-ci dalanda 4640 saylı bağ evinə baş çəkməyə gəldikdə evin həyətyanı sahəsinin darvaza qapısını yoxladıqda açıq vəziyyətdə olmasını aşkar etmişdir və oğurluq olmasından şübhlənmişdir. O həyətyanı sahəyə daxil olub sağ tərəfdə yerləşən hamam otağına baxdıqda görmüşdür ki, hamamın plastik qapısı da açılmış və içəridən naməlum şəxs tərəfindən bir ədəd 150 manat dəyərində samovar, iki ədəd hər birinin dəyəri 150 manat olan ümumilikdə 300 manat dəyərində olan uşaq velosipedləri, bir ədəd 800 manat dəyərində «Bosh» markalı kombi divardan sökülməklə, digər otaqdan bir ədəd boz rəngli 550 manat dəyərində «Hofmann» markalı paltaryuyan oğurlanmışdır. Daha sonra evə də girib baxdıqda görmüşdür ki, evin qonaq otağından bir ədəd 1.000 manat dəyərində «Xiomi» markalı televizor, bir ədəd 100 manat dəyərində nərd və qonaq otağında qutusu ilə birlikdə bir ədəd 200 manat dəyərində siqnalizasiya aparatı(tuner) naməlum şəxs tərəfindən evə plastik pəncərəni açıb daxil olmaqla oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəlində 3 mərtəbəli evi üçün 3.500 manat dəyərində 2.000 metr uzunluğunda elektrik naqilləri almış və evdə işləyən ustalar elektrik naqillərini divar boyu çəkmişlər. 06 fevral 2022-ci il tarixdə axşam saatlarında sonuncu dəfə Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.ünvan 6 ünvanına bağ evinə baş çəkdikdə naqillərin yerində olmasını müəyyən etmişdir. 07 fevral 2022-ci il tarixdə isə yeindən həmin bağ evinə gəldikdə naməlum şəxsin evin həyətinə hasardan daxil olaraq evdəki həmin naqilləri divardan sökməklə oğurlanmasınıl aşkar etmiş və bu barədə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, M.Ə.Əbdüovu əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. 01 mart 2022-ci il tarixdə etibarlı mənbədən daxil olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və oğurluq cinayətləri törətməsi barədə məlumat əsasında onun və Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təşkil edilmiş əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yeri müəyyən edilmiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları olmalarını bildirərək onu 42-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində həmin şəxsin şəxsiyyəti yoxlanılarkən Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış, baxış və götürmə aparılarkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızı bükümünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub təqdim etdi və büküm açıldıqda içində qəhvəyi rəngli, toz şəkilli heroinə bənzər maddə aşkar edildi. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə heroin olmasını, 01 mart 2022-ci il tarixdə səhər saatlarında Zabrat qəsəbəsi, «Zabrat dairəsi»-in yaxınlığında üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almasını və üzərində gəzdirməsini, 1 il yarımdır ki, heroındən iynə ilə vurmaqla istifadə etməsini bildirmişdir. Həmçinin pula ehtiyacı olduğundan 2 dəfə Nardaran qəsəbəsində bağ evlərindən oğurluq etmişdir. Belə ki, birinci dəfə 2021-ci ilin noyabr ayında Nardaran qəsəbəsi, Ləhic bağlar massivində bağ evinə hasardan aşıb həyətinə girmiş, həyətdəki hamamdan samovar, kompi oğurlamış, daha sonra evin plastik pəncərəsindən içəri daxil olaraq oradan 1 ədəd televizor, velosiped, nərd və paltaryuyanı tək oğurladıqdan sonra darvaza qapısını açıb oradan çıxartmış və yoldan tanımadığı taksi avtomobili saxlayıb oğurladığı əşyaları həmin taksi ilə Nardaran qəsəbəsində evinin yaxınlığındakı yarımçıq tikiliyə gətirib boşaltmış və səhərsi gün isə həmin əşyaları başqa bir tanımadığı taksi avtomobilinə yükləyib «Sabunçu bazarı»na apararaq orada 420 manata tanımadığı şəxsə satmış, paltaryuyan maşın isə avtomobilə yerləşmədiyi üçün həmin tikilidə qalmışdır. Digər oğurluğu isə 2022-ci ilin fevral ayında gecə satlarında Sabunçu rayonu, Nardaran bağlar massivində yerləşən, təmir işləri gedən, 3 mərtəbəli bağ evində hasardan daxil olaraq evin 2- ci mərtəbəsinə nərdivan qoyub dırmaşaraq pəncərədən içəri girmiş və hər üç mərtəbədən yeni çəkilmiş elektrik naqillərini sökərək oğurlayıb iki kisəyə yığıb əlində daşıyaraq yaşadığı evin həyətyanı sahəsinə gətirib orada yandıraraq yaranan misi götürmüş və həmin misi Zabrat qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə sataraq pulu öz ehtiyaclarına və narkotik almaq üçün xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Vüsal Əli oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsində metal qəbulu məntəqəsində işləyir. Təxminən 2022-ci ilin fevral ayının 15-də əvvəllər tanımadığı sonradan adının Murad olmasını bildiyi şəxs Zabrat qəsəbəsindəki işlədiyi yerə gələrək yanmış mis satmaq istədiyini bildirmişdir. O həmin şəxsdən şəxsiyyət vəsiqəsi istəmişdir. O isə şəxsiyyət vəsiqəsini itirdiyini bildirmiş və özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin ad soyadını deməsinə görə misi almaq qərarına gəlmiş, o həmin şəxsdən təxminən 5-6 kq yanmış mis götürüb 67 manat pul Murada ödəmişdir. Bir gün sonra həmin Murad adlı şəxs yenə onun metal qəbulu məntəqəsinə yenə yanmış mis gətirmiş və misi ölçdükdə 5 kq olmasını müəyyən etmiş və həmin misi ondan 62 manata almışdır. O Təqsirləndirilən şəxs ona satdığı misin yanmış olmasını görüb, haradan əldə etməsini maraqlamamış və ondan mis alarkən həmin mislərin oğurluq yolu ilə əldə etməsindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1269 saylı, 02 mart 2023-cü il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.240 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi-0.240 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.190 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3440 saylı, 18 may 2022-ci il tarixli məhkəmə əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd gümüşü rəngli «Hoffman» markalı,» «WFL-7020S» model, 7 kq tutumlu paltaryuyan istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 350.00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X9 X5 Tibbi Yoxlamanın 2089 saylı, 27 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 26 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 22 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz təkrar daxil olmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarında olan 01 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 20:00 radələlərindən tutulmuş hesab edilmişdir (səh., 19). Cinayət işinin materiallarında olan 03 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,127). Cinayətişinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)185/2022 saylı, 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əbdürəhim oğlu barəsində 01 mart 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,150). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, analoji cinayətə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını, dəymiş ziyanın ödənilməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «01» mart 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.190 qram heroin məhv edilməli, bir ədəd «Hoffman» markalı, «WFL-7020S» model, 7 kq tutumlu paltayuyanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 164 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-ci maddələrinə əsasən «03» (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01»(bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «01» mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.190 qram heroin məhv edilsin, bir ədəd «Hoffman» markalı, «WFL-7020S» model, 7 kq tutumlu paltayuyanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 164 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-68/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-68/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver