Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-680/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə 27 fevral 2022-ci il tarixdə, saat 14:53-də ünvan 2 ünvanında yerləşən “Araz” marketin qarşısında parklanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının açıq olmasından istifadə etməklə daxil olub arxa oturacağın üzərinə qoyulmuş pencəyin sol iç cibindən 350 manat, avtomobilin salonundakı saxlanc yerində olan pul kisəsindən həmin dövrün məznnəsi ilə 1,445 manat təşkil edən 850 ABŞ dollarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1795 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi 0,408 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, özünü şübhəli apardığına görə xx.xx.2022-ci il tarixdə, saat 04:15 radələrində həmin yerdə Sabunçu RPİ-nin PPXB-nün polis nəfərləri tərəfindən saxlanılaraq 13-cü PB-nə gətirlmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir bükümdə təmiz çəkisi 0,408 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 fevral 2022-ci il tarixdə övladı X3 xəstələnmiş, lakin sonuncunun dərmanlarını almaq üçün maddi imkanı olmamışdır. O, dərmanların alınması üçün lazım olan pulu haradan əldə etməsini bilməmiş, həmin günü yaşadığı ünvandan çıxaraq piyada gəzib ünvan 4 etməyə başlamış, hərəkətdə olarkən qızına lazım olan dərmanları almaq üçün pulu necə əldə edəcəyi barədə fikirləşirmiş. Hətta yolüstü Zığ yolu küçəsində yolun sağ hissəsində olan adını xatırlamadığı aptekə daxil olaraq aptekdə işləyən əczaçı qıza üzərində olan “Redmi Note 8” markalı mobil telefonu təqdim edərək həmin telefonu girov qismində qəbul etməsini və mobil telefonun müqabilində lazım olan dərmanları verməsini xahiş etmiş, lakin əczaçı onunla razılaşmamış, o da aptekdən çıxaraq yenidən yolun kənarı hərəkət etməyə başlamışdır. ünvan 2 ünvanında yerləşən «Araz» marketin qarşısına gəldikdə, marketin qarşısında saxlanılmış dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı avtomobili görmüş, avtomobilə baxarkən isə arxa qapıların kilid yerinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, daha sonra həmin avtomobilin açıq olan qapılarından daxil olaraq oğurluq edib qızı üçün lazımi dərmanları ala biləcəyi barədə fikirləşmiş, ardınca ətrafda heç kəsin onu görməməsinə nəzər yetirdikdən sonra avtomobilin sol arxa qapısının yanına getmiş, qapını açaraq içəri daxil olmuşdur. O, avtomobilin salonunda olarkən cəld pul əldə edə biləcəyi yerləri yoxlamış və ona lazım pulu oğurlayıb dərhal avtomobili tərk etməyi fikirləşmişdir. Bunun ardınca avtomobilin salonunda qabaq sol oturacağın sağ yanında olan saxlanc yerini açmış, orada qara rəngli uzunsov pul kisəsini görərərək açmış və pul kisəsində müxtəlif növ bank kartları və 01 ədəd 100 manalıq əskinas, 01 ədəd 10 manatlıq əskinaz, 01 ədəd 5 manatlıq əskinas olmaqla cəmi 115 manat nağd pul olmasını görmüş, həmin 115 manat pulu götürərək, əynində olan cins şalvarının sağ yan cibinə qoymuş, ancaq başqa heç bir əşya və ya pul götürməmiş, sonra cəld şəkildə avtomobili tərk edib oradan yolun əks tərəfinə keçərək yolun kənarında yerləşən adını xatırlamadığı aptekə daxil olmuşdur. O, aptekdən qızı üçün lazım olan dərmanları almış və həmin dərmanları yaşadığı ünvana aparmışdır. Hazırda etdiyi əməldən peşmandır. Bundan başqa, o, öz ifadəsində qeyd etmişdir ki, təxminən iki aydır ki, şüşə kimi tanınan psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olarkən orada xarici görünüşündən psixotrop maddə istifadəçisinə oxşayan bir nəfəri görüb yaxınlaşaraq həmin şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə istəmiş və yaxınlaşdığı şəxs də psixotrop maddə olan metamfetamini olmasını və həmin metamfetamini ona 30 manata sata bilcəyini demiş, razılaşdıqdan sonra həmin şəxs harasa gedərək təxminən 10 dəqqiqədən sonra qayıdaraq ona bir bükümdə psixotrop maddə olan metamfetamini vermişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat 04:05 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Kabak» restoranının yaxınlığında olarkən ona xidməti avtomobildə polis geyim formasında polis əməkdaşları yaxınlaşmış və ondan şəxsiyyəti barədə məlumatları soruşaraq nə səbəbə həmin yerdə dayanmasını soruşmuşlar. O, polis əməkdaşlarına taksi gözlədiyini bildirmiş, həmin vaxt sifariş etdiyi taksi gəlmiş və o, taksiyə əyləşərək Sabunçu rayonu ünvan 5 ünvanına getmişdir. Həmin gün saat təxminən 04:15 radələrində o, Sabunçu rayonu ünvan 5 ünvanının yaxınlığında olarkən yenidən polis əməkdaşları ona yaxınlaşmışlar. Üzərində psixotrop maddə metamfetamin olduğu üçün həyəcanlanmış, polis əməkdaşları tərəfindən sorğu edilərkən həmin yerə tanışının yanına gəlməsini bildirmiş, lakin Xətai rayonu, Əhmədli qəsəbəsində yaşamasını demiş, həyəcanlı olması polis əməkdaşlarında onun psixotrop maddələr və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı şübhələr yaratmışdır. Həmçinin üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün polis əməkdaşları onu yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. O, buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 13-cü PB-nə getmiş, həmin vaxt fürsət tapıb üzərindəki psixotrop maddə olan metamfetamini tullaya bilməmişdir. Bundan sonra ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmiş, o, etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən 13-cü PB-nin baş təhqiqatçısı tərəfindən ona üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim edilməsi təklif olunmuş, həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş metamfetamini çıxarıb təqdim etmiş və 01 ədəd şəffaf selofanda olan bükülünün içərisindəki maddənin şüşə kimi tanıdığı metamfetamin olmasını, təxminən iki aydır ki, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə etməsini, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə saat 23:45-də Xətai rayonu Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Sonra ondan aşkar edilmiş bir bükümdə metamfetamin baş təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və möhürlənərək imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2022-ci il tarixdə, saat 04:05-də Sabunçu RPİ-nin PPXB-nın polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin yaşayış binasının qarşısında dayandığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən harada yaşadığını soruşduqda vətəndaş Əhmədli qəsəbəsində yaşadığını və taksi gözlədiyini bildirmiş, az sonra həmin şəxsin sifariş etdiyi taksi gəlmiş və yaxınlaşdıqları şəxs taksiyə əyləşərək getmişdir. Onlar xidmətlərini davam etdirərkən təxminən 10 dəqiqə sonra Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində hərəkətdə olarkən həmin şəxsin 29 saylı binanın qarşısında dayanmasını görüb təkrar olaraq yaxınlaşaraq nə səbəbə həmin yerdə dayanmasını və kimi gözləməsini soruşmuşlar. Bu zaman həmin şəxsin suallara qeyri-səmimi cavab verməsi, həmin şəxsin gecə vaxtı Bakıxanov qəsəbəsində müxtəlif ünvanlarda olması, ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar onlarda şübhə yaratdığı üçün saxladıqları şəxsi Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər və polis bölməsində müəyyən edilmişdir ki, saxladıqları şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxsdur. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zərurəti yarandığından raportla bölmə rəisinə məruzə edib həmin şəxsi təhvil vermişlər. Bundan sonra bölmənin baş təhqiqatçısı, polis mayoru Elşən Quliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş, sonuncu şübhəli şəxs qismində tutulmuş, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt təhqiqatçı Elşən Quliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş əşyalar və ya maddələr olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş kütləni, bir ədəd "Redmi” və bir ədəd «Samsung» markalı mobil telefonları çıxarıb təqdim etmiş, bildirmişdir ki, 01 ədəd şəffaf selofanda olan bükülünün içərisindəki maddə şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamindir, təxminən iki aydır psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edir, telefonlar isə özünə məxsusdur, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nın polis nəfəri Şahid2 ifadəsində Şahid1 tərəfindən göstərilənlərlə eyni oxşar ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs iştirak etmədiyindən və onun iştirakını təmin etmək mümkün olmadığından proses iştirakçlarının razlığı ilə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri və cinayət nəticəsində ona dəymiş ziyanın Təqsirləndirilən şəxs valdieynləri tərəfindən ödənilməsinə və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair ərizəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 05:15-dən 05:30-dək olan müddətdə 13-cü polis bölməsində Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən sonuncu əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kristal şəkilində, spesifik qoxuya malik bükümü təqdim edərək həmin bükümdə olan maddənin “şüşə” deyilən narkotik maddə olduğunu bildirmişdir ( i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 6/2121 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,408 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 37- 39). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2-də yerləşən “Araz” marketin qarşısıdır. Hadisə yerində dövlət qeydiyyat nişanı **-EG-*** olan “Mercedes” markalı avtomobil dayanmışdır. Avtomobilin qapıları açıq vəziyyətdədir. Avtomobilə baxış zamanı avtomobilin qapı və pəncərələri zədələnməmiş və sındırılmamışdır. Vətəndaş Zərərçəkmiş şəxs bir daha təsdiq edərək bildirmişdir ki, 28 fevral 2022-ci il tarixdə, saat 01 radələrində avtomobilində 850 ABŞ dolları və 350 AZN məbləğində pul vəsaitinin oğurlanmasını aşkar etmişdir (i.v.101-103). “Diskə baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022ci il tarixdə, saat 14:53:44-də ünvan 7 ünvanında yerləşən “Araz” marketin qarşısındakı parklanma yerində saxlanılmış soldan ikinci qara rəngli “Mersedes” markalı avtomobilə əynində qara rəngli şalvar və qara rəngli gödəkcə olan şəxs əlində mobil telefon danışaraq avtomobilin sol arxa qapısını açaraq avtomobilə daxil olmuş və bir müddət sonra həmin şəxs avtomobildən düşərək cəld şəkildə yolun əks tərəfinə keçib hadisə yerindən uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əynində qara rəngli şalvar və qara rəngli gödəkcə geyinmiş şəxsin özü olmasını bildirmişdir (i.v. 162). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji eksperizasının 02 iyun 2022 il tarixli, 2922 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür ( i.v. 201-202). “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1 və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd bükümdə təmiz çəkisi 0,408 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,358 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk iş üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs avtomobilindən oğurluq etməsinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk iş üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ***-***-**-** nömrəsi ilə istifadə edilən “Redmi” markalı və üzərində nömrə istifadə edilməyən “Samsung” markalı mobil telefonların iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncunun atası Elman Həsənova qaytarılması nəzərə alınmışdır (i.v.206-215). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, müvafiq istintaq hərəkətlərinin protokolları, AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli olması isə təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin görüntüsünü əks etdirən DVD diskdə olan görüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14 aprel 2022-ci il tarixdə, saat 04:15-də tutulmuşdur (i.v. 14). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 4(008)-311/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v 75-77). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.82). 105260 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2017-ci il təvəllüdlü X1 adlı azyaşlı övladı var (i.v.188) 258617 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2013-cü il təvəllüdlü X4 adlı övladı var (i.v.189). 258616 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2008-ci il təvəllüdlü X2 adlı övladı var (i.v.190). Zərərçəkmiş şəxs tərəfindən 08 iyun 2022-ci il tarixdə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan Təqsirləndirilən şəxs valideynləri tərəfindən ona ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (i.v.200). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyul 2022-ci il tarixli, 4(008)-585/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (i.v. 268-271). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 272-274). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının (01 mart 2017-ci il təvəllüdlü X1) olmasını (AR CM-nin 59.1.4-cü maddəsi), əvvəlki nikahdan azyaşlı və yetkinlik yaşına çatmayan övladlarının (16 aprel 2013-cü il təvəllüdlü X4 və oğlunun 05 aprel 2008-ci il təvəllüdlü X2) olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti olaraq 02 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 14 aprel 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 28 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 ay 26 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 10 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,358 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-680/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-680/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver