Məhkəmə qərarları › İş №1(008)-680/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-680/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-680/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalid oğlunun, Zərərçəkmiş şəxs Əbülfəz oğlunun, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 17 mart 2023-cü il tarixdə, saat 02:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs Əbülfəz oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi evinin hasarından aşmaq yolu ilə evin həyətinə qanunsuz daxil olmaqla evin həyətindən ümumilikdə dəyəri 100 manat olan 02 ədəd 1 metr hündürlükdə 200 İt. həcmli dəmir çəlləklərin, ümumi dəyərləri 800 manat olan uzunluqları 50 sm-dan 2 metrədək olan müxtəlif ölçülü və diametrli çoxsaylı dəmir boruların, ümumi dəyəri 800 manat olan 70 ədəd müxtəlif ölçülü lay dəmirlərin, ümumi dəyəri 400 manat olan dəmir ayaqaltıların, ümumi dəyəri 200 manat olan 35 ədəd 50x70 sm ölçülü dəmir barmaqlı çəpərlərin, ümumi dəyəri 200 manat olan 50 ədəd müxtəlif ölçülü və diametrli dəmir boruların, ümumi dəyəri 100 manat olan künclük və üçlüklərin, həmin həyətdə inşa edilmiş fermadan isə dəyəri 250 manat olan 01 ədəd taxta kəsən rəndənin, dəyəri 550 manat olan 01 ədəd taxta kəsən avadanlığın, ümumi dəyəri 70 manat olan 04 ədəd dəmir çarpayıların başlıqlarının, dəyəri 90 manat olan 01 ədəd dəmir manqalın, dəyəri 70 manat olan 60 metr uzunluqda aliminium materialdan hazırlanmış elektrik naqilinin, dəyəri 250 manat olan 300 metr uzunluqda olan mis materialdan hazırlanmış elektrik naqilinin, ümumi dəyərləri 120 manat olan dəmir lomlar və müxtəlif təmir- tikinti alətlərini gizli talamaqla əmlak sahibi Zərərçəkmiş şəxs Əbülfəz oğluna ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi zərər vurub oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 0,916 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin yaxınlığında saxlanılıb saxlanılıb 15-ci PB-yə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi- 0,916 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvələrində maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində sahibini tanımadığı və yaşayış olmayan fərdi evi görmüş, bu səbəbdən oğurluq etmək məqsədi ilə həmin fərdi evin hasarından aşmaq yolu ilə evin həyətinə daxil olmuş, həyətdə 02 ədəd 1 metr hündürlükdə təxminən 200 litr həcmli işlənmiş dəmir çəlləkləri, uzunluqları təxminən 50 sm-dan 2 metrədək olan müxtəlif ölçülü və diametrli çoxsaylı işlənmiş dəmir boruları, 50+120 sm ölçüdə olan təxminən 60-70 ədəd işlənmiş müxtəlif lay dəmirləri, dəmir ayaqaltıları, təxminən 30-35 ədəd 50+70 sm ölçülü işlənmiş dəmir barmaqlı çəpərləri və təxminən 40-50 ədəd müxtəlif ölçülü və diametrli işlənmiş dəmir boruları, künclük və üçlükləri gördüyünü, bundan sonra həyətdə inşa edilmiş tövləyə daxil olduğunu, oradan 02 ədəd işlənmiş taxta kəsən avadanlıqları, 04 ədəd işlənmiş dəmir çarpayıların başlıqlarını, 01 ədəd köhnə dəmir manqalı, təxminən 50-60 metr uzunluqda aliminium materialdan hazırlanmış elektrik naqilini, təxminən 250-300 metr uzunluqda olan mis materialdan hazırlanmış elektrik naqilini, dəmir lomlar və müxtəlif işlənmiş təmir-tikinti alətlərini götürüb həyətdə bir yerə topladığını, sonra bütün əşyaları hasardan çölə atmış, bundan sonra isə özü hasardan çöl tərəfə keçərək hər iki taxta kəsən avadanlıqları və digər əşyaları idarə etdiyi avtomobilin yük yerinə və avtomobilin salonuna yığaraq oradan uzaqlaşmışdır. Həmin gün, səhər saatlarında oğurladığı taxta kəsən avadanlıqlardan başqa digər əşyaları yaşadığı Kürdəxanı qəsəbəsində tanımadığı “dəmir yığan” şəxslərə ümumilikdə 100 manata satmış, əldə etdiyi 100 manatı isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Taxta kəsən avadanlıqları isə yaşadığı evə aparmışdır.Bundan başqa, o, müxtəlif vaxtlarda qısa fasilələrlə təxminən 6 ilə yaxındır ki, narkotik vasitə heroin istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almış, sonuncu dəfə 22 mart 2023-cü il tarixdə, təxminən saat 10.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yalnız üzdən tanıdığı, adını və soyadım bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroin alıb əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibinə qoymuş və istifadə etmək üçün üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivinə gəlmişdir. 22 mart 2023-cü il tarixdə, saat 15.20 radələrində ünvan 2in yaxınlığında piyada hərəkət edərkən iki nəfər milki geyimdə olan şəxslərin ona yaxınlaşıb Sabunçu RPİ 15-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirərək ondan adını, soyadını, eləcə də üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə olub-olmamasını soruşmuşlar, polis əməkdaşlarının bu barədə məlumatlarının olduğunu başa düşüb üzərində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşlarının onlarla birlikdə 15-ci Polis bölməsinə getməyini təklif etmişlər, o, buna etiraz etməmiş və polis əməkdaşlarının təklifi razılaşaraq onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından birinin ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddələrin istifadəsində şübhəli bilindiyi üçün Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığı və polis bölməsinə gətirildiyi bildirilmiş, bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edərək vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olması izah edilmiş, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasım soruşulmuş, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin polis əməkdaşı üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra həmin bükümün polis əməkdaşı tərəfindən açıldıqda içərisindən öz istifadəsi üçün aldığı narkotik vasitə heroinin aşkar edilmiş, həmin polis əməkdaşı ondan təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşmuş, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə heroin olduğunu, eləcə də həmin narkotik vasitəni 22 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yalnız üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edillərək ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin olan büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əbülfəz oğlu ifadəsində göstərmişdir ki, 2007-ci ildə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış masssivində yerləşən torpaq sahəsində fərdi ev inşa etdirir. 22 mart 2023-cü il tarixdə, saat 10.00 radələrində həmin yaşayış olmayan evinə getmiş, bu zaman evinin həyətindən ümumilikdə dəyəri təxminən 100 manat olan 02 ədəd 1 metr hündürlükdə 200 İt. həcmli dəmir çəlləklərin, ümumi dəyərləri təxminən 800 manat olan uzunluqları 50 sm-dan 2 metrədək olan müxtəlif ölçülü və diametrli çoxsaylı dəmir boruların, ümumi dəyəri təxminən 800 manat olan 50x120 sm olan 70 ədəd müxtəlif ölçülü lay dəmirlərin, ümumi dəyəri təxminən 400 manat olan dəmir ayaqaltıların, ümumi dəyəri təxminən 200 manat olan 35 ədəd 50x70 sm ölçülü dəmir barmaqlı çəpərlərin, ümumi dəyəri 200 manat olan təxminən 50 ədəd müxtəlif ölçülü və diametrli dəmir boruların, ümumi dəyəri təxminən 100 manat olan künclük və üçlüklərin, həmin həyətdə inşa edilmiş tövlədən isə dəyəri təxminən 250 manat olan 01 ədəd taxta kəsən rəndənin, dəyəri təxminən 550 manat olan 01 ədəd taxta kəsən avadanlığın, ümumi dəyəri təxminən 70 manat olan 04 ədəd dəmir çarpayıların başlıqlarının, dəyəri təxminən 90 manat olan 01 ədəd dəmir manqalın, dəyəri təxminən 70 manat olan 60 metr uzunluqda aliminium materialdan hazırlanmış elektrik naqilinin, dəyəri təxminən 250 manat olan 300 metr uzunluqda olan mis materialdan hazırlanmış elektrik naqilinin, ümumi dəyərləri təxminən 120 manat olan dəmir lomlar və müxtəlif təmir-tikinti alətlərinin oğurlandığını, qeyd edilən oğurluq hadisəsi nəticəsində ona ümumilikdə təxminən 4.000 manat məbləğində maddi ziyan dəydiyini aşkar etmişdir. Oğurlanmış əmlaklardan 600 manat dəyərində olan iki avadanlıq ona qaytarılmışdır. Zərərin qalan hissəsinin ödənilməməsinə baxmayaraq o, təqsirləndirilən şəxslə barışır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə 15-ci Polis bölməsinə Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələri əldə edərək istifadə etməsi, üzərində saxlanması və daşıması, eləcə də qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən daxil olmuş məlumat PB-nin rəhbərliyə raportla məruzə olunmaqla yoxlanılması məqsədi ilə “Əməliyyat- X2” Azərbaycan Respublikasının Qanununun 10, 11 və 12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, Sabunçu RPİ 15-ci PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 və onun özümdən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 15.20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivinə gedərək məlumatda göstərilən Təqsirləndirilən şəxs müəyyən etmişlər. Ona yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirib onu 15-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə 15-ci PB-yə gəlmiş, onu PBnin Növbətçi Hissəsinə təhvil vermişlər. Şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarışın keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı Fərmail İmanov tərəfindən üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə varsa təqdim etməsinin təklif olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Fərmail İmanov tərəfindən açıldıqda içərisindən açıq qəhvəyi rəngli maddənin aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığım bildirmişdir. Bundan sonra təhqiqatçı Fərmail İmanov tərəfindən Təqsirləndirilən şəxsn aşkar edilərək götürülmüş içərisində qəhvəyi rəngli maddə olan sellofan büküm zərfə qablaşdırılaraq möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin polis sahə inspektoru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı Fərmail İmanov saxlanılan şəxsdən üzərində başqa hər hansı predmetin olub-olmamasını soruşaraq özü saxlanılan şəxsin üzərini bir daha yoxlamış, əlavə yoxianış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə üçün əldə etməsi barədə sual vermiş, sonuncu narkotik vasitənin istifadəçisi olduğunu və öz istifadəsi üçün həmin gün Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir ( i.v. 27-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 mart 2023cü il tarixli, 6/1704 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün № 168” dairəvi möhür əksi olan, ‘Vət. Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,916 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir (i.v. 40-44). “Baxış keçirilməsi haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evdir (i.v.61-67). “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli yaşayış evinin yataq otağından gizlətdiyi bir ədəd “İE-5709B-1” markalı elektrik rəndəsi və bir ədəd “İ3-6009A” markalı taxta kəsən dəzgah götürülmüşdür (i.v.75-76). “İfadənin yerində yoxlanılması haqqında” 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (i.v.123-125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 30 mart 2023-cü il tarixli, 1742 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 126-127). “Maddi sübut kimi tanıma haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.130). “Maddi sübut kimi tanıma haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,916 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq-0,866 qram heroinin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v.131). Azərbaycan Respublikası Ədliyyən Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023cü il tarixli, 9/3572 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əbülfəz oğluna məxsus 01 ədəd üzərində “İE-5709B-1” markalanma göstəriciləri olan rəndənin hazırda 150 manat, 01 ədəd üzərində “İ3-6009A” markalanma göstəriciləri olan, masası və mühərrikləri ilə birlikdə taxta kəsən dəzgahın isə 450 manat dəyərində olmaqla hər iki avadanlığın ümumilikdə dəyərinin 600 manat dəyərində olması müəyyən edilmişdir (i.v.143-146). “Maddi sübut kimi tanıma haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əbülfəz oğluna məxsus 01 ədəd üzərində “İE-5709B-1” markalanma göstəriciləri olan rəndə, 01 ədəd üzərində “İ3-6009A” markalanma göstəriciləri olan, masası və mühərrikləri ilə birlikdə taxta kəsən dəzgah maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v.148). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 22 mart 2023-cü il tarixdə, saat 15:20-dən tutulmuş hesab edilmişdir (i.v. 18). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.114-116) “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.117- 118). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 128-129). AZE 18917757 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2015-ci il təvəllüdlü (X1) uşağı var (i.v.155). Zərərçəkmiş şəxs Əbülfəz oğlu tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM-nin 59.2-ci maddəsi), himayəsində bir azyaşlı uşağının olmasını (AR CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir) nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən azadlıq hüququ məhdudlaşdırılmaqla islah olunmasının mümkün olması qənətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs Əbülfəz oğluna məxsus 01 ədəd üzərində “İE- 5709B-1” markalanma göstəriciləri olan rəndə, 01 ədəd üzərində “İ3-6009A” markalanma göstəriciləri olan, masası və mühərrikləri ilə birlikdə taxta kəsən dəzgah hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs Əbülfəz oğluna qaytarılmalı, (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdən 24 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq üzərində qəti olaraq 04 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,866 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 130 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs Əbülfəz oğluna məxsus 01 ədəd üzərində “İE-5709B-1” markalanma göstəriciləri olan rəndə, 01 ədəd üzərində “İ3-6009A” markalanma göstəriciləri olan, masası və mühərrikləri ilə birlikdə taxta kəsən dəzgah hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs Əbülfəz oğluna qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar