Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-681/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmməd oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşamış, Ağdaş rayon məhkəməsinin 1(014)-131/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları 34 ünvanda yerləşən Zərərçəkmiş şəxs Məmməd oğluna məxsus yaşayış sahəsi olan bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 55 manat dəyərində 1 ədəd ətçəkən maşını, 25 manat dəyərində 1 ədəd elektrik samovarı, 15 manat dəyərində 1 ədəd qaz tənzimləyicini, hər biri 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd dəmir tavaları, hər biri 5 manat olmaqla cəmi 50 manat dəyərində (5 ədəd ərik və 5 ədəd əncir) 10 ədəd 3 litrlik balonda mürəbbələri, hər biri 5 manat olmaqla cəmi 25 manat dəyərində 5 ədəd 1 litrlik balonda olan turşuları, 20 manat dəyərində 1 ədəd qaz balonunu, 40 manat dəyərində 1 ədəd elektrik sobanı və 10 manat dəyərində evin otaqlarının 20 ədəd ehtiyat açarlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda ittiham olunduğu oğurluq əməlini törətməmişdir, hadisə vaxtı başqa yerdə olmuş, üzərində anasının adına olan 055 *** ** ** saylı mobil nömrə olmuşdur, telefon anten dairələri götürülərsə onun hadisə yerində olmaması müəyyən edilə bilər, ona təzyiq olunduğundan istintaq zamanı təqsirini boynuna almışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılır. Həbs edilməzdən əvvəl icarəyə götürdüyü “Chevrolet” markalı, səhv etmirsə **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olmaqla kirayə pulunu və digər xərclərini ödəməkdə çətinlik çəkdiyindən düşünmüşdür ki, məqam düşəndə oğurluq etsin. Belə də olmuş, belə ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində idarə etdiyi “Chevrolet” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları 36 ünvana müştəri aparmış, müştərini düşürərkən görmüşdür ki, həmin yer dalandır, yol kənarı deyil və həmin ünvanın qonşuluğunda olan sonradan ünvanı dəqiq bildiyi Albalı bağları 34 nömrəli bağ evində işıq yanmır. Müştəri tam evinə girdikdən və bir müddət avtomobilində gözlədikdən sonra avtomobilindən düşərək həmin ünvana yaxınlaşmışdır. Evin giriş-çıxış qapısı dəmir darvazadan olsa da, qapının üstündən rahatlıqla həyətə keçmək olmuşdur. O, evin qarşısından dəfələrlə evə boylanmış və müəyyən etmişdir ki, evdə yaşayış yoxdur. Bundan sonra darvazaya dırmaşaraq həyətə keçmiş, həyətdə yertəni ev görmüşdür. Evin giriş-çıxışı seyf qapıdan, ev 2 yataq, 1 qonaq otağından, mətbəxdən və sanitar qovşağından ibarət olmuşdur. Evin pəncərələri həyətə baxırmış, pəncərələr plastikdən olmaqla hər bir pəncərədə ağ rəngə boyanmış çoxda qalın olmayan dəmir barmaqlıqlar olmuşdur. O, həyətdən taxta parçası taparaq həyətə baxan yataq otağının pəncərəsinin dəmir barmaqlıqlarını əli ilə çəkib yerindən qopartmış, taxtanı araya salaraq dəmir barmaqlıqları pəncərədən ayırmış və özündə olan vintaçanla plastik pəncərəni açaraq evə girmişdir. O, evin yataq otağından 1 ədəd ətçəkən maşın, 1 ədəd elektrik samovar, 1 ədəd qaz tənzimləyici, 2 ədəd dəmir tava, 7-8 ədəd 3 litrlik balonda əncir və ərik mürəbbələri, 5 ədəd 1 litrlik balonda olan turşuları, 1 ədəd qaz balonunu, 1 ədəd elektrik sobanı və evin otaqlarının bir top açarlarını götürərək həyətə yığmışdır. Daha sonar həmin əşyaları küçədə saxladığı avtomobilinə yığaraq oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarda, tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxsə təklif etmiş, bildirmişdir ki, əşyalar onundur, uzun müddət kirayədə yaşadığı evi sahibinə təhvil verərək rayona qayıdır. Həmin şəxs əşyaların oğurluq olduğunu bilməmiş, əşyaların hamısına 100 manat pul vermişdir. Oğurladığı açarları metal kimi metal qəbulu yerinə təhvil verəcəyini düşünsə də, 100 manat pul kifayət etdiyindən 5-10 manata görə metal qəbulu yerinə sürmək həvəsində olmadığından açarları xatırlamadığı yerə tullamışdır. Əməlindən peşmandır, əməlinə tənqidi yanaşır(i.v.66-68); Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Məmməd oğlu ifadəsndə göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları 34 ünvanda yerləşən bağ evi ona məxsusdur, həmin ev 6 sot torpaq sahəsinin içərisində yerləşir, 2013-cü ildən tikmiş, ev yertənidir, ev 2 yataq, 1 qonaq otağından, mətbəxdən və sanitar qovşağından ibarətdir. Evin pəncərələri həyətə baxır, pəncərələr plastikdən olmaqla hər bir pəncərədə dəmir barmaqlıqlar var. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları 34 ünvanda yerləşən bağ evində daimi yaşayan yoxdur, bağa yalnız istirahət günlərində gedir. Oğurluq olan ərəfədə Azərbaycanda olmadığından onun adından şikayəti anası etmişdir. Hadisəni aşkar etməzdən əvvəl bağa sonuncu dəfə anası Xalidə Rəhmanova xx.xx.2022ci il tarixdə getmiş, həmin vaxt bağda heç bir dəyişiklik aşkar etməmişdir. Lakin xx.xx.2022ci il tarixdə saat 12 radələrində anası Xalidə Rəhmanova bağ evinə gedərkən müəyyən etmişdir ki, evin yataq otağının pəncərəsinin dəmir barmaqlıqları yerindən qismən çıxarılmış, plastik pəncərə sıxılaraq açılmış, yataq otağından 55 manat dəyərində 1 ədəd ətçəkən maşın, 25 manat dəyərində elektrik samovar, 15 manat dəyərində 1 ədəd qaz tənzimləyici, hər biri 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd dəmir tavalar, hər biri 5 manat olmaqla cəmi 50 manat dəyərində (5 ədəd ərik və 5 ədəd əncir) 10 ədəd 3 litrlik balonda mürəbbələr, hər biri 5 manat olmaqla cəmi 25 manat dəyərində 5 ədəd 1 litrlik balonda turşular, 20 manat dəyərində 1 ədəd qaz balonu, 40 manat dəyərində 1 ədəd elektrik soba və 10 manat dəyərində evin otaqlarının 20 ədəd ehtiyat açarları oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 250 manat ziyan dəymiş, dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq bağları 34 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 04-06); Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022ci il tarixli, 011-12980-1222 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 (Zərərçəkmiş şəxs Məmməd oğluna) məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağlarındakı evində baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerindən götürülmüş 1 ədəd əl izi, xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik təşkil edir(i.v.15-17); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Məmməd oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28-29); Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2023-cü il tarixli məkrubundan görünür ki, verilmiş əməliyyat tapşırığı istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hadisəni Bakı İstintaq Təcridxanasında saxlanılan, Bakı Ağır Cinayətlər Məhkəməsinin balansında olan Təqsirləndirilən şəxs törətmişdir(i.v.41); Şahidin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi yolla Sabunçu RPİ-nin 14-cü PB-nin xidməti avtomobilində, PB-nin əməkdaşları ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq bağları 34 ünvanına gəlinmiş, həmin ünvan mürəkkəb yerdə yerləşsə də, yolu və ünvanı şahid Təqsirləndirilən şəxs yanılmadan göstərmişdir. Daha sonra Teymur Seymurov evin darvazasını göstərərək bildirmişdir ki, həyətə həmin darvazaya dırmaşaraq keçmiş, oğurladığı əşyaları Sabunçu rayon bazarında satmışdır, hadisə yerində çəkilmiş videogörüntü ifadəni yerində yoxlama protokoluna əlavə olunmuşdur(i.v.48-49); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v.58-59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-268/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 02 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Ağdaş rayon məhkəməsinin 1(014)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Ağdaş rayon məhkəməsinin 1(014)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü 06 mart 2023-cü il tarixdə qüvvəyə minmişdir. Bakcell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ********** saylı nömrə sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə istintaqında ifadənin yerində yoxlanması zamanı çəkilmiş videogörüntünün əks olunduğu diskə baxış zamanı, görüntünün şahidin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, icarəyə götürdüyü “Chevrolet” markalı, səhv etmirsə **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olmaqla kirayə pulunu və digər xərclərini ödəməkdə çətinlik çəkdiyindən düşünmüşdür ki, məqam düşəndə oğurluq etsin. Belə də olmuş, belə ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində idarə etdiyi “Chevrolet” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları 36 ünvana müştəri aparmış, müştərini düşürərkən görmüşdür ki, həmin yer dalandır, yol kənarı deyil və həmin ünvanın qonşuluğunda olan sonradan ünvanı dəqiq bildiyi Albalı bağları 34 nömrəli bağ evində işıq yanmır. Müştəri tam evinə girdikdən və bir müddət avtomobilində gözlədikdən sonra avtomobilindən düşərək həmin ünvana yaxınlaşmışdır. Evin giriş-çıxış qapısı dəmir darvazadan olsa da, qapının üstündən rahatlıqla həyətə keçmək olmuşdur. O, evin qarşısından dəfələrlə evə boylanmış və müəyyən etmişdir ki, evdə yaşayış yoxdur. Bundan sonra darvazaya dırmaşaraq həyətə keçmiş, həyətdə yertəni ev görmüşdür. Evin giriş-çıxışı seyf qapıdan, ev 2 yataq, 1 qonaq otağından, mətbəxdən və sanitar qovşağından ibarət olmuşdur. Evin pəncərələri həyətə baxırmış, pəncərələr plastikdən olmaqla hər bir pəncərədə ağ rəngə boyanmış çoxda qalın olmayan dəmir barmaqlıqlar olmuşdur. O, həyətdən taxta parçası taparaq həyətə baxan yataq otağının pəncərəsinin dəmir barmaqlıqlarını əli ilə çəkib yerindən qopartmış, taxtanı araya salaraq dəmir barmaqlıqları pəncərədən ayırmış və özündə olan vintaçanla plastik pəncərəni açaraq evə girmişdir. O, evin yataq otağından 1 ədəd ətçəkən maşın, 1 ədəd elektrik samovar, 1 ədəd qaz tənzimləyici, 2 ədəd dəmir tava, 7-8 ədəd 3 litrlik balonda əncir və ərik mürəbbələri, 5 ədəd 1 litrlik balonda olan turşuları, 1 ədəd qaz balonunu, 1 ədəd elektrik sobanı və evin otaqlarının bir top açarlarını götürərək həyətə yığmışdır. Daha sonar həmin əşyaları küçədə saxladığı avtomobilinə yığaraq oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarda, tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxsə təklif etmiş, bildirmişdir ki, əşyalar onundur, uzun müddət kirayədə yaşadığı evi sahibinə təhvil verərək rayona qayıdır. Həmin şəxs əşyaların oğurluq olduğunu bilməmiş, əşyaların hamısına 100 manat pul vermişdir. Oğurladığı açarları metal kimi metal qəbulu yerinə təhvil verəcəyini düşünsə də, 100 manat pul kifayət etdiyindən 5-10 manata görə metal qəbulu yerinə sürmək həvəsində olmadığından açarları xatırlamadığı yerə tullamışdır. Əməlindən peşmandır, əməlinə tənqidi yanaşır. Bundan başqa, Şahidin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi yolla Sabunçu RPİ-nin 14-cü PB-nin xidməti avtomobilində, PB-nin əməkdaşları ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq bağları 34 ünvanına gəlinmiş, həmin ünvan mürəkkəb yerdə yerləşsə də, yolu və ünvanı şahid Təqsirləndirilən şəxs yanılmadan göstərmişdir. Daha sonra Teymur Seymurov evin darvazasını göstərərək bildirmişdir ki, həyətə həmin darvazaya dırmaşaraq keçmiş, oğurladığı əşyaları Sabunçu rayon bazarında satmışdır, hadisə yerində çəkilmiş videogörüntü ifadəni yerində yoxlama protokoluna əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı videogörüntüyə baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli protokolda göstərilən xüsusatların görüntü ilə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 011-12980-1222 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 (Zərərçəkmiş şəxs Məmməd oğluna) məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağlarındakı evində baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerindən götürülmüş 1 ədəd əl izi, xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı Saray qəsəbəsində olmuş, üzərində anasının adına olan 055 *** ** ** saylı mobil nömrə olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatların yoxlanması üçün anten dairəsi və giriş-çıxış zəngləri barədə məlumatların verilməsi üçün məhkəmə tərəfindən qərar qəbul edilərək Bakcell MMC-yə göndərilmiş, Bakcell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən ********** saylı nömrənin sorğulanan müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmadığı müəyyən olunmuşdur. Bu da Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə xarakterli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-268/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-268/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, məhkumluğunun olmasını, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Ağdaş Rayon Məhkəməsinin 1(014)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), barəsində həbs qətimkan tədbiri seçiməli, azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 1(014)-131/2022 saylı, 14 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02(iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və onun azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-681/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-681/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver