Məhkəmə qərarları › İş №1(008)-683/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-683/2025

22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-683/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı Knyaz qızının, Təqsirləndirilən şəxs və müdafiəçiləri Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 04 aprel 2025-ci il tarixdə saat 22 radələrində “BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyətdə olan, "xxxx" MMC-yə məxsus “İsuzu” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində Zabrat dairəsi istiqamətinə 40 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməyib hərəkət üçün təhlükə yarandığını gördükdükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin qanunun tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək hərəkət etdiyi istiqamətdə yerdə uzanılı vəziyyətdə olan X6 görüb avtomobili dayandırmayaraq idarə etdiyi yük avtomobilinin ön hissəsi ilə onu vurub, yol örtüyünə sıxıb üzərindən keçərək ehtiyatsızlıqdan İlahə Əhmədovanın baş beyin, onurğa beynin əzilməsi, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları, X döş fəqərəsinin cisminin, sağ l-Vİİİ, sol l-Vİ qabırğaların yerinidəyişən sınıqları, ağciyərin, qaraciyərin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı qançır və sıyrıqları ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən 04 aprel 2025-ci il tarixdə təcili tibbi yardım maşınında ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, avtomobil idarə etmək üçün “BC" kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. O, **-AG-*** dövlət qeydiyyat nişanlı, “İsuzu" markalı, "Avt Logistcs” MMC-yə məxsus avtomobili etibarnamə əsasında idarə etmişdir Belə ki, o, təxminən 7 ay "xxxx" MMC-də sürücü işləmişdir. 04 aprel 2025-ci il tarixdə saat 22 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsi ilə üzü Zabrat dairəsinə tərəf 3 zolaqlı yolun 1-ci zolağıyla, yəni ən soldakı zolaqla saatda təxminən 50 km sürətlə hərəkət etmişdir. Hərəkətdə olarkən onun qarşısında qara rəngli, “Toyota Prius" markalı avtomobil irəliləmişdir. Onun idarə etdiyi avtomobillə qarşısındakı avtomobil arasında təxminən 10-15 metr məsafə olmuşdur. O, “Opel” markalı maşını görməmişdir. Yalnız hadisədən sonra videogörüntülərə baxan zaman həmin nəqliyyat vasitəsinin piyadanı vurduğunu görmüşdür. Piyadanın yola çıxmasını da görməmişdir. Qəflətən “Toyota Prius” markalı avtomobilin maşını sağ tərəfə çəkdiyini görmüşdür. O, çalışsa da nə avtomobili sağa çəkə bilmiş, nə də tormoz versə də saxlaya bilmişdir. Çünki onun avtomobili yük avtomobili olmuşdur. Onu sağa çəkmək və ya minik maşını kimi tormoz edən kimi dərhal saxlanması mümkün deyil. Ona görə də idarə etdiyi avtomobili ilə piyadanı vurmuş və onu təxminən 10 metr yer ilə sürümüşdür. Bundan sonra dərhal avtomobili sağa çəkərək saxlamış və vurduğu piyadanın yanına getmişdir. Bu zaman elə yoldan təcili tibbi yardım maşını keçmiş, o, həmin TTY maşınını saxlatmış və vurduğu piyadanı TTY maşınına yerləşdirmişdir. Həmin şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Sonra həmin şəxs ölmüşdür. Belə bir hadisənin baş verməsini istəməzdi. O, piyadanı son anda gördüyündən onun hadisənin qarşısını almaq imkanı olmamışdır. Məhkəmədən qeyd edilənləri nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü X9 onun doğma qızı olmuşdur. 04 aprel 2025-ci il tarixdə gecə saatlarında ona məlum olmuşdur ki, qızı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və aldığı xəsarətlərdən ölmüşdür. Yol nəqliyyat hadisəsini törədən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o "xxxx" MMC-də sürücü köməkçisi işləmişdir. Onlar mağazalara yük paylayırlar. 04 aprel 2025-ci il tarixdə əraziyə çıxmışlar, işlərini qurtardıqdan sonra şirkətə qayıdarkən sürücü Ərkanın idarə etdiyi **-AG-*** dövlət qeydiyyat nişanlı, “İsuzu" markalı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsi ilə üzü Zabrat dairəsinə tərəf hərəkətdə olmuşlar. O, sürücünün sağındakı oturacaqda əyləşmişdir. Onların qarşısında isə “Toyota Prius" markalı avtomobil irəliləmişdir. Həmin avtomobil ilə aralarında təxminən 10-15 metr məsafə olmuşdur. Həmin avtomobil qəflətən idarə etdiyi avtomobili sağa doğru çəkmişdir. Həmin vaxt yerdə onlar yerdə olan piyadanı görmüşlər. Ərkan çalışsa da, hadisənin qarşısını ala bilməmiş, idarə etdiyi avtomobil ilə yerdə olan piyada qadını vurmuş və təxminən 10 metr məsafədə onu yer ilə sürümüşdür. Bundan sonra Ərkan dərhal avtomobili sağa çəkərək saxlamış və vurduğu piyadanın yanına getmişdir. Bu zaman yoldan təcili tibbi yardım maşını keçmiş, o, həmin TTY maşınını saxlatmış və vurduğu piyadanı TTY maşınına yerləşdirmişdir. Həmin şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmış, sonra məlum olmuşdur ki, xanım dünyasını dəyişmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, onun əlavəsi olan sxemdən və foto şəkildən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Cəlilov küçəsində avtomobil yoluna baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, 1/3196 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə müayinə olunan Təqsirləndirilən şəxs ayıq olmuşdur. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən duracaqda "xxxx"ə məxsus **-AG-*** dövlət qeydiyyat nişanlı, “İsuzu" markalı yük avtomobilinə baxış keçirilmiş, avtomobilin qabaq bamperinin orta hissəsinin zədələndiyi aşkar olunmuş, avtomobilin əl tormoz dəstəyinin, sürət ötürücüsün vəziyyətinin, sükan və idarəetmə sisteminin vəziyyətinin, tormoz sisteminin, işıq sisteminin vəziyyətinin saz vəziyyətdə olduğu qeyd olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, sürücünün babası X8 tərəfindən ona dəymiş maddi və mənəvi zərər tam şəkildə ödənildiyi üçün onun sürücü Təqsirləndirilən şəxs heç bir şikayət, iddia, tələbi yoxdur, gələcəkdə də olmayacaq, onu bağışlayır, onunla barışır, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli 109 nömrəli rəyindən görünür ki, X5 meyiti müayinə edilərkən bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin və onurğa beyninin döş şöbəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin döş şöbəsinə qansızma. Kəllə tağı və əsası sümüklərinin qapalı qəlpəli sınıqları. İkiərəfli hemotoraks (döş boşluqlarına sərbəst qanın yığılması). Hər iki körpücük sümüyünün, onurğanın X döş fəqərə cisminin, sağ l-ll-lll-lV-V-Vİ-Vİl-Vİİİ, sol lll-lİl-lV-V-Vİ qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları. Ağciyərlərin, qaraciyərin, dalağın əzilmiş- cırılmış yaraları. Döş qəfəsinin və qarının yumşaq toxumaların qansızma. Sol said və sol bud sümüklərinin yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər. Dərəcəsinə görə kəllə tağı və əsası sümüklərinin və X döş fəqərə cisminin qapalı qəlpəli sınıqları ilə əlaqədar başbeyin maddəsinin və onurğa beyninin döş şöbəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin döş şöbəsinə qansızma; ikitərəfli hemotoraksa səbəb olmuş qabırğaların çoxsaylı yerini dəyişən qapalı qəlpəli sınıqları ilə əlaqədar ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. - Sol said və sol bud sümüklərinin yerini dəyişən qapalı sınıqları canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa AZ AĞİR zərərvurmanın əlamətlərinə, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir - X5 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyitxanada müayinəsindən 12-14 saat əvvələ uyğun gəlir. - X5 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil ve amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. AR DİN Bakı şəhər Baş Polis İdarəsinin 24 iyun 2025-ci il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl-barmaq izləri Bakı şəhər Baş Polis İdarəsinin X1raşdırılmış “NEC-İBW” sisteminin məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində təqdim olunmuş əl-barmaq əkslərinin xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş X5 əl-barmaq əksləri ilə (İAMAS məlumat bankına daxil olmuş) eynilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 iyul 2025-ci il tarixli 8/1234 saylı rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Opel” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “İsuzu” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti” haqqında Azerbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli 09/109 nömrəli rəyindən görünür ki, X5 meyiti müayinə edilərkən bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin və onurğa beyninin döş şöbəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin döş şöbəsinə qansızma. Kəllə tağı və əsası sümüklərinin qapalı qəlpəli sınıqları. İkiərəfli hemotoraks (döş boşluqlarına sərbəst qanın yığılması). Hər iki körpücük sümüyünün, onurğanın X döş fəqərə cisminin, sağ l-ll-lİl-lV-V-Vİ-Vİl-Vİ11, sol lll-lll-İV-V-Vİ qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları. Ağciyərlərin, qaraciyərin, dalağın əzilmiş- cırılmış yaraları. Döş qəfəsinin və qarının yumşaq toxumaların qansızma Sol said və sol bud sümüklərinin yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər. X5 meyitində aşkar edilən xəsarətlərin xarakter və lokalizasiyasına görə demək olar ki, xəsarətlərdən döş qəfəsinin, qarının sol yarısında dəri və yumşaq toxumalarda qansızma, həmin səviyyədə dalaqda əzilmiş-cırılmış yara və ətrafında geniş ölçüdə hematoma, sol said və sol bud sümüklərinin qapalı sınıqları və həmin səviyyələrdə sıyrıq və qançırlar X9 ayaqüstü vəziyyətdə olarkən hərəkətdə olan "Opel Vectra" markalı avtomobilin qabarıq hissələri ilə vurulub asfalt döşəməyə çırpılması nəticəsində; - baş-beyin maddəsinin və onurğa beyninin döş şöbəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına, onurğa beyninin döş şöbəsinə qansızma; kəllə tağı və əsası sümüklərinin qapalı qəlpəli sınıqları. İkiərəfli hemotoraks (döş boşluqlarına sərbəst qanın yığılması), hər iki körpücük sümüyünün, onurğanın X döş fəqərə cisminin, sağ l-ll-lll- İV-V- Vİ-Vİİ-Vİİİ, sol l-ll-lll-İV-V-Vİ qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları; ağciyərlərin, qaraciyərin, dalağın əzilmiş-cırılmış yaraları, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları isə eyni hərəkət istiqamətində olan "İsuzu" markalı avtomobilin onu vuraraq yol örtüyünə sıxıb üzərindən keçməsi nəticəsində törənə bilərdilər. - X5 meyitində aşkar edilmiş istər ayaqüstü vəziyyətdə ilkin almış olduğu xəsarətlər, istərsə də avtomobilin onu vuraraq yol örtüyünə sıxıb üzərindən keçməsi zamanı törənmiş xəsarətlər hər biri ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və ölümə səbəb ola bilərdilər. - X5 ölümünə bilavasitə səbəb kəllə tağı və əsası sümüklərinin sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyitxanada müayinəsindən 12-14 saat əvvələ uyğun gəlir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli 625/2025 nömrəli rəyindən görünür ki, mərhum İ.E.Əhmədovanın meyitinin məhkəmə-tibbi ekspertizası zamanı baş beyin və onurğa beyninin döş şöbəsinin əzilməsi, baş beyin maddəsinə, yumşaq qişaya və onurğa beyninin döş şöbəsinə qansızma, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları, ikitərəfli hemotoraks, hər iki körpücük, X döş fəqərəsinin cisminin, sağ l-Vİİİ, sol l-Vİ qabırğaların yerinıdəyişən qapalı, qəlpəli sınıqları, ağciyər, qaraciyər və dalağın əzilmiş-cırılmış yaraları, döş qəfəsi və qarının yumşaq toxumalarına qansızma, sol said və sol bud sümüyünün yerinidəyişən qapalı sınıqları, baş, sifət, gövdə, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla, böyük fiziki qüvvəyə malik küt əşyanın (əşyaların) təsirindən yaranmış və qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci ildə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər. Mərhum İ.E.Əhmədovanın meyitinin məhkəmə-tibbi ekspertizası zamanı qeyd edilən xəsarətlərin xarakteri və yerləşmə nahiyəsi nəzərə alınaraq onların yaranma mexanizmini belə izah etmək olar: zərərçəkmiş vertikal və ya ona yaxın vəziyyətdə olarkən ilkin zərbə "Opel Vectra" markalı avtomobillə onun sol said və sol bud, döş qəfəsi və qarnının sol yan səthinə olmaqla sol said və bud sümüyünün qapalı, qəlpəli sınığı, dalağın cırılması, ətrafında böyük hematoma, həmin səviyyədə qançır və sıyrıqlar yaranmış, sonrakı etapda isə digər "İsuzu" markalı yük avtomobilinin onu vurması, yol örtüyü ilə sürükləməsi və üzərindən keçməsi nəticəsində baş beyin, onurğa beynin əzilməsi, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları, X döş fəqərəsinin cisminin, sağ l-Vİİİ, sol l-Vİ qabırğaların yerinidəyişən sınıqları, ağciyərin, qaraciyərin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı qançır və sıyrıqları yaranmışdır, istər "Opel Vectra" markalı avtomobil, istərsə də "İsuzu" markalı avtomobillə yaranmış xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Mərhum İ.E.Əhmədovanın ölümünə səbəb "İsuzu" markalı yük avtomobilinin vurması nəticəsində yaranmış ağır kəllə-beyin travması, baş beyin və onurğa beyninin zədələnməsi, ikitərəfli qabırğa sınıqları, ağciyər və qaraciyərin zədələnməsindən yaranmış hemorragik, travmatik şok olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2025- ci il tarixli 3-13-16/2-84769/2025 saylı məktubundan görünür ki, DİN-in Baş X17i İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1998ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AD 095677 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında yol nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu diskə baxış keçirilmiş və baxış keçirilən zaman diskdə 02 ədəd “250050209" adlı 2 ədəd vıdeogörüntünün olduğu, həmin videogörüntülərdən birinin 19 saniyədən, digərinin isə 23 saniyədən ibarət olduğu, yolun sol kənarından bir nəfər qadın cinsli şəxsin yolu qaçaraq keçməyə başladığı, bu zaman ilk olaraq həmin istiqamətdə irəliləyən minik avtomobilinin avtomobilin sağ qanadı ilə piyadanı vuraraq yerə yıxması, arxadan gələn minik avtomobilinin avtomobili sola çəkərək maneədən yayındığı, piyada yerdən qalxmaq istədikdə ondan sonra gələn yük avtomobilinin həmin piyadanı vurduğu, yol örtüyünə sıxaraq üzərindən keçdiyi və təxminən 10 metr yol örtüyü ilə sürüdüyü müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ifadəsində ondan öncə hərəkət edən “Toyoto Prius” markalı avtomobil ilə ara məsafəsinin 10-15 metr olduğunu, onun avtomobili sağa qaçırtdığını gördüyünü bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid də “Toyoto Prius” markalı avtomobilin onlardan 10-15 metr məsafə öndə olmasını, onun avtomobili sağa çəkdiyini gördüklərini bildirmişdir. Yəni təqsirləndirilən şəxsdən 10-15 metr öndə hərəkət edən avtomobilin sürücüsü maneədən yayınmağı bacardığı halda təqsirləndirilən şəxs də hadisənin qarşısını ala bilərdi və bunun üçün bütün zəruri tədbirləri görməli idi. Təqsirləndirilən şəxs ondan 10-15 metr öndə gedən avtomobilin maşını sağa çəkdiyini gördükdən sonra tormoz edərək avtomobili saxlamağa çalışdığını bildirsə də, videogörüntüdən görünür ki, yük avtomobilinin sürücüsü, yəni təqsirləndirilən şəxs sürətini azaltmadan, gəldiyi sürətlə avtomobili saxlamağa çalışmadan düzünə hərəkət edərək qalxmağa çalışan piyadanı vurmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerində tormoz izləri aşkar olunmamışdır. Eyni zamanda təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil yük avtomobili olmuş və minik avtomobilindən fərqli olaraq hündür avtomobildir, onun piyadanın yola çıxmasını, digər maşının onun vurmasını görməməsini, digər avtomobilin maneədən yayınmasına əhəmiyyət verməməsini məhkəmə etinatsızlıq kimi qiymətləndirir. Yəni şəxs kifayət qədər diqqət və ehtiyatlılıq göstərərək qeyd edilən halları görməli olduğu halda görməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 5-1-ci bəndinə əsasən “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onun şikayətinin və tələbinin olmamasını, hadisədən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar