Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-685/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 aprel 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində sonuncunun özünə məxsus qızıl ziynət əşyalarını saxladığı saxlanc yeri hesab edilən yataq otağındakı paltar dolabında yerləşdirilmiş seyfin qapısını gizlədildiyi yeri əvvəlcədən bildiyi yataq otağındakı paltar dolabının içərisində yerləşdirilmiş paltarların arasında olan açarla açmaqla qanunsuz olaraq seyfə daxil olub oradan 01 ədəd 1500 manat dəyərində qızıl qolbaq, 01 ədəd 1500 manat dəyərində komplekt üzük, sırğa və kulon, 01 ədəd 200 manat dəyərində qızıl üzük, 01 ədəd 370 manat dəyərində ümumi çəkisi 3,56 qram olan, metalı təxminən 900 əyarlı qızıla uyğun olan, asılqan yerinin metalı mis əsaslı ərintidən hazırlanmış, aversində kisi baralyefi və reversində 2007 yazısı olan sarı rəngli metaldan (asılqanlı) kulonu və həmin dövrün məzənnəsi ilə dəyəri 170 manat təşkil edən 100 ABŞ dollarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 3740 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma xalasıdır, Xalası oğlu və anası, yəni nənəsi Zöhrə ilə birlikdə yaşayır. 2024-cü mart ayının sonlarından etibarən bir müddət xalasıgilin evində qalmağa başlamışdır. Təxminən 15 gün xalasıgilin evində qalmışdır. Xalasına məxsus qızıl zinət əşyalarının saxlandığı yeri əvvəldən bildiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Xalası özünə məxsus qızıl zinət əşyalarını yataq otağında yerləşən paltar dolabındakı seyfdə, seyfin açarını isə həmin dolabın içərisində qoyulmuş döşəyin altında saxlamışdır. 07 aprel 2024-cü ilin tarixdə axşam saat 20 radələrində xalası evdə olmayan vaxt xalasına məxsus evin yataq otağında olan paltar dolabının içərisindəki seyfin açarını götürmüş və seyfin qapısını açarla açaraq oradan bir ədəd qızıl qolbaq, 01 cüt sırğa və üzük komplekt, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl kulon və 01 ədəd 100 ABŞ dolları götürüb təxminən bir saatdan sonra evdən çıxmışdır. Oğurluq edən vaxt evdə nənəsindən başqa heç kəs olmamışdır. Oğurladığı qızılları ertəsi gün Zabrat qəsəbəsində, 28 May ərazisində və Neftçilər ərazisində qızıl mağazalarına satmışdır. Belə ki, bir ədəd qızıl kulonu Zabrat qəsəbəsində olan qızıl mağazasında 300 manata, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzüyü 28 May ərazisində fəaliyyət göstərən qızıl mağazasında 500 manata, 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl qolbağı isə Neftçilər metrosu yaxınlığında fəaliyyət göstərən qızıl dükanına 150 manata satmışdır. Həmin qızılları qeyd edilən mağazalarda özünə məxsus olduğunu bildirib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına sərf etmiş, oğurladığı 100 ABŞ dollarını manata dəyişib özü üçün xərcləmişdir. Qızılları satdığı mağazalardan bəzilərinin yerlərini xatırlamır. Çünki, qiymət soruşmaq üçün bir neçə mağazaya girdiyindən hansı mağazada satdığı yadında deyil. Qızıl satdığı şəxsləri əvvəllər tanımamış, onlara qızıl zinət əşyalarının cinayət yolu ilə əldə etdiyini bildirməmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı oğludur. Bu yaxınlarda öyrənmişdir ki, Səbuhi oğurluq hadisələri törətməklə məşğuldur. Ondan sonra onu evinə buraxmamışdır. Səbuhi onların evinə tez-tez gedibgəlmişdir. 07 aprel 2024-cü il tarixdə saat 14 radələrində bazara bazarlıq etməyə getmişdir. Evdə anası və bacısı oğlu Səbuhi qalmışdır. Həmin günü 16 radələrində evə qayıtmışdır. Saat 18 radələrində Səbuhi bir bəhanələr gətirərək halının pisləşməsini bəhanə edib atasının yanına getmişdir. X1 2023-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Səbuhiyə də onlar baxmışlar. Arada da atası ilə qalmışdır. Səhubi evdən çıxdıqdan sonra anasına yığmışdır ki, atasının yanındadır. 16 aprel 2024-cü il tarixdə evdə olan zaman əvvəlcədən paltar dolabında qızılları yerləşdirdiyi seyfdən qızıllarına baxmaq istədikdə qızıllarının orada olmadığını görmüşdür. Həmin seyfdən Səbuhinin açarın yerini bildiyi üçün açıb oğurluq etdiyini bilmişdir. 01 ədəd 1500 manat dəyərində qızıl qolbaq, 01 ədəd ümumi dəyəri 1500 manat olan üzük, sırğa və klon olan komplekt, 01 ədəd 200 manat dəyərində qızıl üzük, 01 ədəd 300 manat dəyərində qızıl kulon və həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dollarının orada olmadığını görmüşdür. Əvvəl ilkin ərizəsində qızıl saatının da oğurlandığını qeyd etmiş, ancaq sonradan həmin saatı oğurlayan zaman evə düşürdüyü üçün tapmışdır. Hadisə nəticəsində ona ümumilikdə 3670 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nizami rayonu, Qara Qarayev prospekti “Waikiki” mağazasının arxa hissəsində yerləşən Ayxan parfumeriya mağazasının daxilində qızılın alışı və zərgərliklə məşğul olur. İşlədiyi dövr ərzində qızılı şəxsiyyəti təsdiq edən sənədlə birlikdə alır. xx.xx.2024-cü il tarixdə iş yerində olan zaman bir nəfər şəxs mağazaya yaxınlaşaraq 01 ədəd özünə məxsus qolbaq olduğunu və onu satmaq istədiyini demişdir. O da həmin vaxtı müştəridən ilkin olaraq şəxsiyyətini təsdiq edən sənədi istəmiş və malın oğurluq olub olmaması barədə soruşmuşdur. Müştəri ona malın oğurluq olmadığını bildirib üzərində olan şəxsiyyəti təsdiq edən sənədi ona təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və 01 ədəd qızıl qolbağı ondan alaraq tərəziyə qoymuşdur. Tərəzidə qızıl qolbağın çəkisi 2.5 qram olmuşdur. Bundan sonra müştəriyə 200 manat pul vermiş və aldığı 01 ədəd qızıl qolbağı aldığı günü 220 manata satmışdır. Sonradan polis şöbəsində ona məlum olmuşdur ki, ona qızıl qolbağı satan şəxs Təqsirləndirilən şəxsdur və o, həmin qızıl qolbağı oğurluq yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxs sözügedən 01 ədəd qızıl qolbağı alan zaman onun həmin qolbağı oğurlaması barədə məlumatı olmamışdır. İşlədiyi dövr ərzində aldığı və satdığı qızıl zinyət əşyalarını heç bir qeydiyyat aparmadan alqı satqı etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 10 ildir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsində yerləşən Zümrüd qızıl alışı satışı məntəqəsində müdir vəzifəsində işləyir. Demək olar ki, hər gün işlədiyi mağazaya qızıl satan və alan şəxslər gəlir, işlədiyi müddət ərzində mağazada aldığı bütün qızılları satan şəxslərin şəxsiyyətini təsdiq edən sənədini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında bir nəfər şəxs mağazaya yaxınlaşaraq özünə məxsus qızılı olduğunu və satmaq istədiyini demişdir. Həmin vaxtı şəxsdən qızılın oğurluq olub-olmaması barədə soruşmuş, həmin şəxs qızılın özünə məxsus olduğunu dedikdən sonra şəxsdən şəxsiyyəti təsdiq edən sənədi soruşmuş və o, şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alıq-satqı qəbzinə qeyd etmişdir. Qızıl alqı-satqısı zamanı müştəriyə təqdim edilən alqı-satqı qəbzində müştəri tərəfindən malın özünə məxsus olması, oğurluq olmamasını təsdiq edən imza edilir. Müştərinin verdiyi 01 ədəd qızıl lirəyə baxmış və çəkisini bilmək üçün tərəziyə qoymuşdur. Tərəzidə qızılın çəkisinin 3.6 qram olduğu müəyyən olunmuşdur. Qızılın çəkisi müəyyən olunduqdan sonra qramını 100 manatdan hesablayaraq həmin şəxsə 300 manat pul vermişdir. Aldığı qızılın oğurluq olduğunu bilməmiş, qızıl alan zaman hər bir sənədləşmə işini yerinə yetirmişdir. Sonradan polis şöbəsində ona məlum olmuşdur ki, ona qızılı satan şəxs Təqsirləndirilən şəxsdur və o, həmin qızılı oğurluq yolu ilə əldə etmişdir(i.v.94-95); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.7-9); təqdim edilmiş maddi sübutun götürülməsi haqqında 03 may 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında yaşadığı ünvanda ona məxsus qızıl zinət əşyalarını oğurlayan Təqsirləndirilən şəxs satdığı 01 ədəd qızıl kulon Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Zümrüd qızılın alqı-satqısı yerinin sahibi Şahid2 götürülmüşdür (i.v.27); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.41); təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad olunması barədə 05 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.75-77); Qətimkan tədbirinin seçilməsi haqqında 05 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.78-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.96-97); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2693-9/3730 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan (asılqanlı), aversində kisi baralyefi və reversində 2007 yazısı olan kulon - metalı təxminən 900 əyarlı qızıla uyğundur, asılqan yerinin metalı mis əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 3,56 qramdır. Ekspertiza tədqiqatına təqdim edilən kulonun (asılqanlı) 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 370,0 manat müəyyən edilir (i.v.98-101); Maddi sübut kimi tanımaq haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, ümumi çəkisi 3,56 qram olan, metalı təxminən 900 əyarlı qızıla uyğun olan, asılqan yerinin metalı mis əsaslı ərintidən hazırlanmış, aversində kisi baralyefi və reversində 2007 yazısı olan 1 ədəd sarı rəngli metaldan (asılqanlı) kulon iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.105); Qəbzdən görünür ki, 01 ədəd ümumi çəkisi 3,56 qram, metalı təxminən 900 əyarlı qızıla uyğun olan, asılqan yerinin metalı mis əsaslı ərintidən hazırlanmış, aversində kişi baralyefi və reversində 2007 yazısı olan sarı rəngli metaldan(asılqanlı) kulon Zərərçəkmiş şəxs saxlanması üçün təhvil verilmişdir(i.v.148); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 20 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-627/22 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X2 xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı həm məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-627/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən yenidən eyni cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 03 may 2024-cü il tarixdən 05 may 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, maddi sübut-1 ədəd sarı rəngli metaldan (asılqanlı) kulonun sahibinə qaytarılması nəzərə alınmalı, 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- 1 ədəd sarı rəngli metaldan (asılqanlı) kulonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-685/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-685/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver