Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-686/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Ləhiş Bağlan” yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddələrə tələbatını təmin etmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi şəxsi istehlak miqdarından artıq miqdarda, 3,618 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi Ləhic Bağ massivə qədər daşımış və 23 mart 2022-ci il, saat 18 radələrində Sabunçu rayon polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Ləhic Bağ massivində küçədə özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gətirilib, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümün içərisində ümumi təmiz çəkisi 3,618 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan “mariuxuana” qəbul edir, narkotik vasitəni Bakı şəhəri ərazisində adlarını bilmədiyi ayrı-ayrı şəxslərdən alıb istifadə etmişdir. Tutulmamışdan təxminən 2 gün əvvəl o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olarkən bir nəfər şəxsin “şüşə” kimi tanıdığı maddəni satdığını eşitmişdir. Həmin maddə haqqında eşitdiyindən maraq üçün həmin maddədən almışdır ki, gələcəkdə istifadə etsin. Bu məqsədlə həmin tanımadığı şəxsə 40 manat pul ödəmiş və 1 ədəd şəffaf bükümə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin alıb əynindəki gödəkçənin cibində qoyub saxlamışdır ki, gələcəkdə istifadə etsin. 23 mart 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic Bağ massivində küçədə olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və ona Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını demişdirlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdirlər. Bu zaman üzərində psixotrop maddə olan “şüşə” kimi tanıdığı metamfetamin olduğundan həmin polis əməkdaşlarından yayınamağa çalışmış və üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Həmin zaman polis əməkdaşları ondan şübhələnib, onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişdirlər. Bundan sonra polis əməkdaşları onun razılığı ilə Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, orada onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuşdurlar və hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən sellofan kəsiyinə bükülmüş “şüşə” kimi tanıdığı maddəni, 1 ədəd “ X5 11” markalı mobil telefonu və siqaretini təqdim etmişdir. Həmçinin əynində olan şalvarın arxa cibində olan 15 manat pulunu və 2 ədəd alışqanları da təqdim etmişdir. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmışlar, lakin hər hansı əlavə maddə aşkar olunmamışdır. O, həmin “şüşə”-ni iki gün əvvəl Balaxanı qəsəbəsində yaşayan tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 40 manata aldığını demişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılıb baxış keçirilmiş və baxış keçirildikdən sonra qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin 14-cü PB-nin sahə inspektoru vəzifəsində işləyən, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs məlum hadisəyə qədər tanımamışdır. 23 mart 2022-ci il tarixdə, saat 18 radələrində Şahid1 ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi Ləhic bağ massivində xidmətdə olarkən bir nəfər kişi cinsinə məxsus arıq bədən quruluşlu şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşdıqdan sonra özlərini təqdim edib, şəxsiyyəti təsdiq edən sənədin təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirib onlardan yayınmağa çalışmışdır. Həmçinin həmin şəxs nəsə gizlətməsi onlarda şübhələr yaranmışdır. Həmin şəxs onlara dağınıq cavablar verib, nədənsə narahat olduqunu, tez bir zamanda onlardan yayınıb getmək istədiyini görmüşlər. Həmin şəxsin özünü üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnib həmin şəxsi Sabunçu RPİ-nin 14-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyib onlarla 14-cü PB-nə gəlmiş və onlar Polis bölməsində şöbəsində həmin şəxsin xx.xx.1997-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Ləhiş Bağlan” yaşayış massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən etmişlər. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etmişlər, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, müdafiə hüquqları izah edilib müdafiəçi dəvət edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi izah olunub ona qərar elan edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra videoçəkiliş ilə üzərində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Əvvəlcə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd mobil telefon, 1 qutu siqaret və 1 ədəd şəffaf sellofana bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və sol yan cibindən 2 ədəd alışqanları çıxarıb təqdim etmişdir. Daha sonra əynində olan şalvarın arxa sol cibindən 3 ədəd 5 manatlıq pulları çıxarıb təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və bükümün içərisində ağ rəngdə kristal formalı maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, həmin maddənin “şüşə” kimi tanıdığı maddə olduğunu və iki gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Həmin maddə zərfə qoyulub qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Xiomi Redmi 11” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür.Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak etməyən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi proses iştirakçılarının razılığı ilə məhkəmə iclasında elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə vardırsa könüllü təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf selafonın içərisində qara siqaret kağızında büküm təqdim etmiş. Şəffaf rəngli selofanın içərisində qara rəngli siqaret kağızının içərisində narkotik vasitəyə bənzər ağ rəngli kristal formada kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını bildirmiş, sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk protokola əlavə olunmuşdur ( i.v. 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 24 mart 2022-ci il tarixli, 6/1630 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs...» yazısı olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə bükümdə təmiz çəkisi 3,618 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafitamindir (i.v.36-39). “Maddi sübut kimi tanıma haqqında” 30 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmış 3,618 qram ağ rəngli kristalşəkilli ksutar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut hesab olunmuş, tədqiqata sərf edilməsi nəzərə alınmaqla qalıq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.73). Predmetə baxış keçirilməsi haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “X5 11”markalı mobil telefonun zənglər qovluğuna, “Whatsapp” ani mesajlaşma proqramına və mesajlar qovluğuna baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı yazışma, səsli mesaj və zənglər aşkar edilməmişdir (i.v.75). “Şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirmək haqqında” 10 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 24 mart 2022-ci il tarixdə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş maddə vardırsa könüllü təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf selafonın içərisində qara siqaret kağızında büküm təqdim etmiş. Şəffaf rəngli selofanın içərisində qara rəngli siqaret kağızının içərisində narkotik vasitəyə bənzər ağ rəngli kristal formada kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını bildirmiş, sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm qablaşdırılaraq götürülmüşdür (i.v 77-78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 1445 saylı, 28 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.82-83). “Diskə baxış keçirilməsi haqqında” 10 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aparılan danışıqları, rabitə və digər texniki vasitələrə ötürülən məlumatları əks etdirən 01 ədəd CD diskə “HP” markalı komputerin oxuyucusuna daxil edilməklə baxış keçirilmiş, baxış zamanı diskdə 04 ədəd faylın olması müəyyən edilmiş, hər bir fayla baxış keçirilmiş, həmin fayllarda narkotik vasitə və psixotrop maddənin alış-satışı ilə bağlı hər hansı “SMS” yazışması, danışıqlar və digər məlumatlar aşkar edilməmişdir (i.v.113). Sübutların qiymətləndirilməsi haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin iş üzrə maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış maddənin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk iş üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman aşkar edilmiş “X5 11” markalı mobil smartfon iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut qismində tanınmamış və məhkəmə hökmü qanuni qüvvəsini alanadək sahibinə qaytarılması nəzərə alınmışdır ( i.v. 116-124). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 23 mart 2022-ci il tarixdə, saat 18:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 15). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Hilal Rüstəmovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.62-64). “Qətimkan tədbiri seçilməsi haqqında” 25 mart 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.65). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 98-99). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk və 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdən 25 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan 3,568 qram Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk və cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-686/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-686/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver