Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-686/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Baki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan-Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 05 aprel 2024-cü il tarixdə, saat 20 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 150 manat olan, uzunluğu 1 metr 92 santimetr, eni 70 santimetr olan 01 ədəd dəmir qapını və hər birinin dəyəri 100 manat, ümumi dəyəri 400 manat olan, hər birinin uzunluğu 2 metr 45 santimetr, eni 70 santimetr olan 04 ədəd dəmir barmaqlığı (reşotka) gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç bir oğurluq cinayəti törətməmişdir. Oğurlanmış əşyaları o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda piyada keçərkən Şahid3 yanında görmüşdür. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onun oğurluq etdiyini bildirmişlər. O, polis əməkdaşlarına oğurluq etmədiyini, sadəcə küçədən keçdiyini bildirsə də, onu dinləyən olmamışdır. Həmin vaxt Şahid3 onun çiynindən möhkəm vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda həyətyanı sahəsi vardır. Həmin ərazidə ona məxsus olan bir sıra dəmir qapı və dəmir barmaqlıqlar saxlayır. 05 aprel 2024-cü il tarixdə saat 20 radələrində həmin evinə baş çəkmək üçün getmişdir. Həyətə daxil olduqda onun mobil telefonuna qonşuluqda yaşayan Şahid3 zəng edərək həyətində olan dəmir barmaqlığın oğurlandığını, həmin şəxsi saxladığını bildirmişdir. Həyətə baxdıqda bir ədəd dəmir qapı və səkkiz ədəd dəmir barmaqlığın yerində olmadığını görmüş və dərhal Sabunçu RPİ-nin 12-ci PŞ-yə yaxınlaşaraq bu barədə şikayət ərizəsi yazmış və izahat ver, eləcə də oğurluq edən şəxsin hadisə yerinə yaxınlıqda olduğunu bildirmişdir. Şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Bu zaman artıq Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının həyətindən oğurluq edən şəxsi saxladıqlarını bilmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs onu görən zaman oğurluq etdiyini qeyd edərək cinayət törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 05 aprel 2024-cü il tarixdə saat təxminən 20 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində bir nəfər şəxsin həyətyanı sahədən dəmir barmaqlıq və dəmir qapı oğurlaması, həmin şəxsin hadisə yerinin yaxınlığında oğurladığı əmlaklarla birlikdə olması barədə məlumat daxil olmuş, məlumat əsasında Şahid1 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna yollanmışlar və sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs yerini müəyyən edərək ona yaxınlaşmışlar. Özlərini polis əməkdaşları kimi təqdim edərək, ona oğurluqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs dəmir qapı və barmaqlıqları oğurladığını etiraf etmiş, bundan sonra onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirib aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 aprel 2024-cü il tarixdə, saat təxminən 20 radələrində yaşadığı qəsəbədə olan zaman bir nəfər tanımadığı şəxsin özünü şübhəli apardığını və çətinliklə belində bir neçə dəmir barmaqlıq daşıdığını görmüşdür. Həmin şəxsi əvvəllər görmədiyi üçün ondan şübhələnib onun oğurluq etdiyini başa düşmüşdür. Həmin şəxsə yaxınlaşıb belində olan dəmir barmaqlıqların kimə məxsus olduğunu soruşduqda həmin şəxs özünə məxsus olduğunu bildirmişdir. Dəmir barmaqlıqlara baxdıqda onların qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus həyətdən oğurlandığını bilmişdir. Ona bildirmişdir ki, ona da dəmir barmaqlıq lazımdır, əgər münasib qiymətə satarsa alar. Həmin şəxs dəmir barmaqlıqlardan əlavə bir ədəd dəmir qapı da olduğunu, bir qədər aralıda həyətyanı sahənin qarşısında qoyduğunu, hamını birlikdə 50 manata sata biləcəyini bildirmiş və o, həmin şəxslə razılaşmışdır. Ona evinin yaxınlıqda olduğunu, üzərində pul olmadığını, gedib evdən pul gətirəcəyini bildirmişdir. Məqsədi vaxt qazanaraq həmin vaxt ərzində Zərərçəkmiş şəxs məlumat vermək olmuşdur. Həmin şəxs onunla razılaşdıqdan sonra dərhal oradan aralanmış və Namiqə zəng edərək bu barədə bildirmiş və həmin şəxsin dəmirlərlə birlikdə onu gözlədiyini demişdir. Namiq yaxınlıqda olduğunu, elə özünə məxsus həyətyanı sahəyə baş çəkmək üçün gəldiyini bildirmişdir. Sonradan bilmişdir ki, Namiq həyətinə baş çəkərək özünə məxsus dəmirlərin oğurlandığını görmüş və dərhal polis şöbəsinə gedib ərizə yazmış, polis əməkdaşları vaxt itirmədən əraziyə gələrək həmin şəxsi saxlamışlar. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayır. Şahid1 ilə məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən həyətyanı sahədir. Sahə dörd tərəfdən hasarla əhatə olunmuşdur (i.v. 06-08). “Götürülmə barədə” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd dəmir qapı və 04 ədəd dəmir barmaqlıqlar hadisə baş verən ərazidə nömrəsiz fərdi evin qarşısından götürülmüşdür (i.v.13-14), “Maddi sübut kimi tanıma haqqında” 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəmir qapı və 04 ədəd dəmir barmaqlıqlar maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır (i.v.84). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli, 3-13-11/2-4891/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında vət. Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (Şüşə butulkadan götürülmüş) (ADİS-in məlumat bankına Sabunçu RPİ və İHOSMT-dən daxil olan), xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyən edilməmişdir. (i.v.96). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2024-cü il tarixli, 9/3598 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların (01 ədəd dəmir qapı və 04 ədəd dəmir barmaqlıqlar) istifadədə olmaları nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 550,00 manat müəyyən edilir (i.v.111-113). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ittihamda göstərilən ünvandan oğurluq etmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 05 aprel 2024-cü il tarixdə, təxminən saat 20 radələrində oğurluq etmək üçün əlverişli yer axtarmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda piyada gəzmişdir. Bu zaman həyətyanı sahəsi olan bir yer diqqətini çəkmişdir. Ətrafa nəzər yetirərək heç kəsin olmadığından əmin olduqdan sonra hasardan içəri tullanmışdır. Orada olan bir ədəd balaca dəmir qapını və dörd ədəd dəmir barmaqlığı götürərək hasardan çölə tullamışdır. Daha sonra özü də oradan çıxmış və oğurladığı dəmir qapı və barmaqlıqlar ağır olduğundan onları bir bir ərazidən kənara daşıyıb yaşayış olmayan bir həyətin qarşısında qoymuşdur. Bu zaman bir nəfər şəxs ona yaxınlaşaraq həmin dəmir qapı ilə dəmir barmaqlıqların onun olub-olmadığını və satmaq istəyib-istəmədiyini soruşmuş, o da həmin dəmir qapı və barmaqlıqların özünə məxsus olduğunu, satmaq istədiyini bildirmişdir. Həmin şəxslə 50 manata razılaşdıqdan sonra həmin şəxs ona pul gətirməyə gedəcəyini bildirib onu gözləməyini xahiş etmişdir. Oğurladığı əmlaklar ağır olduğundan onları başqa yerə daşıdığı üçün yorulmuş, bu səbəbdən həmin yerdə bir müddət sözügedən həmin şəxsi gözləmişdir. Bir xeyli vaxt keçdikdən sonra ona polis əməkdaşları yaxınlaşaraq onun oğurluqda şübhəli olduğunu bildirib Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Daha sonradan ona məlum olmuşdur ki, ona yaxınlaşan şəxs ondan şübhələnib polislərə məlumat vermişdir. Artıq oradan uzaqlaşdıqdan bir xeyli vaxt keçdikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin sözügedən dəmir qapı və dəmir barmaqlıqları bir qədər aralıda ətrafda adamların olmadığı yerə daşıyıb ondan almaq istəyən şəxsin gəlməsini gözləmişdir. Həmin şəxs gəlib çıxmamış, polis əməkdaşları ona yaxınlaşanda bilmişdir ki, artıq ifşa olunmuşdur. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən həm zərərçəkmiş, həm də şahidlərin hər biri Təqsirləndirilən şəxs oğurluqdan qısa müddət sonra yaxalanan zaman törətdiyi cinayət əməlini etiraf etdiyini bildirmişlər. Bundan savayı, “Götürülmə barədə” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd dəmir qapı və 04 ədəd dəmir barmaqlıqlar hadisə baş verən ərazidə nömrəsiz fərdi evin qarşısından götürülmüş, Şahid3 isə ifadəsində 05 aprel 2024-cü il tarixdə, saat təxminən 20 radələrində yaşadığı qəsəbədə olan zaman bir nəfər tanımadığı şəxsin özünü şübhəli apardığını və çətinliklə belində bir neçə dəmir barmaqlıq daşıdığını gördüyünü, həmin şəxsə yaxınlaşıb belində olan dəmir barmaqlıqların kimə məxsus olduğunu soruşduqda həmin şəxsin özünə məxsus olduğunu bildirdiyini, dəmir barmaqlıqlara baxdıqda onların qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus həyətdən oğurlandığını bildiyini, həmin şəxsin ona dəmir barmaqlıqlardan əlavə bir ədəd dəmir qapının da olduğunu, bir qədər aralıda həyətyanı sahənin qarşısında qoyduğunu, hamını birlikdə 50 manata sata biləcəyini bildirdiyini qeyd edərək həmin şəxsin məhz hazırda məhkəmə iclas zalında olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bununla yanaşı, iş materiallarında olan ən önəmli sübut növlərindən biri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli, 3-13-11/2-4891/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında vət. Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (Şüşə butulkadan götürülmüş) (ADİS-in məlumat bankına Sabunçu RPİ və İHOSMT-dən daxil olan), xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 20:00-da tutulmuşdur (i.v.31-32). 943 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü (X1) uşağı var (i.v.65). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.77-78). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.79-81). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.98-99). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(008)- 608/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxanılmışdır. Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 21-1/3- 224119-18 saylı məktubdan görünür ki, AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhər Probasiya idarəsində qeydiyyatdan keçmiş, xx.xx.2024-cü il tarixədək cəzasının 11 ay 14 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 11 ay 04 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində bir azyaşlı uşağının olmasını (AR CM-59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi eyni cinayət əməlinə görə cəza çəkdiyi və məhkumluğunun ödənilmədiyi dövrdə yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli onun barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(008)-608/2023 saylı hökmü qanuni qüvvəyə mindikdən sonra törədildiyindən həmin hökmlə Təqsirləndirilən şəxsna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, onun eyni cinayət əməlinə görə cəza çəkdiyi dövrdə yenidən oğurluq cinayətini törətməsini və bu halın təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmamasına və azadlıqdan məhrum emə ilə əlaqədar olmayan cəzanın islahedici təsirinin olmamasına dəlalət etdiyini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(008)-608/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübut-01 ədəd dəmir qapı və 04 ədəd dəmir barmaqlıqların qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(008)-608/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 10 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 18 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-05 ay 09 gün müddət hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 06 aprel 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut – 01 ədəd dəmir qapı və 04 ədəd dəmir barmaqlıqların qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-686/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-686/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver