Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-689/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1959-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində dalandar işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2024-cü ilin sentyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 39N X409263; y4482683 saylı koordinatlarda yerləşən yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan 0,024 ha torpaq sahəsini mişar daşı ilə hördürüb hasarlayaraq həmin torpaq sahəsini özbaşına tutmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, həm 5 uşağı, həm də əkiz uşaqları olduğu üçün imtiyazlı ailə sayılır. Buna görə o, ev almaq növbəsinə durmuşdur. Lakin bir nəticə olmadığını gördüyü üçün təxminən 1 il bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində boş torpaq sahəsinin olduğunu görmüşdür. O, həmin torpaq sahəsinə aid heç bir hüququ olmadığı halda 3000 manat xərc çəkmiş və orada təxminən 0,024 ha torpaq sahəsini hasarlatmışdır. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinin koordinatları 39N x409263: y4482683-dır. Lakin o, həmin torpaq sahəsini hasarlatdıqdan sonra maddi vəziyyəti yaxşı olmadığı üçün tikintini davam etdirə bilməmiş və yarımçıq qalmışdır. O, maddi vəziyyəti yaxşı olduqda həmin torpaq sahəsində yavaş-yavaş yaşayış evi inşa edəcəkdir. Onun həmin torpaq sahəsinə aid heç bir sənədi yoxdur. O, həmin torpaq sahəsini hasarlayarkən həmin torpaq sahəsinə dair hər hansı hüququnun olmadığını bilirdi. O, həmin torpaq sahəsində 8-10 mişar daşı hündürlüyündə hasar qaldırmışdır. Bildirir ki, Müzəffər Həsən-Zadə onun oğludur. Oğlu Müzəfərin torpaq zəbt edib hasar çəkdirməyinə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq həmin torpaq sahəsinə gedəndə, ustalarla danışanda oğlu Müzəffər onun yanında olmuşdur. O bu günə qədər heç bir cinayət törətməmişdir. Ev növbəsinə dayanmasına baxmayaraq uzun müddətdir ki, ona ev verilmədiyindən belə bir addım atmışdır. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin böyük məsləhətçi müfəttişi vəzifəsində işləyir. İşin mahiyyəti üzrə bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyən Şahid xx.xx.2024-cü il tarixdə Zabrat qəsəbəsi ərazisində monitorinq keçirən zaman 39N X409263; y4482683 saylı koordinatlarda yerləşən yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan 0,024 ha torpaq sahəsində ustaların mişar daşından hasar inşa etmələrini görmüş, həmin ustalara yaxınlaşıb özünü təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşı olduğunu bildirib torpaq sahəsinə dair sənəd tələb etmiş, lakin Şahid hər hansı bir sənəd təqdim edilməmişdir. Şahid orada torpaq sahəsinin fotoşəkillərini çəkmiş, şöbəyə qayıdıb qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçib-keçməməsi barədə NECAS proqramının bazasında və Milli Qeydiyyat Sistemində yoxlanış aparmış, lakin heç bır məlumat əldə edilmədiyindən baş vermiş torpaq qanunvericiliyinin pozulması halı ilə bağlı akt tərtib edib bu barədə rəhbərliyə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, 2019-cu ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Onun işi ona təhkim olunmuş ərazilərdə yerləşən torpaqların idarə edilməsi və istifadəsinə nəzarət etməkdən ibarətdir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə o, Zabrat qəsəbəsi ərazisində monitorinq keçirən zaman 39N X409263; y4482683 saylı koordinatlarda yerləşən yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan 0,05 ha torpaq sahəsində ustaların mişar daşından hasar inşa etmələrini görmüşdür. Ustalar təxminən 10 daş hündürlüyündə hasar tikmişlər. O, həmin ustalara yaxınlaşıb özünü təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşı olduğunu bildirib torpaq sahəsinə dair sənəd tələb etmiş, orada işləyən ustalar demişlər ki, torpaq sahəsi Müzəffər adlı şəxsə məxsusdur. O, orada torpaq sahəsinin fotoşəkillərini çəkmiş, şöbəyə qayıdıb qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçib-keçməməsi barədə NECAS proqramının bazasında və Milli Qeydiyyat Sistemində yoxlanış aparmış, lakin heç bır məlumat əldə edilmədiyindən baş vermiş torpaq qanunvericiliyinin pozulması halı ilə bağlı akt tərtib edib rəhbərliyə bu barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında” əsasnamənin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin tələblərini rəhbər tutaraq aşağıda imza edənlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları məsləhətçimüfəttiş vəzifəsində işləyən Şahid Qeys oğlu, aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyən X1, məsləhətçi vəzifəsində işləyən X2 və Müzəffər adlı şəxsin iştirakı ilə tərtib edirik bu aktı ondan ötrü ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, (39N x409263; y4482683 saylı koordinatlar) aşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin hasarlanması faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Müzəffər adlı şəxs tərəfindən müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçibkeçməməsi barədə NECAS proqramının bazasında və Milli Qeydiyyat sistemində yoxlanılmış, lakin heç bir məlumat əldə edilməmişdir. Aşkar edilmiş fakt Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tələblərinə uyğun gəlir. - zərərçəkmiş hüquqi şəxsin tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. - Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində 39N x409263; y4482683 saylı koordinatlarda olan yaşayış məntəqələri təyinatlı, dövlət mülkiyyətində olan 0,05 ha torpaq sahəsini hasarlayan şəxs Təqsirləndirilən şəxsdır. - Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Belə ki o, dövlət mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsini mişar daşı ilə hördürüb hasarlamaqla torpaq sahəsini özbaşına tutmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.4-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanmalıdır. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 15 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-689/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-689/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver