Məhkəmə qərarları › İş №1(008)-69/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-69/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-69/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs5, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 noyabr 2020ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi, 8 saylı evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında dolabın içərisində olan 2 manat dəyərində pul kisəsi ilə birlikdə 60 manat pulu, çarpayı dəstinin altından 1200 manat dəyərində kəpənək formalı bir cüt qızıl sırğanı və bir ədəd qızıl üzük dəstini, 400 manat dəyərində paxlava formalı bir ədəd qızıl üzüyü, 800 manat dəyərində bir ədəd qızıl boyunbağını, 400 manat dəyərində almaz qaşlı platin qarışıqlı bir ədəd üzüyü, 250 manat dəyərində bir ədəd qızıl üzüyü, 1000 manat dəyərində qədimi bir cüt qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 4112 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 03 dekabr 2020-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsində yerləşən nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında dolabın üzərində olan şüşə qabın içindən 680 manat dəyərində bir ədəd qadın üçün qızıl nişan üzüyü, 1000 manat dəyərində bir ədəd kişi üçün nişan üzüyü, həmin dolabın sürüməsində olan pul qabının içindən 50 manat nağd pulu, 3 litr tutumu olan şüşə balonun içərisindən 600 manat nağd pul gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 2330 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 06 dekabr 2020-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda olan nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin açıq olan giriş qapısından yaşayış sahəsi olan evə qanunsuz daxil olub qonaq otağında olan 200 manat dəyərində notbuku və həyətdə olan mağazanın açarlarını götürüb mağazanın qapısını açaraq saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub mağazadan 200 manat dəyərində Azercell kontur kartlarını, 200 manat dəyərində Azerfon kontur kartlarını, 50 manat dəyərində Bakcel kontur kartlarını, kassadan 1100 manat nağd pulu, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “Maqna” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə ümumilikdə 50 manat dəyərində 20 qutu “Rothmans” siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 35 manat dəyərində 10 qutu qalın “Kent 4” siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 70 manat dəyərində 20 qutu nazik “Kent 4” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 50 manat dəyərində 20 qutu nazik “Winchester” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 50 manat dəyərində 20 qutu kompekt “Winchester” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 25 manat dəyərində 10 qutu “Pall Mall” siqareti, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “Viceroy” siqareti, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “West” siqareti, hər biri 25 manat olan ümumilikdə 100 manat dəyərində 4 ədəd kişi üçün idman dəsti, hər biri 25 manat olan ümumilikdə 100 manat dəyərində 4 ədəd qadın üçün idman dəsti, 300 manat dəyərində “Volkswagen Touareg” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədəd açarını gizli yolla talayıb aparmaq istəyərkən Zərərçəkmiş şəxs2 arvadı Sevda Babayeva səsə oyanıb həyət düşərək onu görüb qışqırmış, Sevda Babayevanın onun oğurluq etdiyini görməsini dərk edib, evdən oğurladığı 200 manat dəyərində bir ədəd notbuku, mağazadan oğurladığı 25 manat dəyərində bir ədəd kişi üçün idman paltarını və hər biri 1 manat 60 qəpik ümumilikdə 80 manat dəyərində 50 ədəd plitka şokolad olan torbanı həyətə atmış, qalan əşyaları isə özündə saxlamaqla açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 2345 manat maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 09 dekabr 2020-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsində yerləşən nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olub evin açarını götürüb evin giriş qapısını açarla açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında çarpayının yataq dəstinin altından 800 manat pulu, masanın üzərində olan 30 manat dəyərində kişi üçün bir ədəd qol saatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 830 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 15 fevral 2021-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs19 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hösvan südüçülük sovxozunda olan nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin açıq olan giriş qapısından yaşayış sahəsi olan evə qanunsuz daxil olub qonaq otağında dolabın üzərində olan 250 manat dəyərində paxlava formalı bir ədəd qızıl üzüyü, dolabın sürməsindən 20 manat pulu gizli yolla talayıb aparmaq istəyərkən Zərərçəkmiş şəxs19 evə gəlib əl çantasını dəhlizə qoyub həyətə çıxmış, o, əl çantadan üzərində 3 manat dəyərində olan ***-***-**-** nömrə kartını, 5 manat dəyərində bir ədəd koburu, 5 manat dəyərində bir ədəd ekran qoruyucusu ilə birlikdə 350 manat dəyərində bir ədəd “Samsung A12” markalı mobil telefonu gizli yolla talamış, Zərərçəkmiş şəxs19 evə qayıdan zaman o, pəncərədən həyətə düşərkən oğurluq etdiyini dərk edərək küçəyə qaçaraq taladığı əmlakı özündə saxlamaqla açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs19 633 manat maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən açıq talama məqsədilə 20 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs6 icarəyə götürdüyü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi, 19 saylı zərgərlik mağazasına gələrək Zərərçəkmiş şəxs6 ona göstərdiyi 800 manat dəyərində kişi üçün bir ədəd qızıl üzüyü, 600 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü və 600 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü seçib əlində saxlamış, Zərərçəkmiş şəxs6 dükanda digər müştərilərə xidməti etməsindən istifadə edib mağazadan qaçaraq taladığı əmlakı özündə saxlamaqla açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 2000 manat maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 21 fevral 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin pəncərənin qarşısında olan dəmir barmaqlığı metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında dolabın sürməsində olan mücrüdən 850 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü, 750 manat dəyərində kişi üçün bir ədəd qızıl üzüyü, 250 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü, 500 manat dəyərində bir cüt qızıl sırğanı, 250 manat dəyərində bir tay sırğanı, 650 manat dəyərində bir ədəd qızıl qolbağı, 250 manat dəyərində bir qızıl qolbağı, 250 manat dəyərində bir ədəd qızıl sancağı, 1200 manat dəyərində üzərində zümrüd və brilyant qaşlarla bəzədilmiş bir ədəd qızıl klonu, 300 manat dəyərində bir ədəd qızıl boyunbağını klonu ilə birlikdə, 90 manat dəyərində bir cüt qızıl sırğanı, 150 manat dəyərində bir ədəd gümüş boyunbağı ilə birlikdə bir ədəd gümüş klonu, 70 manat dəyərində bir ədəd gümüş boyunbağını, üzərində 5 manat dəyərində bir ədəd ***-***-**-** nömrə sim kartı olan 300 manat dəyərində bir ədəd “Samsung S mini” markalı mobil telefon cihazını, 150 manat dəyərində “Smart Switch” markalı bir ədəd elektron saatı, pilləkanın altında olan 2000 manat dəyərində bir ədəd qədimi samovarı, dəhlizdə olan 90 manat dəyərində sənayedə istifadə olunan bir cüt uzun boğaz kişi üçün ayaqqabını, 40 manat dəyərində bir cüt kişi üçün klassik ayaqqabını, qonaq otağında rəfin üzərində 10 manat dəyərində bir ədəd suvenrdəvəni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 7655 manat xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 21 fevral 2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında dolabın sürməsindən 350 manat dəyərində bir cüt qızıl sırğanı, 450 manat dəyərində bir cüt qızıl sırğanı, 150 manat dəyərində bir cüt gümüş sırğanı və bir ədəd gümüş boyunbağı dəstini, 50 manat dəyərində bir cüt bijuteriya sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 1000 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən açıq talama məqsədilə 25 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs9 icarəyə götürdüyü Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsində yerləşən “Zümrüd” zərgərlik mağazasına gələrək satıcı Şahid2 ona göstərdiyi 600 manat dəyərində kişi üçün bir ədəd qızıl üzüyü, 600 manat dəyərində kişi üçün bir ədəd qızıl üzüyü, 400 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü və 400 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü seçib əlində saxlamış, Seylan Quliyevin dükanda digər müştərilərə xidməti etməsindən istifadə edib mağazadan qaçaraq taladığı əmlakı özündə saxlamaqla açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 2000 manat maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 01 mart 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi, 37/3 saylı evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin giriş qapısının asma qıfılını sındıraraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında dolabdan 3200 manat nağd pulu, 1700 manat dəyərində bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğa dəstini, 600 manat dəyərində bir ədəd qızıl qolbağını və 1500 manat dəyərində bir ədəd qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 7000 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 03 mart 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclik küçəsində olan nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin giriş qapısının asma qıfılını sındıraraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında çamadanın içərisindən 150 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü, hər biri 50 manat dəyərində ümumilikdə 100 manat olan iki ədəd gümüş üzüyü, mətbəxdən üzərində 5 manat dəyərində ***-***-**-** nömrə sim kartı, 5 manat dəyərində bir ədəd koburu, 7 manat dəyərində ekran qoruyucusu olan 400 manat dəyərində bir ədəd “Samsung Jİ” markalı mobil telefon cihazını və həyətdə olan 250 manat dəyərində bir ədəd velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 917 manat ziyan-vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 15 mart 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs11 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatında yerləşən nömrəsiz evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin plastik pəncərəsinin arasına dabankeşi salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında 1000 manat dəyərində bir ədəd “Çayka 132 M” markalı paltartikən maşını, 1000 manat dəyərində bir ədəd qızıl boyunbağı ilə birlikdə bir ədəd qızıl klonu, 740 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyü və rəfdəki dəftərin içində olan 160 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 2900 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 18 mart 2021-ci il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 18 saylı evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağından 400 manat nağd pulu, 2000 manat dəyərində bir ədəd qızıl kulonla birlikdə bir ədəd qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 2400 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 18 mart 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 39, 21 saylı evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında dolabın içərisindən 5 manat dəyərində bir ədəd parça kisə ilə birlikdə içərisində 300 manat qəpik pulları, dolabın sürməsində olan 150 manat dəyərində bir ədəd gümüş boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 455 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 29 mart 2021-ci il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, 24 saylı evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin pəncərənin qarşısında olan dəmir barmaqlığı metal alətlə qaynaq edilən yerdən sındırıb plastik pəncərəsinin arasına metal alət salıb sıxıb açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olub yataq otağında çarpayı dəstinin altından 950 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 950 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 31 mart 2021-ci il tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs18 sahibliyindən olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sərfəli” marketin giriş qapısının qarşısında olan metal qoruyucunun kilidini sındırıb plastik qapının arasına metal alət salıb sıxıb açaraq saxlanc yeri hesab edilən marketə qanunsuz daxil olub kassadan 100 manat pulu, 60 manat qəpik pulu, 500 manat dəyərində bir ədəd notbuku, bir qutusu 3,3 manat olan ümumilikdə 330 manat dəyərində 100 qutu nazik Sobranie siqareti, bir qutusu 3,3 manat olan ümumilikdə 297 manat dəyərində 90 qutu qalın Sobranie siqareti, bir qutusu 3,3 manat olan ümumilikdə 330 manat dəyərində 100 qutu kompakt Sobranie siqareti, bir qutusu 3,2 manat olan ümumilikdə 256 manat dəyərində 80 qutu nazik Kent4 siqareti, bir qutusu 3,2 manat olan ümumilikdə 160 manat dəyərində 50 qutu qalın Kent4 siqareti, bir qutusu 2,8 manat olan ümumilikdə 168 manat dəyərində 60 qutu kompakt Winston siqareti, bir qutusu 2,8 manat olan ümumilikdə 196 manat dəyərində 70 qutu nazik Winston siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 264 manat dəyərində 120 qutu qalın West siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 220 manat dəyərində 100 qutu qalın Argo siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 176 manat dəyərində 80 qutu nazik Argo siqareti, bir qutusu 1,8 manat olan ümumilikdə 90 manat dəyərində 50 qutu sarı rəngli qalın Prima siqareti, bir qutusu 1,8 manat olan ümumilikdə 108 manat dəyərində 60 qutu göy rəngli qalın Prima siqareti, bir qutusu 1,8 manat olan ümumilikdə 54 manat dəyərində 30 qutu nazik Want siqareti, bir qutusu 2 manat olan ümumilikdə 60 manat dəyərində 30 qutu nazik Winchester siqareti, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu qalın Winchester siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 52 manat dəyərində 20 qutu nazik LD siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 78 manat dəyərində 30 qutu qalın LD siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 110 manat dəyərində 50 qutu nazik West siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 125 manat dəyərində 50 qutu kompakt Davidoff siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 46 manat dəyərində 20 qutu nazik Viceroy siqareti, bir ədədi 5,5 manat olan ümumilikdə 27,5 manat dəyərində 5 ədəd 0,5 ml olan “Zalotoy kalço” arağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs18 3847,5 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 01 aprel 2021-ci il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44D saylı evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsi olan evə qanunsuz daxil olub qonaq otağında dolabda olan üzərində 5 manat dəyərində olan nömrə kartı, 10 manat dəyərində bir ədəd koburu olan 130 manat dəyərində bir ədəd “Samsung” markalı mobil telefon cihazını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs17 145 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 02 aprel 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44J saylı evin hasarından aşıb həyətə qanunsuz daxil olaraq həyətdəki evin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı sındırıb yaşayış sahəsi olan evə qanunsuz daxil olub qonaq otağında olan 800 manat dəyərində bir ədəd “Dell” markalı notbuku, 450 manat dəyərində bir ədəd “LG” markalı televizoru, “Samsung” markalı paltar yuyan aparatının 150 manat dəyərində mühərrikini, 100 manat dəyərində elektron yaddaşını, 50 manat dəyərində bir ədəd qapağını, 100 manat dəyərində bir ədəd su qızdırıcısını, 40 manat dəyərində bir ədəd qazla işləyən sacı, 20 manat dəyərində çaydanı, 30 manat dəyərində bir qutuda 16 ədəd su stəkanını, bir qutusu 20 manat olan ümumilikdə 100 manat dəyərində 5 qutuda olan 30 ədəd çay stəkanını, hər biri 80 manat ümumilikdə 160 manat 4 metr uzunluğu, 90 sm enində ağ rəngli iki ədəd xalçanı, hər biri 15 manat dəyərində olan ümumilikdə 45 manat olan üç ədəd qənd qabını, hər biri 25 manat dəyərində ümumilikdə 75 manat olan üç ədəd qənd qabını, 15 manat dəyərində bir ədəd təkərli çamadan, hər biri 25 manat olan ümumilikdə 50 manat dəyərində iki ədəd elektriklə işləyən saç kəsən aparatı, hər biri 50 manat olan ümumilikdə 100 manat dəyərində iki ədəd bərbər qayçısını, 10 manat dəyərində bir ədəd bərbər yaxalığını, 50 manat dəyərində bir ədəd fen aparatı, hər biri 5 manat olan ümumilikdə 25 manat dəyərində beş ədəd bərbər darağını, 20 manat dəyərində bir ədəd idman çantasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs16 2390 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədilə 02 aprel 2021-ci il tarixdə, gecə saatlarında İpek Mamedovaya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində evin giriş qapısının qıfılını sındırıb yaşayış sahəsi olan evə qanunsuz daxil olub qonaq otağında Zərərçəkmiş şəxs15 (X1) məxsus 600 manat dəyərində “LG” markalı 32LS340T modelli bir ədəd televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs15 600 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 dekabr 2019cu ildə cəzanın sonu ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra bir müddət fəhləlik edərək qazanc əldə etmiş, lakin, sonradan ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin tətbiqi ilə bağlı işsiz qalmış, oğurluq edərək qazanc əldə etməyi qərara almışdır. 19 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində oğurluq etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi ilə piyada gəzərək yaşayış olmayan ev axtarmağa başlamış, sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu öyrəndiyi ünvan 2 ünvanının qarşısından keçərkən evin darvazasında asma qıfıl olmasını görüb evdə heç kəsin olmadığını düşünmüşdür. O, hasardan aşaraq həyətə düşmüş, həyətdən tapdığı dəmir parçası ilə evin plastik pəncərəsinin dəmir qoruyucusunun dəmirlərini aralayaraq pəncərəni sıxıb açmışdır. O, evə daxil olaraq qiymətli əşyalar axtarmağa başlamış və paltar dolabında paltarların altında pul kisəsi tapmış, içərisində 60 manat olan pul kisəsini götürmüşdür. Otaqda olan çarpayının üstündəki yataq dəstinin altından bir ədəd qızıl boyunbağı, xırda daşlarla bəzədilmiş bir cüt qızıl sırğa, paxlava formasında bir ədəd qızıl üzük, iki ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini götürmüşdür. Evdən çıxan zaman həyətdə nərdivan görərək nərdivanı giriş qapısına söykəmiş, darvazadan aşaraq oradan uzaqlaşmışdır. Bir neçə gün sonra oğurladığı qızıl əşyalarından bir ədəd qızıl üzüyü satmaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Suraxanı” bazarına gələrək zərgərlik məmulatlarının satışı ilə məşğul olan mağazaya girmiş, satıcıya yaxınlaşaraq üzüyü göstərmişdir. Həmin vaxt, mağazanın qarşısında olan bir nəfər qadın qızıl üzüyün ona məxsus olduğunu və oğurlandığını qışqırmış, o, üzüyü götürərək oradan uzaqlaşmışdır. Bundan başqa, o, oğurluq etmək məqsədi ilə 03 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, bağ sahəsinə getmiş, həmin gün, yəni, saat 14 radələrində orada yerləşən evləri müşahidə edərkən evlərdən birinin darvazasının üzərində asma qıfıl olduğunu görərək evdə heç kimin olmamasını başa düşmüşdür. Oğurluq etmək üçün hasarı aşıb evin həyətinə düşmüş və evin plastik pəncərəsini sıxaraq açıb, həmin pəncərədən mətbəxə daxil olmuşdur. Mətbəxə daxil olanda mətbəxdəki toster yerə düşmüşdür. Qiymətli əşya əldə etmək üçün evi axtarmağa başlamış, evin yataq otağında dolabın qarşısında olan mücrüdən iki ədəd qızıl üzük, dolabın rəfinin içərisində pul olan 3 litrlik şüşə qabdan 500-600 manat pul, həmin yerdə 50 manat tapıb götürmüş və evdən çıxaraq hasarı aşıb getmişdir. Pulları öz ehtiyacına xərcləmiş və üzükləri isə satmışdır. Bundan başqa, o, 05 dekabr 2021-ci il tarixdə, gecə saatlarında oğurluq etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gəlmiş və orada mağazası olan iki mərtəbəli ev onun diqqətini cəlb etmişdir. Həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasarı aşıb həyətə düşmüş, ilk öncə evin giriş qapısını yoxlamış, qapının açıq olduğunu görərək evə daxil olmuşdur. Evin qonaq otağındakı masanın üzərində olan bir ədəd notebook və açarları götürmüşdür. O, açarla mağazanın həyətdən olan qapısını açmış və mağazaya daxil olmuşdur. Mağazada olan kassa aparatında pul olmasını yoxlamış və pul olduğunu görüb götürmüşdür. Bundan sonra mağazada olan mobil telefon konturlarını, kişi və qadın üçün idman paltarlarını, şokolad plitkalarını, müxtəlif siqaretləri torbaya yığmış, mağazada olan 1 ədəd avtomobil açarını görüb götürmüşdür. Mağazadan çıxanda ev sahibi olan qadının onu görməsini görüb ancaq siqaretləri, konturları, kişi və qadın idman geyimlərini və avtomobil açarını götürüb qaçmışdır. Siqaretləri özü istifadə etmiş, konturları xatırlamadığı dükanlara 100 manata satmış, avtomobilin açarını isə yolda atmışdır. Bundan başqa, o, 09 dekabr 2021-ci il tarixdə oğurluq etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsinə getmişdir. Həmin ərazidə bir mərtəbəli qapısı kilidli olan ev diqqətini çəkmişdir. Hasarı aşıb həyətə düşmüş, həyətdə anbarı görmüş və əvvəl anbara daxil olmuşdur. Anbarda açarların asılmasını görüb evin giriş qapısının açarı olduğunu yoxlamaq üçün açarı götürmüş və qapıya yaxınlaşmış, açarla qapını açıb içəri daxil olmuşdur. Qiymətli əşya tapmaq məqsədilə evi axtarmış və yataq döşəyinin altında pul tapıb götürmüşdür. Başqa heç bir şey tapmadığı üçün evdən çıxanda dəhlizdəki masanın üzərində bir ədəd qol saatını görüb götürmüş, evdən və həyətdən çıxmışdır. Pulu saymış 800 manat olmasını bilmiş və pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 15 fevral 2021-ci ildə oğurluq etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinə gəlmiş evlərin birinin darvazası üzərində asma qıfılı görüb sahibinin evdə olmamasına əmin olmuş, hasarı aşıb həyətə düşmüş, giriş qapısını yoxlayanda açıq olduğunu bilmişdir. Evə daxil olub axtarmağa başlamış, evdən bir ədəd qızıl üzük tapmışdır. Bu zaman bir qadının həyətə daxil olmasını, əl çantasını dəhlizə qoymasını və ev quşlarını yemləməsini görmüşdür. O, həmin əl çantasına baxan zaman bir ədəd mobil telefon görüb götürmüş və pəncərədən qaçmaq qərarına gəlmişdir. O, evin pəncərəsindən həyətə düşəndə qadın onu görüb kim olmasını soruşmuşdur. O, tələsik qonşu çağırdığını bildirib darvazadan çıxıb qaçmış, qadın onun arxası ilə qaçsa da çata bilməmişdir. Qızıl üzüyü və telefonu tanımadığı şəxslərə satmışdır. Bundan başqa, o, 20 fevral 2021-ci il tarixdə, saat 12 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən zərgərlik məmulatları dükanına gedərək satıcıya kişi və qadın üçün qızıl üzük almaq istədiyini bildirmiş və vitrindəki üzükləri göstərməsini xahiş etmişdir. Satıcı vitrindəki üzükləri göstərəndə üç ədəd qaşı olan üzükləri seçmiş və lotoku satıcıya qaytarmış, üzükləri əlində tutaraq onlara baxmaq təsəvvürü yaratmış, əslində isə mağazadan qaçmaq üçün məqam gözləmişdir. Satıcının başqa müştərilərə xidmət etməsini və onu görmədiyini bilib mağazadan qaçmışdır. Bundan başqa, o, 21 fevral 2021-ci il tarixdə, saat 15 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gəlmiş və bir evin darvazasında qıfılın olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Hasarı aşıb həyətə düşmüş, evin pəncərələrinin birinin metal qoruyucusunu sındırıb, pəncərəni sıxmaqla açmış və pəncərədən evə daxil olmuşdur. Qiymətli əşya tapmaq üçün evi axtarmağa başlamışdır. Yataq otağındakı dolabda olan qara rəngli mücrünü açmış, oradan üç ədəd qızıl üzüyü, bir cüt sırğanı, iki ədəd qızıl qolbağını, bir ədəd qızıl sancağı, bir ədəd qızıl kulonu, bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd qol saatını, bir ədəd qızıl boyunbağını, bir ədəd kulonla birlikdə qızıl boyunbağını, bir ədəd gümüş boyunbağını, sobanın üstündən bir ədəd dəvə suveniri və evdən çıxanda pilləkənin altında bir ədəd samovarı da görüb götürmüşdür. Evə daxil olduğu kimi çıxmışdır. Oğurladığı əşyaları satmış, “dəvə” formalı suveniri isə kirayə yaşadığı evdə saxlamışdır. Bundan başqa, o, 22 fevral 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evlərdən birinin həyətinə hasardan aşaraq düşmüş, evin pəncərəsini sıxma yolu ilə açmış, evə daxil olub qızıl, gümüş və bijuteriya oğurlamışdır. Qızıl və gümüş əşyalarının tanımadığı şəxsə satmış, bijuteriyanı isə atmışdır. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa, o, 25 fevral 2021-ci il tarixdə, saat 16 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsində yerləşən “Zümrüd” zərgərlik məmulatları mağazasına gəlmiş, qadın satıcıdan baxmağa iki ədəd kişi və iki ədəd qadın qızıl üzük istəmiş və anasına göstərmək bəhanəsi ilə dükandan üzükləri götürüb qaçmış, satıcının onun arxasınca qaçıb qışqırsa da dayanmayıb uzaqlaşmışdır. Bundan başqa, o, 01 mart 2021-ci il tarixdə, günorta saatlarında oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsinə gələrək ev axtarmağa başlamış, orada yerləşən evlərdən birinin qapısında qıfılın olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Hasardan aşaraq evin həyətinə düşmüş, yerdən tapdığı dəmir parçası ilə evin giriş qapısının qıfılını sındırıb evə daxil olmuş, evi axtarmış, yataq otağında dolabın içində pul, kosmetika çantasında bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbağ, bir ədəd qızıl boyunbağı götürmüş və evə girdiyi qaydada çıxmış və oğurladığı əşyaları satıb əldə etdiyi pulu özünə xərcləmişdir. Bundan başqa, o, 03 mart 2021-ci il tarixdə, günorta saatlarında oğurluq etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə gəlmiş və oğurluq üçün münasib ev axtararkən darvazasının üzərində asma qıfılı olan evi görmüşdür. Hasardan aşıb həyətə düşmüş və həyətdən tapdığı dəmirlə evin giriş qapısının kilidini sındırmış və evə daxil olmuşdur. Evi axtarmış, çamadandan iki ədəd gümüş üzük, bir ədəd qızıl üzük, mətbəxdən isə bir ədəd “Samsung” markalı telefon tapıb götürmüşdür. Evdən çıxanda həyətdə velosipedi görmüş və oturub sürərək darvazanı içəridən açıb getmişdir. Velosipedi yolda tanımadığı şəxsə 80 manata satmış, qızılı və mobil telefonu Bakı şəhəri, Nərimanov rayonu metronun “Nərimanov” stansiyası yaxınlığında olan telefon mağazasında işləyən İntizar adlı şəxsə 30 manata satmışdır. Qızıl və gümüşü isə tanımadığı şəxsə 105 manata satmışdır. Bundan başqa, o, 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatında bir evdən oğurluq etmək üçün darvazasında asma qıfılı olan ev axtarmağa başlamış, bir evin həyət qapısında asma qıfılın olmasını görmüş, həmin evdə heç kimin olmamasını başa düşmüş və hasarı aşıb həyətə düşmüşdür. Evin pəncərəsinin çərçivəsində dəmir dabankeş görmüş həmin dabankeşlə plastik pəncərəni açıb pəncərədən içəri daxil olmuşdur. Yataq otağını axtarmağa başlamışdır. Otaqda çarpayının altında bir ədəd paltartikən aparat görmüşdür. Bundan sonra həmin otaqda güzgülü dolabın içində bir ədəd qızıl kulonla birlikdə bir ədəd qızıl boyunbağı və bir ədəd üzüyü görüb götürmüşdür. Evdə heç bir şey tapmadığından paltartikən maşınını da çarpayının altından götürüb evdən çıxmışdır. Paltartikən maşını ağır olduğundan həyətdəki nərdivanı hasara söykəmiş və nərdivanla paltartikən maşınını çıxartmışdır. Paltartikən maşınının mühərriki işlək olmadığından Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsindəki bazarda 25 manata satmışdır. Oğurladığı boyunbağı və kulon qiymətli metaldan olmadığı üçün heç kim almadığı üçün atmış və evdən nağd pul götürməmişdir. Bundan başqa, o, 18 mart 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə dəmir yol xətinin yanına gəlmiş və dar dalanların birində üstündə asma qıfılı olan qapını görüb evdə heç kimin olmamasını anlamış, darvazadan aşaraq həyətə düşmüşdür. Evin pəncərəsini həyətdəki taxta parçası ilə açmış və evə daxil olmuşdur. Evin otaqlarını gəzərək oğurlamaq üçün pul və qızıl axtarmışdır. Yataq otağındakı dolabda ayaqqabı qutusunu açanda pul görmüş və həmin pulları götürmüşdür. Qutunun içərisində bir ədəd qızıl boyunbağı da tapıb götürmüşdür. Evdən çıxmış və pulları sayanda 300 manat olmasını bilmişdir. Qızıl boyunbağını tanımadığı şəxsə 900 manata satmışdır. O, 300 manat pul və 900 manat pulu şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa, o, 18 mart 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən evlərdən birinin qapısında asma qıfılı olduğunu görüb evdə heç kimin olmamasını başa düşmüşdür. Hasarı aşıb həyətə düşmüş və evin pəncərəsini sıxıb açmaq yolu ilə açıb evə daxil olaraq paltar dolabında parça kisədə olan 300 manat qəpik pulları və güzgülü dolabda olan bir ədəd gümüş boyunbağını götürüb çıxıb getmişdir. Bundan başqa, o, 29 mart 2021-ci ildə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tranvay küçəsi ilə gedərkən evlərin birinin darvazası üzərində asma qıfıl görüb evdə heç kimin olmamasını başa düşmüş və hasardan aşıb həyətə düşmüşdür. Həyətdəki taxta masanı pəncərənin altına çəkmiş və üstünə çıxaraq özü ilə gətirdiyi dəmir alətlə pəncərənin dəmir barmaqlığının divara bərkidilən yerindən çıxarmış, sonra pəncərənin kilid yerini sıxaraq açıb içəri daxil olmuşdur. Qızıl və pul oğurlamaq üçün evi axtarmış və çarpayının döşəyinin altında 950 manat tapıb götürərək daxil olduğu kimi evdən çıxıb getmişdir. Bundan başqa, o, 31 mart 2021-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə oğurluq etmək üçün gəlmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Sərfəli” marketi görmüş və həmin marketdən oğurluq etməsini qərarlaşdırmış, əvvəl marketin dəmir barmaqlığını sındırmış və qapısını açıb içəri daxil olmuşdur. Mağazada olan kassadan 100 manat pul, piştaxtada olan çoxlu sayda müxtəlif adda siqaretləri götürüb torbalara yığmış və mağazadakı bir ədəd notbuku götürüb mağazadan çıxmışdır. Siqaretləri yarım tikililərin birində gizlətmiş, növbəti gün siqaretləri xatırlamadığı 2-3 dükana satmış, əldə etdiyi pulu isə xərcləmişdir. Bundan başqa, o, 01 aprel 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən evlərdən birinin qapısında asma qıfılı olduğunu görüb evdə heç kimin olmamasını anlamış, qıfılı sındırmaq istəsə də, lakin, buna nail ola bilməmişdir. O, hasardan aşaraq həyətə düşmüş, evin giriş qapısına yaxınlaşaraq qapının açıq olduğunu görmüşdür. O, evə daxil olaraq otaqları axtarmış, lakin, heç bir qiymətli əşya tapmamışdır. Servantda olan bir ədəd “Samsung” markalı mobil telefonu götürərək evdən çıxmışdır. Bundan başqa, o, 06 aprel 2021-ci il tarixdə, səhər saatlarında oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmişdir. Zabrat qəsəbəsində bir nəfər tanımadığı şəxsdən yol soruşmuş, həmin şəxs ona şübhəli baxdığı üçün oradan qaçmış, həmin şəxs onun arxasınca qaçıb tutmuş və dükandan polisə zəng edib çağırmışdır. Polis əməkdaşları gəlib onu aparmış və tutulmamışdan qabaq oğurladığı “Samsung” markalı telefon özündə olduğu üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, o, 02 aprel 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsinə bir həyətə hasardan düşmüşdür. Həyətdən tapdığı dəmir parçası ilə pəncərənin dəmir barmaqlığını sındırmış, sonra taxta pəncərəni açıb evə daxil olmuşdur. Evi axtarmış, qızıl əşyalar və pul tapmamışdır. Evdən bir ədəd “LG” markalı televizor, bir ədəd “DELL” markalı notbuku, çaydan, su stəkanları, çay stəkanları, iki ədəd xalça, üç ədəd qab, qızılı rəngli üç ədəd qab, təkərli çamadanı götürüb çıxmış və hasardan aşıb getmişdir. Bundan başqa, o, 02 aprel 2021-ci il tarixdə, gecə saatlarında oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsinə gəlmiş və evin giriş qapısındakı asma qıfılı sındırıb evə daxil olmuş və qiymətli əşya oğurlamaq üçün evi axtarmış, lakin pul, qızıl tapa bilməmiş və evin qonaq otağında divara qurğuya bərkidilmiş bir ədəd LG markalı televizoru oğurlayıb evdən çıxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini və bununla əlaqədar Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ifadəsində göstərmişdir ki, o, 19 noyabr 2020-ci ildə saat 08:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi, 8 nömrəli evindən çıxıb işə getmiş, həmin gün, saat 19 radələrində yaşadığı evə qayıdan zaman həyətdə darvazanın qapısında nərdivanın qoyulduğunu görmüşdür. O, nərdivanı oğlu Ceyhunun qoyduğunu zənn etmiş, evin giriş qapısını açıb evə daxil olan zaman yataq otağının pəncərənin açıq olduğunu, pəncərənin qarşısında olan dəmir barmaqlığın sınmış vəziyyətdə olduğunu və evdə əşyaların dağınıq olduğunu görmüş və evdən oğurluq edilməsini başa düşmüşdür. Pul və qiymətli əşyaları yoxlayarkən yataq otağında dolabın içərisindəki 2 manat dəyərində pul kisəsi və həmin kisənin içərisində olan 60 manat pulun yerində olmadığını, çarpayı dəstinin altında gizlətdiyi 1200 manat dəyərində kəpənək formalı bir cüt qızıl sırğanın və bir ədəd qızıl üzük dəstinin, 400 manat dəyərində paxlava formalı bir ədəd qızıl üzüyün, 800 manat dəyərində bir ədəd qızıl boyunbağının, 400 manat dəyərində almaz qaşlı bir ədəd qızıl üzüyün, 250 manat dəyərində bir ədəd qızıl üzüyün, 1000 manat qiymətində bir cüt xırda qaşlardan ibarət qədimi sırğanın yerində olmamasını görmüş və bu barədə oğlu Ceyhuna məlumat vermiş, oğlu Ceyhunda öz növbəsində Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzinə zəng vurub xəbər vermişdir. Təxminən 2-3 gün sonra işlədiyi dükanda olarkən qonşusu Xalidənin qardaşı oğlu Elşənin bazarda Nayibin işlətdiyi qızıl alqı-satqı dükanında ona məxsus qızıl üzüyü göstərdiyini görmüşdür. O, qışqıraraq üzüyün ona məxsus olmasını, evindən oğurlandığını bildirən zaman Elşən qızıl üzüyü götürüb qaçıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini və bununla əlaqədar Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda fərdi yaşayış evində ailəsi ilə yaşayır. 15 fevral 2021-ci ildə saat 12:35-də evdən çıxaraq oğlunu məktəbə aparmışdır. Evin giriş qapısının kilidi nasaz olduğundan bağlamamış, darvazanın asma qıfılını bağlamışdır. Məktəbdən qaydıb evə gəlmiş, əl çantasını dəhlizdə yerə qoymuş, saxladığı quşlara yem vermək üçün həyətə çıxmış və bu zaman bir nəfər kişi cinsli şəxsin pəncərədən düşməsini görmüşdür. Ondan kim olduğunu soruşanda həmin şəxs “qonşu çağırıb” cavab verib həyətdən çıxmışdır. Onun arxasınca qaçmış lakin çata bilməmişdir. Qayıdıb evi yoxlayanda qonaq otağında dolabın üzərində saxladığı 250 manat dəyərində paxlava formalı bir ədəd qızıl üzüyünün və dolabın sürməsində olan 20 manat pul, dəhlizdəki döşəmənin üzərində qoyduğu əl çantasından 350 manat dəyərində “Samsung A12” markalı mobil telefonun, həmin telefona yerləşdirilmiş 3 manat dəyərində bir ədəd 055-464-49- 63 sim kart nömrəsinin, telefonun arxasına çəkilmiş 5 manat dəyərində koburun, telefonun ekranına çəkilmiş 5 manat dəyərində bir ədəd ekran qoruyucusu ilə birlikdə oğurlandığını bilmiş və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi, 37/3 saylı evdə yaşayır. 01 mart 2021-ci ildə saat 07-də həyətin darvazasını və evin giriş qapısını asma qıfılla bağlayıb oğlu ilə birlikdə getmişdir. Həmin günü saat 17 radələrində işdən gələndə evin giriş qapısının kilidinin sındığını görmüş və tez əşyaları yoxlayıb yataq otağında dolabda saxladığı 3200 manat pulun, həmin dolabda yastıqların arasındakı kosmetika çantasından 1700 manat dəyərində qırmızı qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstinin, 600 manat dəyərində bir ədəd qızıl qolbağının və 1500 manat dəyərində qızıl boyunbağının oğurlanmasını bilmişdir. Hazırda ona vurulmuş maddi ziyanın geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 18 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 18 mart 2021-ci ildə səhər gecə növbəsindən evə gəlmiş və ailəsi evdə olmamışdır. Həmin günü saat 09 radələrində evin giriş qapısını bağlamış, darvazanın asma qıfılını bağlayıb getmiş və həmin günü saat 12də evə qayıdanda darvazanın tutacağında palçıq izləri görmüş və asma qıfılı açıb həyətə daxil olmuşdur. Həyətdə plastik pəncərənin açıq olduğunu görmüş, evin giriş qapısını açıb içəri daxil olmuş və qonaq otağına keçmişdir. Qonaq otağında hər şey qaydasında olduğu üçün yataq otağına keçəndə paltar dolabının açıq olduğunu görmüşdür. Dolabda ayaqqabı qutusunda saxladığı pul və qızıl-zinət əşyalarını yoxlamaq məqsədi ilə açdığı zaman 400 manat nağd pulun, 2000 manat dəyərində bir ədəd qızıl klounu ilə birlikdə boyunbağının oğurlandığını görərək bununla bağlı polisə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini və bununla əlaqədar Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ifadəsində göstərmişdir ki, o, 03 mart 2021-ci ildə saat 08-də yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində nömrəsiz evinin qapısını və darvazanı bağlayıb getmiş, həmin gün saat 19-da evə gələndə həyət qapısının açıq olduğunu görmüş və həyətə daxil olanda evin giriş qapısının kilidinin sındırıldığını görmüşdür. Əşyaları yoxlayarkən yataq otağındakı çamadandan hər biri 50 manat ümumilikdə 100 manat olan iki ədəd gümüş üzüklərin, 150 manat dəyərində bir ədəd qadın üçün qızıl üzüyünün, mətbəxdən 400 manat dəyərində bir ədəd “Samsunq Jl” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olmuş 5 manat dəyərində bir ədəd ***-***-**-** sim kart nömrəsi, 5 manat dəyərində bir ədəd kobur və 7 manat dəyərində ekran qoruyucusunu, həyətdən 250 manat dəyərində bir ədəd velosipedin oğurlanmasını müəyyən edib polisə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsində yeni tikilmiş evdə ailəsi ilə birlikdə yaşayır. 03 dekabr 2020-ci ildə saat 07:30-da arvadı ilə evdən çıxmış və həmin günü saat 20:30-da evə qayıtmış, evdə ayaq izlərinin olduğunu, mətbəxdə tosterin yerə düşdüyünü görmüş və evdə əşyaları yoxlamışdır. Termonun üstündəki 680 manat dəyərində bir ədəd qadın üçün qızıl üzüyün, 1000 manat dəyərində bir ədəd kişi üçün qızıl üzüyün, dolabın sürməsində olan pul qabından 50 manat pulun, həmin dolabda içərisində 3 litrlik balon qabda olan 600 manat pul oğurladığını görmüşdür. Müşahidə kamerasına baxan zaman məlum oğurluq cinayətinin görüntüləri düşmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Hüseyn oğlu ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə nömrəsiz fərdi yaşayış evinin həyətində mağazası var. Mağazanın həyətdən olan qapısı dəmirdən və çöl tərəfdən olan giriş qapısı plastikdəndir. 05 dekabr 2020-ci il tarixdə həyət və mağazanın qapılarını bağlayaraq yaşadığı evə getmiş, 06 dekabr 2020-ci il tarixdə, saat 02:30 radələrində arvadı Sevda Babayeva evə oğru girməsi barədə ona məlumat vermişdir. O, oyanıb evə və həyətə nəzər salmış, mağazanın həyət tərəfdən olan qapısının açıq vəziyyətdə olmasını görüb oğrunun evdən başqa mağazaya da daxil olnmasını başa düşmüşdür. Evin qapısı açıq olmuş, oğru əvvəl evə daxil olmuş, evdən 200 manat dəyərində bir ədəd noutbuku və mağazanın açarlarını götürmüş, mağazanın həyətə olan qapısını açmış və mağazadakı kassadan cəmi 1100 manat, 200 manat dəyərində “Azercell’ kontur kartları, 200 manat dəyərində “Azerfon” kontur kartları, 50 manat dəyərində “Bakcell' kontur kartları, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “Maqna” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 50 manat dəyərində 20 qutu “Rothmans” siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 35 manat dəyərində 10 qutu qalın “Kent 4” siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 70 manat dəyərində 20 qutu nazik “Kent 4” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 50 manat dəyərində 20 qutu nazik “Winchester” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 50 manat dəyərində 20 qutu kompekt “Winchester” siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 25 manat dəyərində 10 qutu Pall Mall siqareti, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “Viceroy” siqareti, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu “West” siqareti, hər biri 25 manat olan ümumilikdə 100 manat dəyərində 4 ədəd kişi üçün idman dəsti, hər biri 25 manat olan ümumilikdə 100 manat dəyərində 4 ədəd qadın üçün idman dəsti, 300 manat dəyərində “Volkswagen Touareg” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədəd açarı oğurlanmışdır. Həyətə baxan zaman avtomobilin yanında 25 manat dəyərində bir ədəd torbada 1 ədəd kişi idman paltarını və hər biri 1 manat 60 qəpik olan cəmi 80 manat dəyərində 50 ədəd plitka şokolad və mağazanın içərisində isə evdən oğurlanmış bir ədəd 200 manat dəyərində noutbukun orada olduğunu görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Heybət oğlu ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsində yerləşən evinin giriş qapısını bağlamış və həmişəki kimi açarları anbardan asıb ailə üzvləri ilə birlikdən evdən çıxıb işə getmişlər. Həmin günü saat 18-də evə qayıdanda darvazanı açıb həyətə daxil olmuş, evin giriş qapısının açarını anbardan götürmək istəyəndə açar yerində olmadığını görmüşdür. Evin qapısına yaxınlaşmış və açıq olduğunu görüb dərhal evə girmişdir. Yataq otağında dolabdakı paltarların dağınıq olmasını görüb evə oğru girdiyini başa düşmüşdür. Evi yoxlamış 800 manatın yataq döşəyinin altından, dəhlizdəki masanın üzərindən isə 30 manat qiymətində qol saatının oğurlanmasını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən mağazanın bir hissəsini icarəyə götürüb zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olur. 18 fevral 2021-ci il tarixdə, günorta saatlarında əvvəllər tanımadığı bir nəfər şəxs mağazaya gələrək iki ədəd qızıl üzük bir cüt sırğa göstərərək arvadına məxsus olduğunu, sataraq əvəzində başqa qızıl zinət əşyası almaq istədiyni bildirmişdir. O, təqdim qızıllara baxdıqdan sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istəmiş, Təqsirləndirilən şəxs özünə aid şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ona təklif etdiyi zərgərlik məmulatlarını 700 manata almış, kitabda qeyd etdikdən sonra Təqsirləndirilən şəxs həmin qeydin altına imza etmişdir. 20 fevral 2021-ci ildə Təqsirləndirilən şəxs mağazaya gəlmiş bir qadın və iki kişi üzüyü almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bir neçə müxtəlif qızıl üzüklər olan lotoku baxmaq üçün vermişdir. Təqsirləndirilən şəxs lotokdan 800 manat dəyərində böyük qaşlı kişi üçün bir ədəd qızıl üzüyü və 600 manat dəyərində brilyant qaşlı qadın üçün bir ədəd qızıl üzüyü və 600 manat dəyərində brilyant qaşlı kişi üçün bir ədəd qızıl üzüyü seçib götürmüş və lotoku qaytarmış, üzükləri əlində tutub diqqətlə baxmağa başlamışdır. Birdən Təqsirləndirilən şəxs mağazadan çıxıb qaçmasını görmüş, piştaxtanın arxasından onu axtarsa da tapa bilməmiş, Təqsirləndirilən şəxs qızıl üzükləri ələ keçirməsini başa düşərək 12-ci Polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 20 fevral 2021-ci ildə saat 11 radələrində arvadı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni sahədəki fərdi yaşayış evindən çıxıb qaynanasıgilə getmişlər. 21 fevral 2021-ci ildə saat 21 radələrində evə qayıtmışlar və həyət darvazasını açıb içəri daxil olmuşlar. Həyətə daxil olanda pəncərənin qarşısında çəllək olduğunu görmüşdür. Evə yaxınlaşanda pəncərənin plastik dəmir barmaqlığın sındırıldığını görmüş evə daxil olmaq üçün giriş qapısına yaxınlaşmış və açarla aça bilməyib içəridən bağlı olduğunu görüb polisə məlumat vermişdir. Polis əməkdaşları gələndən sonra evə daxil olmuş və əşyaları yoxlayarkən birinci mərtəbədə yataq otağında dolabın sürməsində olan mücrüdən 850 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyün, 750 manat dəyərində kişi üçün bir ədəd qızıl üzüyün, 250 manat dəyərində qadın üçün bir ədəd qızıl üzüyün, 500 manat dəyərində bir cüt qızıl sırğanın 250 manat dəyərində bir tay sırğanın, 650 manat dəyərində zəncir formalı bir ədəd qızıl qolbağının, 250 manat dəyərində şam formalı bir ədəd qızıl qolbağının, 250 manat dəyərində bir ədəd qızıl sancağın, 1200 manat dəyərində ay formalı, üzərində zümrüd və brilyant qaşlarla bəzədilmiş bir ədəd qızıl klonun, 300 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klonun, 90 manat dəyərində bir cüt qızıl sırğanın, 150 manat dəyərində bir ədəd gümüş boyunbağı və üzərində bir ədəd gümüş klonun, 70 manat dəyərində bir ədəd gümüş boyunbağının, 300 manat dəyərində bir ədəd Samsung S mini markalı mobil telefon aparatının, həmin mobil telefonun üzərində olan 5 manat dəyərində bir ədəd ***-***-**-** sim kart nömrəsinin, 150 manat dəyərində bir ədəd “Smart Switch” markalı elektron saatın, birinci mərtəbədə pilləkənin altında 2000 manat dəyərində 200 ildən artıq yaşı olan bir ədəd qədimi samovarın, evin birinci mərtəbəsinin dəhlizində 90 manat dəyərində 2-3 dəfə geyinilmiş sənayədə istifadə olunan bir cüt uzun boğaz kişi üçün ayaqqabının, 40 manat dəyərində 2- 3 dəfə geyinilmiş bir cüt qəhvəyi rəngli kişi üçün klassik ayaqqabı, evin zalında divarında rəfdə olan 40 manat dəyərində dörd ədəd suvenir dəvənin 10 manat dəyərində bir ədəd dəvənin oğurlandığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni sahədə olan evində ailəsi ilə birlikdə yaşayır. 22 fevral 2021-ci ildə saat 07-də özü, ondan sonra arvadı və qızı evdən çıxmışlar. Saat 16 radələrində işdən evə qayıdanda mətbəxin plastik pəncərəsinin açıq olmasını görmüş, evə daxil olanda isə yataq otağından 350 manat dəyərində bir cüt qızıl sırğanın, 450 manat dəyərində bir cüt qızıl sırğanın, 150 manat dəyərində bir cüt gümüş sırğa və bir ədəd gümüş boyunbağı dəstinin, 50 manat dəyərində 1 cüt bijuteriya sırğanın oğurlanmasını müəyyən etmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsində yerləşən “Zümrüd” zərgərlik alqı-satqı mağazasını icarəyə götürmüş və həmin mağazada Şahid2 satıcı işləmişdir. 25 fevral 2021-ci ildə saat 16:30-da Şahid2 ona zəng edərək mağazaya müştəri qismində gələn 20-25 yaşlı oğlanın baxmaq üçün vitrindən dörd üzük istədiyini, həmin üzükləri götürdükdən sonra qaçaraq mağazadan uzaqlaşdığını bildirmişdir. O, dərhal mağazaya gəlmiş, həmin şəxsin mağazadan iki ədəd brilyant qaşlı kişi üzüyü və iki ədəd qaşsız qadın üçün üzüyü oğurladığını müəyyən etmişdir. Kişi üzüklərinin hər birinin dəyəri 600 manat, qadın üzüklərinin isə hər birinin dəyəri 400 manat olmuşdur. Mağazada olan müşahidə kamerasının görüntülərinə, baxanda həqiqətən də adını sonradan polis bölməsində Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin Seylandan dörd ədəd qızıl üzüyü alandan sonra təxminən 2-3 dəqiqə ərzində onlara baxmış sonra isə qəfildən mağazadan çıxıb qaçdığını görmüşdür. Seylan onun arxasınca qaçsa da çata bilməmişdir. Videogörüntü saxlanmadığı üçün istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi İstixana kombinatında fərdi evdə kirayədə yaşamışdır. 15 mart 2021-ci ildə saat 11 radələrində o, ailəsi ilə birlikdə evdən çıxmış, həmin gün saat 19 radələrində evə qayıtmış və evin pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olmuşdur. Evdə əşyaların dağınıq vəziyyətdə görüb oğurluq olmasını başa düşüb polisə məlumat vermişdir. Ev əşyalarını yoxlayarkən yataq otağında çarpayının altından 1000 manat dəyərində bir ədəd “Çayka” markalı paltartikən maşının, otaqdakı dolabın içindən 1000 manat dəyərində bir ədəd qızıl kulonla birlikdə bir ədəd qızıl boyunbağının, 740 manat dəyərində bir ədəd qızıl üzüyün və dəftərin içində saxladığı 160 manat pulun oğurlanmasını bilmişdir. Bundan başqa çarpayının altında həmişə həyətdə saxladığı dabankeşi də tapanda, başa düşmüşdür ki, evə girən oğru pəncərəni dabankeşlə açmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, anası və qardaşı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsindəki evdə yaşayır. O, 18 mart 2021-ci ildə saat 08-də, anası saat 11-də və qardaşı isə saat 14:30-da evdən getmişlər. Həmin günü saat 19:30-da evə qayıdanda evin ön tərəfində olan pəncərənin açıq olmasını görmüş qapını açarla açıb içəri daxil olmuşdur. Evin yataq otağındakı əşyaların dağınıq halda yerə atılmasını görmüş və oğurluq olmasını başa düşmüşdür. Əşyaları yoxlayarkən paltar dolabında 5 manat parçadan olan kisənin və həmin kisənin içərisindəki 300 manat qəpik pulların, güzgülü dolabdan 150 manat qiymətində gümüş boyunbağının oğurlanmasını aşkar etmiş və polisə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Taramvay küçəsi, nömrəsiz evdə xalaları ilə birlikdə yaşayır. 29 mart 2021-ci il tarixdə saat 12 radələrində xalaları ilə birlikdə evdən çıxan zaman qapıları və pəncərələri bağlamışdır. Həmin gün saat 23 radələrində evə gəlib həyətə daxil olanda evin pəncərəsinin dəmir barmaqlığının divara bərkidilmiş hissəsinin çıxarıldığını və pəncərənin açıldığını görmüşdür. Evə daxil olanda yataq otağındakı dolabda olan əşyaların dağınıq vəziyyətdə yerdə olmasını görmüşdür. Çarpayının üzərində olan döşəyin altında saxladığı pulunu yoxlayanda 950 manatın oğurlandığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, o, 30 mart 2021-ci ildə saat 23 radələrində icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan “Sərfəli” marketdə işini qurtarıb plastik qapını və dəmir qoruyucunu bağlayıb evə getmişdir. Ertəsi gün yəni, 31 mart 2021-ci ildə saat 07 radələrində marketi açmaq üçün gələndə dəmir qoruyucunun kilidinin sındırıldığını, plastik qapının açıq olduğunu görmüş və malları yoxlayarkən kassadan 100 manat pulun, 60 manat qəpik pulun, 500 manat dəyərində bir ədəd notbukun, bir qutusu 3,3 manat olan ümumilikdə 330 manat dəyərində 100 qutu nazik Sobranie siqareti, bir qutusu 3,3 manat olan ümumilikdə 297 manat dəyərində 90 qutu qalın Sobranie siqareti, bir qutusu 3,3 manat olan ümumilikdə 330 manat dəyərində 100 qutu kompakt Sobranie siqareti, bir qutusu 3,2 manat olan ümumilikdə 256 manat dəyərində 80 qutu nazik Kent4 siqareti, bir qutusu 3,2 manat olan ümumilikdə 160 manat dəyərində 50 qutu qalın Kent4 siqareti, bir qutusu 2,8 manat olan ümumilikdə 168 manat dəyərində 60 qutu kompakt Winston siqareti, bir qutusu 2,8 manat olan ümumilikdə 196 manat dəyərində 70 qutu nazik Winston siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 264 manat dəyərində 120 qutu qalın West siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 220 manat dəyərində 100 qutu qalın Argo siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 176 manat dəyərində 80 qutu nazik Argo siqareti, bir qutusu 1,8 manat olan ümumilikdə 90 manat dəyərində 50 qutu sarı rəngli qalın Prima siqareti, bir qutusu 1,8 manat olan ümumilikdə 108 manat dəyərində 60 qutu göy rəngli qalın Prima siqareti, bir qutusu 1,8 manat olan ümumilikdə 54 manat dəyərində 30 qutu nazik Want siqareti, bir qutusu 2 manat olan ümumilikdə 60 manat dəyərində 30 qutu nazik Winchester siqareti, bir qutusu 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu qalın Winchester siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 52 manat dəyərində 20 qutu nazik LD siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə-78 manat dəyərində 30 qutu qalın LD siqareti, bir qutusu 2,2 manat olan ümumilikdə 110 manat dəyərində 50 qutu nazik West siqareti, bir qutusu 2,5 manat olan ümumilikdə 125 manat dəyərində 50 qutu kompakt Davidoff siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 46 manat dəyərində 20 qutu nazik Viceroy siqareti, bir ədədi 5,5 manat olan ümumilikdə 27,5 manat dəyərində 5 ədəd 0,5 ml olan “Zalotoy kalço” arağının oğurlanmasını aşkar etmiş və polisə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 01 aprel 2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə qardaşıgilə getmişdir. 01 aprel 2021-ci il tarixdə, saat 12 radələrində evə gələrək qapını qıfılını açıb həyətə, daha sonra, evə daxil olmuşdur. Evə daxil olduqdan sonra servantda saxladığı bir ədəd “Samsung” markalı telefona zəng gəlibgəlməməsinə baxmaq istəyən zaman telefonun yerində olmadığını görmüşdür. Həmin vaxtı arvadı evə gəlmiş və o, arvadına telefonunun servantda olmamasını bildirmişdir. Evdə əşyalar yerində olduğu üçün oğurluqdan şübhələnməmişlər, lakin həyətə düşüb darvazanı yoxlayarkən asma qıfılın üzərində zədə izləri görmüş və kənar şəxsin evə daxil olaraq oğurluq etməsini başa düşmüşdür. Evindən bir ədəd 130 manat dəyərində “Samsung” markalı telefon üzərindəki 5 manat dəyərində ***-***-**-** sim kart nömrəsi və 10 manat dəyərində kobur ilə birlikdə oğurlanmışdır. Əşyaları bir daha yoxlamış telefondan başqa bütün əşyalar yerində olduğunu görmüş və polisə məlumat verməmişdir. 03 aprel 2021-ci ildə məhəllədə olarkən qonşusu Zakiri görmüş və Zakir ona evindən oğurluq olmasını bildirəndə o, evindən oğurluq olmasını bildirmiş və hər ikisi birlikdə 15-ci Polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Bundan sonra qonşularının müşahidə kameralarının görüntülərinə baxarkən bir nəfərin əlində xalçalarla getməsini görmüş və məhz həmin şəxsin onun və Zakirin evindən oğurluq etməsini başa düşmüşlər. 06 aprel 2021-ci ildə saat 7 radələrində evdən çıxıb işə gedərkən kamerada gördüyü oğlan yaxınlaşıb digər məhəlləyə haradan keçməsini soruşmuş və onun şübhəli baxmağını görən həmin şəxs qaçmağa başlamış, Zərərçəkmiş şəxs17 onu təqib edib tutmuş və dükanın satıcısı vasitəsi ilə polisə məlumat vermiş, polis əməkdaşları gəlib onu 15-ci Polis bölməsinə aparmışlar. 15-ci Polis bölməsində həmin şəxsin təqdim etdiyi mobil telefona baxan zaman ona məxsus olduğunu görmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 5 ünvanda ailəsilə birlikdə yaşayır. 23 mart 2021-ci ildə o və arvadı Tahirə Məmmədova “COVİD-19” infeksiyasına yoluxduqları üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişlər. Həmin ərəfədə oğlu Şahmar Məmmədov həqiqi hərbi xidmətdə olmuşdur. 03 aprel 2021-ci ildə evin açarlarını qızının əri X4 vermiş və demişdir ki, evin qızı İlkanə Qəmbərova tərəfindən təmizlənməsini xahiş etmişdir. Həmin gün kürəkəni Emin Qəmbərov zəng edərək evdən oğurluq olmasını bildirmiş və 102 Xidməti- zəng mərkəzinə oğurluq barədə məlumat verməklə 15-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. 06 aprel 2021-ci ildə arvadı Tahirə Məmmədova ilə xəstəxanadan çıxıb evə qayıdanda evin qonaq otağının pəncərəsinə quraşdırılmış metal qoruyucunun kəsilərək əyilməsini görmüşdür. Evin əşyalarım yoxlayarkən qonaq otağından 800 manat dəyərində bir ədəd “DELL” markalı notbukun, 450 manat dəyərində bir ədəd “LG” markalı televizorun, “Samsung” markalı paltaryuyan maşının 150 manat dəyərində mühərrikinin və 100 manat dəyərində elektron yaddaşının və 50 manat dəyərində qapağının, 100 manat dəyərində su qızıdırıcısının, 40 manat dəyərində qazla işləyən sacın, 20 manat qiymətində bir ədəd çaydanın, 30 manat dəyərində bir qutu 16 ədəd su stəkanlarının, bir qutusu 20 manat olmaqla cəmi 100 manat dəyərində hər qutuda 6 stəkan olmaqla 5 qutu ümumilikdə 30 ədəd stəkanların, hər biri 80 manat cəmi 160 manat dəyərində 4 metr uzunluğunda və 90 sm enində ağ rəngli iki ədəd xalçanın, hər biri 15 manat dəyərində cəmi 45 manat qiymətində üç ədəd qənd qabının, hər biri 25 manat dəyərində cəmi 75 manat dəyərində üç ədəd qənd qablarının, 45 manat dəyərində bir ədəd təkərli çamadanın, hər biri 25 manat dəyərində cəmi 50 manat qiymətində iki ədəd saç kəsmək üçün elektrik işləyən maşının, hər biri 50 manat dəyərində cəmi 100 manat qiymətində iki ədəd bərbər qayçılarının, 10 manat dəyərində bir ədəd bərbər yaxalığının, 50 manat dəyərində bir ədəd elektriklə işləyən fenin, hər biri 5 manat olan ümumilikdə 25 manat dəyərində beş ədəd bərbər daraqlarının, 20 manat dəyərində bir ədəd idman çantasının oğurlanmasını bilmişdir. Kürəkəni polisə evdən 3000 manatın oğurlanması barədə məlumat versə də, evdən 3000 manatın oğurlanmamasını müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 15 mart 2021-ci ildə anası İpək Gürcüstana getmiş, o, isə oğlu ilə başqa evdə yaşasa da, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində olan nömrəsiz evə nəzarət etmək üçün gedib-gəlmişdir. 02 aprel 2021-ci il tarixdə anasının evindən çıxmış, 03 aprel 2021-ci il tarixdə, saat 09 radələrində yenidən anasına məxsus evə gəlmiş, giriş qapsının üzərində olan asma qıfılın sındırıldığını görərək evdən oğurluq edildiyini anlamışdır. Evə baxış keçirdiyi zaman qonaq otağında olan 600 manat dəyərində “Samsung” markalı televizorun oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid şəxs qismində dindirilmiş Şahid1 Mehti oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Suraxanı” bazarında qızıl əşyalarının alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin noyabr ayında tanımadığı bir oğlan dükana gəlib satmaq üçün ona bir ədəd qızıl üzük göstərmiş, üzüyün özünə məxsus olduğunu bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəyəndə həmin şəxs üzərində olmadığını bildirmişdir. Bu vaxt paltar dükanında işləyən Zərərçəkmiş şəxs1 dükanın bayırında qışqıraraq üzüyün ona məxsus olmasını, evindən oğurlandığını deyəndə, həmin şəxs bunu eşidən kimi üzüyü götürüb qaçıb getmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsində yerləşən “Zümrüd” zərgərlik məmulatları mağazasında satıcı işləmişdir. 25 fevral 2021-ci ildə saat 10-da mağazanı açıb işə başlamış və həmin günü saat 16 radələrində dükana bir nəfər bəstə boy kişi gəlmiş və vitrində olan zərgərlik məmulatlarına baxmağa başlamışdır. Həmin şəxs mağazaya daxil olmamışdan qabaq giriş qapısının yanında iki böyük sellofan torba qoymuşdur. Həmin şəxs üzüklərə baxıb kişi və qadın üzükləri almaq istədiyini bildirmiş və üzüklərlə olan lotoku ona verilməsini xahiş etmişdir. O, lotoku vitrindən çıxarmış və o, həmin şəxsin işarə etdiyi dörd ədəd qızıl üzüyü ona vermişdir. Həmin şəxs üzüklərə baxmış və anasına göstərmək istədiyini demişdir. O, həmin şəxsdən anasının harada olmasını soruşmuş, anasının indi mağazaya gələcəyini demişdir. Həmin şəxs tez mağazadan çıxmış və giriş qapısında olan iki ədəd torbanı da götürüb qaçmışdır. O, mağazadan çıxıb həmin şəxsin arxasınca qaçıb qışqıraraq dayanmasını tələb etsə də, həmin şəxs qaçıb getmişdir. Oğurluq barədə mağaza sahibinə məlumat vermiş, mağaza sahibi Zərərçəkmiş şəxs9 mağazaya gəlmiş və kamera görüntülərinə baxmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid şəxs qismində dindirilmiş Şahid3 Fizuli oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu metronun “Nərimanov” stansiyası yaxınlığında mobil telefon alqı- satqısı ilə məşğul olur. 03 mart 2021-ci ildə bir nəfər şəxs mağazaya gəlmiş və özünə məxsus “Samsung Jl” markalı telefonu satmaq istədiyini demişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb edəndən sonra məlum olmuşdur ki, telefonu satan şəxs Təqsirləndirilən şəxsdur. Şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və Təqsirləndirilən şəxs telefonun oğurluq olmaması barədə yazıb imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid şəxs qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yanmış “Diqlas” mağazasının arxasında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb paltartikən maşınlarının təmiri ilə məşğul olmuşdur. 2021-ci ilin mart ayında təmir sexinə sonradan adını Təqsirləndirilən şəxs bildiyi şəxs gəlmiş, bir ədəd “Çayka 132 M” markalı paltartikən maşını satdığını bildirmişdir. Təqsirləndirilən şəxs paltartikən maşının ailəsinə məxsus olmasını, uşağına dərman ala bilmədiyi üçün satdığını söyləmişdir. O, paltartikən maşınını müayinə etmiş bir neçə ehtiyat hissəsinin yerində olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs neçəyə satmaq istədiyini soruşmuş, Təqsirləndirilən şəxs 50 manata satmaq istədiyini bildirmişdir. O, paltartikən maşının mühərriksiz yarı qiymətə alacağını təklif etmiş, Təqsirləndirilən şəxs razılaşanda mühərriki söküb ona vermiş, Təqsirləndirilən şəxs 23 manat ödəmişdir. Təqsirləndirilən şəxs pulu alan kimi dönər satan köşkdən bir ədəd dönər almışdır. Paltartikəni aldıqdan sonra o, hissələrə sökmüş və satmışdır. Bir müddətdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxsla gəlmiş və aldığı paltartikənin oğurluq olması barədə məlumat vermişlər. O, paltartikənin oğurluq olmasını bilmədiyini demişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid şəxs qismində dindirilmiş Şahid6 Səyyad oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən bazarda siqaret mağazasında işləyir. 05 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində mağazada olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq siqaret satdığını bildirmiş, o, Təqsirləndirilən şəxs 20 ədəd “Winston” markalı siqaret, 10 ədəd “LD” markalı siqareti 20 manat müqabilində almışdır. 01 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən 10 manat müqabilində 20 ədəd “Winston” markalı siqaret almışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid şəxs qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində icarəyə dükan götürüb işlədir. Təxminən 03 aprel 2021-ci ildə dükanda olarkən ona təqdim etdiyi sənədlə Təqsirləndirilən şəxs bildiyi balaca boy, 25 yaşlarında olan oğlan gələrək Koreya istehsalı olan LG markalı nazik ekranlı, istifadə olunmuş televizoru satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs niyə satmaq istədiyini soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, televizorun internetə qoşulmaq funksiyası yoxdur və bu səbəbdən satıb başqa model televizor almaq istəyir. O, Təqsirləndirilən şəxs televizorun kimə məxsus olmasını soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, televizor ailəsinə məxsusdur, narahat olma. Bundan sonra Təqsirləndirilən şəxsla televizorun qiyməti barədə razılığa gəlmiş və o, televizoru Təqsirləndirilən şəxs 150 manata almışdır. Hər ehtimala qarşı o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini mobil telefon vasitəsi ilə şəkilini çəkmiş və A4 formatında çap edərək özündə saxlamışdır. 06 aprel 2021-ci ildə günorta saatlarında dükandan olan zaman Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə dükana girmişlər və Təqsirləndirilən şəxs televizorun ona satdığını polis əməkdaşlarına demişdir. Polis əməkdaşları ona həmin televizoru Təqsirləndirilən şəxs oğurlamasını bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs ona satdığı bir ədəd “LG” markalı televizoru və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. O, LG markalı televizorun oğurluq olmasını bilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 18 mart 2021-ci il tarixli, 011-2520-1221 nömrəli məktubundan görünür ki, 15 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatında yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 17 mart 2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Ağdaş RPŞ, BƏSİİ və Suraxanı RPİ-dən daxil olan) xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağı ilə eynilik təşkil etmişdir. (c.i, cild-1, vərəq 13). Cinayət işi materiallarında olan 06 aprel 2021-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i, cild-1, vərəq 26). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-236/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 06 aprel 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (c.i, cild-1, vərəq 56-58). Cinayət işi materiallarında olan 23 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən edilmiş oğurluq faktları ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. (c.i, cild-3, vərəq 1-20). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-453/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. (c.i, cild-3, vərəq 121-123). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-656/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 05 noyabr 2021-ci il tarixədək uzadılmışdır. (c.i, cild-3, vərəq 199-202). Cinayət işi materiallarında olan 05 noyabr 2021-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri müddəti uzadımamış, o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (c.i, cild-3, vərəq 248-249). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-3, vərəq 252). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 9/6430 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs16 evindən oğurlanmış paslanmaz materialdan, təzə vəziyyətdə olan bir ədəd çaynik 20 manat, bir qutuda 16 ədəd olmaqla təzə vəziyyətdə su stəkanlarının qiyməti 30 manat, hər qutuda 6 ədəd olmaqla beş qutuda 30 ədəd təzə vəziyyətdə çay stəkanlarının qiyməti (bir qutunun qiyməti 20 manat) 100 manat, 4 metr uzunluğunda 0,90 metr enində ağ-yaşıl rəngli (bir ədəd xalçanın qiyməti 80 manat) iki ədəd xalçaların qiyməti 160 manat, üzərində “X8” yazıları olan təzə vəziyyətdə (bir ədəd qabın qiyməti 15 manat) üç ədəd qabın qiyməti 45 manat, üzərində “Kaida” yazısı olan qızılı rəngli, qapaqlı təzə vəziyyətdə (bir ədəd qabın qiyməti 25 manat) üç ədəd qabın qiyməti 75 manat, bir ədəd LG markalı 43LJ510V modelli, istifadə olub normal vəziyyətdə olan televozorun qiyməti 350 manat, üzərində “Eskape” yazısı ola qara rəngli, təkərli, istifadə olub qüsurları olan çemodanın qiyməti 15 manatdır. (c.i, cild-3, vərəq 253-254). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-3, vərəq 256). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 9/6432 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 evindən oğurlanmış bir ədəd “dəvə” formalı suvenirin qiyməti 10 manat müəyyən edilmişdir. (c.i, cild-3, vərəq 257). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, 21/563R nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs11 evindən götürülmüş əl-barmaq izlərindən bir ədədi əl-barmaq izinin Təqsirləndirilən şəxs sol əlinin adsız barmağı ilə eyni olması təsdiqini tapmışdır. (c.i, cild- 3, vərəq 258-261). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-4, vərəq 2). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 9/6431 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2013-cü il Koreya istehsalı “LG” markalı “32LS340T” modelli televizorun istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 160.0 manat müəyyən edilir. (c.i, cild-4, vərəq 3). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. (c.i, cild-4, vərəq 5). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 3/1529 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs16 evindən götürülmüş əl-barmaq izlərindən iki ədəd əlbarmaq izinin Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqlarından qalması müəyyən olunmuşdur. (c.i, cild-4, vərəq 6-12). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (c.i, cild-4, vərəq 14). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2021-ci il tarixli, 9/7156 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “GT-S7390” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların və üzərində cərəyan qidalandırıcısının olmaması, istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə, yəni, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, boya qopuqları) və arxa gövdəsinin yan tərəfində kiçik ölçülü qırıq olmaqla hadisə baş verən tarixə, yəni, 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 40 manat müəyyən olunur. (c.i, cild-4, vərəq 15). Cinayət işi materiallarında olan 21 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 21 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan nömrəsiz evdən oğurlanmış 01 ədəd “dəvə” formalı suvenir, 02 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44D nömrəli evdən oğurlanmış 01 ədəd “Samsung” markalı mobil telefon cihazı, 02 aprel 2021ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, nömrəsiz evdən Zərərçəkmiş şəxs15 məxsus oğurlanmış bir ədəd “LG” markalı televizor, 02 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 44J nömrəli evdən oğurlanmış 01 ədəd çaynik, 16 ədəd su stəkanları, 30 ədəd çay stəkanları, 02 ədəd xalça, üzərində “X8” yazısı olan 03 ədəd qab, üzərində “Kaida” yazısı olan 03 ədəd qab, 01 ədəd “LG” markalı televizor, üzərində “Eskape” yazısı olan çamadan cinayət işi üzrə maddi sübut kimi tanınaraq 01 ədəd “LG” markalı televizor Zərərçəkmiş şəxs15, 01 ədəd çaynik, 16 ədəd su stəkanları, 30 ədəd çay stəkanları, 2 ədəd xalça, üzərində “X8” yazısı olan 03 ədəd qab, üzərində “Kaida” yazısı olan 03 ədəd qab, 01 ədəd “LG” markalı televizor Zərərçəkmiş şəxs16 qaytarılmış, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “dəvə” formalı suvenir, Zərərçəkmiş şəxs17 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon cihazı Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən Təqsirləndirilən şəxs tərəfindən edilmiş oğurluğun baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (c.i, cild-4, vərəq 144-170). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinirək 1000 manat cərimə cəzasına məhkum edilmiş, 04 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 dekabr 2019-cu ildə cəzanın sonu ilə azad edilmişdir. (c.i, cild-3, vərəq 211-213). Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 531/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 04 noyabr 2022-ci il tarixli, xx/xx-7896 nömrəli məktubundan görünür ki, X3 31 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 01 noyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini səmimi etiraf etməsini və əmlakları qismən qaytarmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 31 oktyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 aprel 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixdən tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 06 (altı) ay 30 (otuz) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 06 (altı) ay 30 (otuz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 01 ədəd “LG” markalı televizorun Zərərçəkmiş şəxs15, 01 ədəd çaydan, 16 ədəd su stəkanları, 30 ədəd çay stəkanları, 2 ədəd xalça, üzərində “X8” yazısı olan 03 ədəd qab, üzərində “Kaida” yazısı olan 03 ədəd qab, 01 ədəd “LG” markalı televizorun Zərərçəkmiş şəxs16 qaytarılması nəzərə alınmalı, Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd “dəvə” formalı suvenir Zərərçəkmiş şəxs5, 01 ədəd “Samsung” markalı mobil telefon cihazı Zərərçəkmiş şəxs17 təhvil verilməli, Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən Təqsirləndirilən şəxs tərəfindən edilmiş oğurluğun baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 264 (iki yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 06 (altı) ay 30 (otuz) gün müddət azadlıqdan məhrumetmə cəzasının 06 (altı) ay 30 (otuz) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) ay 30 (otuz) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, 01 ədəd “LG” markalı televizorun Zərərçəkmiş şəxs15, 01 ədəd çaydan, 16 ədəd su stəkanları, 30 ədəd çay stəkanları, 2 ədəd xalça, üzərində “X8” yazısı olan 03 ədəd qab, üzərində “Kaida” yazısı olan 03 ədəd qab, 01 ədəd “LG” markalı televizorun Zərərçəkmiş şəxs16 qaytarılması nəzərə alınsın. Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd “dəvə” formalı suvenir Zərərçəkmiş şəxs5, 01 ədəd “Samsung” markalı mobil telefon cihazı Zərərçəkmiş şəxs17 təhvil verilsin. Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən Təqsirləndirilən şəxs tərəfindən edilmiş oğurluğun baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 264 (iki yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar