Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-690/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur, ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi düzəldəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2025- ci il tarixdə saat 15:23-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Qardaşlar” marketdəki “MilliÖn” elektron ödəmə terminalından özünə məxsus 4098-5844- 9742-1295 saylı kart hesabına göndərdiyi 200 manat pulunu, həmin tarixdə saat 17:24-də eyni işə görə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Neftçilər küçəsi, nömrəsiz evdə olarkən arvadı X1 məxsus “Birbank” mobil tətbiqi vasitəsilə özünə məxsus 4098-5844-9742-1295 saylı kart hesabına göndərdiyi 40 manat məbləğində pulunu, həmin tarixdə saat 18:15-də eyni işə görə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Neftçilər küçəsi, nömrəsiz evdə olarkən arvadı S.Məcidovaya məxsus "Birbank" mobil tətbiqi vasitəsilə özünə məxsus 4098-5844-9742- 1295 saylı kart hesabına göndərdiyi 40 manat məbləğində pulunu, xx.xx.2025-ci il tarixdə saat 16:47-də eyni işə görə Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsində yerləşən “Araz" marketdəki “MilliÖn" elektron ödəmə terminalından özünə məxsus 4098- 5844-9742-1295 saylı kart hesabına göndərdiyi 200 manat pulunu, xx.xx.2025-ci il tarixdə saat 01:14-də eyni işə görə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Neftçilər küçəsi, nömrəsiz evdə olarkən arvadı S.Məcidovaya məxsus “Birbank" mobil tətbiqi vasitəsilə özünə məxsus 4098- 5844-9742-1295 saylı kart hesabına göndərdiyi 100 manat məbləğində pulunu və xx.xx.2025- ci il tarixdə saat 21:39-da eyni işə görə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Neftçilər küçəsi, nömrəsiz evdə olarkən arvadı S.Məcidovaya məxsus “Birbank” mobil tətbiqi vasitəsilə özünə məxsus 4098-5844-9742-1295 saylı kart hesabına göndərdiyi 710 manat məbləğində pulunu, ümumilikdə 1310 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 1310 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin sonlarında Suraxanı rayonu ərazisində yerləşən kafelərin birində tanımışdır və bundan sonra onların arasında səmimi münasibət yaranmışdır. Həmin dövrdə özü sürücülük vəsiqəsi almış, Orxan isə sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. O isə Orxana sürücülük vəsiqəsi təşkil edə biləcəyini söyləmişdir. Söhbət zamanı Orxana bu prosesin təxminən 1100 manata başa gələcəyini demiş, Orxan da razılaşmışdır. Daha sonra Orxan motosiklet idarə edəcəyi üçün A kateqoriyasının da əlavə edilməsini istəmişdir. O isə Orxana bildirmişdir ki, sürücülük vəsiqəsinə A kateqoriyası da daxil edilərsə, bu prosesin qiyməti 1250 manat olacaq. Orxan əlavə olaraq 100 manat da “şirinlik” verəcəyini demişdir. Beləliklə, ümumi razılaşma 1350 manat olmuşdur. Orxan həmin məbləği tam ödəyə bilmədiyini, pulu hissə-hissə verəcəyini demişdir. Şəxs isə pulun tam ödənilməsindən sonra sürücülük vəsiqəsinin düzələcəyini bildirmiş və Orxanla razılaşmışdır. Bir müddət sonra Orxan ondan kart hesabını istəmiş və o, “Leo banka” aid 4098-5844-9742-1295 nömrəli kart hesabını göndərmişdir. Bundan sonra Orxan həmin karta xx.xx.2025-ci il tarixdə saat 15:23-də 200 manat, saat 17:24-də 40 manat, saat 18:15-də 60 manat xx.xx.2025-ci il tarixdə saat 16:47-də 200 manat, xx.xx.2025-ci il tarixdə saat 01:14-də 100 manat və xx.xx.2025-cı il tarixdə saat 21:39-da 710 manat, ümumilikdə 1310 manat göndərmiş, həmin dövrdə qızı xəstələndiyi üçün pula ehtiyacı olmuş və Orxanın göndərdiyi 1310 manatın hamısını qızının müalicəsinə xərcləmişdir. Daha sonra Orxana müxtəlif bəhanələr gətirərək sürücülük vəsiqəsinin alınacağına inandırmışdır. Lakin sonradan Orxan tez-tez pulunu tələb etdiyinə görə ona 260 manat qaytarmış, qalan 1050 manatı isə qaytarmamışdır. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, ona qarşı heç bir şikayət və tələb olmadığını bildirmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, pulu sürücülük vəsiqəsini düzəltmək üçün almış, özünün vəsiqəni düzəltmək kimi səlahiyyəti olmamışdır. Pulu qızının əməliyyatına görə xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayında tanımışdır. Bundan sonra onların arasında münasibət yaranmış və Emil onun etibarını qazanmışdır. 2025- ci ilin əvvəlində Emil ondan nə işlə məşğul olduğunu soruşmuş, o isə avtoyumada işlədiyini bildirmişdir. Bundan sonra Emil ondan avtomobil idarə edib-etmədiyim soruşmuş və sürücülük vəsiqəsi almağı təşkil edə biləcəyini, bunun üçün pul verməli olduğunu demişdir. Şəxs sürücülük vəsiqəsinin qiymətini soruşduqda Emil bunun 1200 manata başa gələcəyini demişdir. O, motosiklet idarə edə bildiyini və buna görə sürücülük vəsiqəsində A kateqoriyasının da olmasını istədiyini bildirmişdir. Emil isə bütün bunların 1350 manata başa gələcəyini demiş və o da buna inanmışdır. Şəxs Emilə pulu olmadığını, hissə-hissə göndərə biləcəyini bildirmiş, Emil isə pulu tam göndərdikdən sonra sürücülük vəsiqəsinin hazır olacağını demişdir. Daha sonra o, xx.xx.2025-ci il tarixdə saat 15:23-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən "Qardaşlar” marketdən Milliön elektron ödəmə terminalı vasitəsilə 200 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyi 4098-5844- 9742-1295 saylı kart hesabına göndərmişdir. Elə həmin gün - xx.xx.2025-ci il tarixdə saat 17:24-də 40 manat və saat 18:15-də 60 manat məbləğində pulu isə həyat yoldaşı X1 məxsus sonu 9921 olan kart hesabından, S.Məcidovaya məxsus mobil telefondakı “Birbank” mobil tətbiqi vasitəsilə qeyd edilən kart hesabına göndərmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə saat 16 47-də Sabunçu rayonu, Zabrat qəsəbəsi. R Axundov küçəsində yerləşən “Araz” marketdən Milliön elektron ödəmə terminalı vasitəsilə 200 manat məbləğində pulu yenidən Təqsirləndirilən şəxs verdiyi kart hesabına göndərmişdir. Ardınca isə xx.xx.2025-ci il tarixdə saat 01:14-də 100 manat, sonuncu dəfə isə xx.xx.2025ci il tarixdə saat 21:39-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Neftçilər küçəsi, nömrəsiz evdə olarkən 710 manat məbləğində pulu arvadı X1 məxsus sonu 9921 olan kart hesabından, onun mobil telefondakı “Birbank” mobil tətbiqi vasitəsilə, Təqsirləndirilən şəxs sonu 1295 olan kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ona xx.xx.2025-ci il tarixdən sürücülük vəsiqəsinin hazır olacağını bildirmiş, lakin bu günə qədər verdiyi vədə əməl etməmişdir. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs pulu ondan sürücülük vəsiqəsini düzəltmək üçün almışdır. Sənədi bir aya həll edəcəyini demiş, imtahan günü Emilə zəng etmiş, Emil pulu xərclədiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirmə və götürmə haqqında” 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni Neftçilər küçəsində yerləşən nömrəsiz fərdi evdir(i.v 9-11). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.23-27); “Götürmə aparılması haqqında” 31 iyul 2025-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs Elxan oğlunun təqdim etdiyi 06 ədəd qəbzlərin surətləri və 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülmüşdür(i.v. 33-37, 38-39). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v 65-66); “Diskə baxış keçirilməsi haqqında” 27 avqust 2025-ci il tarixli protokoldan görünür ki, diskdə səs yazıları və ekran görüntüləri vardır. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan səs yazıları və ekran görüntülərindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi düzəldəcəyini vəd verib aldadaraq 1310 manat pulunu ələ keçirmişdir(i.v.77). xx.xx.2025-ci il tarixli qəbzdən gürünür ki, 01 ədəd “Honor” markalı mobil telefon aparatı saz vəziyyətdə Təqsirləndirilən şəxs qaytarılmışdır(i.v. 93). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 25 aprel 2025-ci il tarixdə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlərin surəti sübut növü kimi qiymətləndirilmişdir (i.v 94-98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Əliyev X3 rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmiş, Füzuli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə maddi ziyan tam ödəndiyindən cinayət işinin icraatına xitam verilmişdir(i.v 41-42). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta əsasən CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq ibtidai istintaqı aparılmışdır(i.v 1). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat təqsirləndirilən şəxs istintaqa gətirilənə qədər CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v 48). “Axtarışda olan şəxsin tutulması barədə” 26 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da Yasamal rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİnin MSY-nə təhvil verilmişdir(i.v.50). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir(i.v 51). “Vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Fərid Rzayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİnin MSY-dən azadlığa buraxılmışdır(i.v.85-87). “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v. 88-89); Füzuli Rayon Məhkəməsinin 1(064)-13/2024 saylı 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Hökmün təsviri əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs olu barəsində cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyini və dövlət büdcəsinə başa çatmayan cinayətlərə görə müəyyən edilmiş 10% miqdarında məbləği ödədiyi üçün xitam verilmişdir. AZE MİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il və xx.xx.2013-cü il təvəllüdlü uşaqları vardır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsini(AR CM-59.1.13), zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 06 ədəd qəbzin surəti və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-yaşayış yeri üzrə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar 06 (altı) ədəd qəbzin surəti və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-690/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-690/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver