Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-691/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 2008-ci ildə Ağstafa rayonu, Göyçəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Göyçəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən zərərçəkmiş şəxsin ondan asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur etmişdir. Belə ki, o, 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən fərdi yaşayış evində aralarında sevgi münasibətləri olan, ondan yaş fərqi bir il kiçik olan, on altı yaşına çatmamış 05 sentyabr 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra yenidən öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə (yuxarı bədən ön hissəsi) baxıb masturbasiya edərək, sonuncunun qarın nahiyəsinə cinsiyyət orqanından gələn spermasını tökmüş, həmin zaman isə öz mobil telefonu vasitəsilə video çəşkiliş etmiş, iki gün sonra qeyd olunan video çəkilişi Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz ünvanda yerləşən evində olarkən sonuncunun mobil telefonuna göndərməklə, Zərərçəkmiş şəxs ondan asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Bir müddət sosial şəbəkədə yazışdıqdan sonra onların arasında sevgi münasibətləri yaranmışdır. Təxminən bir ay davam edən yazışmadan sonra görüş təyin etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək söhbət etmişlər. Daha sonra işə getməli olduğu üçün Nurayla sağollaşaraq oradan ayrılmışdır. Bildirmişdir ki, Nuray hər gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən kompüter və tibb kursuna gedirmiş. Təxminən 2024-cü ilin oktyabr ayında Nurayla ikinci dəfə görüşmək barədə qərar qəbul etmişlər. Bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində 81 nömrəli avtobus dayanacağında görüşmüşlər. Nuray evə getmək və çay içmək istədiyini bildirdiyindən, onunla birlikdə Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yerləşən yaşadığı evə getmişlər. Evdə bir qədər söhbət etdikdən sonra Nurayın öz təşəbbüsü ilə yaxınlıq etməyə başladığı, bundan sonra onların qucaqlaşıb öpüşdükləri bildirilmişdir. Daha sonra hər ikisi də ehtiraslandığı üçün Nurayın öz könüllü razılığı ilə onunla qeyri-tibbi yolla cinsi əlaqədə olmuşdur. Bir neçə dəqiqə keçdikdən sonra Nurayla yenə də cinsi əlaqədə olmaq istəmiş, lakin Nuray ağrı hiss etdiyini bildirmişdir. Buna görə də, o, cinsi ehtirasını ödəmək məqsədi ilə masturbasiya etməyə başlamış, Nuray köynəyini boyun nahiyəsinədək qaldırmış, şalvarını və alt paltarını isə diz səviyyəsinədək endirmişdir. Daha sonra boşalma nəticəsində spermasını Nurayın qarın nahiyəsinə boşaltmışdır. Həmin vaxt bilmədən telefon vasitəsilə qısa müddətli videoçəkiliş aparılmışdır. Daha sonra gec olduğuna görə evdən çıxaraq Nurayı avtobusla evinə yola salmışdır. Evə qayıtdıqdan sonra telefonuna baxarkən həmin videonu görmüş və Nurayla danışarkən, aralarındakı münasibətə əsaslanaraq, videonu ona da göndərmişdir. Daha sonra Nurayın başqa oğlanlarla danışdığından şübhələnmiş, bu barədə ondan soruşduqda Nuray heç kimlə danışmadığını bildirmişdir. Bunun nəticəsində aralarında mübahisə yaranmış və Nurayın İnstagram hesabını bloklamışdır. Sonradan isə danışmadıqları müddətdə, Nurayın İnstagram hesabı əlində olduğuna görə, onun dəfələrlə yazışmalarını müəyyən edilmişdir. Nuraya bu məsələni atasına deyəcəyini bildirmişdir. 2024-cü ilin noyabr ayında Nuray ona görüşməyi təklif etmiş və təxminən saat 19:00 radələrində Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində, 81 nömrəli sərnişin avtobusunun dayanacağında görüşmüşlər. Görüş zamanı Nuray həmin ünvanda olmuş, ona yaxınlaşmış və görüş zamanı orada bir nəfər oğlanın onu saxlamaq istədiyini görmüşdür. Həmin şəxsin polis olduğunu bildirməsi nəticəsində qorxuya düşərək oradan uzaqlaşmışdır. Nurayla yalnız öz könüllü razılığı əsasında bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmçinin heç bir vaxt Nurayı qeyd olunan video və ya digər vasitələrlə cinsi əlaqəyə məcbur etməmiş, şantaj etməmiş və hədə-qorxu gəlməmişdir. Məhkəmə iclasına videokonfrans vasitəsi ilə qoşulmuş qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Bir müddət sosial şəbəkədə yazışdıqdan sonra onların arasında sevgi münasibətləri yaranmışdır. Təxminən bir ay davam edən yazışmadan sonra Təqsirləndirilən şəxs ilə görüş təyin etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüşərək söhbət etmişlər. Təxminən 2024-cü ilin oktyabr ayında o və Əhməd ikinci dəfə görüşmək qərarına gəlmişlər. Həmin dövrdə o, hər gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən kompüter və tibb kursuna gedirmiş. Təqsirləndirilən şəxs ilə söhbət zamanı yenidən görüşmək barədə razılığa gəldikdən sonra kursdan çıxdıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsinə yönəlmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində Təqsirləndirilən şəxs ilə məktəbin yaxınlığında görüşmüş, bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən evlərinə getməyi təklif etmiş və onunla razılaşmışdır. Həmin evdə olduqları zaman bir qədər söhbət etdikdən sonra onlar qucaqlaşıb öpüşmüşlər. Təqsirləndirilən şəxs öz cinsi ehtirasını təmin etmək məqsədilə onun sinə nahiyəsinə (yuxarı bədən ön hissəsi) baxıb masturbasiya edərək, onun qarın nahiyəsinə cinsiyyət orqanından gələn spermasını tökmüş, həmin zaman isə öz mobil telefonu vasitəsilə video çəşkiliş etmişdir. Bundan sonra qarın nahiyəsini silmiş, Təqsirləndirilən şəxs ilə mübahisə etmiş və evdən çıxıb getmişdir. Daha sonra, Təqsirləndirilən şəxs ondan üzr istəyərək belə hərəkətin bir daha təkrarlanmayacağını bildirdiyi üçün şəxs onu bağışlamışdır. Həmin hadisədən iki gün sonra, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hərəkətləri edərkən çəkdiyi videonu yaşadığı evdə olarkən mobil telefonuna göndərmişdir. Təqsirləndirilən şəxs, o, hamama girib şəkil göndərməzsə, həmin videonu onun atasına göndərəcəyini bildirmiş, ona yenidən görüşməyi və yaxınlıq etməyi təklif etmişdir. Səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs, onun guya digər oğlanlarla da danışdığını əsas gətirmişdir. O, Təqsirləndirilən şəxs ilə yenidən görüşməmiş və baş verənlərlə bağlı anasına məlumat vermişdir. Anası, Təqsirləndirilən şəxs hərəkətləri barədə polisə şikayət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun doğma övladıdır. Qızı, Nuray, xx.xx.2009-cu il təvəllüdlüdür və hələ yetkinlik yaşına çatmamışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində, qızının kiminləsə tez-tez telefonla danışmasından və mesajlaşmasından şübhələnərək, gizli şəkildə onun mobil telefonuna baxmış və orada qızının videosunu aşkar etmişdir. Həmin videoçəkiliş zamanı Nuray köynəyini qaldırmış vəziyyətdə olmuş və onun sinə ilə qarın nahiyəsi arasında sperma müşahidə edilmişdir. Bundan sonra, o, əsəbləşərək bu barədə Nuraydan soruşduqda, Nuray həyəcanlanaraq ağlamağa başlamış, bir müddət ərzində Nuray fasiləsiz ağlamış və ona heç bir cavab verməmişdir. Daha sonra, yenidən Nurayla söhbət etməyə cəhd etmişdir. Nuray ona bildirmişdir ki, təxminən 6 ay əvvəl TikTok sosial şəbəkəsində özünü ‘Ağa’ kimi təqdim edən, əsl adı Əhməd olan şəxs ilə tanış olmuşdur. Onunla bir müddət yazışdıqdan sonra aralarında sevgi münasibətləri yaranmış və bir dəfə Əhməd Qaraçuxur qəsəbəsində Nurayın yaşadığı evdə onunla görüşərkən cinsi əlaqədə olmaq istəmişdir. Nuray isə ona etiraz etmişdir. Buna baxmayaraq Əhməd onun sinə nahiyəsinə baxıb masturbasiya edib və qarın nahiyəsinə spermasını töküb. Həmin an Əhməd öz mobil telefonu vasitəsilə videoçəkiliş etmişdir. Daha sonra isə Əhməd həmin videonu Nuraya göndərib onunla cinsi əlaqədə olması üçün şantaj etmişdir. Nuray, yuxarıda qeyd olunanları ona bildirdikdən sonra, Nuray ilə birlikdə 12-ci Polis Şöbəsinə (PŞ) gedərək ərizə və izahat vermişlər. Sonradan aparılan məhkəmə-tibbi ekspertiza zamanı məlum olmuşdur ki, Nurayın arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə xarakterik izlər mövcuddur. Bunun ardınca Nuraydan mövzu ilə bağlı soruşmuş və ona bildirmişdir ki, qorxmadan, çəkinmədən həqiqətləri danışsın. Nuray bildirmişdir ki, Əhmədlə həmin vaxt görüşü zamanı cəmi bir dəfə, öz könüllü razılığı ilə, qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra Əhməd ikinci dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyəndə, Nuray etiraz etmişdir. Buna baxmayaraq Əhməd onun sinə nahiyəsinə baxıb masturbasiya edib və qarın nahiyəsinə spermasını töküb. Həmin videonu mobil telefonunda aşkar etdikdə, Nuray qorxduğu üçün həqiqətləri bildirməmişdir. Sonradan isə Əhməd həmin videonu Nuraya göndərmiş və ona bildirmişdir ki, əgər onunla yenidən cinsi əlaqədə olmayacaqsa, videonu atasına göndərəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151ci maddəsi ilə başlanılaraq icraata qəbul edilmişdir. (i.v.1). "Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən fərdi yaşayış evində baş vermişdir (i.v. 7-8). “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 39). “Axtarışda olan şəxsin könüllü olaraq gəlməsi barədə” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində saxlanılaraq MSY-nə təhvil verilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. (i.v. 43). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzlənərək ibtidai istintaq davam etdirilmişdir. (i.v. 44). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 02 mart 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X2 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 84-86). “Qətimkan tədbiri seçilməsi haqqında” 02 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 87-88). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X5 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 12 nömrəli, 05 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyritəbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (i.v. 99-101). Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid 06 mart 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. (i.v. 109). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 113-114). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X4 730 nömrəli, 06 mart 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. (i.v. 120-122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X4 1181 nömrəli, 17 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik aşkar olunmadı. Zərərçəkmiş şəxs ona qarşı olan hərəkətlərin xarakterini, mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. (i.v. 124-126). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzlənərək ibtidai istintaq davam etdirilmişdir. (i.v. 128-129). "Sübutların qiymətləndirilməsi haqqında” 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 151-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində seçilmiş "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 152 və 182-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 142-147). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 117- 118). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsinə əsasən əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı həm məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşmanlığını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barımasını, ona qarşı şikayət və tələbin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Həmin Məcəllənin 151-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici həm yetkinlik yaşına çatmış, həm də yetkinlik yaşına çatmayanlara islah işləri cəzasının aşağı və yuxarı hədlərini müəyyən etmiş, konkret əmələ görə isə islah işləri cəzasının aşağı və yuxarı hədləri CM-in Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən etmişdir. CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cii il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən, yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının tələbindən görünür ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxsə cəza təyin edilərkən, CM-in müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın müddəti və ya miqdarının aşağı həddi CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddindən yuxarı olduğu halda CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddi (azadlıqdan məhrum etmədə 10 il, islah işlərində 01 il) təyin edilərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. İşin halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2008-ci il təvəllüdlü olmaqla cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ibtidai istintaq zamanı 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 20% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün islah işləri cəzasının müddətinə 01 günə 04 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 08 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 22 gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-691/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-691/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver