Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-692/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, həyat üçün təhlükəli olmayan, AR CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Louvre Plaza” şadlıq sarayının qarşısında tanışı Şahid ilə tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs sözlə mübahisə etdiklərini görüb aralarında dava-dalaş yaranmaması üçün mübahisəni sakitləşdirmək məqsədi ilə onlara tərəf yaxınlaşan zaman, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan əvvəlcə onun ünvanına nalayiq sözlər işlətməsi və yumruğu ilə sol göz və ağız nahiyəsindən zərbələr vurması səbəbindən özünü alçaldılmış hesab edərək Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurub yerə yıxaraq ona burunla tənəffüsün pozulmasına səbəb olan burun sümüyünün yerdəyişən, açıq, qəlpəli sınığı və burun nahiyəsinin əzilmiş yarasıqançırı ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətdə pozulması ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, 17 yanvar 2024-cü il tarixdə qardaşı X1 və dostları Şahid ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Louvre Plaza» şadlıq sarayında dostları Turabın oğlunun kiçik toy məclisində iştirak etmişlər. Toyda olan zaman nə o, nə qardaşı Şəmistan, nədə ki, dostları Vüsal spirtli içki qəbul etməmişlər. Toyda bir qədər iştirak etdikdən sonra həmin tarixdə təxminən saat 22 radələrində əvvəlcə Vüsal, bir qədər sonra qardaşı Şəmistanla birlikdə şadlıq sarayından çıxmışlar ki, yaşadıqları evə getsinlər. Şadlıq sarayının qarşısında bir nəfər şəxsin dostları Vüslla sözlə mübahisə etdiyini görüb onları sakitləşdirmək məqsədi ilə qardaşı ilə birlikdə onlara tərəf yaxınlaşmışdılar ki, aralarında dava-dalaş yaranmasın. Onlara yaxınlaşan zaman Vüsalla mübahisə edən şəxsin əvvəllər yaşadığı Bərdə rayonu, Lənbəran kəndindən olan tanıdığı Zərərçəkmiş şəxs olduğunu görmüşlər. Mənsurdan nəyə görə Vüsalla mübahisə etməsinin səbəbini soruşanda, Mənsur heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söyərək get işinlə məşğul ol deyib, gözləmədiyi halda qəflətən yumruğu ilə sol göz və ağız nahiyəsindən zərbələr vurmuş, o, müvazinətini itirməmiş, yenə də Mənsurun səroxoş olduğunu nəzərə alıb ona heç bir söz deməmişdir ki, “sərxoşdur, səhər ayılar bəlkə özü etdiyi hərəkətlərə görə peşman olar”, lakin Mənsur yenə onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış və təkrar üstünə gələn zaman Mənsurun haqsız olaraq ona nalayiq sözlər deməsinə və hətta yumruğu ilə vurduğuna görə özünü alçaldılmış hesab etmiş, bu səbəbdən də onun hərəkətlərinə dözməyib yaxasından tutub əlbə-yaxa olmuşlar və yumruğu ilə Mənsurun burun nahiyəsindən bir dəfə zərbə vuraraq yerə yıxmışdır. Həmin vaxt qardaşı Şəmistan və dostları Vüsal onlara yaxınlaşaraq Mənsurla yenidən dalaşmalarına imkan verməmişlər. Bundan sonra onlar oranı tərk edərək yaşadıqları evə getmişlər. Səhəri gün onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər, polis bölməsində baş vermiş hadisə barədə o, da yazılı ərizə və izahat vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir və onunla barışdığı üçün ona qarşı heç bir şikayət, tələbi və iddiası yoxdur. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 17 yanvar 2024-cü il tarixdə qardaşının qaynı X3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Louvre Plaza» şadlıq sarayında dostları Turabın oğlunun kiçik toy məclisində iştirak etmişlər. Toyda olan zaman spirtli içki qəbul etmişlər. Qardaşının qaynı X6 şəhərindən olduğuna görə toyda Gəncəlilərə aid mahnı sifariş verdirmişdir. Toyda bir qədər iştirak etdikdən sonra Mikayılla birlikdə şadlıq sarayından çıxmışlar ki, yaşadıqları evə getsinlər. Şadlıq sarayının qarşısında Mikayılla söhbət edirmişlər, həmin vaxt həmkəndlisi tanıdığı Vüsal şadlıq sarayından çıxmış və onlara tərəf yaxınlaşaraq Mikayıla toy məclisində Gəncəlilərə aid mahnı oxunmasına narazlığını bildirmişdir. O, Mikayıla fikir verməməsini deyib onu yola salmış, Vüsalla o, şadlıq sarayınm qarşısında qalmış və bir balaca aralarında sözlə mübahisə yaranmışdır, mübahisəyə səbəbdə ki, Vüsala qardaşının qaynı Mikayılın Gəncəli olduğu üçün toy məclisində Gəncəlilərə aid mahnı sifariş verməsini yaxşı edib deməsi olmuşdur. Vüsal da Bərdəlilərin toyunda Gəncəlilərə aid mahnı oxunmasına narazlığını bildirirmiş. Vüsal ilə sözlə mübahisə edən zaman əvvəllər yaşadığı Bərdə rayonu, Lənbəran kəndindən olan tanıdığı Təqsirləndirilən şəxs onlara tərəf yaxınlaşmış, Vüsalın qolundan tutub aparmaq istəyən zaman, Ülviyə “nə üçün bizim işimizə qarışırsan, get işinlə məşğul ol” deyib, özündən aslı olmayaraq ünvanına nalayiq söyüşlər söymüş, həmin vaxt Ülvidə onun ünvanına nalayiq söyüşlər söyəndə yumruğuğu ilə Ülvinin sol göz və ağız nahiyəsindən zərbələr vurmuşdur. Həmin vaxt Ülvi onun yaxasından tutaraq “səni it kimi döyərəm” deyəndə, o, yenə Ülvini vurmaq istəmiş və əlbə-yaxa olmuşlar, Ülvi qəflətən yumruğu ilə onun burun nahiyəsindən bir dəfə zərbə vuraraq onu yerə yıxmış, həmin vaxt Ülvinin qardaşı Şəmistan və Vüsal onlara yaxınlaşaraq onları ayırmışlar. Bundan sonra o, oranı tərk edərək Sabunçu RPİ-nin 15-ci polis bölməsinə getmiş, polis bölməsində baş vermiş hadisə barədə yazılı ərizə və izahat vermişdir. - İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Louvre Plaza» şadlıq sarayının həyətində baş vermişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 119 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burunla tənəffüsün pozulmasına səbəb olan burun sümüyünün yerdəyişən, açıq, qəlpəli sınığı və burun nahiyəsinin əzilmiş yarası-qançırı, boyun, sağ və sol baldır nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə burunla tənəffüsün pozulmasına səbəb olan burun sümüyünün yerdəyişən, açıq, qəlpəli sınığı və burun nahiyəsinin əzilmiş yarası-qançırı ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir, boyun, sağ və sol baldır nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 127.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirlərinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-692/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-692/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver