Məhkəmə qərarları › İş №1(008)-693/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-693/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-693/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Sənhan qızının, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 623/2014 saylı, xx.xx.2014-cii il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan xx.xx.2013-cü il tarixdən başlayaraq övladı xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Məmmədova (Orucova) Aysel Sənhan qızma ödənilməsinə dair məhkəmə aktının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1071/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 15 gün olmaqla inzibati qaydada həbslə tənbeh edilməsinə və həmin məhkəmənin 3(008)-1900-2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 700,00 manat məbləğində cərimə edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla xx.xx.2017-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və 15 dekabr 2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq olunsa da, şəxsi maraq niyyətilə təqdimat verilən 01 mart 2021 -ci il tarixədək məhkəmə aktı üzrə cəmi 8502,00 manat aliment borcunu zərərçəkən şəxs Məmmədova (Orucova) Aysel Sənhan qızma ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, eləcə də sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsi mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək aliment borcunu ödəmədiyini etiraf edərək bunun maddi imkanı ilə bağlı olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Sənhan qızı ilə ailə quraraq evlənmiş və birgə nikahdan Pərvanə adlı qızı anadan olmuşdur. Bir-birlərini başa düşmüşlər, aralarında heç bir narazılıq olmamışdır və bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuşdur və mövcüd nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-623/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla övladı xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Sənhan qızma ödənilməsi qət edilmiş və icra orqanın tələblərinə baxmayaraq maliyyə çətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmiş və həmin vaxta 8502,00 manat alimet borcu yaranmışdır. İcra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1071/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün olmaqla inzibati qaydada həbslə tənbeh edilmiş və həmin məhkəmənin 3(008)-1900-2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 700,00 manat məbləğində cərimə edilmişdir. Təqsirləndirilən şəxs hazırda bağbanlıqla, müxtəlif yerlərdə avtomobil yumaqla məşğul olur və aylıq qazancı 200- 250,00 manat təşkil edir. O bir müddət nəqliyyat qəzası keçirdiyindən işləyə bilməmişdir. Alimenti ödəməmə səbəbi də maddi imkansızlığı ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Sənhan qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladı xx.xx.2008-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ayrıldıqdan sonra övladı onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-623/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə cavabdeh kimi Təqsirləndirilən şəxs həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 103,00 manat vəsaiti ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Sabunçu rayon İcra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1071/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün olmaqla inzibati qaydada həbslə tənbeh edilmiş və həmin məhkəmənin 3(008)-1900-2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 700,00 manat məbləğində cərimə edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Bu günədək ötən 10 il ərzində ona cəmi 253 manat məbləğində aliment ödənişi edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla övladı xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Sənhan qızına verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-623/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1071/2016 saylı xx.xx.2016- cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün olmaqla inzibati qaydada həbslə tənbeh edilmiş və həmin məhkəmənin 3(008)-1900-2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 700,00 manat məbləğində cərimə edilmməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2017-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və 15 dekabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 01 mart 2021-ci il tarixədək 8502,00 Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 2(010)- 623/2014 qətnaməsinə əsasən 28 yanvar 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək Təqsirləndirilən şəxs 24 dekabr 2013-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində alimentin alınaraq X2 ödənilməsi qət edilmişdir (i.v.9-11). “İcraat başlama haqqında” 19 iyun 2014-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 2(010)- 623/2014 icra vərəqəsi üzrə icraata başlanılmışdır (i.v.14). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 3(008)- 1071/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.23). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 3/(008)- 1900/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.35-36). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 8(008)- 693/2023 saylı qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.42-43). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, **********3 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektro informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatda deyildir (i.v.47). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəyə bilməməsi və həmin məbləği ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən uzun müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirildikdən sonra müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq arabir fərdi əməklə məşğul olduğunu, bağbanlıq etdiyini, avtoyuma fəaliyyəti ilə məşğul olduğunu, ayda 200-250 manat qazancının olduğunu, alimenti ödəməməsinə səbəb kimi maddi imkanının çatmadığını, alimenti hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir (i.v 155-158). Təqsirləndirilən şəxsin aliment borcunu ödəməyə maddi imkanının çatmamasına dair dəlilinə münasibətdə məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs bu günədək işə qəbul olmaq üçün qeydiyyatda olduğu rayonun Məşğulluq Mərkəzinə müraciət edərək iş axtaran şəxs kimi qeydiyyata durmamış, iş tapmaq və alimentin ödənilməsi istiqamətində hər hansı addım atmamışdır ki, bu da onun məhkəmə qətnaməsini icra etmək üçün bütün imkanlardan istifadə etməməsinin göstəricisidir. Təqsirləndirilən şəxsin qətnaməni hissə-hissə icra etməyə hazır olması barədə göstərdiyi xüsusata münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi 30 aprel 2014-cü il tarixdə çıxarılmaqla 19 iyun 2014-cü il tarixdə icra vərəqəsi üzrə icraata başlanmış, icra vərəqəsində göstərilən məbləğin birdəfəlik ödənilməsi nəzərdə tutulmuş, borclunun qətnamənin hissə-hissə icrasına və ya maddi imkanı ilə əlaqədar olaraq qətnamənin icrasına möhlət verilməsinə, yaxud aliment borcunun azaldılmasına dair hər hansı qanuni tədbir görməsi, ərizə ilə məhkəməyə müraciət etməsi müəyyən edilməmişdir ki, bu hal özü də təqsirləndirilən şəxsin məhkəmə qətnaməsinə etinasız münasibət göstərərək qətnaməni qərəzli olaraq icra etməməsinə dəlalət edən hallardan biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin öz əməlinə haqq qazandırmaq üçün irəli sürdüyü dəlillər əsassız olmaqla öz təsdiqini tapmamış və iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun illər ərzində icra olunmamış, Təqsirləndirilən şəxs bu illər ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə iki dəfə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, qətnamənin icrası məqsədi ilə Dövlət Məşğulluq orqanında qeydiyyata alınması üçün müraciət etməmiş və bununla da qətnamənin icrası üçün yetərli tədbirlər görməmiş, özünün də qeyd etdiyi kimi fəri əməklə məşğul olmasına, sabit olmasa da gəlirinin olmasına və bununla da qətnamənin icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə onu da xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 17 may 2021ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.82). “Axtarışda olan şəxsin tutulması haqqında” 09 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Nardaran qəsəbəsi ərazisində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.104). “Qətimkan tədbiri seçmək haqqında” 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.117-118). “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir (i.v.125-126). “Axtarışda olan şəxsin tutulması haqqında” 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində “Retro” kafenin yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.151). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.159-160). “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir (i.v.164-165). Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə mindiyi vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab olunmadığı, maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməməsi nəticəsinə gələrək təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun istintaq zamanı tutularaq saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək, 31 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar