Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-693/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Həsənovun sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 1 gün azadlığı məhdudlaşdırılsa da, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda, psixotrop maddəni isə şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,188 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında yəni, təmiz çəkisi 0,028 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnovka yaşayış massivindəki “AL” marketin yaxınlığınadək daşımış, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində özünü şübhəli apardığına görə Azərbaycan Respublikası DİN-in X11 Alayının 8-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 2rləşən Sabunçu Rayon Polis idarəsinin 14-cü Polis şöbəsinə gətirilmiş, xx.xx.2025-ci il tarixdə, saat 00:30-da PŞdə onun üzərinə şəxsi axtarış keçirilərkən şalvarının cibindəki pul kisəsindən 2 ədəd büküm, 1 ədəd bükümdə təmiz çəkisi 0,188 qram xeyli miqdarda narkotik vasitə heroin, digər 1 ədəd bükümdə isə təmiz çəkisi 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin ona məxsus olmuş, lakin metamfetamin onun olmamışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Taksi ilə evinə gedən zaman Maştağa yolundan dəmiryolu keçəndə 2 nəfər post patrulun əməkdaşları maşını saxlamışlar, axşam saat 10-11 radələri olmuşdur, ilk öncə şofer maşından düşmüş söhbət etmiş, daha sonra onu maşından düşürmüşlər, üzərini yoxlamağa çalışmış, o icazə vermədiyinə görə ona əl-qol atmışlar, onu bölməyə aparmışlar, bölmədə də ona fiziki təzyiq göstərilmişdir, metamfetamini üzərinə götürməyə məcbur etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, birlikdə yaşadığı xanımı Maştağada anasıgilə düşürüb Buzovnaya evinə gedirdi, taksi yeni hərəkətə başlamışdı ki, polis maşını saxlamışdır, onu maşından düşürüb, üzərini yoxlamağa çalışmışlar, o icazə vermədiyin görə ona qarşı fiziki təzyiq göstərmişlər, daha sonra maşına mindirib bölməyə gətirmişlər, taksini nəyə görə saxladıqlarını bilmir, orada post yoxdur, yumruq və təpiklə onu vurmuşlar, taksidə oturanda onun üzərində 1 “çet” 10 manatlıq heroin olmuşdur, onu həmin gün əldə etmişdir, lakin metamfetamin onun olmamışdır, üzərinə götürməyə məcbur olmuşdur, onu götürməyə məcbur edən polis çəkilişdə olmamışdır, MSY-nə gedən zaman orada da polis əməkdaşlarının onu döyməsi ilə bağlı bildirmişdir, orada sənədləşdirmişlər, lakin o imza çəkməmişdir, bədənini yoxlayıb yazmışlar, müstəntiqə də bu barədə bildirmişdir. Aktda olan imza ona məxsusdur, ona dedikləri üçün polis əməkdaşlarından qaçmağa çalışan zaman yıxılaraq aldığı kimi qeyd edilmişdir. Xeyr, bundan sonra hər hansı orqana şikayət etməmiş, həkimdən gedib müayinədən keçməmişdir. MSY-dən buraxılmış, lakin yenidən müraciət etməmişdir. Əvvəllər məhkum edilmiş, polisə dəstək işləmiş, lakin yenə də bilməmişdir ki, nə etmək lazımdır. Azərbaycan hərflərini bilmədiyinə görə müstəntiq nə yazdığını oxuya bilməmişdir, heç bir yerə şikayət etməmişdir, xəstəxanada müayinə olunmamışdır, çünki hara, kimə şikayət edəcəyini bilməmişdir, əvvəllər məhkumluğu olmuşdur, o sms nə yaza, nə də oxuya bilmir, ona görədə heç kim ona sms yazmır, o narkotik vasitə satmamış, kiməsə pay verməmişdir, yanında olan şəxslər olmuşdur ki, birlikdə çəkmiş daha sonra getmişlər, ona yazılan mesajlara cavab verməmişdir, mesaj yazılan nömrələri tanımır, “daş” nədir bilmir, o əvvəl fəhlə işləmişdir, daş boşaltmaqla məşğul olmuşdur. Psixotrop maddə olan metamfetaminə “daş” və ya “patı”, narkotik vasitə olan heroinə “kola” deyilir. “Tema" isə bütün narkotik tərkibli maddədir. Başqa şəxslərlə birlikdə psixotrop maddələrdən istifadə edib, lazım olduqda birlikdə pul qoyub alıb istifadə etmişlər. Əvvəllər polisə dəstək işləmişdir. Adının hal şahidləri qismində olması bununla bağlıdır. İstifadəsində olan telefon nömrəsində olan “kolam var lazımdırsa gəl məndən al” ifadəsinin telefonunda necə olması barədə bir söz deyə bilməz. Digər sms yazışmalarında məlumatı yoxdur. Telefon daimi onun istifadəsində olmuşdur. Həmin mesajların necə yazılması barədə bir məlumatı yoxdur. Mesajlarda Eldar adı qeyd edilsə də onun məlumatı yoxdur. Adlarına çıxan şəxslərdən xanımların dəvət edilməməsini xahiş etmişdir. Ümumiyyətlə adları qeyd edilən şəxsləri tanımır. İfadəsi alınmış şahidləri də tanımır və onlarla narkotik vasitə barədə danışıqlar aparmamışdır. İfadələri arasında ziddiyyət olduğundan ifadəsi elan olunmuş və təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, X11 Alayının polis nəfərləri Şahid1 və Şahid2 saxlanılan günədək tanımamış, həmin şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, işləmir, evlidir, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 1 gün azadlığı məhdudlaşdırılsa da, məhkumluğu ödənilməmişdir, ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Narkotik aludəçisidir, uzun müddətdir narkotik tərkibli maddələrdən, əsasən heroindən və metamfetamindən istifadə edir, heroin və metamfetamindən vaxtı-vaxtında istifadə etmədikdə bədənində ağrıları olur. Narkotik tərkibli maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən, əsasən də Sabunçu rayonu, Maştağa qəsəbəsindən alır, tapa bilmədikdə dost tanış arasında biri-birilərinə narkotik tərkibli maddələr verirlər və ya narkotik tərkibli maddələr almalarına biri birilərinə maddi dəstək olurlar. Tək o deyil, bütün narkotik aləminin nümayəndələri psixotrop maddə olan metamfetaminə “daş" və ya “patı”, narkotik vasitə olan heroinə “kola” deyirlər. “Tema" isə bütün narkotik tərkibli maddələrə deyirlər. O da narkotik tərkibli maddələrin adlarını istər səsləndirərkən, istərsə də, SMS yazarkən yalnız həmin terminlərdən istifadə etməklə adlandırır. ***-***-**-** nömrəsindən özündən başqa istifadə edən olmur və olmamışdır, həmin nömrəni xx.xx.2024-cü il tarixdə öz adına almış və həmin gündən özü tək istifadə edir, heç vaxt, heç kimə istifadə etməsi üçün verməmişdir. “Bakcell LTD" MMC-dən götürülmüş məlumatlardakı ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinin kimlərə məxsus olmasını xatırlamır, ola bilsin ki, ehtiyacları olduqda yoldaş kimi ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinin istifadəçiləri ilə SMS vasitəsi ilə narkotik tərkibli maddələrin satışı barədə yazışmalar aparmaqla yoldaş kimi biri-birilərinə narkotik tərkibli maddələr vermişlər və ya narkotik tərkibli maddələr alarkən biri birilərinə maddi dəstək olmuşlar. xx.xx.2025-ci il tarixdə ağrıları olduğundan qərara gəlmişdir ki, heroin və metamfetamin alsın. Bu məqsədlə saat 21:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisinə getmişdir. Orada olarkən heç bir anket məlumatını bilmədiyi, lakin üzdən tanıdığı şəxsə yaxınlaşaraq heroin və metamfetamin lazım olduğunu bildirmiş, həmin şəxsdən xahiş etmişdir ki, puluna uyğun, yəni 15 manatlıq heroin və metamfetamin tapsın, çalışsın ki, mümkün qədərincə heroin çox olsun. Həmin şəxs ondan 15 manat alaraq uzaqlaşıb gözdən itmişdir. Təxminən 15 dəqiyqə sonra ona yaxınlaşaraq siqaretin gümüşü kağızında olan 2 büküm vermiş, bildirmişdir ki, bükümlərdəki metamfetamin və heroindir. O, həmin bükümləri pul kisəsinin cibinə yerləşdirmiş, pul kisəsini isə əynindəki şalvarının arxa sağ cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi. Vişnovka yaşayış sahəsindəki “AL" marketin qarşısından keçən zaman DİN-in X11 Alayının sonradan adlarının Şahid1 və Şahid2 olduğunu bildiyi 2 əməkdaşını görmüşdür. Onun cibində heroin və metamfetamin olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Odur ki, iti yerişlə gedərək polis əməkdaşlarından yayınmaq istəmişdir. Lakin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, kimliyi barədə soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt tam əmin olmuşdur ki, polis əməkdaşları üzərində heroin və metamfetamin olmasını bilirlər. Odur ki, qəfildən iti sürətlə qaçmağa başlamış, polis əməkdaşları onu təqib etmişlər. O. 7-8 metr qaçarkən ayağı büdrəyərək yerə yıxılmışdır. Polis əməkdaşları onu Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. O, etiraz etməmiş, düşünmüşdür ki, yolda heroinlə metamfetamini tullayar, lakin polis əməkdaşları buna şərait yaratmamışlar, birgə 14-cü PŞ-nin inzibati binasına gəlmişlər. O, çıxış yolunun olmadığını başa düşmüş, odur ki. onu saxlayan polis əməkdaşları saxlanılarkən qaçmasının səbəbini soruşduqda etiraf etmişdir ki, üzərində heroin və metamfetamin var. 14-cü PŞ-də ona X5 tərəfindən özünün siyahıdan seçdiyi vəkil Müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə. videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, şəxsi axtarışının videoçəkilişlə aparılmasına etiraz etməmişdir. Bundan sonra şəxsi axtarışının aparılmasından ötrü onu saxlayan Daxili İşlər Nazirliyinin X11 Alayının polis nəfərləri ilə birgə Sabunçu RPİ 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Surəc Niyazovun xidməti otağına daxil olmuş, əvvəlcə sonuncu, bundan sonra polis nəfərləri və o, özlərini təqdim etmişlər, daha sonra vəkili Müdafiəçi özünü təqdim etmişdir. Xidməti otaqda X5 saxlanılması ilə bağlı məlumat vermiş və ondan üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. O, əynindəki şalvarının sağ arxa cibindən 1 ədəd pul kisəsini, sol yan cibindən isə ***-***-**-** nömrəsi ilə istifadə etdiyi 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Təqdim etdiyi pul kisəsinə baxış keçirilərkən içərisindən 3 ədəd “Kapital bank"a aid və 2 ədəd “Leo bank”a aid bank kartları, 1 ədəd “Spar marketə aid bonus kartı, şəxsiyyət vəsiqəsi və gümüşü kağızlarda olan 1 büküm heroin və 1 büküm metamfetamin aşkar edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, həmin bükümlərdə olanlar “patı", yəni metamfetamin və “kola”, yəni heroindir. X5 tərəfindən bükümlər açılarkən bükümlərdən birinin içərisində ağ rəngli metamfetamin, digərinin içərisində isə qəhvəyi rəngli heroin olması görünmüşdür. Suallara cavab olaraq bildirmişdir ki, həmin bükümləri saxlanılmazdan 15-20 dəqiyqə əvvəl tanımadığä şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. X5 tərəfindən pul kisəsi ətraflı axtarılarkən ciblərinin birindən 7 ədəd 20 qəpiklik pul sikkələri aşkar edilmişdir. Bundan sonra masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi pul kisəsinin içərisindən aşkar edilmiş 2 ədəd bükümdə olan heroin və metamfetamin X5 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmişdir. Onun tərəfindən və şəxsi axtarışında iştirak edən digər şəxslər tərəfindən zərf imzalanmış və bununla da çəkiliş sona çatmışdır. Şəxsi axtarışının keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. İfadələri arasında ziddiyyətlə bağlı qeyd etmişdir ki, o istintaqda olan zamanı ifadəsini oxumamışdır. Onun satmaq niyyəti olmamışdır. Müstəntiq onun adından yazmışdır ki, yoldaş kimi biri-birilərinə narkotik tərkibli maddələr vermişlər və ya narkotik tərkibli maddələr alarkən biri birilərinə maddi dəstək olmuşlar. O, elə söz deməmişdir. Bir yerdə yığışıb narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Heç kimə narkotik vasitə və psixotrop maddə bəxşiş kimi də verməmişdir. Müstəntiq tərəfindən ona qarşı hər hansı təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-in X11 Alayının 8-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birgə Sabunçu RPİ 14-cü Polis şöbəsinin inzibati ərazisində, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsində xidmət aparmışlar. Həmin tarixdə saat 22 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Vişnovka” yaşayış massivində “AL" marketin yaxınlığında olarkən, sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs onları görən kimi iti yerişlə hərəkətə başlamış, sonuncunun hərəkətləri diqqətlərini cəlb etmişdir. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs kimliyi barədə soruşmuş, şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Qəfildən Təqsirləndirilən şəxs iti sürətlə qaçmağa başlamış, onlar da sonuncunu təqib etmişlər. Təqsirləndirilən şəxs 7-8 metr qaçdıqdan sonra sonuncuya çataraq onu saxlamaq istədikdə Təqsirləndirilən şəxs ayağı büdrəyərək yerə yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs Sabunçu RPİ 14-cü PŞ-nə təmin etmişlər. Sabunçu RPl-nin 14-cü PŞ-də olarkən Təqsirləndirilən şəxs saxlanılarkən qaçmasının səbəbini soruşduqda sonuncu etiraf etmişdir ki, üzərində heroin və metamfetamin olduğundan qaçmaq istəmişdir. Təqsirləndirilən şəxs PŞ-yə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik tərkibli maddələri hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. X5 tərəfindən Təqsirləndirilən şəxs özünün siyahıdan seçdiyi vəkil Müdafiəçi təqdim olunmuş, Eldara hüquq və vəzifələri izah edilmiş və bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. Eldar şəxsi axtarışının videoçəkilişlə aparılmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olanlar “patı”, yəni metamfetamin və “kola", yəni heroindir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, şəxsi saxlayan zaman avtomobilin yanında hərəkətdə olmuşdur, sonradan onlara məlum olmuşdur ki, şəxs avtomobildən düşüb, onları görən zaman qaçmağa, yayınmağa çalışmışdır, onlar onun arxasınca getmişdir, şəxsi saxlayandan sonra taksidən düşdüyünü demişdir, ona görə sonradan taksi şoferinə yaxınlaşmışlar, taksi şoferi demişdir ki, bəli o maşından düşüb, ancaq sonra taksi şoferini bölməyə aparmamışlar, taksi hərəkətdə olan zaman saxlamamışlar, taksi sifariş deyildi, şəxsin xarici görünüşü, onları görən zaman yayınmağa çalışması onlarda şübhə yaratmışdır, qaçdıqdan sonra saxlayıb qolunu buraraq gətirib maşına əyləşdirmişlər, qaçan zaman ayağı büdrəmiş və yıxılmışdır. Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuşdur. Suallara cavab olaraq bildirmişdir ki, taksi sürücüsünü bölməyə dəvət etməmişlər, bununla bağlı protokol tərtib etməmişdir, ona görə də ifadəsində bu barədə deməmişdir. Şəxs yıxıldıqdan sonra görülə biləcək xəsarət yox idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, şəxs saxlanılan zaman heç bir təsir və ya təzyiqə məruz qalmamışdır, şəxs saxlanılan zaman taksidən düşüb axşam saatlarında hərəkətdə olan zaman onları gördükdən sonra qaçmağa cəhd göstərmişdir, o özü orada olmuşdur, şəxsi heç kim vurmamışdır, saxlanılan zaman qaçmağa çalışmışdır, qolundan tutub maşına əyləşdirmişlər, üzərində hər hansı görünən izlər olmamışdır, şəxsi yolda hərəkətdə olmuşdur, şəxsə ilk öncə iş yoldaşı Şahid1 yaxınlaşmışdır, o sonradan çatmışdır, onlar şəxsi bölməyə aparıb təhvil vermişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxsı tanımır, 070 504 71 73 nömrəsi onda olub, o rusca yaza bilmir, 2025-ci ilin mart ayında Azərbaycanda olmuşdur, narkotik vasitə qəbul etməmişdir, əhatəsi olub, telefon istəyiblər vermişdir, adına nömrə çox olmuşdur, bəzən nömrələri itirmişdir, ola bilər nömrə itib adından çıxartdırmayıb, əvvəllər narkotiklə məhkumluğu olub, 10 ilə yaxındır ki, istifadə etmir. xx.xx.2025-ci il; saat 08:07:13-də ***-***-**-**-***-***-**-** “Eldar atam atam pati varındısa mənə 5 dik düzəld pulun dalınca gedim gəlim naxid verim 5 dik götürüm patı əgər varsa”, xx.xx.2025-ci il; saat 09:50:11 -da ***-***-**-**--70-504-71-73 “Kolam var lazımdısa gəl məndən al” sms yazışmalarından məlumatı yoxdur, onların necə yazılmasından məlumatsızdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, barəsində hazırda Xəzər Rayon məhkəməsində CM-nin 177.2-ci maddələri ilə cinayət işi gedir. Həmin mesajlar barədə məlumatsızdır, məzmunu və necə yazılması barədə bir söz deyə bilməz. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı video konfrans əlaqə sistemi vasitəsi ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, ***-***-**-** nömrəsi ona məxsusdur, hal-hazırda istifadə edir, Təqsirləndirilən şəxsı müştəri kimi 2-3 dəfə aparmışdır, ilk olaraq sifarişlə aparmışdır, daha sonra taksi lazım olanda gəlib aparmışdır, Eldar ona vvhatsApp vasitəsilə yazmışdır, o da ona cavab vermişdir, “xx.xx.2025-ci il; saat 00:51:08-da istifadəsində olan ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə “Eldar teli ac 5 ya 10luq daş var?” sözlərinin yazılmasını o xatırlamır, o narkotik vasitə istifadə edən deyil, yoldan keçən kimsə və ya tanış telefonunu istəyəndə vermişdir, kim yazdığını bilmir, dəqiq xatırlamır ola bilsin müştəri kimi aparan zaman telefonu istəyib verib, “daş” nə olduğunu bilmir, iki nəfər xanım götürmüşdür, Eldarın xanımı olmuşdur, Buzovnaya Eldarın yanına aparmışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, ola bilsin ki, həmin mesajı kimsə telefonu ondan istəyib yazmışdır. Bu barədə başqa məlumatı yoxdur. Həmin mesajların nə ilə bağlı olması barədə bir söz deyə bilməz. Eldarı tanıyır, müştəri kimi özünü və xanımını da bir neçə dəfə taksi kimi aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v 1). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində şalvarının sağ arxa cibindən qara rəngli dəri pul kisəsini çıxarıb masanın üzərinə qoymuş, pul kisəsinin içərisində 2 ədəd büküm aşkar edilmişdir. Bundan başqa pul kisəsində 7 ədəd 20 qəpiklik dəmir pul sikkələri, 1 ədəd Spar mağaza bonus kartı, 2 ədəd Leo Bank kartı, 3 ədəd Kapital Bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bundan başqa 1 ədəd göy rəngli samsung markalı mobil telefonu sol yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Bükümlərdə olan maddələrin patı və kakos adlanan psixotrop və narkotik vasitə olmasını bildirmişdir. 15 manata tanımadığı şəxsdən Maştağa qəsəbəsində almasını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir(i.v. 21-22). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2025-ci il tarixli, 3-16-16/2-6/2225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs(imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,028 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(i.v.27-29). “mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı götürülmüş bir ədəd, üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan “Samsung” markalı mobil telefon aparatını nəzərdən keçirilmişdir. “Samsung” markalı mobil telefon smartfon tiplidir, işlənmişdir və işlək vəziyyətdədir. Mobil telefonun çıxış və daxil olan zənglər siyahısında, mesajlar olan sms yazışmalarında və digər proqramlarda cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək məlumat aşkar edilməmişdir(i.v.63). “DVD diskdə olan video görüntüyə baxış keçirmə haqqında” 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Daxili İşlər Nazirliyinin X11 Alayının 8-ci Patrul bölüyünün polis nəfərləri ilə birgə Sabunçu RPİ 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Surəc Niyazovun xidməti otağına daxil olurlar, əvvəlcə sonuncu, bundan sonra polis nəfərləri və Təqsirləndirilən şəxs, daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə məşqul olan vəkili Müdafiəçi özlərini təqdim edirlər. Xidməti otaqda Sabunçu RPİ 14-cü PŞ-nin təhqiqatçısı Surəc Niyazov, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir, saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ arxa cibindən bir ədəd pul kisəsini, sol yan cibindən isə 1 ədəd “Samsung" markalı mobil telefojıunu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilmir. Saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinə baxış keçirilərkən içərisindən 3 ədəd “Kapital bank”a aid və 2 ədəd “Leo bank”a aid bank kartları, 1 ədəd “Spar markefə aid bonus kartı, şəxsiyyət vəsiqəsi və gümüşü kağızlarda olan 2 ədəd büküm aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin “patı” və “kola" olduğunu bildirir. X5 tərəfindən bükümlər açılarkən bükümlərdən birinin içərisində ağ rəngli kristal formalı maddə, digərinin içərisində isə qəhvəyi rəngli maddənin olması görünür. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümləri saxlanılmazdan 15- 20 dəqiyqə əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. X5 tərəfindən pul kisəsi ətraflı axtarılarkən ciblərinin birindən 7 ədəd 20 qəpiklik pul sikkələri aşkar edilir. Bundan sonra saxlanılan Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi pul kisəsinin içərisindən aşkar edilmiş 2 ədəd büküm X5 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir. Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır(i.v.77-78). “maddi sübut kimi tanıma haqqında” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,028 qram psixotrop maddə metamfetamin və 0,188 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,01 qram və 0,04 qram sərf edildikdən sonra qalıq çəki 0,018 qram psixotrop maddə metamfetamin və 0,148 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir( i.v.79). “CD diskə baxış keçirilməsi haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 1).“Mushteri zenglerinin detallashması_MSİSDN_998883408” adlı faylda xx.xx.2024-cü il tarixdən, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsindən gedən və həmin nömrəyə gələn nömrələrin siyahısı, nə vaxt, neçə saniyə və hansı anten dairəsindən, yəni ərazidən danışıqların aparılması göstərilsə də, iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. 2).“SMS detallashmasi_MSİSDN_998883408” adlı faylda xx.xx.2024-cü il tarixdən, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsinə daxil olan və çıxan mesajlar barəsində məlumatlar 16 vərəqdən ibarət mesajların mətnləri göstərilmişdir. Həmin faylda iş üçün əhəmiyyət kəsb edəcək mətnlər: xx.xx.2025-ci il; saat 00:51:08 ***-***-**-**-***-***-**-** Eldar teli ac 5 ya 10luq daş var?. xx.xx.2025-ci il; saat 06:34:31-də ***-***-**-**--***-***-**-** Sənə qurban səndə ya necə məndə pul yoxdu nə yalan deyim sənə telim qoyum zaloqu alınırsa sonra həmişəki kimi divijeniya eliyim pulu verərəm teli götürərəm alınar elə çıxıb gəlim. xx.xx.2025-ci il; saat 22:50:00-da ***-***-**-** -- ***-***-**-** Eldar gəl ana teba jdet kələm dolması astavila tebe tort astavila. Mən 5-6 manat astavil nastreniya netu bəlkə daş düzəldə. xx.xx.2025-ci il; saat 08:07:13-də ***-***-**-**-***-***-**-** Eldar atam atam pati varındısa mənə 5 dik düzəld pulun dalınca gedim gəlim naxid verim 5 dik götürüm patı əgər varsa. xx.xx.2025-ci il; saat 23:17:52-də ***-***-**-**-***-***-**-** Qalmıram mne tema nujna pamaqi paru manatov yest. xx.xx.2025-ci il; saat 13:39:50-də ***-***-**-**-***-***-**-** Vazmi trupku 4 baxışladım sənə bu gün bayramdı 6 7 manatov yest u mena lomka elama. xx.xx.2025-ci il; saat 09:50:11-də ***-***-**-**-***-***-**-** Kolam var lazımdısa gəl məndən al. xx.xx.2025-ci il; saat 19:16:14-də ***-***-**-**-***-***-**-** Daş ver. xx.xx.2025-ci il; saat 19:24:59-da ***-***-**-**-***-***-**-** Görürsən eldar elədiyini tebe nasrat şto sən kimnənsə pulu almısan işto həmin adam ağrıda qalıb bütün işləri sarvat olub nə pulu verirsən nə vecinə alırsan. Sonra ağız dolusu deyirsən kola eliyənnər belədi. Özün gör neynirsən. i tebe vsoravno şto ti kovoto ağrıda qoymusan öz işin getsin qalanar tebe poxuy. xx.xx.2025-ci il; saat 03:50:45-də ***-***-**-**-***-***-**-** Bilmirəm sənə yenə nolub. Sən belə şeylər eləmirdin eldar keçən səfər kamal tutulanda sən bir dəfə də məni aldatmadın. Ama indi yəgin potomuşto yemu dolqo sidet. Bez neujeli menim özümüm heç hörmətim olmadı yanında ne pislik eləmişəm. Həmişə qaqaş demişəm odu günahım. Bi tike daş vermədin mənə nə gəldi ditsə. 3).“Zenglerin məxsusluq tarixcheleri_MSİSDN_998883408” adlı xx.xx.2024-cü il tarixdən, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**- ** nömrəsinə daxil olan və çıxan "xxxx" MMC-yə məxsus nömrələr və nömrələrin sahiblərinə dair məlumatlar göstərilsə də, iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir(i.v.83-85). “maddi sübut kimi tanıma haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə bağlı "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli, GHMOQ-2/xx-xx/2025 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir(i.v.86- 87). “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyinə görə material ayrılması qərara alınmışdır(i.v.99-106). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 sentyabr 2025-ci il tarixli 5517 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSlS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər NMda(F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır(i.v.128-129). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə, saat 22:00-dan tutulmuş hesab edilmişdir(i.v.19). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.44-45). “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, vəsatətin müdafiə olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.57-59). “qətimkan tədbirinin seçilməsi haqqında” 19 iyun 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.60-62). Sabunçu RPİ-nin 14-cü PŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs boğaz nahiyyəsinin sağ və sol tərəflərində, sol qulağında qızartılar, sol göz nahiyyəsində, sol alın nahiyyəsində şişkinlik və qızartılar, başın arxa hissəsində çapılmış qançırlı xəsarət aşkar olunmuşdur. Vət. Təqsirləndirilən şəxs həmin xəsarətləri nə səbəbdən və harada aldığını soruşduqda, o cavabında polis əməkdaşlarından qaçmağa çalışan zaman yolda yıxılaraq aldığını bildirmişdir(i.v.33). Əİavə edilmiş qəbzin surətindən görünür ki, 3 ədəd “Kapital Bank”a aid və 2 ədəd “Leo Bank”a aid bank kartlarını, 1 ədəd “Spar marklet”ə aid bonus kartını, şəxsiyyət vəsiqəsini, 7 ədəd 20 qəpiklik pul sikkələrini, pul kisəsini və “Samsung” markalı mobil telefonu Təqsirləndirilən şəxs təhvil almışdır(i.v 65). “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(i.v.107-108). 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.110). “axtarışda olan şəxsin tutulması barədə” 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində 10:00 radələrində saxlanılmışdır(i.v.113). 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.114). “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.125-126). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlığı məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə hökmlə təyin edilmiş azadlığı məhdudlaşdırılma cəzasının çəkilməmiş hissəsi 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 gün azadlığı məhdudlaşdırılmışdır. Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 01 gün azadlığı məhdudlaşdırılmışdır(i.v.131-133). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-693/2025 saylı, xx.xx.2025-ci il tarxili qərarı ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-693/2025 saylı, xx.xx.2025-ci il tarxili qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış verilmiş və o, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞ-dən məhkəmə daxil olmuş xx.xx.2025-ci il tarixli 49-3/2-15914 saylı məktubundan görünür ki,axtarış işi olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-693/2025 saylı, xx.xx.2025-ci il tarxili qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubu və ona əlavə edilmiş amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)- 526/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 01 gün(qəti olaraq 02 il 02 gün) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə getməsi təmin edilmişdir. “Azemis” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs 19 iş üzrə şahid və hal şahidi qismində iştirak etmişdir. “Azemis” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü(X3) və xx.xx.2015-ci il təvəllüdlü(X4) iki övladı var. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, ********* saylı nömrə Şahid4, ********* saylı nömrə Şahid5, ********* saylı nömrə Şahid6, ********* saylı nömrə Təqsirləndirilən şəxs adına olmuşdur. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, ********* saylı nömrə Şahid3n adına qeydiyyatdan keçmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə təhvil verildikdə üzərinə, bədəninə təlimata uyğun tam baxış keçirilmiş və həkim müayinəsindən keçərək tibbi kitabında qeydlər aparılmışdır. Əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyytaı kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs MSY təhvil verilərkən üzərində xəsarətlər aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin özünü satış məqsədi ilə təqsirli bilməməsinə və məhkəmə iclasında qeyd etdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamin ona məxsus olmamasını qeyd edərək, məhkəməyədək icraat dövründə etiraf edici ifadəsini ona qarşı fiziki təsir tədbiri olması ilə əlaqədar verdiyini qeyd etmişdir. Ona verilmiş suallara cavabında isə sənədlərə imza çəkdiyini polisdən kimə şikayət edəcəyini bilmədiyini, iki dəfə məhkumluğu olduğunu, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq olduğunu, döyüldüyünü, bədənində xəsarət izləri olduğunu, polis əməkdaşlarının onu yumruq və təpiklə vurduğunu, heç yerə bu barədə müraciət etmədiyini, həkimə göstərmədiyini, müvəqqəti saxlama yerinə daxil olan zaman dediyini, müstəntiqə də dediyini, heç yerə şikayət etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclası zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,188 qram xeyli miqdarda narkotik vasitə heroin ona məxsus olmasını qeyd etmişdir. Göründü kimi təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdar 0,188 qram xeyli miqdarda narkotik vasitə heroinin ona məxsus olmasını qeyd etsə də, 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamin ona məxsus olmamasını bildirməsi məhkəməyə inandırıcı gəlməmişdir. Məntiqi hesab edilə bilməz ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş xeyli miqdar psixotrop maddənin ona məxsus olduğu halda, 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamin üzərinə götürməyə məcbur olunsun. Qeyd edilən halın , MSY-nə gedən zaman orada da polis əməkdaşlarının onu döyməsi ilə bağlı bildirməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsində MSY-də şübhəli şəxs qismində saxlanıldığı 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək qəbul edilərkən təlimata uyğun olaraq baxış keçirilən zaman üzərində xəsarətlərin olubolmaması barədə məlumatın verilməsi, xəsarətlərin olması halında bu barədə tərtib edilmiş aktın surətinin, həmçinin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışın təqdim edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə sorğu verilmiş və həmin sorğuya cavab olaraq Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə təhvil verildikdə üzərinə, bədəninə təlimata uyğun tam baxış keçirilmiş və həkim müayinəsindən keçərək tibbi kitabında qeydlər aparılmışdır. Əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyytaı kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs MSY-nə təhvil verilərkən üzərində xəsarətlər aşkar edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən(şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının(onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Belə ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs şübhəli şəxs kimi ifadəsində(i.v. 38-41), təqsirləndirilən şəxs kimi ifadəsində(i.v. 52-55), təqsirləndirən şəxsin yenidən dindirilməsi zamanı ifadəsində(i.v 88-90), təqsirləndirilən şəxs kimi ifadəsində(i.v.121-124) şəxsi axtarış və götürmə aparılması haqqında protokolda(i.v 21- 22), bunu özündə əks etdirən video görüntülərdə, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Göründüyü kimi kimi təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda verdiyi ifadələrində özünü təqsirli bilmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə bir dəfə də olsun məhkəməyədək icraat dövründə məlumat verməmiş, əksinə olaraq həmin maddənin ona məxsus olmasını dəfələrlə qeyd etmişdir. Belə ki, təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə, saat 22:00-dan tutulmuş, 19 iyun 2025-ci il tarixli qərarla dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məlum olduğu kimi təqsirləndirilən şəxsin imkanı olmuşdur ki, ifadəsində yazılanların doğru olmadığını bildirsin, buna dair etiraz və vəsatətlə istintaq orqanına müraciət etsin. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, hər hansı formada ona qarşı fiziki təsir halı olmuşdursa ona dair etirazını bildirmək imkanına malik olmuş, həmçinin təqsiləndirilən şəxsin özü əvvəllər polisə dəstək işləmiş, dəfələrlə aparılmış istintaq hərəkətlərin hal şahidi kimi iştirak etmişdir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi(Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təsir altında, yəni onun döyüldükdən sonra ifadə verməsi məhkəməyə inandırıcı gəlməmiş və özünü müdafiə xarakterli olaraq qiymətləndirilməlidir. İş materiallarında olan Sabunçu RPİ-nin 14-cü PŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs boğaz nahiyyəsinin sağ və sol tərəflərində, sol qulağında qızartılar, sol göz nahiyyəsində, sol alın nahiyyəsində şişkinlik və qızartılar, başın arxa hissəsində çapılmış qançırlı xəsarət aşkar olunmuşdur. Vət. Təqsirləndirilən şəxs həmin xəsarətləri nə səbəbdən və harada aldığını soruşduqda, o cavabında polis əməkdaşlarından qaçmağa çalışan zaman yolda yıxılaraq aldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şahidlər məhkəmə iclasında ifadələrində qeyd etmişlər ki, onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs kimliyi barədə soruşmuş, şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Qəfildən Təqsirləndirilən şəxs iti sürətlə qaçmağa başlamış, onlar da sonuncunu təqib etmişlər. Təqsirləndirilən şəxs 7-8 metr qaçdıqdan sonra sonuncuya çataraq onu saxlamaq istədikdə Təqsirləndirilən şəxs ayağı büdrəyərək yerə yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs Sabunçu RPİ 14-cü PŞ-nə təmin etmişlər. Baxdıqda görünür ki, şahidlərin ifadələri ilə Aktda qeyd edilənlər üst-üstə düşməklə, Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçan zaman yolda yıxılaraq xəsarətlər alması müəyyən edilmişdir. Məhkəmənin diqqətini çəkən məqamlardan biri də ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs ilkin şübhəli şəxs kimi ifadəsini(i.v 38-41) verdikdən sonra üç dəfə ayrı ayrı vaxtlarda, yəni xx.xx.2025-ci il tarixli(i.v 52-55), xx.xx.2025-ci il tarixli(i.v. 88-90) və xx.xx.2025-ci il tarixli(i.v 121-124) təqsirləndirilən şəxs kimi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını qeyd etmişdir. Belə olan halda təqsirləndirilən şəxsin üzərində olmuş xəsarətlər onun ifadəsinə(şübhəli şəxs kimi) təsir göstərən hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclası zamanı üzərindən aşkar edilmiş xeyli miqdar 0,188 qram xeyli miqdarda narkotik vasitə heroinin ona məxsus olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 2 ədəd büküm, 1 ədəd bükümdə təmiz çəkisi 0,188 qram xeyli miqdarda narkotik vasitə heroin, digər 1 ədəd bükümdə isə təmiz çəkisi 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetaminin satış məqsəd ilə əldə edib-etməməsi aydınlaşdırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı üzərindən çıxmış narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən Təqsirləndirilən şəxs 2 ədəd büküm, 1 ədəd bükümdə təmiz çəkisi 0,188 qram xeyli miqdarda narkotik vasitə heroin, digər 1 ədəd bükümdə isə təmiz çəkisi 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Bu halların müəyyən edilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2014-cü il tarixli qərarının 8-ci bəndəinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn(başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri(psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri(psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O, cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər. Məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs ifadələrində yoldaş kimi biribirilərinə narkotik tərkibli maddələr verməsini, narkotik tərkibli maddələr alarkən biri birilərinə maddi dəstək olmasını qeyd etmişdir. Bununla bağlı təqsirləndirilən şəxs məhkəmə iclası zamanı bildirmişdir, məhkəməyək icraat dövründə müstəntiq onun adından yazmışdır ki, yoldaş kimi biri-birilərinə narkotik tərkibli maddələr vermişlər və ya narkotik tərkibli maddələr alarkən biri birilərinə maddi dəstək olmuşlar. Həmin ifadələri o bildirməmiş, özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilsə də, o bunu müstəntiqin yazmasına görə oxumadan ifadəsini imzalamışdır. Qeyd edilən hal məhkəməyə inadırıcı gəlməmiş və təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə etmədiyinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə əsas sübut onun istifadəsində olmuş telefonda olan nömrələrdən aşkar edilmiş aşağıdakı məzmunda olan mesajlar olmuşdur: xx.xx.2025-ci il; saat 00:51:08 ***-***-**-**-***-***-**-** Eldar teli ac 5 ya 10luq daş var?. xx.xx.2025-ci il; saat 06:34:31-də ***-***-**-**--***-***-**-** Sənə qurban səndə ya necə məndə pul yoxdu nə yalan deyim sənə telim qoyum zaloqu alınırsa sonra həmişəki kimi divijeniya eliyim pulu verərəm teli götürərəm alınar elə çıxıb gəlim. xx.xx.2025-ci il; saat 22:50:00-da ***-***-**-** -- ***-***-**-** Eldar gəl ana teba jdet kələm dolması astavila tebe tort astavila. Mən 5-6 manat astavil nastreniya netu bəlkə daş düzəldə. xx.xx.2025-ci il; saat 08:07:13-də ***-***-**-**-***-***-**-** Eldar atam atam pati varındısa mənə 5 dik düzəld pulun dalınca gedim gəlim naxid verim 5 dik götürüm patı əgər varsa. xx.xx.2025-ci il; saat 23:17:52-də ***-***-**-**-***-***-**-** Qalmıram mne tema nujna pamaqi paru manatov yest. xx.xx.2025-ci il; saat 13:39:50-də ***-***-**-**-***-***-**-** Vazmi trupku 4 baxışladım sənə bu gün bayramdı 6 7 manatov yest u mena lomka elama. xx.xx.2025-ci il; saat 09:50:11-də ***-***-**-**-***-***-**-** Kolam var lazımdısa gəl məndən al. xx.xx.2025-ci il; saat 19:16:14-də ***-***-**-**-***-***-**-** Daş ver. xx.xx.2025-ci il; saat 19:24:59-da ***-***-**-**-***-***-**-** Görürsən eldar elədiyini tebe nasrat şto sən kimnənsə pulu almısan işto həmin adam ağrıda qalıb bütün işləri sarvat olub nə pulu verirsən nə vecinə alırsan. Sonra ağız dolusu deyirsən kola eliyənnər belədi. Özün gör neynirsən. i tebe vsoravno şto ti kovoto ağrıda qoymusan öz işin getsin qalanar tebe poxuy. xx.xx.2025-ci il; saat 03:50:45-də ***-***-**-**-***-***-**-** Bilmirəm sənə yenə nolub. Sən belə şeylər eləmirdin eldar keçən səfər kamal tutulanda sən bir dəfə də məni aldatmadın. Ama indi yəgin potomuşto yemu dolqo sidet. Bez neujeli menim özümüm heç hörmətim olmadı yanında ne pislik eləmişəm. Həmişə qaqaş demişəm odu günahım. Bi tike daş vermədin mənə nə gəldi ditsə. Mobil telefon nömrəsindən aşkar edilmiş mesaj mətnlərindən görünür ki, həmin mesajlar həm Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə, həm də ona məxsus olan mobil nömrədən çıxan mesaj olmuşdur. Məhkəmə mesajda göstərilən şəxslərin, həmin mesajları göndərmiş(göndərdiyi) şəxslərlə təqsirləndirilən şəxsin əlaqələrinə aydınlıq gətirmək və sms mətnlərin aydınlaşdırılması üçün təqsirləndirilən şəxsə suallar ünvanlamış və təqsirləndirilən şəxs cavabında bildirmişdir ki, psixotrop maddə olan metamfetaminə “daş” və ya “patı”, narkotik vasitə olan heroinə “kola” deyilir. “Tema” isə bütün narkotik tərkibli maddədir. Başqa şəxslərlə birlikdə psixotrop maddələrdən istifadə edib, lazım olduqda birlikdə pul qoyub alıb istifadə etmişlər. Əvvəllər polisə dəstək işləmişdir. Adının hal şahidləri qismində olması bununla bağlıdır. İstifadəsində olan telefon nömrəsində olan “kolam var lazımdırsa gəl məndən al” ifadəsinin telefonunda necə olması barədə bir söz deyə bilməz. Digər sms yazışmalarında məlumatı yoxdur. Telefon daimi onun istifadəsində olmuşdur. Həmin mesajların necə yazılması barədə bir məlumatı yoxdur. Mesajlarda Eldar adı qeyd edilsə də onun məlumatı yoxdur. Adlarına çıxan şəxslərdən xanımların dəvət edilməməsini xahiş etmişdir. Ümumiyyətlə adları qeyd edilən şəxsləri tanımır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs həmin mesajlarda məlumatsız olmasını, onların kim tərəfindən yazılmasını bildirsə də, mesajların məzmunundan görünür ki, onun adını çəkməklə “Eldar” deyə müraciət edilmişdir. Mesajların məzmununda olan sözlərin mənası təqsirləndirilən şəxs psixotrop maddələr və narkotik vasitələrlə bağlı olmasını özü də qeyd etmişdir. Mesajların mətnində bükümlərlə bağlı məbləğlər və miqdarı qeyd edilmişdir(5, 10luq, 5 dik, 6, 7 manatov). Həmin mesajlardan Təqsirləndirilən şəxs nömdəsindən çıxan(xx.xx.2025-ci il; saat 09:50:11-də ***-***-**-**-***-***-**-** Kolam var lazımdısa gəl məndən al) mesajın mətnində aşkar şəkildə görünür ki, təqsirləndirilən şəxs ondan narkotik vasitə almasını yazmışdır. Təqsirləndirilən şəxs həmin mesajları yazanları tanımadığını və mesaj yazışmalarından məlumatsız olmasını qeyd etsə də, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ***-***-**-** nömrəsi ona məxsusdur, hal-hazırda istifadə edir, Təqsirləndirilən şəxsı müştəri kimi 2-3 dəfə apardığını, daha sonra taksi lazım olanda gəlib aparmasını, Eldarın ona “vvhatsApp” vasitəsilə yazmasını, onun da Eldara cavab verməsini, Eldarın xanımını Buzovnaya Eldarın yanına aparmasını qeyd etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs mobil nömrələrin kimə məxsus olmasını və mesaj yazanların kim olmasını tanımadığını qeyd etsə də, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxsi tanıdığını qeyd etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinə tənqidi yanaşır və həmin hissəni özünü müdafiə xarakterli olaraq qiymətləndirir. Müdafiə tərəfinin vəsatəti əsasında mesajlarda olan nömrələrin sahibləri müəyyən edilərək şahid qismində dindirilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxsı tanımır, 070 *** ** ** nömrəsi onda olub, o rusca yaza bilmir, 2025-ci ilin mart ayında Azərbaycanda olmuşdur, narkotik vasitə qəbul etməmişdir, əhatəsi olub, telefon istəyiblər vermişdir, adına nömrə çox olmuşdur, bəzən nömrələri itirmişdir, ola bilər nömrə itib adından çıxartdırmayıb, əvvəllər narkotiklə məhkumluğu olub, 10 ilə yaxındır ki, istifadə etmir. xx.xx.2025-ci il; saat 08:07:13-də ***-***-**-**-***-***-**-** “Eldar atam atam pati varındısa mənə 5 dik düzəld pulun dalınca gedim gəlim naxid verim 5 dik götürüm patı əgər varsa”, xx.xx.2025-ci il; saat 09:50:11 -da ***-***-**-**--70-504-71-73 “Kolam var lazımdısa gəl məndən al” sms yazışmalarından məlumatı yoxdur, onların necə yazılmasından məlumatsızdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, barəsində hazırda Xəzər Rayon məhkəməsində CM-nin 177.2-ci maddələri ilə cinayət işi gedir. Həmin mesajlar barədə məlumatsızdır, məzmunu və necə yazılması barədə bir söz deyə bilməz. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı video konfrans əlaqəs sistemi vasitəsi ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, ***-***-**-** nömrəsi ona məxsusdur, hal-hazırda istifadə edir, Təqsirləndirilən şəxsı müştəri kimi 2-3 dəfə aparmışdır, ilk olaraq sifarişlə aparmışdır, daha sonra taksi lazım olanda gəlib aparmışdır, Eldar ona vvhatsApp vasitəsilə yazmışdır, o da ona cavab vermişdir, “xx.xx.2025-ci il; saat 00:51:08-da istifadəsində olan ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə “Eldar teli ac 5 ya 10luq daş var?” sözlərinin yazılmasını o xatırlamır, o narkotik vasitə istifadə edən deyil, yoldan keçən kimsə və ya tanış telefonunu istəyəndə vermişdir, kim yazdığını bilmir, dəqiq xatırlamır ola bilsin müştəri kimi aparan zaman telefonu istəyib verib, “daş” nə olduğunu bilmir, iki nəfər xanım götürmüşdür, Eldarın xanımı olmuşdur, Buzovnaya Eldarın yanına aparmışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, ola bilsin ki, həmin mesajı kimsə telefonu ondan istəyib yazmışdır. Bu barədə başqa məlumatı yoxdur. Həmin mesajların nə ilə bağlı olması barədə bir söz deyə bilməz. Eldarı tanıyır, müştəri kimi özünü və xanımını da bir neçə dəfə taksi kimi aparmışdır. Məhkəmə Şahid6 ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, şahidin ifadəsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən yayınmaq məqsədi daşıyır. Belə ki, mobil nömrə şəxsin istifadəsində olduğu halda həmin mobil nömrədən mesajların yazılması və həmin nömrəyə mesajların daxil olduğu halda, məlumatsız olması ağlabatan hesab edilə bilməz. Məhkəmə Şahid3 ifadəsində təqsirləndirilən şəxsin ifadəsinin ziddinə olaraq, şahid Təqsirləndirilən şəxs tanıdığını, onu və xanımını bir neçə dəfə taksi ilə aparmasını qeyd etmişdir. Şahid ifadəsində daha sonra göstərmişdir ki, “xx.xx.2025-ci il; saat 00:51:08-da istifadəsində olan ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə “Eldar teli ac 5 ya 10luq daş var?” sözlərinin yazılmasını xatırlamır, o narkotik vasitə istifadə edən deyil, yoldan keçən kimsə və ya tanış telefonunu istəyəndə vermişdir, kim yazdığını bilmir, dəqiq xatırlamır ola bilsin müştəri kimi aparan zaman telefonu istəyib vermişdir. Məhkəmə Şahid3 ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, şahidin ifadəsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən yayınmaq məqsədi daşıyır. Mobil nömrə şəxsin istifadəsində olduğu halda həmin mobil nömrədən mesajların yazılması və həmin nömrəyə mesajların daxil olduğu halda, məlumatsız olması, mobil nömrəsindən kiminsə yazması məhkəməyə inandırıcı gəlməmişdir. Digər bir tərəfdən məhkəmə hesab edir ki, istənilən halda qeyd edilən məzmunlu mesajlar yazıldığı halda şəxsin gəlib həmin mesajları məhz narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı yazılmasını bildirməsi “gözlənilən hal” hesab edilə bilməz. Bu hal həm subyektiv, həm də obyektiv amillərlə bağlı ola bilər. Şəxsin məlumat verəcəyi halda özünün barəsində də gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmə qorxusu, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən yayınma cəhdi və s. amillər ilə bağlı ola bilər. Kim gəlib yazdığı mesajı narkotik vasitə(psixotrop maddə) alması ilə bağlı yazılmasını qeyd edə bilər?!. Bu səbəbdən də məhkəmə qeyd edir ki, mesaj yazışmaları yazılı sübut olmaqla şahidlərin ifadələrinə münasibətdə üstün hesab edilməlidir. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alışverişin iştirakçıları-narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır(Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il). Mesajların mətnlərindən də göründüyü kimi əvvəlcədən məhkəmə tərəfindən adları müəyyən edilmiş şəxs arasında qarşılıqlı surətdə razılaşma(lazımdırsa gəl məndən al, daş ver, 5 ya 10luq daş var?, 5 dik düzəlt pulun dalınca gedim gəlim nağd verim 5 dik götürüm patı əgər varsa və s.) əldə edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs özü də qeyd etdiyi kimi əvvəllər “polisə dəstək” işləmiş, müəyyən sayda işlər üzrə şahid və hal şahidi qismində iştirak etmişdir. Məhkəmə mesajların yazılma tarixlərinə münasibətdə qeyd edir ki, həmin mesajlar təqsirləndirilən şəxsin tutulmasında iki ay yarım tarixə təsadüf etmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən 2 ədəd büküm, 1 ədəd bükümdə təmiz çəkisi 0,188 qram xeyli miqdarda narkotik vasitə heroin, digər 1 ədəd bükümdə isə təmiz çəkisi 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamin aşkar edilmişdir. Yuxarıda sadalanan mesaj yazışmaları əlavə şahid dindirilməklə tədqiq edildikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop vasitələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş 2 ədəd büküm, 1 ədəd bükümdə təmiz çəkisi 0,188 qram xeyli miqdarda narkotik vasitə heroin, digər 1 ədəd bükümdə isə təmiz çəkisi 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamini də satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmış olur. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı gətirdiyi dəlillərini özünü müdafiə xarakterli və öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmaların, məhkəmə istintaqı zamanı dindirilmiş əlavə şahid ifadəsi, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayəttərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması (CM-in 59.1.4) onun cəzasını yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin miqadarının(0,188 qram xeyli miqdarda narkotik vasitə heroin, 0,028 qram şəxsi istehlak miqdarında psixotrop maddə metamfetamin) nəzərə alınmalı olmasını qeyd edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan metamfetamin məhv edilməli, DVD və CD disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub müvafiq hesaba keçirilməlidir(CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün, xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 gün, cəmi 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,018 qram psixotrop maddə metamfetamin və 0,148 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-01 ədəd DVD, 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxsdən AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 34 iş saatına görə 374 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12ov
Məhkəmə qərarları › İş №1(008)-693/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-693/2025
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver