Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-695/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 177.1-ci maddəsi ilə 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 oktyabr 2022-ci il tarixdə, saat 14:20 radələrində Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı ünvan 2 ünvanındakı bir otaqlı evə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs2 məxsus 450 manat dəyərində üzərində 5 manat dəyərində olan ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** nömrəsi olan “Redmi Note 10 S” markalı **********55628 və **********55636 imei kodlu telefonunu və 400 manat dəyərində üzərində 5 manat dəyərində 055 *** ** ** nömrəsi olan “Samsung A 10’’ markalı **********27425 və **********27423 imei kodlu mobil telefonunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 865 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədilə, 20 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 89 saylı mənzilin damında olan saxlanc yerinin giriş qapısının qıfılını dəmir armaturla sındıraraq içərisinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 30 litr su tutumlu üzərində “Bataşev” yazısı və Rusiya Federiyasının dövlət gerbi qeyd olunmuş dəyəri 4000 manat olan mis tərkibli samovarı, 01 ədəd 10 litr su tutumlu dəyəri 1500 manat olan mis tərkibli samovarı və dəyəri 100 manat olan su nasosunu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər o\urluq cinayətlərinə görə məhkum edilmişdir. İşsiz olduğu və maddi ehtiyacları yarandığı üçün yenə oğurluq edərək pul əldə etməyi qərara almışdır. 20 oktyabr 2022-ci il tarixdən Zəhra adlı xanıma məxsus evdə gündəlik kirayə yaşamağa başlamış, həyət evindəki digər otaqda başqa şəxslər yaşamışdır. 24 oktyabr 2022 tarixdə, saat 14 radələrində Kamranın tanışı, eləcə də onunla bir evdə kirayədə qalan Araz işdə olarkən o, Kamranla həyətdə söhbət etmiş, sonra Kamran ümumi olan hamam otağına keçmiş, yaşadığı evin qapısını açarla bağlamadığından saat 14:20 radələrində o, gizlin olaraq tamah məqsədi ilə həmin otağa daxil olmuş, oradan “Redmi Note 10S” markalı və “Samsung A 10” markalı mobil telefonu götürərək yaşadığı otağa qayıtmış, özünə məxsus əşyaları toplayaraq oradan getmişdir. O, tanışı Əli Quliyevə “Redmi Note 10S” markalı özünə məxsus olduğunu bildirərək ondan həmin mobil telefonu satmasını xahiş etmişdir. Əli Quliyev qeyd olunan telefonu Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mobil telefon mağazalarından birinə özünə məxsus olduğunu bildirərək 150 manat müqabilində satmış əldə etdiyi pulu ona vermişdir. O, digər “Samsung A 10” markalı mobil telefonu “Malış” kimi adlandırdığı şəxsə 40 manata satmışdır. Bundan başqa, o, 20 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində oğurluq etmək məqsədi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində gəzmiş, küçədə olan 9 mərtəbəli yaşayış binasının 1-ci blokunun damına qalxmış, damda olan saxlanc yerinin açıq olduğunu, içəridə isə oğurlanası hər hansı əşya tapmadığı üçün, damın üzərindən həmin binanın 2-ci blokuna keçmişdir. Bu zaman damda saxlanc yerinin qapısının qıfılla bağlı olduğunu görərək, damda yerdən götürdüyü təxmini 02 metr uzunluqda olan dəmir armatur vasitəsilə qıfılı sındırmış, həmin saxlanc yerinə daxil olub işığı yandırmışdır. Saxlanc yerində olan taxta dolaba qoyulmuş 02 ədəd samovarı və 01 ədəd su nasosunu görmüş və oğurlamaq qərarına gəlmişdir. İlk olaraq 30 litrlik olan samovarı götürüb həmin binanın 1-ci blokunda, yəni ilk öncə daxil olduğu blokun saxlanc yerinə qoymuş, geri qayıdıb 2-ci 10 litrlik həcmdə olan samovarı, daha sonra isə göy rəngdə olan su nasosunu həmin yerə yığmışdır. Samovarları baha qiymətə satacağını düşünüb geri qayıtmamışdır. Lakin, onun üzərində olan yazılara o qədərə də, önəm verməmiş, adi samovar olduğunu qəbul etmişdir. 02 ədəd samovarı və 01 ədəd su nasosunu damda olan olan saxlanc yerindən binanının liftinə daşımış, 1-ci mərtəbədə blokun girişinə yığmışdır. Saxlanc yerindən çıxarkən isə unutduğundan içərinin işığını söndürməmişdir. Blokdan çölə çıxıb, dayanmış vəziyyətdə olan ağ rəngli “Daewoo-Nexia” markalı üzərində “Taxi” tanınma nişanı olan avtomobilə yaxınlaşmış, sürücü ilə 02 ədəd samovarı ilk olaraq 8-ci km bazarına, daha sonra isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə geri qaytarmaq müqabilində 10 manata razılığa gəlmişdir. Oğurladığı samovarları və su nasosunu həmin avtomoibilin baqajına sürücünün köməkliyi ilə yığmış, sürücüyə guya həmin binada usta işlədiyini, ev sahibinin isə baqajda olan əşyaları ona verdiyini bildirmişdir. Həmin şəxs ona şəhərə gedib orada həmin samovarları daha baha qiymətə sata biləcəyini təklif etsə də, o bundan imtina etmiş, yolda olarkən anidən fikrini dəyişmiş, sürücüyə avtomobili birbaşa Bakıxanov qəsəbəsi, “Aqat” şadlıq evinin yaxınlığında olan dəmir və əlvan metal qəbulu məntəqəsinə aparmasını bildirmişdir. Adını Ramin kimi bildiyi şəxsə yaxınlaşmış, 02 ədəd samovarı ümumilikdə 100 Azərbaycan manatına, 01 ədəd su nasosunu isə 10 manata ona satmış, həmin şəxs ona 100 manatı nağd formada vermiş, 10 manatı isə taksi sürücüsünə yol haqqı olaraq ödəmişdir. Əşyaların ev sahibi tərəfindən ona verildiyini bildirmişdir. Oğurluqdan 3 gün sonra həmin yaşayış binasının damında olan saxlanc yerindən yenidən oğurluq etməyi qərar alıb 1-ci blokun damına qalxmaq istədikdə dama olan çıxışın dəmir qapısında 03 ədəd qıfıl olduğunu görüb geri qayıtmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, 14 oktyabr 2022-ci il tarixdən etibarən tanışı Arazla birlikdə ünvan 2 ünvanındakı bir otaqlı evdə kirayə yaşayır. 20 oktyabr 2022-ci il tarixdə kirayə yaşadığı həyət evində olan digər bir otaqlı evə təxmini 20-23 yaşlı bir nəfər şəxs görmüş, həmin şəxs özünü onlara Elsevər adı ilə təqdim edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəhlə işlədiyini bildirmişdir. 24 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Araz işdə olarkən həmin şəxslə həyətdə söhbət etmiş, daha sonra, o, ümumi olan hamam otağına keçmiş, yaşadığı evin qapısını açarla bağlamağı unutmuşdur. O, saat 14:30 radələrində hamamdan çıxıb öz otağına keçmiş, otağında olan masanın üzərində olan 450 manat dəyərində üzərində 5 manat dəyərində olan 055 *** ** ** və 5 manat dəyərində 077 *** ** ** nömrəsi olan “Redmi Note 10 S” markalı, **********55628 və **********55636 imei kodlu telefonunun, 400 manat dəyərində üzərində 5 manat dəyərində ***-***-**-** nömrəsi olan “Samsung A10” markalı **********27425 və **********27423 imei kodlu mobil telefonunun oğurlanmasını aşkar etmiş, dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 965 (doqquz yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, qeyd olunan ünvana köçdüyü zamandan binanın damında yerləşən saxlanc yerini istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində qonşusu Aqil qapını döyərək damdakı saxlanc yerinin işığının açıq qaldığını ona bildirmişdir. O, açarla saxlanc yerinin giriş qapısını açmaq istədikdə onun qapısının ağır, çətinliklə qalxdığını hiss etmiş, qapı aralandıqda üzərinə taxtalar töküldüyünü görmüşdür. Qapını biraz aratdıqdan sonra həmin saxlanc yerinin dama olan çıxış qapısının açıq olduğunu, içərinin isə dağınıq vəziyyətdə olduğunu aşkar etmiş, nərdivanla bloka düşüb DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib saxlanc yerinə onunla birlikdə baxış keçirərkən, saxlanc yerindən 02 ədəd mis tərkibli, üzərində “bataşev 1850-ci il” yazısı qeyd olunmuş samovar, 03 qutu billur cehizlik qabqacaq dəstləri, 01 ədəd su nasosunun oğlurlandığını aşkar etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 5600 (beş min altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uzun zamandır ki, 8 km bazarında işləyir. Renat kimi tanıdığı 40-42 yaşlı, bazarda səyyar satışla məşğul olan şəxsdən səhv etmirsə 31 oktyabr 2022 tarixdə ona 50 manata Samsung A 10 markalı **********27425 və **********27423 imei kodlu mobil telefonu almış, bu zaman həmin şəxs Redmi markalı telefon da ona satmasını təklif etmiş, lakin onu almamış, həmin telefona noyabr ayında qohumu Ruhid Əlizadənin adına olan lakin özünün işlətdiyi (051) *** ** ** nömrəsini taxmış, sonra isə bu günədək işlətmişdir. Renat adlı şəxs telefonun özünə məxsus olmasını ona deyib, cinayət barədə məlumatsızdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ***-***-**- ** nömrəsi tanışı X2 adınadır, lakin 3 aydır ki, işlədir. 04 mart 2023 tarixdə, saat 17 radələrində ***-***-**-** GSM nömrəsini işlədən Hacı kimi tanıdığı şəxsdən Neftçilər metrosunun yaxınlığında yerləşən telefon satışı mağazasından 360 manata **********55628 və **********55636 imei kodlu “Redmi Note 10S” markalı mobil telefonu alaraq üzərinə 099 *** ** ** nömrəsini saat 17-55 radələrində taxıb bu günədək istifadə etmişdir. İstintaqda ifadə verərkən, ona məlum oldu ki, telefon cinayət yolu ilə ələ keçirilib, telefonu könüllü olaraq polisə təqdim edir, hadisəni törədən şəxsi tanımır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən mağazada telefon alqı-satqısı ilə məşğul olur. Şahid3 təxminən bir ildir ki, tanıyır və o, yaxınlıqda yerləşən lombardı işlədir. 20 dekabr 2022 tarixdə o, Redmi Note 10 S markalı **********55628 imei kodlu telefonu ondan 200 manata almış və 04 mart 2023 tarixdə tanımadığı şəxsə 260 manata satmışdır. Həmçinin Vüqar şəxsiyyət vəsiqəsinin surətini ona verib oraya imza etmiş, imei kodu yazmış, tarixi qeyd etmişdir. Eləcə də telefonu ona satan yəni lombarda qoyub pulu ödəniş etməyən X1 surətini ona vermiş, telefonun cinayət yolu ilə ələ keçirilməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən lombardı işlədir. Şahid2 telefon alqı-satqısı ilə məşğul olan şəxs olaraq tanıyır. 24 oktyabr 2022 tarixdə X5 adlı şəxs ona şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq **********5562878 imei kodlu Redmi Note 10S markalı telefonu satmasını və ona məxsus olmasını demiş, o da 150 manat telefona qiymət qoyub müqaviləyə uyğun bir ay ərzində 180 manat qaytaracağı halda telefonu ona qaytara biləcəyinə dair razılaşmışlar. O imza edib pulu götürüb telefonu ona vermiş, çıxıb getmişdir. Sonra o, ödəniş etmədiyindən 20 dekabr 2022 tarixdə telefonu Şahid2 Səttar oğluna 200 manata satmış, telefonun cinayət yolu ilə ələ keçirilməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istinttaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İlk dəfə 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Aqat” şadlıq evi ilə üzbəüz yerləşən özünün və qardaşının işlədiyi əlvan və dəmir metal qəbulu məntəqəsinə yaxınlaşmışdır. Həmin vaxt iş yerində tək olmuş, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 02 ədəd samovar satdığını bildirmiş, ondan 02 ədəd, biri 10 litr həcmli, digəri isə 30 litr həcmli, qaralmış rəngdə, birinin isə lüləyi qırıq vəziyyətdə olan samovaları ümumlikdə 100 manata almışdır. Həmin samovarların oğurluq olmasından məlumatsız olmuş, eləcə də, onlar satılmadığı üçün istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 9/2362 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd 10 litrlik həcmdə mis tərkibli samovarın orta istismar müddətə və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 250,00 manat müəyyən edilir. Qərarın təsviri hissəsində qeyd edilən qızılı rəngdə, 30 litr su tutumlu, təxminən 19-cu əsrin istehsalı, mis materialdan hazırlanmış, üzərində Rusiya Federasiyasının dövlət gerbi qeyd olunmuş və “MıvmepaTopcKaro BenuneciBa” yazısı olan samovar tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyindən və əntiq əşyalara aid olduğundan Mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirmə aparılmır. Cinayət işinin 1-ci cildinin 79-84-cü vərəqəsində olan 16 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 20 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 89 saylı mənzilin damında olan saxlanc yerindən edilmiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadənin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 164-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli, 9/142 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, SM-A105F” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 100 manat müəyyən olunur. Cinayət işinin 2-ci cildinin 2-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 3-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 9/3247 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı “Xiaomi” markalı “M2101K7BNY” (note 10S) modelli 128 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil eilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunur. Cinayət işinin 2-ci cildinin 10-12-ci vərəqəsində olan 16 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, 24 oktyabr 2022-ci il tarixdə, saat 14:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Cəfərov küçəsi 82 ünvanında baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 43-53-cü vərəqəsində olan 19 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “Redmi Note 10S” markalı və 01 ədəd “Samsung A10’’ markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs2, 01 ədəd 30 litr su tutumlu samovar, 01 ədəd 10 litr su tutumlu samovar cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 41-42-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-38/2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək və 07 dekabr 2022-ci il tarixdə həbsdə saxlanıldığı ümumilikdə 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun zərərçəkmiş şəxslərlə barışmaqla ona qarşı şikayət və tələblərin olmamasını, dəymiş ziyanın böyük hissəsinin ödənməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 01 ədəd “Redmi Note 10S” markalı və 01 ədəd “Samsung A10’’ markalı mobil telefonun Zərərçəkmiş şəxs2, 01 ədəd 30 litr su tutumlu samovar, 01 ədəd 10 litr su tutumlu samovarın Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-158/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut, 01 ədəd “Redmi Note 10S” markalı və 01 ədəd “Samsung A10’’ markalı mobil telefonun Zərərçəkmiş şəxs2, 01 ədəd 30 litr su tutumlu samovar, 01 ədəd 10 litr su tutumlu samovarın Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-695/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-695/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver