Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-695/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 10:40-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Babək küçəsində yerləşən 96 saylı evdə olduğu zaman “Tik-tok” sosial şəbəkəsində özünü "********** sevinc” adlı profilin sahibi kimi təqdim edərək Zərərçəkmiş şəxs "xxxx" ASC-yə aid 4169 7388 4061 5243 nömrəli bank kartının üzərindəki 16 rəqəmli kodu və CVV kodu, eləcə də mobil telefonuna SMS vasitəsilə göndərilən təhlükəsizlik kodunu bildirməsinə nail olaraq, həmin məlumatlarla sonuncunun bank kartını özünün mobil telefonunda istifadəsində olan, lakin cinayətdən xəbərsiz tanımadığı şəxs Şahid1 məxsus ***-***-**-** nömrəli “m 10” hesabına bağlamış və bu üsul ilə Zərərçəkmiş şəxs 4169-7388-4061-5243 nömrəli "xxxx" ASC-yə aid bank kartından 1.140 manat pul vəsaitini özünün istifadəsində olan ***-***-**-** nömrəli “m 10” hesabına köçürərək gizli olaraq talayıb elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 178.1ci maddəsi ilə məsuliyyətə səbəb olunmalıdır, çünki o, təxminən 2025-ci ilin mart ayının sonlarında “Tiktok" sosial şəbəkəsində “VTB_Online_Bank” adlı kredit vermə adı altında səhifə açmış, səhifənin alt hissəsinə @sevinc********** adını qeyd etmiş, bir çox insanlar səhifənin mesaj bölməsinə yazaraq kredit üçün müraciət etmişlər. xx.xx.2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı nömrənin "vatsap" ani mesajlaşma tətbiqinə xatırlamadığı nömrədən mesaj yazan şəxs kreditlə bağlı məlumat almaq istədiyini bildirmişdir. Şəxs kredit kimi 10.000 manat vəsait istəmiş, o, həmin şəxsə kartında 150 manat pul olmalı olduğunu bildirmiş, həmin şəxs isə kartında 1.100 manatdan çox pul olduğunu yazmışdır. Daha sonra o, həmin şəxsə “Birbank” tətbiqinə daxil olmasını və pul köçürülmə bölməsində “m 10” bölməsinə daxil olmağı demiş və ona ***-***-**-** saylı “m 10” hesabını bildirmiş və kartında nə qədər pul varsa onu köçürmə bölməsinə yazmağı demiş, şəxs onun dedikləri ilə razılaşmış, bundan başqa qarşı tərəfə demişdir ki, kartında həqiqətən də 1.100 manatdan çox pul olub-olmamasını yoxlamaq üçün köçürmədə qeyd olunmalıdır. Şəxs telefonda ona kartının bloklandığını və pul köçürə bilmədiyini demiş, bundan sonra o, həmin şəxslə telefon danışığını sonlandırmışdır. Təxminən 30 dəqiqə sonra həmin şəxs yenidən onun istifadəsində olan “**********” saylı nömrənin vatsapına zəng edərək "xxxx" ASC filialında olduğunu və özünə yeni kart aldığını bildirmişdir. O, həmin adamı kartında pul çox olduğuna görə əlindən qaçırmaq istəməmiş, şəxsə bir daha “Birbank” tətbiqində M10 ödənişi qrafasına daxil olub köçürmə etməsini izah etmiş, sonuncu cəhddə bu alınmış və şəxs öz “birbank” tətbiqi ilə kart hesabından onun istifadəsində olan “M 10” hesabına 1.140 manat pulu köçürmüş, bundan sonra şəxslə danışığı sonlandırmış və dərhal pul vəsaitini iz itirmək məqsədilə digər istifadəsində olan ***-***-**-** saylı “m 10” hesabına, oradan isə həmçinin istifadəsində olan, lakin xalası Şahid3 məxsus 4169-7388-0189-2740 saylı "xxxx" ASC-yə aid bank kartına köçürmüş, bundan sonra isə həmin pul vəsaitini 4169-7388-0189-2740 saylı bank kartı vasitəsilə bankomatda nağdlaşdıraraq şəxsi təlabatlarına xərcləmişdir. Zərərçəkmiş şəxs özü onun hesabına pul vəsaitini köçürmüşdür, o, zərərçəkmiş şəxsin kart məlumatlarından bilavasitə özü istifadə edib pulu çıxartmamışdır. O, zərərçəkmiş şəxsə hər bir mərhələni ardıcıllıqla izah etmiş, zərərçəkmiş şəxs də onun təlimatlarına uyğun davranmış və pulu onun dediyi m 10 hesabına göndərmişdir. Bu ərəfədə zərərçəkmiş şəxs dəfələrlə ondan soruşmuşdur ki, onun hesabından pul vəsaiti çıxacaq yoxsa yox, o isə onun hesabından pul çıxmayacağına dair zərərçəkmiş şəxsə söz vermişdir. İstifadəsində olan M10 hesablarının kimə məxsus olması barədə məlumatı olmamış, həmin M10 hesablarının sahibləri ona kredit üçün müraciət edən digər aldatdığı şəxslər olmuş, bəzən şəxslərin kart hesablarında pul olmayanda vatsapda ona yazdıqları nömrələri “m 10” tətbiqindən qeydiyyatdan keçirmiş, nömrələrinə gələn “3D” kodu ona demələrini istəmiş, daha sonra guya krediti vermək üçün “m 10” tətbiqində üztanıma sistemindən keçmələrinin zəruri olduğunu bildirmiş, üztanımadan keçdikdən sonra isə həmin “m 10” hesabları artıq onun sərəncamında olmuş, ələ keçirdiyi pulları bu yolla əldə etdiyi “m 10” hesablarına köçürməkdə məqsədi iz itirmək olmuşdur. 4169-7388-0189-2740 saylı kartın sahibi isə xalası Şahid3dır, 2025-ci ilin aprel ayının əvvəllərində pul köçürülməsi üçün xalası Sevincdən kartını istəmiş və xalası Sevinc 4169-7388-0189-2740 saylı bank kartını ona vermiş, lakin xalasının onun əməllərindən və həmin bank kartı üzərindən olan pul köçürmə əməliyyatlarından heç-bir xəbəri olmamışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq əməlinin AR CM-nin 177.2.3-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif olunmasını və zərərçəkmiş şəxslə barışdığı üçün cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər “Finca bank”dan kredit götürmüşdür. Yenidən kredit götürmək istəmişdir. xx.xx.2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində olarkən həmin bakın kredit verməsi ilə bağlı paylaşdığı elan qarşısına çıxmış, həmin profilə kreditlə bağlı maraqlandığını yazdıqdan sonra həmin şəxs ona ***-***-**-** saylı nömrənin “Whatsapp” ani mesajlaşma tətbiqinə yazmağını xahiş etmiş, həmin nömrənin “Whatsapp” ani mesajlaşma tətbiqinə mesaj yazanda şəxs ona 9000 manat kredit verilə biləcəyini bildirmiş, bunun üçün kartında ən azı 1100 manat pul olmalı olduğunu demişdir. O, isə kartında 1148 manat pul olduğunu bildirmişdir. Daha sonra mobil bank tətbiqi vasitəsi ilə onun dediyi əməliyyatları icra etməklə hesabında həqiqətən o qədər pul olduğunu görməli olduğunu bildirmişdir. Onun kartında problem yarandığından, o, “Kapital” banka getmişdir. Bank əməkdaşı ona yeni kart vermiş, pul vəsaitini də həmin karta köçürmüşdür. Bundan sonra yenidən Kənanla əlaqə saxlamış, Kənan ona demişdir ki, onun dediyi kimi etsin, onun kartında pul olub-olmayacağını görəcəkdir. O, Kənandan bunun necə baş verəcəyini soruşduqda Kənan onun dediklərini etsə kamerası vasitəsilə hesabında pul olub-olmayacağını görəcəyini bildirmişdir. O, hesabından pul çıxıb-çıxmayacağı barədə soruşduqda Kənan pul çıxmayacağına onu əmin etmişdir. Onun anlayışı olmadığı üçün, oradakı bir nəfərdən xahiş etmişdir ki, ona kömək etsin, o, Kənanın dediyi bütün əməliyyatları, hara daxil olmasını, sonra nə etməsini hər birini dediyi kimi etmişdir. Kənan ona demişdir ki, hə kartında pul var. Ona 5000 manat pul gələcəyini, onun kredit olaraq verilməsi üçün smslə gələn kodu ona deməsini bildirmişdir. O da həmin kodu Kənana demişdir. Bundan sonra onun kartından 1140 manat pul çıxmışdır. Kənan bank əməkdaşları kimi çox mədəni şəkildə danışmış, ondan harada işləməsini, nə qədər əmək haqqı alması barədə soruşmuşdur. O da bank əməkdaşı kimi danışdığı üçün ona inanmışdır. Kənan onun kartından hər hansı məbləğdə pul çıxmayacağına onu inandırmışdır. Bu məsələlərdən ümumiyyətlə məlumatsız olduğundan, başı çıxmadığından təqsirləndirilən şəxsin dediklərinin edilməsi nəticəsində hesabından pul vəsaitinin çıxarılacağını bilməmişdir. Təqsirləndirilən şəxs kreditin verilməsi üçün hesabından pul vəsaitinin olmasını görüb əmin olması üçün onun dediklərini etməli olduğunu bildirmiş, bundan sonra ona kredit veriləcəyinə onu inandırdığı üçün o, təqsirləndirilən şəxsin bildirdiyi əməliyyatları ardıcıl olaraq yerinə yetirmişdir. Hesabından pul vəsaiti çıxıldıqdan sonra aldadıldığını başa düşmüşdür. Daha sonra polisə müraciət etmiş, bundan sonra təqsirləndirilən şəxsin onu aldadıb 1140 manat pulu “m10” hesabına köçürməklə ələ keçirmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. O, 4169 7388 0189 2740 nömrəli "xxxx" kartını "xxxx"-ın Sabunçu filialından əldə etmiş, lakin çox vaxt istifadə etmirmiş, 2025-ci ilin aprel ayında bacısıgildə olduğu zaman Təqsirləndirilən şəxs ondan həmin kartı istifadə etmək üçün istəmiş və o, kartı ona vermiş, bundan sonra həmin kartla baş verən hadisələr barədə heç-bir məlumatı olmamış, həmin kartla bağlı DİN-in KMBİ-nə dəvət edildikdən sonra bilmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs oğurluq etmiş və öz oğurluq əməllərində onun kartından istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin təxminən aprel və ya may ayında “Tik-Tok” sosial şəbəkəsində “online” kredit verilməsi barədə qarşısına səhifə çıxmış, pula ehtiyacı olduğu üçün həmin səhifəyə daxil olmuş və orada olan nömrə ilə yazışaraq kredit üçün müraciət etmiş, ona yazan şəxs kredit əldə etməsi üçün m 10 hesabı lazım olduğunu yazmış, buna görə də, o, yazışdığı şəxsin təlimatına uyğun olaraq ardıcıllıqla istədiklərini icra etmiş, xatırladığı qədəri ilə telefonuna gələn məxfi kodu da ona təqdim etmiş, bundan sonra öz “m 10” hesabına daxil ola bilməmiş, sonra isə həmin şəxs ona kredit əldə edə bilməyəcəyini yazmışdır. Beləliklə, o, kredit əldə edə bilmədiyini başa düşmüş və “m 10” hesabını çox vaxt istifadə etmədiyi üçün buna diqqət yetirməmişdir. Müəyyən müddət keçdikdən sonra isə ona DİN-in KMBİdən zəng gəlmiş və adına olan “m 10” hesabı üzərindən oğurluq pul vəsaitlərini köçürülmə əməliyyatları həyata keçirildiyi bildirilmişdir. Bundan sonra o, anlamışdır ki, həmin “online” kredit barədə yazışdığı şəxs cinayət əməlləri ilə məşğul olan şəxsdir və heç-bir kredit təşkilatı deyil, onu aldadaraq “m 10” hesabını ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da AR CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Faiq Şahverdiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 14 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Sabunçu RPİ-nin İŞdə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ona vurduğu 1140 manat maddi ziyan onun vəkili X3 tərəfindən ona ödənilmiş 1140 manat pulu qəbul edərək bununla bağlı qəbzi imzalamışdır. - "xxxx" MMC-nin 09 iyul 2025-ci il tarixli məktubundan görünür ki, “maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsinə dair” Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli Qərarının icrası ilə əlaqədar vətəndaş Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 4169*******5243 nömrəli kart hesabından xx.xx.2025-ci il tarixdə saat 10:40 radələrində silinmiş 1140 manat pul +994 55 *** ** ** nömrəli M10 hesabına köçürülmüşdür. Həmin hesab üzrə maliyyə əməliyyatları, vəsaitin köçürüldüyü “m10” hesabı istifadəçilərinin anket məlumatları və fotogörüntüləri məktuba əlavə olunmuşdur. çıxarışlara baxış keçirilməsi haqqında 28 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 4169-7388-4061-5243” nömrəli "xxxx" ASC-yə aid bank kartından 1.140 manat pul vəsaiti xx.xx.2025-ci il tarixdə saat 10:40:19-da Şahid1 adına olan +994 55 *** ** ** nömrəli M10 hesabına, oradan 10:40:38-də (19 saniyə sonra) Şahid2 adına olan +994 55 *** ** ** nömrəli M10 hesabına köçürülmüşdür. Bununla yanaşı, Təqsirləndirilən şəxs istifadəsində olan, lakin xalası Şahid3 məxsus 4169 7388 0189 2740 nömrəli "xxxx" ASC-yə aid bank kartına xx.xx.2025-ci il tarixdə 1.000 manat pul vəsaiti mədaxil olmuş, bundan sonra kart hesabında olan digər məbləğlə birlikdə 1.490 manat olmaqla xx.xx.2025-ci il tarixdə ATM-dən nağdlaşdırılmışdır. Beləliklə, çıxarışlardan görünmüşdür ki, Zərərçəkmiş şəxs 1.140 manat pul vəsaiti onun 4169-7388-4061-5243 nömrəli "xxxx" ASC-yə bank kartından xx.xx.2025-ci il saat 10:40-da özü tərəfindən köçürmə üsulu ilə deyil, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli m10 hesabına bağlanmaqla “TOP UP” üsulu ilə köçürülərək ələ keçirilmiş, ona görə ki, “Birbank” tətbiqi ilə bank kartından m10 hesabına köçürmə zamanı elektron qəbzin təsvir hissəsində “m10 pul kisəsinə köçürmə”, m10 tətbiqi ilə “Top Up” üsulu ilə bank kartını m 10 hesabına bağlayaraq “balansın artımı” edildiyində isə “M10 TOP UP” yazılır. Həmin pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən m 10 hesablarından bank kartına köçürülməklə, daha sonra isə ATM-də nağdlaşdırılmaqla ələ keçirilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin 13 noyabr 2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əmirahlı X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cərimə tam ödənildiyi üçün qeydiyyatdan çıxarılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir....” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli Qanunu ilə Cinayət Məcəlləsinə 177.2.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir: oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi; oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən suiistifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mərkəzi X5 tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”nın 2.1.1-ci bəndinə əsasən, ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Beləliklə, ödəniş kartı yalnız ödəniş aləti kimi çıxış etdiyindən, ödəniş kartlarından istifadə edilməklə törədilən oğurluq və dələduzluq cinayətlərində talamanın predmeti ödəniş kartı deyil, ödəniş kartı vasitəsilə bank hesabından məxaric edilən pul vəsaitidir. Oğurluq cinayəti törədilərkən zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakın (məsələn, hesabdakı pul vəsaitinin) onun mülkiyyətindən yaxud sahibliyindən çıxdığını bilmir və ya təqsirkar həmin əmlakı zərərçəkmişdən xəbərsiz, gizli şəkildə ələ keçirdiyini güman edir. Dələduzluq cinayətində isə zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakı və ya əmlak hüququnu təqsirkarın sahibliyinə və ya sərəncamına verdiyini dərk edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, başqasına məxsus ödəniş kartlarından istifadə edilməklə vəsaitin ələ keçirilməsinin oğurluq və ya dələduzluq kimi tövsif edilməli olmasını müəyyənləşdirmək üçün aldatmaya yönəlmiş hərəkətlərin hansı məqsədlə həyata keçirilməsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, dələduzluq cinayəti törədilən zaman təqsirkarın aldatmada ifadə olunan hərəkətləri bilavasitə zərərçəkmiş şəxsi yanıltmağa yönəlir ki, nəticədə sonuncu öz əmlakını könüllü olaraq təqsirkar şəxsə təqdim edir. Oğurluq cinayətlərində isə aldatma bilavasitə başqasının əmlakını ələ keçirmək deyil, yalnız cinayətin törədilməsinə şərait yaratmaq, əməlin törədilməsini asanlaşdırmaq məqsədi güdür, əmlak isə sahibin iradəsinə zidd olaraq gizlin şəkildə ələ keçirilir. Başqasına məxsus kartdan istifadə etməklə vəsaitin ələ keçirilməsi halında təqsirkarın zərərçəkmişi bankomatdan pul çəkməyə yardım etməsi adı ilə aldatması ödəniş kartını ələ keçirmək, oğurluğa şərait yaratmaq məqsədi güdür. Pulu məxaric etmək üçün zəruri olan şifrənin yanlış olduğunu və ya bankomatın çalışmadığını bildirməklə zərərçəkmişin aldadılması isə özgəsinə məxsus pulu ələ keçirmənin gizliliyini təmin etmək məqsədi daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan üsullardan istifadə etməklə törədilən cinayətlərdə təqsirkar ödəniş kartını heç də həmişə aldatma yolu ilə zərərçəkmişdən almır, bəzən həmin ödəniş kartı zərərçəkmişin öz xahişi ilə, yardım etməsi üçün təqsirkara verilir. Təqsirkar isə əldə etdiyi bu imkandan istifadə etməklə pul vəsaitini zərərçəkmiş şəxsdən xəbərsiz, gizli şəkildə ələ keçirir. Qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, şəxsin ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitini ələ keçirməyə şərait yaratmaq üçün həyata keçirildiyi hallarda, əməl dələduzluq deyil, oğurluq kimi tövsif edilməlidir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində 177.2.3-1-ci maddəsinin deyil, CM-nin 178.1-ci maddəsinin tərkibinin olması ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, işin məhkəmə isintaqı zamanı müəyyən edilmiş hallarından da görünür ki, zərərçəkmiş şəxs ona məxsus pul vəsaitini təqsirləndirilən şəxsə könüllü olaraq verməmişdir. Məhz təqsirləndirilən şəxsin onu aldatması nəticəsində pul vəsaiti onun iradəsindən kənar, gizlin şəkildə onun sahibliyindən çıxarılmışdır. Təqsirləndirilən şəxsin pul vəsaitini ələ keçirməsi kart məlumatlarını bilavasitə özünün daxil etməsi ilə deyil, onun təlimatlarını yerinə yetirməklə zərərçəkmiş şəxs tərəfindən daxil edilərək onun bildirdiyi m 10 hesabına köçürməsi əməlin CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməsinə maneə deyil. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, zərərçəkmiş şəxs dəfələrlə ondan hesabından pul vəsaitinin silinib-silinməyəcəyi barədə soruşduğunu, onun isə zərərçəkmiş şəxsi arxeyinləşdirərək hesabından pul vəsaitinin çıxarılmayacağına onu inandırdığını qeyd etmişdir. Zərərçəkmiş şəxsin bu əməliyyatların necə həyata keçirilməsindən məlumatsız olmasından təqsirləndirilən şəxs istifadə edərək cinayətin törədilməsini asanlaşdırmaq məqsədilə onu aldtamaqla zərərçəkmiş şəxsin özü tərəfindən müəyyən məlumatların daxil edilməsinə nail olmaqla pul vəsaitinin hesabdan çıxarmışdır. Zərərçəkmiş şəxs də məhkəmə iclasında bildirmişdir ki, bu əməliyyatların necə həyata keçirilməsindən ümumiyyətlə məlumatsız olmuş, təqsirləndirilən şəxsin dediklərini etməsi nəticəsində hesabından pulun çıxarılacağını bilməmiş, təqsirləndirilən şəxsin kreditin verilməsi üçün hesabından pul vəsaitinin olmasını görüb əmin olması üçün onun dediklərini etməli olduğunu, sonda gələn kodu onu bildirməli olduğunu, bundan sonra ona kredit veriləcəyinə onu inandırdığı üçün o, təqsirləndirilən şəxsin bildirdiyi əməliyyatları ardıcıl olaraq yerinə yetirmiş, hesabından pul vəsaiti çıxıldıqdan sonra aldadıldığını başa düşmüşdür. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenum qərarından da görünür ki, başqasına məxsus ödəniş kartlarından istifadə edilməklə vəsaitin ələ keçirilməsinin oğurluq və ya dələduzluq kimi tövsif edilməli olmasını müəyyənləşdirmək üçün aldatmaya yönəlmiş hərəkətlərin hansı məqsədlə həyata keçirilməsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, dələduzluq cinayəti törədilən zaman təqsirkarın aldatmada ifadə olunan hərəkətləri bilavasitə zərərçəkmiş şəxsi yanıltmağa yönəlir ki, nəticədə sonuncu öz əmlakını könüllü olaraq təqsirkar şəxsə təqdim edir.Oğurluq cinayətlərində isə aldatma bilavasitə başqasının əmlakını ələ keçirmək deyil, yalnız cinayətin törədilməsinə şərait yaratmaq, əməlin törədilməsini asanlaşdırmaq məqsədi güdür, əmlak isə sahibin iradəsindən kənar gizlin şəkildə ələ keçirilir.Hazırki cinayət işi üzrə də pul vəsaiti zərərçəkmiş şəxsin iradəsindən kənar gizlin şəkildə ələ keçirilmiş, təqsirləndirilən şəxsin aldatmada ifadə olunan hərəkətləri əməlin törədilməsini asanlaşdırmaq məqsədindən irəli gəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə düzgün olaraq AR CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, AR CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza təyin edilməli, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin”. Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanmalıdır. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixədək tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 30 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-695/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-695/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver