Məhkəmə qərarları › İş №1(008)-696/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-696/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-696/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Salyan rayonu, Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmiş, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 311 saylı məktəbin yanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 yanvar 2025-ci saat 12 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivindəki usta işlədiyi fərdi evin həyətindən Zərərçəkmiş şəxs Əlibala oğluna məxsus ümumilikdə 500 manat dəyəri olan 12 ölçüdə, 240 metr uzunluğunda armatur və onun üzərindəki 400 ədəd xamutları gizli olaraq talayıb Zərərçəkmiş şəxs Əlibala oğluna ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 mart 2025-ci saat 14 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivindəki usta işlədiyi fərdi evin həyətindən Zərərçəkmiş şəxs Əlibala oğluna məxsus ümumilikdə 1000 manat dəyəri olan 15 ədəd 5\15 ölçüdə taxta və 90 ədəd 2\10 ölçüdə taxtaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs Əlibala oğluna ümumilikdə 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl tanışı vasitəsi ilə Şahid1lə qiyabi tanış olmuş və sonuncunun Qəbələ rayonundakı tikintisini etdiyi obyektində suvaq işləri görmüşdür, işi bitsə də İsmayıl onunla görüşməyib, xəstə olmasını demiş və zəhmət haqqını verməmişdir. Daha sonra işlərinə nəzarət edən qohumunun iştirakı ilə gəlib gördüyü işə baxmış və pis iş gördüyünü deyib, başqa usta tapıb həmin suvaq işləri gördüyü yerləri yenidən suvatdırmışdır. O da 800 manat pulunu verməsini, zəhmət haqqını kəsməməsini desə də, İsmayıl işini başqa ustaya gördürüb, sonuncuya pul verməsini, bu səbəbdən də onun pulunu verməyəcəyini demişdir. Lakin sonradan ona Bakı şəhərində iş verəcəyini, yaxşı işləyərsə pulunu da verəcəyini demiş və o da yeni iş verməsi ilə razılaşsa da Qəbələ rayonundakı işinə görə də ona borclu olmasını unutmamışdır. İsmayıl, Zərərçəkmiş şəxs ilə birlikdə işləyirmiş və Bakı şəhərində Maştağa qəsəbəsi, Albalılıq massivindəki fərdi evin suvar işini görərkən tikinti materiallarını Mayıl alıb gətirib, işlərinə də Mayıl nəzarət edirmiş. Həmin evdə işini gördükcə ismayıldan zəhmət haqqısını istəmiş və sonuncu da pulunu verirmiş. Lakin Qəbələdəki işinin pulunu vermədiyi üçün ona zəng edib, pulunu verməsə işlədiyi evin həyətindən tikinti materialları götürəcəyini demişdir. İsmayıl da belə edərsə ona “pislik” edəcəyini demişdir. O da pulu olmadığı və ismayılın ona borclu olmasını düşündüyü üçün işlədiyi həmin fərdi evin həyətindən 14 yanvar 2025-ci il tarixdə saat 12 radələrində ümumi uzunluğu 120 metr olan 12-lik armaturlar və armaturların da üzərində “xamutlar”ı yoldan keçərkən saxlatdığı nömrəsini bilmədiyi Qazel markalı yük avtomobilinə yükləmiş və sonuncunu yaxınlıqdakı tikinti materialları qəbul edən yerə aparmışdır. Həmin şəxsə gətirdiyi armaturların işlədiyi evdən artıq qalmasını, ev sahibinin pul əvəzi ona verməsini bildirmiş və sonradan adının İlham olmasını bildiyi şəxs ona inanib armatur və xamutları ümumi 100 manata ala biləcəyini demişdir. O, razılaşmış və satışını etmişdir. İlhama işlədiyi evdən ev sahibinin xəbəri olmadan həmin materialları götürdüyünü desəymiş o, həmin armaturları qəbul etməz və sata bilməzmiş, ilham da onu usta kimi tanıdığından ona inanmış və almışdır. Bundan bir müddət sonra yenə İsmayıla pulunu verməsini desə də, sonuncu yenə imtina etmiş və o, bu dəfə də qisas məqsədi ilə həmin evdə işlədiyi üçün oraya rahat giribçıxdığından xx.xx.2025-ci il tarixdə saat 14 radələrində həmin evin həyətindən yoldan keçərkən saxlatdığı nömrəsini bilmədiyi başqa Qazel markalı yük avtomobilinə 15 ədəd 5\15 ölçüdə taxta, 90 ədəd 2\10 ölçüdə taxta materialları yükləyib ilhamın yanına aparmışdır. İlham evdə olmamasını demiş və taxtaları həyətə boşaltmağını istəmişdir. O da dediyini etmiş və bir qədər sonra İlhamla görüşüb, taxtalara görə 310 manat pul almışdır. Qazel markalı avtomobilə isə 20 manat yol pulu vermişdir. Bu dəfə isə İlhama işlədiyi evdən həmin taxtalar artıq qaldığı üçün onları ev sahibindən ucuz qiymətə aldığını, satıb pul qazanmaq istədiyini demiş və sonuncu da inanmışdır. İlham həqiqətən də bu satdığı tikinti materiallarını icazəsiz apardığını bilməmiş və buna görə də ondan hər hansı sənəd istəməmişdir. Vurulmuş ziyanı tam olaraq zərərçəkmiş şəxsə qaytarmış və ondan şikayətçi deyildir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin ona 1900 manat borcu olduğunu, problemləri olduğu üçün vermədiyini, ona görə taxtaları götürdüyünü, metal kimi verdiyini, yol üstün maşınla daşıdığını, armaturları satdıqda 90 manat aldığını, 310 manat taxtalardan pul aldığını, bu hadisədən sonra zərərçəkmiş şəxslə heç bir problemləri olmadığını, ziyan tam ödənildiyini münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirmiş, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, İsmayıl ilə birlikdə fərdi evlərin tikinti işləri ilə məşğul olur. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində nömrəsiz ünvanda ev tikintisi edir. Təqsirləndirilən şəxs da onun suvaq və hörgü ustası olmuşdur. Yanvar ayının ortalarında, yəni xx.xx.2025-ci ii tarixdə həmin evin həyətindən 500 manat dəyərində armatur və xamutlar, yəni 240 metr 12 ölçüdə armatur və 400 ədəd xamut oğurlanmasını aşkar etmişdir. 04 mart 2025-ci il tarixdə isə həmin evin həyətindən onun aldığı 1000 manat dəyərində taxta materiallarının oğurlanmasını aşkar etmişdir. Taxtalardan 15 ədəd 5\15 ölçüdə taxta, 90 ədəd 2\10 ölçüdə taxta oğurlanmışdır. Bu barədə də şikayət etmiş və hadisəni törədən Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Hazırda taxtaları satıldığı yerdən tapmışlar və ona qaytarmışlar. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Mayıl ilə birlikdə fərdi evlərin tikinti işləri ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs 1 il əvvəldən tanıyır. Təqsirləndirilən şəxs suvaq və hörgü ustası olmuşdur. Elşən Qəbələ rayonunda yerləşən obyektində usta kimi çalışmış və o, xəstə olduğu üçün işi təhvil ala bilmədiyindən Elşənin təxminən 600 manat pulunu verə bilməmişdir. Lakin sonradan Elşənin işinə baxarkən çox pis iş görməsini aşkar etmiş və yeni usta tapıb işlətmiş, pulunu da vermişdir. Elşən ondan pulunu istəyərkən onun işini çox pis gördüyünü, əlavə usta işlətdiyini, sonuncuya pul verdiyini, buna görə də həmin işə görə ona pul verməyəcəyini demişdir. Lakin buna baxmayaraq Elşən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində nömrəsiz ünvanda şəriki Mayıl ev tikintisi edərkən orada işləmiş və pulunu da vermişdir. Mayıl həmin evin tikinti materiallarını almış, həmin materiallar sonuncuya məxsus olmuşdur. O da digər, yəni məsələn ustaların zəhmət haqqısını vermişdir. Yanvar ayının ortalarında, yəni xx.xx.2025-ci il tarixdə Mayıl Albalılıqdakı həmin evin həyətindən 500 manat dəyərində armaturların oğurlanmasını aşkar etmişdir. 03 mart 2025-ci il tarixdə isə həmin evin həyətindən yenə də Mayıl aldığı təxminən 1000 manat dəyərində taxta məmulatlarının oğurlanmasını aşkar etmişdir. Bu barədə də şikayət etmiş və hadisəni törədən Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Hazırda taxtaları satıldığı yerdən tapmışlar. Təqsirləndirilən şəxs ona əgər pulunu verməsə iş gördüyü evdən tikinti materialları aparacağını deməmişdir. Sonuncu yalan danışır, öz əməlinə haqq qazandırmaq istəyir Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, öz evinin həyətində ikinci əl tikinti materialları, taxta, dikt, armatur və s. bu kimi malların alışını və satışını həyata keçirir. VOEN-i vardır və hazırda vergi verir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, usta kimi tanıyır. 15 yanvar 2025-ci il tarixdə günorta saatlarında Elşən nömrəsini xatırlamadığı Qazel markalı avtomobillə ümumi uzunluğu 120 metr olan, 12 lik armatur və xamutlar gətirib, işlədiyi evdən artıq qalmasını, ev sahibinin pul əvəzi ona verməsini bildirmişdir. O da həmin armaturların üzərində “xamutlar” da olduğundan və onların təzəsi mağazada 120-130 manat ola biləcəyi üçün Elşənə 100 manat təklif edərkən sonuncu razılaşmış və armaturları xamutlarla birlikdə sonuncudan almışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Elşən bu dəfə də nömrəsini xatırlamadığı başqa Qazel markalı avtomobillə gəlib, 15 ədəd 5\15 ölçüdə taxta, 87 ədəd 2\10 ölçüdə taxta vermiş və neçəyə alacağını soruşmuşdur. O da sonuncuların yenisi təxminən 430 manat pul edərmiş deyə Elşənə 310 manat pul təklif edərkən sonuncu razılaşmışdır. Bu dəfə də Elşən işlədiyi evdən həmin taxtalar artıq qaldığı üçün onları ucuz qiymətə almasını, baha satıb bir az pul qazanmaq istəməsini dediyi üçün sonuncuya inanmış, taxtaları ondan almışdır. Lakin hər iki alışda da hər hansı sənəd istəməmişdir. Çünki Elşəni tanıyırmış və sonuncunun ona yalan deməsini düşünməmişdir. Bundan 1-2 gün sonra polislər gəlmiş və aldığı taxtaların oğurluq olmasını demişlər. O da sonunculara həmin taxtaları geri vermişdir. Aldığı malların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, istintaqı aparılması üçün icraata qəbul edilmişdir(i.v.1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.8-10). “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, Bağ evi 1459-da ünvanından oğurlanmış 16 ədəd 5\15 ölçüdə taxta, 90 ədəd 2\10 ölçüdə taxta taxtalar götürülərək sahibinə qaytarılmışdır (i.v.16-18). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.26-27). 07 mart 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(i.v.67-70). “Sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 179 və 322-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1 və 307-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, oğurlanmış 12 ölçüdə, 240 metr uzunluğunda armatur və onun üzərindəki 400 ədəd xamutları, 15 ədəd 5/15 ölçüdə taxta və 90 ədəd 2/10 ölçüdə taxtalar maddi sübut kimi tanınmış, taxtaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır (i.v.112- 118). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə, saat 19:40-da tutulmuşdur (i.v.45). Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.57). “Təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.71- 72). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.81-82). “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.83-84). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.85-86). 01 aprel 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməklə CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.92-93,94-95). “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində saat 11:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir(i.v.96). 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir(i.v.98-99). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.102-103). “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.104). 17 iyun 2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.107). 15 sentyabr 2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir(i.v.109). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-696/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-696/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs tutulanadək iş üzrə icraat dayandırılmışdır. Bakı İstintaq Təcridxanasında daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdab görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-696/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iş üzrə icraat təzələnək məhkəmə hazırlıq iclasına təyin edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Təqsirləndirilən şəxs özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması ( məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 , 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını(CM-nin 59.1.12), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını(59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs iki epizod üzrə təqsirləndirilmiş və bir epizod üzrə vurulmuş ziyan 1000 manat, digər epizod üzrə isə 500 manat təşkil etmiş və hər iki epizod eyni zərərçəkmiş şəxsə qarşı yönəlmişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə hesab edir ki, törədilmiş cinayətin mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmasını, vurulmuş ziyanın məbləğini(500+1000), dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 , 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 10 iyun 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, həbsdə olduğu 17 gün, cəmi 20 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 ay 10 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 07 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yerini, axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut- oğurlanmış 12 ölçüdə, 240 metr uzunluğunda armatur və onun üzərindəki 400 ədəd xamutları, 15 ədəd 5/15 ölçüdə taxta və 90 ədəd 2/10 ölçüdə taxtaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 24 saata görə 264 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar