Məhkəmə qərarları › İş №1(008)-697/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-697/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-697/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Qanuni nümayəndə Zərərçəkmiş şəxs anası Şahid1, müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İbtida istintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, o, 01 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zabrat qəsəbəsi, 2-ci X2 48 ünvanda, küçədə özünə məxsus “Skoda Rapıd” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında öz cinsi ehtirasını təmin etmək məqsədilə özünə məxsus “Huaweı Mate 20” markalı mobil telefonla on dörd yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onunla edəcəyi əxlaqsız hərəkətlərini videogörüntüyə almağı təklif etməklə, zor tətbiq etmədən Zərərçəkmiş şəxs boyun nahiyələrindən öpərək onun gözü qarşısında öz cinsiyyət orqanını şalvarının içindən çölə çıxarıb cinsiyyət orqanını aşkar surətdə ona nümayiş etdirməklə, ovxalayıb, habelə sonuncunun ayağının barmaqlarını ağız nahiyəsinə salıb sovuraraq on dörd yaşma çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş diskdəki görüntülər, müvafiq ekspert rəyləri, habelə iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində “İnstaqram” sosial şəbəkəsində Xədicə adlı qızla tanış olmuşdur. O, Xədicədən yaşını soruşmasa da, onun azyaşlı olduğunu bilirdi. Onun fotoşəkillərinə baxmış və ondan çox xoşu gəlmişdir. Xədicə ilə “İnstaqram” sosial şəbəkəsində bir müddət yazışdıqdan sonra görüşmək qərarına gəlmişdir. İlk olaraq birinci dəfə Xədicə ilə 20 iyul 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatında görüşmüşdür. Xədicə onun etibarnamə əsasında idarə etdiyi “Skoda Rapıd” markalı, **- OP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşmiş, Xədicə ilə biraz söhbət etdikdən sonra onu evlərinə yola salmışdır. Həmin gün aralarında hər hansı bir münasibət olmamışdır. Onunla yalnız söhbət etmişdir. Bundan sonra Xədicə ilə yenə də İnstagram sosial şəbəkəsində danışarkən aralarında müəyyən anlaşılmamazlıq olduğu üçün sözlə mübahisə etmiş və Xədicə onun profilini blok etmişdir. xx.xx.2022-ci il tarixdə “Xadija_99” adlı profil açaraq Xədicəyə yazmış və nə üçün onu blok etdiyini, onunla yenidən görüşmək istədiyini bildirmişdir. Lakin Xədicə ona cavab yazmamışdır. Bir neçə gün keçdikdən sonra Xədicə ilə yenidən danışmağa başlamış, 01 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Xədicə özü ona yazaraq görüşmək istədiyini bildirmiş, o da razılaşmışdır. Elə həmin tarixdə, saat 16 radələrində onunla Zabrat qəsəbəsində İstixana yolunda görüşmüş və Xədicə yenidən onun etibarnamə əsasında idarə etdiyi “Skoda Rapıd” markalı, 99- OP- 660 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşmişdir. Beləliklə, Xədicənin öz könüllü razılığı ilə onun boynundan öpüb, ayaqlarını ovxalamış, sonra Xədicənin bir ayağını qaldırıb ayağının barmaqlarını sovurub öpməyə başlamışdır. Eyni zamanda öz cinsiyyət orqanını çıxarıb əli ilə ovxalamış və Xədicə bunu görmüşdür. Xədicə azyaşlı olduğu üçün onunla hər hansı bir yolla cinsi əlaqədə olmamışdır. Xədicə onun xahişi ilə ilə qeyd olunan hərəkətləri ona məxsus “Huaweı Mate 20” markalı mobil telefonla video çəkiliş vasitəsi ilə qeydə almışdır. Etdiyi əməldən səmimi peşmandır.Zərərçəkmiş tərəfdən etdiyi əmələ görə üzr istəyir və barəsində minimum həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndənin və psixoloqun iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2021-ci ilin iyul ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Anar ona ilkin olaraq Ülkər adı ilə yazmış, sonradan o, Anarı bloka atdıqdan sonra ona başqa profildən yazılar gəlmiş, onun şəkilləri başqa açıq geyimli qızların şəkillərin üzərində montaj olunmuşdur. O, həmin profildən yazan şəxsdən kim olduğunu və niyə bunları etdiyini soruşduqda həmin şəxs yazmışdır ki, o, Ülkər adlı profili bloka saldığı üçün bunları edir. Sonradan ona bir nömrədən zəng gəlmiş və danışan şəxsin qadın deyil, kişi olduğunu bilmişdir. Həmin şəxs ona görüşməyi təklif etmiş və bildirmişdir ki, bir dəfə onunla görüşsə o, Xədicədən əl çəkəcək. O, bir dəfə evdə tək olarkən evdən çıxaraq həmin şəxslə, yəni Anarla görüşmüşdür. O, Anarın maşınında oturmuş, bir qədər sonra Anar arxaya keçərək əxlaqsız hərəkətlər etməyə başlamışdır. Sonradan Anarla onun anası Günay onun adından yazışmağa başlamışdır. Bundan sonra Anarın yaxalanması məqsədi ilə anası ona yenidən görüşə getməsini və polis əməkdaşları ilə orada olacaqlarını, Anar gələndə onu tutacaqlarını bildirmişdir. O, görüşə gedərkən Anar onu tez maşına otuzdurmuş və maşını sürüb məhlələrin arasına aparmış və ona qarşı yenidən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Xədicə xx.xx.2008-ci il təvəllüdlü olmaqla azyaşlıdır. 19 mart 2022-ci il tarixdə axşam radələrində həyat yoldaşı Günay bildirmişdir ki, Xədicəyə “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxs onun lüt fotoşəkillərini quraşdırıb sosial şəbəkədə yaymaqla və tanışlarına göndərməklə hədə- qorxu gələrək onunla görüşməyə məcbur edibdir və Xədicə də qorxduğu üçün həmin şəxslə bir dəfə görüşmüşdür. Lakin aralarında hər hansı bir münasibət olmamışdır. Belə ki, həyat yoldaşı Günay qızı Xədicənin “İnstagram” sosial şəbəkəsində profilini izlədiyi üçün həmin günü ona “Xadija_99” adlı profildən mesaj gəldiyini görübdür. Həmin mesajda isə həmin şəxs qızına bildirmişdir ki, nə üçün onun profilini bloka qoyubdur və Xədicə ilə yenidən görüşmək istədiyini deyibdir. Günay da bu barədə Xədicədən soruşduqda sonuncu bildirmişdir ki, həmin şəxsi tanımır, həmin şəxs onun profilində olan fotoşəkillərini lüt qızların fotoşəkilləri ilə qurlaşdırıb sosial şəbəkədə yaymaqla, həmçinin tanışlarına göndərməklə onu hədələyib görüşmək istəyibdir, Xədicə də onunla bir dəfə görüşübdür. Bunda görə də, bu barədə Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə yazmışdır. 01 aprel 2022-ci il tarixdə arvadı Günay Anar adlı şəxslə Xədicənin adından yazışaraq onu görüşə çağırmışdır. Anarı görüşə çağırmaqda məqsəd isə polis əməkdaşları ilə birlikdə həmin yerə gedərək onu yaxalamaq olmuşdur. Həmin gün onlar birlikdə görüş təyin olunan getmişlər, Xədicə maşından düşüb həmin şəxsin yanına gedərkən həmin şəxs Xədicəni maşına otuzdurub maşını sürüb uzaqlaşmışdır. Sonradan onların yeri polis əməkdaşları tərəfindən müəyyən olunaraq Anar adlı şəxs tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır. Qızı Xədicə xx.xx.2008-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Bir gün o, evdə olarkən qızı Xədicənin telefonuna mesaj və şəkil gəldiyini görmüşdür. Həmin şəkillərdə Xədicənin başı başqa əxlaqsız qızların bədəninə montaj edilmişdir. Bundan sonra o, həmin şəxsin kim olmasını öyrənmək üçün Xədicənin telefonu ilə Xədicənin adından həmin şəxslə yazışmağa başlamışdır. Həmin şəxs adının Kərəm olduğunu bildirmişdir. Həmin şəxs Xədicəyə “Xadija_99” adlı profildən yazırdı. O, həmin şəxsə evdə tək olmadığını, yaza bilmədiyini bildirdikdə həmin şəxs ondan əl çəkməmiş, onu Xədicə sanaraq şəkillər göndərməsini bildirmiş, o, şəkil göndərə bilməyəcəyini dedikdə isə onu Xədicə zənn edib təhdid edərək ona pislik edəcəyini bildirmişdir. Bundan sonra onlar polisə baş verənlər barədə məlumat vermişlər. Polis onlara həmin şəxslə əlaqəni davam etdirərək Xədicənin adından onu görüşə çağırmasını və bu zaman onun yaxalanacağını bildirmişdir. Bundan sonra o, Xədicənin adından yenidən özünü Kərəm kimi təqdim edən şəxslə, yəni Təqsirləndirilən şəxsla yazışmış və onunla görüş üçün vaxt təyin etmişlər. Görüşə o, həyat yoldaşı Şahid2, polislər və qızı Xədicə getmişlər. O, qızına tapşırmışdır ki, həmin şəxsin avtomobilinin nömrəsini yadında saxlasın və onun maşınına oturmasın. Plana əsasən Xədicə həmin şəxsə yaxınlaşarkən həmin şəxsin kim olduğunu gördükdən sonra polis əməkdaşları onu saxlamalı idilər. Lakin hadisələr fərqli cərəyan etmişdir. Xədicə həmin şəxsin maşınına yaxınlaşan zaman o, Xədicəni maşına otuzdurub tez bir zamanda oradan uzaqlaşdı və onlar maşının izini itirdilər. O, tez Xədicəyə zəng elədi və qorxmamasını bildirdi. Təqsirləndirilən şəxs Xədicəni apararaq həmin gün maşında ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Xədicə onunla danışan zaman maşının nömrəsini təxmini olaraq telefonda ona demişdir. Bir müddətdən sonra həmin şəxsin yeri müəyyən edilmiş və onların gözü qarşısında həmin şəxs polislər tərəfindən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 canlı şəxsin ekspertizasının 518 saylı, 03 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir, Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş, onun qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir (i.v. 159-161). “Diskə baxış keçirilməsi barədə” 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilinin içərisində arxa oturacaqda Zərərçəkmiş şəxs ayağının barmaqlarını ağız nahiyəsinə salıb öpüb sovurur, eyni zamanda Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını çölə çıxarıb Zərərçəkmiş şəxs gözü qarşısında cinsiyyət orqanını ovxalamaqla cinsi ehtirasını təmin edir (i.v.171). “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 24 may 2022ci il tarixli, 1343 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə də, hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə kestravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, emosionallıq, həssaslıq kimi xarakterik xüsusiyyətlə malikdir. Zərərçəkmiş şəxs sensorperseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa pataloji meyillilik əlamətləri aşkar olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədilə öz maraqlarına uyğun danışa bilər (i.v 196-198). “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 17 iyun 2022ci il tarixli, 1565 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ona xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görəifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətdiyi zaman əqli-intellektual imkanlarında hər hansı dəyişiklik yaranmamış, əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur (i.v 199-201). sübutların qiymətləndirilməsi haqqında 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 152.2 və 178.1-ci maddəsindən həmin Məcəllənin 153.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 153.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, onun barəsində AR CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs öz ehtiyatsızlığı nəticəsində yıxılaraq sağlamlığına zərər vurmayan xəsarət alması faktı ilə bağlı cinayət təqibinin rədd edilməsi qərara alınmışdır (i.v.213-223). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarına əlavə edilmiş diskdəki görüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, iş materiallarına əlavə edilmiş diskdəki görüntülərin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl AR Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə, saat 21:00-da tutulmuşdur (i.v 72). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 4(008)- 273/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.129-131). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 28 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 136). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 4(008)-559/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay 20 gün müddətə uzadılmışdır (i.v.191-193). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının (xx.xx.2018-ci il təvəllüdlü X3) olmasını (AR CM-nin 59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun əməlini etiraf edərək səmimi peşman olmasını (AR CM-nin 59.2) təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu, yəni 02 aprel 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş materiallarına əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 02 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar