Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-697/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanova, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs «X3» MMC-nin direktoru X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında prosesdən kənar baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X3» MMC-nin direktoru X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub cəzalanmalarına dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(004)-489/2024 saylı qərarı ilə barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs «X3» MMC-nin direktoru X1 xüsusi ittiham qaydasında şikayətinin toplanmış materiallarla birlikdə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırkı xüsusi ittiham qaydasında toplanmış material ilə əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər” haqqında qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş tərəf «X3» MMC-nin işgüzar nüfuzunu ləkələyən, onu ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edən məlumatların və video materialların “Youtube” sosial şəbəkəsində, ”Xəzər TV” kanalında, “Show News.az” kanalında “APA TV”-yə istinadən yayıldığını iddia etmiş, məhkəməyə təqdim edilmiş flaşkartda olan görüntülərdən də “APA TV”-nin internet kanalı olması, “Show News.az” kanalındakı məlumatların isə “İnstagram” sosial şəbəkəsində yayımlanması müəyyən edilmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsində böhtan olması iddia olunan ifadələrin “Youtube” və “İnstagram” sosial şəbəkələrində yayımladığını, həmin internet informasiya ehtiyatlarının xaricdə qeydiyyata alındığını və Azərbaycan Respublikası ərazisində hüquqi ünvanlarının olmamasını nəzərə alaraq şikayətə barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin qeydiyyat ünvanı üzrə baxılmasını qanuni hesab edir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi xüsusi ittiham qaydasında materialı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərazi aidiyyəti üzrə göndərən zaman "xxxx" MMC-nin hüquqi ünvanın ünvan 2tinad etsə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsində böhtan olması iddia olunan ifadələrin "xxxx" MMC-də deyil, internet informasiya ehtiyatı olaraq məhz “Youtube” sosial şəbəkəsində, o cümlədən, instagramda paylaşılan “Show News.az” kanalında yayımlandığını (flaşkartdakı görüntülərlə də bu müəyyən olunur) nəzərə alaraq qeyd edir ki, “Youtube” və “İnstagram” sosial şəbəkələrində ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus kanallarda və səhifələrdə məlumatların yayımlanması həmin məlumatların “Youtube” internet informasiya ehtiyatında və ya “İnstagram” sosial şəbəkəsində yayımlanmış məlumat kimi qiymətləndirilməsini aradan qaldırmır. Belə olan halda məlumatların yayıldığı kütləvi informasiya vasitəsi olaraq məhz “Youtube” və “İnstagram” internet informasiya ehtiyatı qəbul edilir. Bununla yanaşı, “APA TV” haqqında internet informasiya ehtiyatında olan məlumatlardan görünür ki, həmin kanal internet televiziyasıdır və onun baş qərargahı ünvan 3 ünvanda yerləşir ki, belə olan halda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında sözügedən məlumatların yayılması ilə əlaqəsi olmayan, şikayət ərizəsində adı belə çəkilməyən "xxxx" MMC-nin hüquqi ünvanına istinad edərək materialı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qanuni və əsaslı olmamışdır. Məhkəmə “Youtube” internet informasiya ehtiyatının və “İnstagram” sosial şəbəkəsinin xaricdə qeydiyyata alındığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 və X5 isə ünvan 6 ünvanda qeydiyyatda olmalarını (şikayət ərizəsindəki məlumatlara əsasən), şikayətdə adı çəkilən “Xəzər TV” və “APA TV” kanallarının da Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması mümkünsüzdür. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət və şikayət əsasında toplanmış materiallar Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1, 442.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs «X3» MMC-nin direktoru X1 xüsusi ittiham qaydasında şikayəti ilə bağlı toplanmış material məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-697/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-697/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver