Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-698/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 10 may 2025-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Maxcrus” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesi, köməkçi yolla üzü Buzovna qəsəbəsi istiqamətinə doğru 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməməlidir və yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi “Hyundai Maxcrus” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağına çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesi, 16-cı dalanın qarşısında köməkçi yolda öz hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol baldır sümüklərinin yerini dəyişən qapalı sınığı ilə nəticələnən ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərəvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına Az Ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, “Hyundai” markalı, “Maxcrus” modelli, **-OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. O, 14 illik sürücülük təcrübəsinə malikdir və indiyə qədər heç vaxt insan xəsarəti ilə nəticələnən avtoqəza törətməmişdir. 10 may 2025-ci il tarixində, təxminən saat 12:00 radələrində, qeyd edilən “Hyundai” markalı, “Maxcrus” modelli, **-OA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesinin köməkçi yolunda, Bilgəh qəsəbəsi istiqamətində, təxminən 60-70 km/saat sürətlə hərəkət edərkən səhhətinin pisləşməsi səbəbindən avtomobili idarə edə bilməmişdir. Bu səbəbdən, sükan sola, yəni qarşı əks yola doğru istiqamətlənmiş və nəticədə, qarşı əks yolda hərəkət edən “Hyundai” markalı, “Accent” modelli, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön hissələri qarşı-qarşıya toqquşmuşdur. O, təzyiq və ürək-damar xəstəliklərindən əziyyət çəkir. Hadisə baş verdiyi zaman o, müayinə olunmaq üçün xəstəxanaya gedirmiş. Hadisə nəticəsində o və digər avtomobili idarə edən Zərərçəkmiş şəxs müxtəlif dərəcəli xəsarətlər almışdır. Hər iki şəxs X2 müraciət edərək müayinə olunmuşdur. O, ciddi xəsarət almadığı üçün evə buraxılmış, lakin Zərərçəkmiş şəxs daha sonra Travmatologiya İnstitutuna və “Baku Medical” klinikasına getmişdir. Həmin klinikada Zərərçəkmiş şəxs ayağının qəlpəli sınıqları diaqnozu qoyulmuş və orada stasionar müalicə almışdır. Hadisə zamanı idarə etdiyi “Hyundai” markalı, “Maxcrus” modelli, **-OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük hissəsində heç bir yük daşınmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə baş verməmişdən əvvəl, o, spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Zərərmiş şəxsin mülki iddiasında göstərdiyi səhhəti ilə əlaqədar çəkilmiş 8099.76 AZN tələbi qəbul edir, amma avtomobil ilə bağlı tələb olunan məbləğin həddindən artıq şişirdildiyini hesab edir. Eyni göstəriciyə malik avtomobillərin satışının 12000-13000 təşkil etdiyini, avtomobilin 3000 manata satıldığını, əlavə olaraq 5000 manat sığorta ödənişinin olmasını nəzərə alaraq tələb olunan məbləği qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. Ona məxsus 2012-ci il buraxılışlı "Hyundai Accent" markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edilmişdir. Bu avtomobil, təxminən 4 il əvvəl, müvafiq sənədlər əsasında onun adına alınmışdır. xx.xx.2025-ci il tarixdə, təxminən saat 12:00 radələrində 2012-ci il buraxılışlı "Hyundai Accent" markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesinin köməkçi yolunda, üzü Pirşağı qəsəbəsi istiqamətində, təxminən 40-50 km/saat sürətlə hərəkət edərkən, 16-cı dalanın qarşısında anidən, bilmədiyi səbəbdən, qarşı əks yolda hərəkət edən "Hyundai Maxcrus" markalı, **-OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına çıxmasını müşahidə etmişdir. Hərəkətini davam etdirən “Hyundai Maxcrus” markalı avtomobilin qarşısına təxminən 7-8 metr məsafədə çıxması nəticəsində, səs siqnalı və əyləc istifadəsinə baxmayaraq, hadisənin qarşısını ala bilməmişdir. Hərəkətdə olduğu zolaqda hər iki avtomobilin sol ön hissələri qarşı-qarşıya toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində, o və digər avtomobili idarə edən Təqsirləndirilən şəxs müxtəlif dərəcəli xəsarətlər almışdır. O, aldığı xəsarətlərlə bağlı X2, Travmatologiya İnstitutuna və daha sonra "Baku Medical" Klinikasına müraciət etmişdir. "Baku Medical" Klinikasında həkim müayinəsi zamanı, ayağında qəlpəli sınıqlar olduğu diaqnozu qoyulmuş və hal-hazırda o, müalicəsini davam etdirir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesinin köməkçi yolunda yol tək gediş və gəliş olmaqla, 2 zolaqlı, düz və hamar vəziyyətdədir. Yolda nişanlarla sürət həddi maksimum 60 km/saat olaraq tənzimlənmişdir. Qeyd olunan 2012-ci il buraxılışlı “Hyundai Accent” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük hissəsində heç bir çəkidə yük olmamış, eyni zamanda, həmin avtomobilin idarə edilməsi zamanı tək hərəkət etmişdir. Hadisəyə qədər, idarə etdiyi 2012-ci il buraxılışlı “Hyundai Accent” markalı avtomobil saz vəziyyətdə olmuş, xx.xx.2025-ci il tarixdə baş vermiş hadisədən əvvəl, heç bir spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Onun təxminən 15 il sürücülük təcrübəsi var və bu, onun iştirak etdiyi ilk yol-nəqliyyat hadisəsi olmuşdur. Hadisə nəticəsində o, bir neçə ay ərzində müalicə kursu keçmiş, bir neçə cərrahi müdaxilə olunmuşdur. Müvafiq olaraq, X4 klinikasından və "xxxx" MMC-dən aldığı tibbi xidmətlər və dərman vasitələri üçün 8099.76 AZN məbləğində vəsait xərcləmişdir. Bu xərcləri təsdiq edən müvafiq tibbi sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan əlavə, hadisə zamanı idarə etdiyi "Hyundai Accent" markalı avtomobilə ciddi ziyan dəymişdir. Həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri, "xxxx" MMC-nin tərtib etdiyi ekspertiza aktına əsasən, 19 850.00 AZN təşkil edir. Qeyd olunan ekspertiza aktı və qüsur aktı cinayət işi materiallarında mövcuddur. Beləliklə, cinayət nəticəsində ona dəyən ümumi maddi zərər 27949.76 AZN məbləğində qiymətləndirilir. Qeyd olunan maddi ziyan halhazırda Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, zərərçəkmişə vurulmuş zərərinin ödənilməsi təmin edilməmişdir. Onun çəkdiyi xərcləri təsdiq edən bütün sübutlar, o cümlədən xəstəxana hesab-fakturaları, dərman reseptləri, avtomobilin qüsur aktı və digər müvafiq sənədlər iş materiallarına əlavə olunmuşdur. Hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində dəyən maddi ziyanın məbləğini tam şəkildə əsaslandırır. Əgər təqsirləndirilən şəxs hazırda 17000 manat ödəyərsə barışığa razı ola bilər. Əks halda təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 27949.76 (iyirmi yeddi min doqquz yüz qırx doqquz manat 76 qəpik) manat məbləğində maddi zərərin və 174.40 (yüz yetmiş dörd manat qırx qəpik) tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. (i.v. 1). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 23 may 2025-ci il tarixli, 1096 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır sümüklərinin yerini dəyişən qapalı sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 35-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 1855/K nömrəli, 21 may 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, butil və amil spirtləri aşkar edilməmiş, həmçinin, məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə, narkotik vasitələrin təyinatını aparmaq mümkün olmamışdır. (i.v. 48-49). “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, baş vermiş hadisənin görüntülərini özündə əks etdirən DİN-nin X1 Xidmətindən daxil olmuş 01 ədəd DVD diskdə olan videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı videogörüntünün 01:02-ci saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Maxcrus” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət yoluna çıxması və videogörüntünün 01:18-ci saniyəsində isə Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması görüntüləri aşkar edilmişdir. (i.v. 63). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-154334/2025 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 459803 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. (i.v. 67). Ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. (i.v. 71). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/1749 nömrəli, 03 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Maxcruz” markalı, **-OA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni təhlükə yaranan andan “Hyundai Maxcruz” markalı avtomobilin toqquşma yerinə kimi 7-8 məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 7-8 metrdən dəfələrlə böyük olmuşdur. İstintaq tərəfindən göstərilən, yəni təhlükə yaranan andan Hyundai Accent markalı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə real hadisə mexanizminə uyğun olmadığından Hyundai Accent markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlər üzrə tədqiqat aparılmır. (i.v. 72-73). "xxxx" servis mərkəzinin AA041/1100 nömrəli, 26 iyun 2025-ci il tarixli aktından görünür ki, "xxxx" MMC-nin tərtib etdiyi ekspertiza aktına əsasən, “Hyundai Accent” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillin ehtiyat hissələrinin dəyişdirilməsi üçün tələb olunan məbləğ 19 850.00 AZN təşkil edir. (i.v. 94-96). “X4” klinikalar şəbəkəsinin Babək filialı tərəfindən təqdim edilmiş A02007435 nömrəli, 10 may 2025-ci il tarixli ödəniş sənədindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 253.57 manat ödəniş edilmişdir. (i.v. 99). “X4” klinikalar şəbəkəsinin Babək filialı tərəfindən təqdim edilmiş 10 may 2025-ci il tarixli Mədaxil çap formasından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 1000 manat ödəniş edilmişdir. (i.v. 101). “X4” klinikalar şəbəkəsinin Babək filialı tərəfindən təqdim edilmiş 13 may 2025-ci il tarixli Mədaxil çap formasından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 4500 manat ödəniş edilmişdir. (i.v. 102). “X4” klinikalar şəbəkəsinin Babək filialı tərəfindən təqdim edilmiş 15 may 2025-ci il tarixli Mədaxil çap formasından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 512.54 manat ödəniş edilmişdir. (i.v. 103). “X4” klinikalar şəbəkəsinin Babək filialı tərəfindən təqdim edilmiş 15 may 2025-ci il tarixli fakturadan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 1512.54 manat ödəniş edilmişdir. (i.v. 104-107). "xxxx" MMC tərəfindən təqdim edilən satış çeklərindən görünür ki, zərərçəkmiş ş əxs Zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 156.11 manat ödəniş edilmişdir. (i.v. 108). “X4” klinikalar şəbəkəsinin Babək filialı tərəfindən təqdim edilmiş 07 avqust 2025-ci il tarixli fakturadan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 165 manat ödəniş edilmişdir. (i.v. 109). “Qətimkan tədbiri seçilməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 145-146). “Sübutların qiymətləndirilməsi haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 148-153). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 01 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 66). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkən şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və səhhətindəki nasazlıqları onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1 -ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21 -ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1- ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 27949.76 (iyirmi yeddi min doqquz yüz qırx doqquz manat 76 qəpik) manat məbləğində maddi zərərin və 174.40 (yüz yetmiş dörd manat qırx qəpik) dövlət rüsumunun tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması faktının təsdiq olunduğunu, bununla da, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə aldığı tibbi xidmətlər və dərman vasitələri üçün 8099.76 manat məbləğində maddi ziyan dəyməsinin öz təsdiqini taparaq sübuta yetirildiyini nəzərə alaraq verilmiş mülki iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, "xxxx" servis mərkəzinin AA041/1100 nömrəli, 26 iyun 2025-ci il tarixli aktından görünür ki, 2012-ci il buraxılışlı “Hyundai Accent” markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi üçün tələb olunan məbləğ 19 850 (on doqquz min səkkiz yüz əlli) manat təşkil edir. Lakin, cinayət işi materiallarının araşdırılması zamanı, həmçinin hamı üçün açıq olan onlayn avtomobil satış platformalarındakı elanların təhlili nəticəsində müəyyən edilir ki, 2012-ci il buraxılışlı “Hyundai Accent” markalı avtomobillərin mövcud bazar satış qiyməti orta hesabla 12000– 13000 manat təşkil edir. Bu fakt avtomobilin real bazar dəyəri ilə qüsur aktında göstərilən təmir xərcləri arasında kəskin və əsaslı uyğunsuzluğun mövcud olduğunu təsdiq edir. Belə ki, qüsur aktında göstərilən ehtiyat hissələrinin dəyişdirilməsi üçün tələb olunan məbləğ avtomobilin bazar dəyərindən xeyli yüksəkdir. Bu cür vəziyyət avtomobilin faktiki olaraq “tam yararsız” (total zərər) hesab edilə biləcəyi ehtimalını yaradır. Bu halda isə zərərin hesablanması avtomobilin təmir xərcləri əsasında deyil, onun hadisədən əvvəlki real bazar dəyəri əsasında aparılmalı idi. Bu məsələlər araşdırılmamış, avtomobilin bazar dəyəri müəyyən edilməmiş və təmirin iqtisadi cəhətdən məqsədəuyğun olub-olmaması qiymətləndirilməmişdir. Hazırda zərərçəkmiş şəxsin qəza anında idarə etdiyi avtomobil satıldığı üçün mövcud olmadığından ekspertiza keçirilərək ziyan məbləğinin müəyyən edilməsi mümkün deyildir. Alternativ yollarla avtomobilə dəymiş ziyan məbləğinin müəyyən edilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola biləcəyindən məhkəmə hesab edir ki, mülki iddianın məbləği üzrə tərəflərin mövqeyi arasında hazırda aradan qaldırılması mümkün olmayan ziddiyyətlər olduğundan mülki iddianın avtomobilə vurulmuş ziyana münasibətdə mahiyyəti üzrə həll edilməsi mümkün deyildir. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək hesab edir ki, qeydolunanlar nəzərə alınmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia ərizəsi 2012-ci il buraxılışlı “Hyundai Accent” markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər hissəsində baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs dələduzluq cinayəti nəticəsində vurulmuş 8099.76 manat məbləğində maddi ziyan və 174,40 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-698/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-698/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver