Məhkəmə qərarları › İş №1(008)-699/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-699/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-699/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Aslanlı Akşin Eldar oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Nərgiz Məhəmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 01 mart 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu ŞTQ, Sahə-2, (Ramana qəs) ev-58 ünvanında fəaliyyət göstərən “Patrul.az” internet saytında mənim barəmdə müsahibə verərək, şərəf və ləyaqətimi ləkələyən, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, N.M.Hüseynova müsahibəsində “Ceyhun Hüseynov 21 fevral tarixində axşam saat 10-11 radələrində arası evə gəlib silahı, dövlətin ona verdiyi silahı başıma dayayaraq videoya dostu Mübariz videoyaya çəkərək dedi ki, zorla mənə dedirtdi ki, denən ki mən sənə xəyanət eləmişəm. Sonra ayaqlarımı bağladı, əlimi bağladı mən xahiş elədikdən sonra əlimi ayağımı açdı və bu arada üstümə bıçaq çəkdi.” məzmununda ifadələr işlətmişdir. Nərgiz Hüseynova həmin müsahibəsində ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətin mənə verdiyi odlu silahı onun başına tuşlayıb öldürməklə hədələdiyimi söyləmişdir. Qeyd olunan müsahibədə Nərgiz Hüseynova mənim odlu silahdan istifadə edərək onu qəsdən öldürməyə cəhd etməyim barədə yalan və böhtan xarakterli məlumatlar yaymışdır. X3 barəmdə yalan olduğunu bilə-bilə xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla mənim şərəf və ləyaqətimi, işgüzar nüfuzumu alçaltmışdır. Bununla da o, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsi: hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüquqi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən cinayət üzrə xüsusi ittiham qaydasında cinayət təqibi zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Həmin məcəllənin 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi andan açılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə 1-ci instansiya məhkəmələri tərəfindən baxılır. Məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət daxil olmuş, şikayət vermiş şəxsin məhkəmə hazırlıq iclasına təkrarən üzrlü səbəb olmadan gəlməməsi nəzərə alınaraq Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 1(008)-603/2023 saylı qərarına əsasən şikayət vermiş şəxs X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Göstərilən qərardan 20 gün müddətində şikayət nəzərdə tutulduğu halda qərar mübahisələndirilməmiş, 24 iyun 2023-cü il tarixdə eyni məzmunlu xüsusi ittiham qaydasında şikayət yenidən məhkəmənin icraatına daxil olmuşdur. Daxil olmuş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclası 07 iyul 2023-cü il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq yenidən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur; 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir; 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulduğundan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 1(008)-603/2023 saylı “xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə” qərarı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında şikayət vermiş şəxs X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar