Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-699/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,276 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 30 saylı evin yaxınlığında 01 aprel 2024-cü il tarixdə, saat 18:50 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf siqaret selofanına bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,276 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,586 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən Cümə Məscidinin yaxınlığında 20 may 2024-cü il tarixdə, saat 17:45 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15ci PB-nə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,586 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:50 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Sabunçu RPİ-nin 15-ci PB-nə aparılmış və orada ona hüquqları izah edilmişdir, barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmişdir. Bundan sonra onu saxlayıb polis bölməsinə gətirən əməkdaşların iştirakları ilə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf siqaret selofanına bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, heroini təqdim etmişdir. O, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı, adını və yaşadığı evi bilmədiyi şəxsdən 15 (on beş) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir, o, da həmin protokolu imzalamışdır.daha sonra o prokurorun qərarı ilə azadlığa buraxılmışdır, lakin narkotik vasitələrin istifadəsindən əl çəkməmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir büküm psixotrop maddəmetamfetamin alıb üzərində saxlamışdır. Həmin tarixdə saat 17:45 radələrində o, Sabunçu rayonu Zabrat 2 qəsəbəsində yerləşən Cümə Məscidinin yaxınlığında olan zaman iki nəfər şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər, onlar Sabunçu RPİ-nin 15ci PB-nin əməkdaşları imişlər. Polislər ondan şəxsiyyətini təsdiq edən sənədlərini təqdim etməyini istəmişlər, lakin onda heç bir sənəd olmadığı üçün onu polis bölməsinə aparmışlar. Polis bölməsində ona hüquqları izah edilmiş, barəsində tutma protokolu tərtib edilmiş və vəkil dəvət edilmişdir.Daha sonra onu saxlayıb polis bölməsinə gətirən polis əməkdaşlarının iştirakları ilə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmış. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri qanuni əşyanın olub-olmaması soruşulduqda o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş metamfetamini təqdim etmişdir.O həmin metamfetamini şəxsi istifadəsi üçün Sabunçu rayonu Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2024-cü il tarixdə polis bölməsinə vətəndaş Təqsirləndirilən şəxs narkortik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və 01 aprel 2024-cü il tarixdə, saat 18:50 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Polis bölməsində hüquq vəzifələri izah edilmiş, barəsində tutma protokolu tərtib edilmiş və vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs bu zaman vəkilin iştirak etməməsi barədə ərizə yazmışdır, bundan sonra onların iştirakı ilə videoçəkilişlə Bəhmənin üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bəhmən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükülünü çıxardıb təqdim etmiş və həmin bükülüyə baxış keçirilən zaman həmin bükülüdə açıq qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdirki həmin maddə heroindir və o, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Bundan başqa qeyd etmişdir ki, 20 may 2024-cü il tarixdə xidmət etdiyi polis bölməsinə yenidən Təqsirləndirilən şəxs Sabunçu rayonu Zabrat qəsəbəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında polis bölməsində əməliyyat qrupu yaradılmış və 20 may 2024- cü il tarixdə saat 17:45 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu Zabrat 2 qəsəbəsində yerləşən «Cümə Məscidinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Polis bölməsində hüquq vəzifələri izah edilmiş, barəsində tutma protokolu tərtib edilmiş və vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir, Təqsirləndirilən şəxs bu zaman vəkilin iştirak etməməsi barədə ərizə yazmışdır, bundan sonra onların iştirakı ilə videoçəkilişlə Bəhmənin üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir, bu təklifdən sonra Bəhmən əynindəki cins şalvarının sağ yan cibindən bir büküm çıxardıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman bükümdə əğ rəngli kristal formada psixotrop maddəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim etmiş, həmin maddəni 01 aprel 2024-cü il tarixdə 15 manata Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir (i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1784 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi olan, "vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş..." şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,276 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.42-46). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf siqaret sellofanına bükülmüş ağ rəngli xırda kristal formada olan maddəni təqdim edərək həmin gün, saat 10-11 radələrində Balaxanı qəsəbəsindən 10 manata şəxs istifadəsi üçün aldığını bildirmişdir (i.v.99-100). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 21 may 2024-cü il tarixli, 3-16-16/2-6/2850 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi olan, “vət.Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,586 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.106-110). Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2024-cü il tarixli, 2168 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə nəticəsində yaranmış asillıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.127- 128). “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanıma haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,276 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,586 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,226 qram heroin və 0,536 qram metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesini videogörüntüsünü əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.150-155). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə, saat 18:50-dən tutulmuş hesab edilmişdir (i.v.19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.63-64). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65). “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 17:45-dən tutulmuş hesab edilmişdir (i.v.88). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.132-133). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.134-135). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 iyun 2024-cü il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (i.v.147-148). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini təkrar törətməsi (AR CM-nin 61.1.1-ci maddəsi) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin qalıq hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək, 20 may 2024-cü il tarixdən, 22 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,226 qram narkotik vasitə heroin və 0,536 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 228 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-699/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-699/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver