Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-7/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 Asimovnanın, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 Sadıx oğlunun və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Rvo ərazi dairəsi, Əşlə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 177.1 və 234.1-ci maddələri ilə, xx xxxxxx 1989-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Zərdab rayonu, Azərbaycan küçəsi 95, mənzil 14-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə, xx.xx.1969-cu ildə Kəlbəcər rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Zərdab rayonu, Peşə litseyində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-cu il saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan X3 məxsus 2003-cü il buraxılışlı “Tofaş” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxx 2019-cu il saat 00:40 radələrində Zərərçəkmiş şəxs1 məxsus 2100 manat dəyərində 1979cu il buraxılışlı “VAZ 2106 minik” markalı **-EM-*** dövlət nömrə nişanlı avtomobili ünvan 2 A ünvanının qarşısında qapısını açıb naqillərini söküb işə salmaqla idarə edib gizli olaraq talayıb oğurluq etmiş və həmin avtomobili Təqsirləndirilən şəxs3 sataraq 200 manat pul əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni, ümumi xalis çəkisi 1 kiloqram 35,165 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, həmin narkotik vasitədən təmiz çəksisi 5,165 qramını kibrit qutusuna doldurmaqla üzərində saxlamış və o, xx xxxx 2019-cu il tarixdə Sabunçu RPl-nin 14-cü PB-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinərək polis bölməsinə gətirilən zaman polis bölməsində polis əməkdaşları tərəfindən saat 14:30 radəsində üzərinə baxış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən təmiz çəksisi 5,165 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 14:55 radəsində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətində saxlanc yeri kimi istifadə etdiyi yerə baxış keçirilən zaman bir ədəd göy rəngli politelin torbada təmiz çəkisi 1030 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 xx xxxx 2019-cu il saat 23 radələrində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə oğurladığı Zərərçəkmiş şəxs1 Sadıx oğluna məxsus 2100 manat dəyərində olan 1979-cu il buraxılışlı ağ rəngli VAZ 2106 markalı **-EM-*** nömrə nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Təqsirləndirilən şəxs1 heç bir sənəd tələb etmədən 200 manata alaraq əldə edib sahiblik edərək, həmin avtomobili hissələrə bölməklə istifadə etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikasının CM-nin 177 və 185-ci maddələri ilə məhkum olunmuşdur. 2019-cu ilin aprel ayının axırlarında o, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəsisəsində Təqsirləndirilən şəxs2la bir cəza çəkmiş və orada Elçinlə aralarında dostluq münsaibəti yaranmışdır. Hər ikisi azadlığa çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında görüşüb söhbət etmişlər. xx xxxxx 2019-cu il təxminən saat 23 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə Zabrat qəsəbəsinə gəlmiş, Sabunçu rayonu, Zabrat qəsəbəsində olan zaman əlillərin binası kimi tanınan yerdən keçərkən o, Elçinə onu həmin yerdə gözləməsini bildirmişdir. O, binanın qarşısında gördüyü “Tofaş” markalı avtomobili qanunsuz ələ keçirməyi qərara almış və bu məqsədlə o, “Tofaş” markalı avtomobilin olduğu yerə getmiş, həmin avtomobilin sürücü tərəfindən olan qapısını açmış və görmüşdür ki, avtomobilin sükanının alt hissəsindən naqillər açıq vəziyyətdədir. Bundan sonra, o, avtomobilə əyləşmiş, naqillər vasitəsi ilə avtomobili işə salmış və avtomobili idarə edərək Təqsirləndirilən şəxs2 yanına gələrək onu yol kənarından götürmüşdür. O, avtomobilə əyləşdikdən sonra Elçini Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətinə apararaq yol kənarında düşürmüş və Elçinə 150 manat borc pul vermişdir. Avtomobili qaçırması barədə Elçinin məlumatı olmamış, Elçinə avtomobilin dostuna məxsus olmasını bildirmişdir. Bundan sonra, o, qaçırdığı “Tofaş” markalı avtomobili idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gələrək M.Mirəliyev küçəsində yol kənarında işlək vəziyyətdə olmayan Qazel markalı avtomobilin dövlət nömrə nişanlarını açaraq qaçırdığı avtomobilin üzərinə bağlamışdır. O, qaçırdığı “Tofaş” markalı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gələn zaman avtomobilin mühərrik hissəsində nasazlıq yaranmış və avtomobili Bakıxanov qəsəbəsində ünvanını bilmədiyi yerdə saxlayaraq çıxıb getmişdir. Bundan başqa, o, xx xxxx 2019-cu il saat 00:40 radələrində ünvan 2 A ünvanının qarşısında olarkən “VAZ 2106 minik” markalı **-EM-*** dövlət nömrə nişanlı avtomobili qaçırmaq qərarına gəlmiş, bu məqsədlə avtomobilin qapısını açıb naqillərini söküb işə salmaqla Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətinə idarə etmiş, həmin avtomobilə tanınmaması üçün Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı şəxsə məxsus “Oka” markalı avtomobilin nömrə nişanlarını açaraq vurmuşdur. O, “VAZ 2106” markalı avtomobili bir müddət idarə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs2la birlikdə 3-cü mikrorayon dairəsinin yaxınlığında görüşmüş və ona həmin avtomobili satmaq istədiyini bildirmişdir. Həmin zaman Elçin qohumu olan Şahlar adlı şəxlə əlaqə saxlamış və 500 manata “VAZ 2106” markalı avtomobilin satılmasını ona demiş və bildirmişdir ki, avtomobilin sənədləri yoxdur. Elçinin qohumu onunla razılaşmış və onlar birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı Xəzər rayonu, Binə qəsəbəsinə getmişlər. Onlar axşam saatlarında birlikdə Binə qəsəbəsinə getmiş və Elçinin qohumu Şahlarla görüşmüşlər. Aralarında olan danışıqdan sonra Şahlar avtomobili almaq istədiyini bildirmiş, lakin həmin günü Şahlar ona pul verməmiş, təxminən 2-3 gün sonra o, Şahlarla görüşmüş və Şahlar ona 200 manat pul vermiş, qalan 300 manatı isə verəcəyini demişdir. O, Şahlarla razılaşmış və avtomobili ona satmışdır. Bir müddət sonra 300 manatı almaq üçün Şahlarla əlaqə saxladıqları zaman Şahlar həmin pulu verməkdən imtina etmişdir. Avtomobili Təqsirləndirilən şəxs3 satdığı zaman avtomobilin oğurluq olması barədə Təqsirləndirilən şəxs3 heç bir məlumat verməmişdir. xx.xx.2019-cu il tarixdə Sabunçu RPİ-nin 14cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İttiham aktında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması qeyd olunsa da, o, qanunsuz olaraq narkotik vasitə əldə etməmiş və ya yaşadığı ünvanda saxlamamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, İrac Rufullayevlə cəzaçəkmə müəsisəsində cəza çəkərkən tanış olmuş, aralarında dostluq münasibəti yarandığı üçün azadlığa çıxdıqdan sonrada bir-biriləri ilə əlaqə saxlamışlar. xx xxxxx 2019-cu ildə o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 3-cü mkr. dairəsinin yanında görüşmüş və təxminən saat 23 radəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə gəlmişlər. Onlar Zabrat qəsəbəsində olan zaman ünvanını dəqiq bilmədikləri yaşayış binalarının qarşısında olarən İrac onu həmin yerdə gözləməsini bildirərək ondan uzaqlaşmışdır. Təxminən 5-10 dəqiqə sonra İrac “Tofaş” markalı avtomob ilə onun dayandığı yerə gəlmiş və ona avtomobilə əyləşməsini bildirmişdir. O, həmin avtomobilə əyləşmiş və birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişlər. Sabunçu rayonu, Ramana qəsəbəsində olan daş bazarının yanında yol kənarda İrac onu düşürmüş və avtomobildən düşərkən ona 150 manat pul vermişdir. “Tofaş” markalı avtomobilin oğurluq olması barədə məlumatı olmamış, İrac bu haqda ona heçnə deməmişdir. Bundan başqa, 2019-cu ilin iyul ayında İrac onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o, İracın təklifi ilə razılaşaraq 3-cü mikrorayon dairəsinin yaxınlığında görüşmüşdür. Aralarında olan söhbət zamanı İrac ona dostuna məxsus “VAZ 2106” markalı avtomobili satmaq istədiyi bildirmişdir. O, İracdan həmin avtomobilin harada olmasını soruşmuş, İrac avtomobilin 20 yanvar metrostansiyasının yaxınlığında olduğunu bildirmişdir. Sonra onlar birlikdə avtomobilin yanına gəlmişlər və o, avtomobilə baxmışdır. İrac ona həmin avtomobili 500 manat satdığını bildirmişdir. Bundan sonra, o, küçədə quraşdırılmış telefonla qohumu Ələmşaha zəng vurmuş və Ələmşaha demişdir ki, “VAZ 2106” markalı avtomobil 500 manata satılır. Ələmşah ona həmin avtomobili qardaşı Şahların almaq istədiyini bildirmişdir. Bundan sonra, o İracla birlikdə “VAZ 2106” markalı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gəlmiş və Şahlarla əlaqə saxlamışdır. Bir müddət sonra Şahlar, qardaşı Ələmşah və Şahların oğlu Əli onların yanına gəlmişdir. Onlar avtomobilə baxdıqdan sonra Şahlar avtomobili işə salaraq idarə edərək Binə qəsəbəsində olan evinin həyətinə aparmışdır. İrac Şahlardan 200 manat almış, qalan pulu isə almamışdır. Bundan sonra, İrac ona demişdir ki, Şahlar qalan pulu verməsə onun 200 manatını qaytaracaq və avtomobili geri alacaqdır. O da bu barədə Şahlara dedikdə Şahlar ona aldığı VAZ 2106 markalı avtomobili hissələrə sökməsini və kuzası doğramasını bildirmiş, o da bu barədə İraca məlumat vermişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. xx xxxx 2019-cu il axşam saatlarında evdə olan zaman Təqsirləndirilən şəxs2 ona zəng edərək bildirmişdir ki, “VAZ 2106” markalı avtomobil var və 600 manata satılır. O, Elçinə Xəzər rayonu, Binə qəsəbəsində olduğunu və avtomobili Binə qəsəbəsinə gətirmələrini bildirmişdir. Həmin gün təxminən saat 23 radələrində o, oğlu Əli və qardaşı Ələmşah ilə birlikdə qardaşına məxsus “VAZ 2106” markalı avtomobillə Binə qəsəbəsinin giriş hissəsinə getmiş və Elçingillə görüşmüşdür. Aralarında olan danışıq zamanı Elçin ona avtomobilin tanışı İraca məxsus olduğunu və cəzaçəkmə müəsisəsinə pul göndərməli olduğu üçün təcili satdığını bildirmişdir. O, avtomobili ondan 400 manata alacağını demiş, həmin vaxt pulu olmadığı üçün 2-3 günə gəlib pulu götürmələrini demişdir. Elçinin yanında olan şəxs onunla razılaşmış və bir neçə gün sonra İraca 200 manat pul vermişdir. Onun həmin avtomobili almaqda məqsədi həmin avtomobilin ehtiyyat hissələrini Zərdab rayonunda olan “Moskviç” markalı avtomobilinə yığmaq olmuşdur. O, “VAZ 2106” markalı avtomobili aldıqdan sonra avtomobilin ehtiyyat hissələrini sökərək “Moskiviç” markalı avtomobilinə yığmışdır. O, Elçindən və onun tanışı İracdan avtomobilə aid sənədləri tələb etsə də, onlar avtomoblin sənədlərinin İracın anasında olmasını demişlər. O, “VAZ 2106” markalı avtomobili alarkən avtomobilin oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Sadıx oğlu ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin may ayında o baş etibarnamə ilə özünə 2200 manata “Vaz 2106” markalı, **-EM-*** nömrə nişanlı avtomobil almışdır. xx.xx.2019-cu il saat 17 radələrində özünə məxsus avtomobil ilə yaşadığı evə gəlmiş və avtomobili evin giriş qapısının qarşısında saxlamışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə təxminən saat 00:40 radəsində evdə əyləşib televizora baxan zaman çöldən avtomobilinin işə salınma səsini eşitmişdir. Bu zaman o, dərhal çölə çıxmış və görmüşdür ki, avtomobilini naməlum şəxs saxladığı yerdən idarə edərək qaçırmışdır. Həmin zaman o bu barədə DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və həmin tarixdə Sabunçu RPİ-nin 12-ci PŞnə ərizə ilə müraciət etmişdir. Avtomobilinin qaçırılması nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərə ağır jəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Göyüşov küçəsi, Əlillər binası mənzil 14-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il gecə saat 01:10 radələrində ona məxsus olan 2003-cü il buraxılışlı, metalik rəngli, “Tofaş-Şahin” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobilini yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Göyüşov küçəsi, Əlillər binasının qarşısında saxlayaraq evə getmiş və həmin gün saat 10 radələrində yaşadığı binanın qarşısına çıxarkən avtomobilinin naməlum şəxs tərəfindən qaçırılmasını aşkar etmişdir. Bu səbəbdən Sabunçu RPİnin 15-ci PB-nə gedərək hadisə barədə ərizə ilə müraciət etmiş və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərə ağır jəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi H.Əliyev parkının qarşısında narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olan “İrac” adlı şəxsin ifşa olunması ilə əlaqədar tərtib edilmiş əməliyyat qrupunun tərkibində o və bölmənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid3 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə təxminən saat 14:18 radəsində qeyd olunan ünvanda saxlanılmışdır. Həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 özünü təqdim etmiş, bu zaman o, özünü şübhəli apardığı üçün tərəflərindən Sabunçu RPİ-nin 14cü PB-nə dəvət edilmişdir. Polis bölməsində olan zaman Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və sonra onun üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı o, əynidə olan göy rəngli cins şalvarın sol yan cibindən bir kibit qutusu dolu ota bənzər maddə aşkar olunmuşdur, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə olan marixuanadır və həmin marixuananı 10 gün öncə Sabunçu qəsəbəsində yerləşən vağzalın yaxınlığında göy rəngli sellofan torbada tapmış və öz istifadəsi üçün bir kibrit qutusunu doldurub cibinə qoymuş, qalanını isə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi nömrəsiz evinin həyətində yerləşən tövlədə gizlədərək saxlamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüşdür. Daha sonra, tədbir iştirakçıları tərəfindən Təqsirləndirilən şəxs1 razılıq ərizəsi əsasında onun yaşadığı evin həyətindəki tövləyə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 oradan gizlətdiyi bir ədəd göy rəngli sellofan torbadakı marixuananı taxta parçalarının arxasından çıxardaraq onlara təqdim etmişdir. Sonra həmin torba tərəflərindən açılmış və içərisində ot şəkilli qurudulmuş marixuanaya bənzər maddə olması müşahidə edilmişdir. Bu səbəbdən həmin torbadakı maddə götürülərək qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib edilərkən saxlanılan Təqsirləndirilən şəxs1 protokolu oxumaqla heç bir etirazının olmamasını bildiməklə doğruluğunu imzası ilə təsdiq etmişdir. Ona qarşı heç bir təzyiq göstərilməmişdir. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqsində olan xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid2 və Şahid3 iştirakı ilə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən kibrit qutusuna qoyulmuş spesifik iyə malik marixuanaya bənzər ot aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 21-23-cü vərəqsində olan xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, nömrəsiz evin həyətində yerləşən yarım tikiliyə baxış keçirilmiş və baxış zamanı orada dağınıq vəziyyətdə olan taxta parçalarının arxasında göy rəngli sellofan aşkar edilmiş, sellofana baxış zamanı spesifik iyə malik narkotik vasitəyə bənzər ot kütləsi aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 33-cü vərəqsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 19331 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,165 qram və Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş göy rəngli polietilen torbada təmiz çəkisi 1030 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cildinin 80-82-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 312/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqəsində olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,165 qram olan narkotik vasitə qurudulmuş marixuana və evindən götürülmüş bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 1030 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə qalıq çəkisi 1035,065 qram narkotik vasitə olan qurudulmuş marixuana Sabunçu RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 210-cu vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan seçilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 212-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 aldığı “Vaz 2106” markalı avtomobilə aid ban nömrəsini istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 245-246-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-313/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 5-6-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2019-cu il tarixli, 1975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əziyyət çəkmədiyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 46-47-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Ə.Əsədov və E.Rzayevin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakı küçəsində keçirilmiş baxış zaman yol kənarında “Tofaş” markalı, **-GD-*** dövlət nömrə nişanlı avtomobil müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 28-38-ci vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2600 manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilərək ona qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2600 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cinayət işinin 3-cü cildinin 77-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 78-79-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25184 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı olan avtomobillərin istismar müddətini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 2019-cu ilin aprel ayına 2003-cü il buraxılışlı “Tofaş Şahin minik” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobil 16 il istismar müddətini nəzərə alaraq 5300,00 manat, 2019-cu ilin iyul ayına 1979-cu il buraxılışlı “VAZ 2106 minik” markalı **-EM-*** dövlət nömrə nişanlı avtomobil 40 il istismar müddətini nəzərə alaraq 2100,00 manat dəyərindədir. Cinayət işinin 3-cü cildinin 139-166-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması və Şahid1 iştirakı ilə baxış zamanı götürülmüş “Vaz 2106” markalı **-EM-*** nömrə nişanlı avtomobilin doğranmış hissələri, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı aşkar edilərək götürülmüş 02 ədəd **-MC-*** dövlət nömrə nişanları və 2003-cü il buraxılışlı “Tofaş” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs3 götürülmüş “Vaz 2106” markalı **- EM-*** nömrə nişanlı avtomobilin üzərindən çıxarılmış ******* Ban nömrəsi yazılmış lövhə iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 2600 manat cərimə cəzasından dövlət büdcəsinə heç bir ödəniş etməmişdir. Cinayət işinin 3-cü cildinin 17-19-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə və 2600 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə cəzası 05 ilə endirilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzası 01 il azadılmış, xx xxxxx 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 3-cü cildinin 20-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Həsənov X4 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 3-cü cildinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 185.2.1, 177.1-cİ maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs1 “…o, qanunsuz olaraq narkotik vasitə əldə etməmiş və ya yaşadığı ünvanda saxlamamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi, Təqsirləndirilən şəxs2 ““Tofaş” markalı avtomobilin oğurluq olması barədə məlumatı olmamış, İrac bu haqda ona heçnə deməmişdir” deməsi, Təqsirləndirilən şəxs3 “...“VAZ 2106” markalı avtomobili alarkən avtomobilin oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş, şahid ifadələri, ekspertiza rəyləri, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətin resedivi olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 sonunsu dəfə məhkum olunduqdan sonra xx xxxxxxx 2018-ci il tarixdə, Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuş və hazırki əməlləri törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə X2 cəza təyin edərkən, onun şəxsiyyətini, məhkəmə iclaslarındakı davranışlarını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran hallarının olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil. Ona görə də, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1, 177.1 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halı nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 194.1-ji maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətədə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının xx xxxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 azadlığının xx xxxx 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncuların cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə qalıq çəkisi 1035,065 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Vaz 2106” markalı **-EM-*** nömrə nişanlı avtomobilin doğranmış hissələri, 02 ədəd **-MC-*** dövlət nömrə nişanları və 2003-cü il buraxılışlı “Tofaş” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobili sahiblərinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs3 götürülmüş “Vaz 2106” markalı **-EM-*** nömrə nişanlı avtomobilin üzərindən çıxarılmış ******* Ban nömrəsi yazılmış lövhə iş materiallarında saxlanılmalı, məhkəmə bioloji ekspertizasının xərci 89 manat Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.3, 61, 62, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 185.2.1, 177.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci ilə maddəsi ilə 03 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2600 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2600 manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sabunçu RPİ-də saxlanılan İraj Rufullayevdən aşkar edilmiş narkotik vasitə qalıq çəkisi 1035,065 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Vaz 2106” markalı **-EM-*** nömrə nişanlı avtomobilin doğranmış hissələri, 02 ədəd **-MC-*** dövlət nömrə nişanları və 2003-cü il buraxılışlı “Tofaş” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobili sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 götürülmüş “Vaz 2106” markalı **-EM-*** nömrə nişanlı avtomobilin üzərindən çıxarılmış ******* Ban nömrəsi yazılmış lövhə iş materiallarında saxlanılsın. Məhkəmə xərci məhkəmə bioloji ekspertizasının xərci 89 manat Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-7/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-7/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver