Məhkəmə qərarları › İş №1(008)-7/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-7/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-7/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Cəbrayılov Elşad Vaqif oğlunun, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Kirovakan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə barəsində 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 07 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını açıq talayaraq soyğunçuq etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 15 avqust 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "Dad" adlı marketin yaxınlığında Zərərçəkmiş şəxs2 yaxınlaşıb tanışına zəng vurmaq üçün mobil telefonunu istəyib almış, bir neçə dəqiqə sonra həmin mobil telefonu sonuncunun özünə qaytarıb tanışının onun telefon zənginə cavab vermədiyini bildirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 əlindən içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 245 manat dəyərində "Redmi Note 8" markalı mobil telefonu açıq talayıb oradan qaçaraq, Zərərçəkmiş şəxs2 telefonunu qaytarmasını tələbinə və arxası ilə qaçmasına məhəl qoymayaraq açıq talama yolu ilə ələ keçirtdiyi özgənin əmlakını özündə saxlama məqsədilə yaşadığı ünvan 2 ünvanda yerləşən evinə girərək, arxası ilə evinə daxil olan telefonunu ona verməsini tələb edən Rauf Cəfərova telefon artıq onda qalacağını qəti bildirərək evini tərk etməsinə nail olaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 250 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, 14 avqust 2023-cü il tarixdə saat 17:18 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində keçmiş arvadı Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək prospekti 32 ünvanında yerləşən "Oba" marketə daxil olub heç bir səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib sonuncunun baş, sol qol, sol bud və sol dirsək nahiyələrindən əli ilə vuraraq ona, sağ ənsə, sağ bazu, sağ kürək və sol bud nahiyələrinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə kifayətlənməyərək xuliqanlıq hərəkətlərini inadla davam etdirərək "Oba" marketin anbar hissəsinə daxil olub heç bir səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, marketdə müdir işləyən Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib sonuncunun baş, sol çiyin, sağ qol nahiyələrindən əli ilə vuraraq ona sol alın-gicgah, sol çiyin və sağ said nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, soyğunçuluq etməmişdir. Zərərçəkmiş şəxs2 məhlə uşağı kimi tanımışdır. Üzərindən iki il keçdiyindən dəqiq tarixi xatırlamır. 2022ci ilin yay aylarında Rauf, öz yaşıdları və bir xanımla birlikdə onun evinə gəlmişlər. Rauf xanımın onun qohumu olduğunu, ev tapana qədər kirayə ev axtardıqlarını bildirmişdir. O, xanımın mədəni, mərifətli adam olduğunu gördüyündən və xanımın yaşamağa yeri olmadığından ona yazığı gəlmiş və ev tapana qədər bir iki gün ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdə yaşamasına iczə vermişdir. Həmin vaxt özü şəhərdə başqa yerdə yaşamışdır. Təxminən üzərindən bir iki gün keçəndən sonra evə gələndə məhlədə olan uşaqlar ona bildirmişlər ki, onun evindən bir xanım çıxıb getmiş, arxasınca isə bir oğlan getmişdir. O, evi əşyalı vəziyyətdə verdiyindən gedib evə baxmışdır ki, görsün əşyaları yerindədirmi. Bu zaman evdə Raufun telefonunun şarj alətinə taxılı vəziyyətdə olduğunu görmüşdür. Həmin telefonu götürmüş və Raufun qardaşına zəng etmiş, lakin o, telefona cavab verməmişdir. Növbəti gün yenə həmin nömrəyə zəng etmiş və bildirmişdir ki, Raufun telefonu evdə qalıb gəlib götürsün. Daha sonra Rauf qardaşı ilə birlikdə gələrək ondan telefonu götürmüşlər. Zərərçəkmiş şəxs1 ilə əvvəllər evli olsalar da, sonradan rəsmi olaraq boşanmışlar. Birgə nikahlarından üç azyaşlı övladları vardır. Aynurə ilə ayrılsalar da onu hələ də qısqanmış və Aynurənin hər hansı bir yerdə işləməsini istəməmişdir. Bu barədə sonuncuya da bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində Zərərçəkmiş şəxs1 işlədiyi Zabrat qəsəbəsində yerləşən “Oba” marketə getmiş, həmin gün adını xatırlamadığı kafedə spirtli içki qəbul etmişdir. Mağazaya daxil olduqdan sonra Aynurənin orada işləməsini görmüş, spirtli içkinin təsirindən əsəbiləşərək Zərərçəkmiş şəxs1 kassanın yanında görüb, onun üzərinə hücum etmişdir. Aynurənin olduğu yerə, kassanın yanına keçib, yumruqla onun baş və bədən nahiyəsinə bir neçə zərbə vurmuşdur. Daha sonra kassanın kompyuterinin monitoruna zərbə ilə vurmuş və mağazada olan müxtəlif məhsulları yerə dağıtmışdır. Məhsulları dağıtdıqdan sonra mağazada olan anbara gedib, orada olan mağaza müdiri Tahirə hücum etmiş və onunla orada davaları olmuşdur. Tahiri vurmağa çalışarkən sonuncu onu tutaraq yerdə saxlamışdır. Daha sonra orada olan şəxslərdən biri DİN-in 102 xidmətinə zəng vurub, bu barədə məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gələrək onu Polis Bölməsinə gətirmişlər. Hadisə zamanı əlində vintaçan və ya hər hansı bir alət olmamışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Onların ona qarşı şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ifadəsini dəqiqləşdirərək bildirmişdir ki, o, Raufdan telefonu danışmaq üçün almışdır. Onun həmin vaxt həyat yoldaşı ilə aralarında mübahisəsi vardır və telefonunda kontur olmadığı üçün o, Raufdan telefonu danışmaq üçün istəmişdir. Rauf telefonu ona vermişdir və telefonla həyat yoldaşı ilə danışdıqdan sonra Rauf onunla kobud danışmış, o da əsəbiləşərək Raufun onun evində bir xanımla yaşamasına baxmayaraq ona yalan deməsini xatırlayaraq Raufa telefonu valideyninə verəcəyini bildirmişdir. Rauf isə oradan çıxıb getmişdir. Sonra isə Raufun qardaşına demiş və o, Raufla birlikdə gələrək telefonu ondan götürmüşdür. Onun soyğunçuluq etmək kimi bir niyyəti olmamışdır. Əgər elə bir niyyəti olsa idi, telefonu satardı. Telefonu sahibinə geri qaytarmışdır. Sadəcə Raufun ona yalan danışmasını, hələ üstəlik onunla kobud danışmasını qəbul edə bilməmişdir. Ona görə telefonu valideyninə verə biləcəyini deyərək, onlara Raufun elədiklərini bildirmək istəmişdir. Rauf onunla bir məhəllədə yaşamışdır. Əvvəllər də ondan telefonu istəmiş, və danışmışdır. Raufun polisə şikayət etməsindən məlumatı olmamışdır. Telefonu Raufa geri qaytarmışdır. Raufun ondan şikayət və tələbi yoxdur. Məhkəmədən qərar qəbul edərkən üç azyaşlı uşağının olmasını, qara ciyər serrozundan əziyyət çəkməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2 ay olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək prospekti 32 ünvanında yerləşən "Oba market"də mağaza müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 iş yoldaşı olduğundan və eyni mağazada işlədiklərindən tanıyır. Zərərçəkmiş şəxs1 keçmiş əri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər radələrində işlədiyi mağazaya gələrək Aynurəni nə səbəbə işə tez çağırmağını soruşduqda ona işin saat 07 radələrində başladığını bildirmişdir. Bundan sonra Ruslan mağazanı tərk edib getmiş, səhəri günü yəni, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ruslan yenidən mağazaya gəlib onunla yenə də eyni səbəbdən sözlə mübahisə edib getmişdir. Həmin günü saat 17:20 radələrində mağazada anbarda olan zaman Təqsirləndirilən şəxs anbara daxil olub heç bir səbəb olmadan üstünə hücum edərək yumruqla baş və bədən nahiyəsinə bir neçə zərbə vurmuş, daha sonra Ruslanla yerdə yıxılı vəziyyətdə sonuncunu saxlayaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir qədər sonra çağırılan polis əməkdaşları hadisə yerinə gəlmiş və Ruslanı özləri ilə aparmışlar. Ruslan əvvəlcə mağazaya daxil olub heç bir səbəb olmadan Aynurəni döymüş, sonra isə anbara daxil olub onun üstünə hücum edib onu vurmuşdur. Hadisənin baş verməsinə dair video görüntülər olan bir ədəd CD diski polis əməkdaşlarına hadisə yerinə baxış zamanı təqdim etmişdir. Hadisə zamanı mağazada tanımadığı müştərilər və mağazanın işçiləri olmuş, səs küyə də tanımadığı şəxslər toplaşmışdır. Hadisə zamanı özünü müdafiə üçün Ruslanı yerə yıxıb üstünə çıxıb əllərilə onu tutub saxlamış, lakin Ruslanı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Həmçinin hadisə zamanı Ruslanın əlində vintaçan və ya hər hansı bir alət görməmişdir. Ruslan onu və Aynurəni yalnız əlləri ilə vurmuşdur. Bundan başqa Ruslan hadisə zamanı kassada olan kompyuterin monitorunu əli ilə vurmuş, monitor olduğu masanın üzərinə yıxılmışdır. Həmçinin Ruslan hadisə zamanı mağazada olan karopkaları və bir neçə məhsulları əli ilə vurub dağıtmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödəilmişdir. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək bildirmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından 3 azyaşlı övladı vardır. Ruslanla 2021 -ci ilin noyabr ayında rəsmi olaraq boşanmış, Ruslanla ayrıldıqdan sonra övladları özünün himayəsindədir. Ruslanla ayrılmalarına səbəb sonuncunun mütəmadi olaraq evdə mübahisələr yaratması və onu döyməsi olmuşdur. Bununla əlaqədər Sabunçu RPİ-nin 12-ci PŞ-də və Nərimanov RPİ- nin 17-ci PB-də müraciətləri olmuşdur. Lakin həmin müraciətləri etdikdən sonra Ruslanla barışdıqları üçün şikayətçi olmadığından, Ruslan cinayət məsuliyyətinə cəlb edilməmişdir. Yaşadığı ev Ruslanın yaşadığı evlə eyni həyətin daxilindədir. Təxminən 2 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək prospekti 32 ünvanda yerləşən "Oba” markefdə baş satıcı işləyir. Həmin mağazada işlədiyi müddətdə 4-5 dəfə Ruslan onu döyərək işləməməyini bildirmişdir. Lakin Ruslandan şikayətçi olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində işə gedərkən Ruslan da onunla birlikdə getmiş və müdiri Tahirə nə üçün işçiləri işə tez çağırmasını soruşduqda Tahir hər kəsi işə tez çağırdığını və axşam da buna görə tez getdiklərini bildirmişdir. Bundan sonra oradakı işinə davam edərkən Ruslan ondan əl çəkməmiş, Ruslan onun fikrincə narkotik maddə qəbul etdiyi üçün özündə olmur və nə etdiyini bilmir. Lakin, heç bir vaxt onun narkotik vasitələrdən istifadə etməsini, həmçinin onda narkotik olmasını görməmişdir. Həmin gün Ruslan onu işləməyə qoymamış və məcbur qalıb onunla birlikdə evə getmişdir. Səhəri gün yəni, xx.xx.2023-cü il tarixdə yenə işlədiyi Oba marketə getmiş, həmin günü Ruslan günorta radələrində marketə gəlib müdir Tahirlə yenə də sözlə mübahisə edib getmişdir. Daha sonra həmin günü saat 17:20 radələrində Ruslan sərxoş vəziyyətdə yenidən işlədiyi Zabrat qəsəbəsində yerləşən Oba marketə gəlmiş, Ruslan mağazaya daxil olan kimi heç bir səbəb olmadan onun üstünə hücum edib ona ucadan nalayiq söyüşlər söyərək əlləri ilə başından və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Həmin zaman azyaşlı qızı da orada olmuşdur. Ruslanı kassanın kompyuterinə vurub mağazada olan müxtəlif məhsulları dağıdaraq yerə tökmüş, daha sonra mağazanın anbarına gedərək orada olan mağaza müdiri Tahir müəllimə heç bir səbəb olmadan hücum etmiş və onu da əlləri ilə vurub döyməyə başlamışdır. Anbara daxil olarkən Tahirin Ruslanı yerdə tutub saxladığını görmüşdür. İş yoldaşı Əhəd DİN-nin 102 xidmətinə bu barədə məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gələrək Ruslanı aparmışlar. Hadisə zamanı mağazada tanımadığı müştərilər və mağazanın işçiləri olmuş, səs küyə də tanımadığı şəxslər toplaşmışdır. Hadisə zamanı Ruslanın əlində vintaçan və ya hər hansı bir alət olmamışdır. Ruslan onu yalnız əli ilə vurub xəsarət yetirmişdir. Bundan başqa 14 avqust 2023-cü il tarixdə “Oba” marketdə hadisə baş verməzdən əvvəl Ruslanla yaşadıqları evdə sözlə mübahisə etmiş, lakin sonuncu həmin zaman onu döyməmişdir. Həmçinin Ruslan azşalı qızını hadisə zamanı itələmiş, lakin qızı heç bir xəsarət almamışdır. . Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə bir məhəllədə yaşamışlar. Hadisənin üzərindən iki il keçdiyindən dəqiq tarixləri xatırlamır. 2022-ci ilin yay aylarında axşam saat təxminən 11 radələrində Balaxanı qəsəbəsində yerləşən kafenin yaxınlığında dostları ilə birlikdə dayanarkən Ruslan onlara yaxınlaşaraq kimin telefonunda konturunun olduğunu soruşmuşdur. O, telefonunda kontur olduğunu bildirərək danışmaq üçün telefonunu ona vermişdir. Ruslan telefonla danışaraq bir qədər kənara çəkilmiş, o da onun arxasınca getmişdir. Ruslan danışıb quratardıqdan sonra əsəbi və sərt şəkildə Ruslana hara getdiyini soruşmuşdur. Bir qədər aralarında mübahisə yaranmışdır. Bu zaman Ruslan ona telefonu valideyninə verəcəyini bildirərək telefonu ona geri qaytarmamışdır. Bu cavabdan sonra o, oradan çıxıb getmişdir. Telefonda Ruslanda qalmışdır. Daha sonra əsəbi olduğundan bir-iki gün keçəndən sonra polisə şikayət etmişdir. Valideynlərinin onun həmin saatlarda küçədə olmalarını bilmədikləri üçün və bunu bilmələrini istəmədiyi üçün o, onlara heç bir söz deməmişdir. Qardaşına bu barədə demişdir. Qardaşı ilə birlikdə gedib telefonu Ruslandan geri götürmüşlər. Ruslana ondan polisə şikayət etməsi barədə heçnə deməmişdir. Dəqiq xatırlamır ya polisə şikayət etdiyi gün ya da ondan sonrakı gün Ruslan telefonunu geri qaytarmışdır. Telefon Ruslanda qalarkən Ruslan ona hədə qorxu gəlməmiş, təzyiq göstərməmişdir. Ruslan telefonu aldıqdan sonra həqiqətən kiminləsə danışmışdır. Bir az kənara çəkilmiş və bir qədər çox danışmışdır. Bu səbəbdən əsəbiləşmiş və Ruslanla kobud danışmışdır. Ruslan isə ona telefonu valideynlərinə verəcəyini bildirmiş və bu cavabdan sonra o, çıxıb getmişdir. Əvvəllər də olmuşdur ki, Ruslan ondan telefonu istəmiş və danışdıqdan sonra geri qaytarmışdır. Ruslan bildirdiyi kimi, tanıdığı xanım Ruslanın evində bir neçə gün qalmışdır. Lakin o, həmin evdə həmin xanımla birlikdə qalmamışdır. Telefon ona geri qaytarılmışdır, Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 15 avqust 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Balaxanı qəsəbəsində yerləşən "Dad" adlı marketin yaxınlığında tək dayanarkən, əvvəllər tanımadığı sonradan adını bildiyi Ruslan adlı şəxs yanında əvvəllər tanımadığı, sonradan adını bildiyi Vüsal adlı şəxslə birlikdə yaxınlıqdakı adsız kafedən çıxıb ona yaxınlaşmışlar. Ruslan ondan mobil telefonunda kontur olub-olmadığını soruşub bir nəfər tanışına zəng etmək istədiyini deyib telefonunu ondan istədikdə Ruslana telefonunda kontur olduğunu deyib özünə məxsus "Redmi Note 8" markalı mobil telefonunu Ruslana vermişdir. Ruslan telefola kiməsə zəng edib qulağına tutmuş, bir neçə dəqiqə sonra Ruslan telefonunu ona qaytarıb tanışına zəng etdiyini, lakin tanışının zəngə cavab vermədiyini demişdir. Həmin zaman mobil telefonunu əlində tutmuş, Ruslan isə onun qarşı tərəfində dayanmışdır. Ani bir vaxtda Ruslan mobil telefonunu əlindən alaraq küçə ilə qaçmağa başlamışdır. Dərhal Ruslanın arxası ilə qaçmış, lakin onu tuta bilməmişdir. Ruslan yaxınlıqda yerləşən yaşadığı evə daxil olmuş və özü də Ruslanın arxasınca həmin evə daxil olmuşdur. Həmçinin Vüsal da onların yanına gəlmişdir. Ruslana telefonunu qaytarmasını demiş, Ruslan isə telefonunu qaytarmayacağını, ya da telefonu sındıracağını, ya da telefonun onda qalacağını demişdir. Bundan sonra ondan heç olmasa mobil nömrəsini çıxarıb verməsini demiş, həmin zaman Ruslan mobil telefonunda olan ona məxsus ***-***-**-** saylı nömrəni çıxarıb vermişdir. Bundan sonra yaşadığı evə qayıtmış, təxminən iki gün gözləmişdir ki, Ruslan telefonunu qaytarar. Lakin, Ruslanın ona məxsus telefonunu qaytarmadığını görüb 17 avqust 2022-ci il tarixdəDİN-nin 102 xidmətinə zəng etmiş, həmçinin Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Şikayət etdikdən sonra Ruslan onun yaşadığı ünvana gələrək ona məxsus "Redmi Note 8" markalı mobil telefonunu qardaşı Təbrizə qaytarmış, sonuncu da telefonunu ona vermişdir. Həmin telefon "Redmi Note 8" markalı, qara rəngli mobil telefon olmuşdur. Telefonu təxminən bir il əvvəl 680 manata təzə formada almış və istifadə etmişdir. 15 avqust 2022-ci il tarixdə telefonun qiyməti içərisində olan ***-***-**-** saylı nömrə ilə birlikdə 250 manat olmuşdur. Belə ki, 245 manat mobil telefonu, 5 manat da mobil nömrəni qiymətləndirir. Həmin telefonunu baxış keçirilməsi üçün araşdırma zamanı təqdim etmiş, lakin telefonu şəxsi işlərilə bağlı vacib lazım olduğu üçün xahiş edib götürmüşdür. Daha sonra isə ona vacib pul lazım olduğundan, həmin telefonu tanımadığı şəxsə satmışdır. Ruslan "Redmi Note 8" markalı mobil telefonu əlindən alarkən ona qarşı heç bir zor tətbiq etməmiş, ona bədən xəsarəti yetirməmiş, zor tətbiq etməklə hədələməmişdir. Eyni zamanda Vüsal adlı şəxs ona qarşı heç bir hərəkət etməmiş, heç bir söz deməmişdir. Ruslanın ona məxsus mobil telefonunu almasında Vüsalın heç bir iştirakı olmamışdır. Eyni zamanda Vüsal da, gözləmirdi ki, Ruslan ani bir vaxtda onun əlindən telefonunu alıb qaçar. Hadisə zamanı Ruslanın və Vüsalın əlində bıçaq və ya başqa bir predmet olmamışdır. Hadisə zamanı yaxınlıqda kimlər olmasını xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə elan edildikdən sonra zərərçəkmiş şəxs elə bir ifadə vermədiyini, hazırda məhkəmədə danışdığı kimi istintaq zamanı ifadə verdiyini, ifadəsini oxumadan imzaladığını, Ruslanın onun əlindən telefonu alıb qaçmadığını, özü ona danışmaq üçün verdiyini, sonra isə valideyninə verəcəyini bildirərək qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Babək prospektində yerləşən "Esko" kişi geyimləri mağazasında satıcı işləyir. Mağazaya yaxın yerləşən "Oba” marketə gedib alış-veriş edir. Oranı işlədən Tahiri də, bu səbəbdən salam-sağolu olmaqla tanıyır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində həmin "Oba” marketə gələrkən səs-küy və qışqırıq səslərini eşitmiş, həmçinin işçilərin və müştərilərin qorxmuş vəziyyətdə olmasını görmüşdür. Orada işləyən işçilərdən, adını Əhəd kimi bildiyi şəxs qorxmasını və Tahirə kömək etməyini xahiş etmişdir. Bundan sonra Əhəd onu anbar hissəyə aparmış və anbarda Tahirin sonradan adının Ruslan olmasını bildiyi şəxs ilə yerdə uzanıqlı olmasını, Tahirin onu tutmasını, Ruslanın isə onun əlindən çıxmağa çalışmasını görmüşdür. Onlara kömək üçün Ruslanı tutub kənara aparmağa başlamışdır. Onu mağazanın qapısından çölə çıxarmış və bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlib Ruslanı özləri ilə aparmışlar. Hadisə zamanı orada tanımadığı müştərilər, həmçinin mağazada olan işçilər var idi. Hadisə zamanı Ruslanın əlində vinçatan, ümumiyyətlə hər hansı bir alət görməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək prospekti 32 ünvanında yerləşən "Oba market"də xadiməçi işləyir. Zərərçəkmiş şəxs1 iş yoldaşı olduğundan və eyni mağazada işlədiklərindən tanımışdır. Zərərçəkmiş şəxs1 keçmiş əri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində işlədikləri mağazaya gələrək müdiri Tahirlə nə səbəbə görəsə danışıb sözlə mübahisə etmişdir. Özü həmin zaman kənarda olduğu üçün nə danışdıqlarını eşitməmişdir. Həmin gün saat 17:20 radələrində mağazada malların çəkisini müəyyən edən zaman mağazanın içirisinə həmin Ruslan adlı şəxs çox əsəbi halda daxil olub, kassada olan Aynurənin üzərinə heç bir səbəb olmadan hücum etmiş və Aynurə kassa yerindən çıxa bilməmişdir. Ruslan orada əlləri ilə Aynurənin baş və bədən nahiyələrindən vurmağa başlamışdır. Aynurənin azyaşlı qızı da orada idi və Ruslan onu da itələyib, mağazadakı kompyuteri vurmuşdur. Həmçinin Ruslan mağazanın içərisindəki əşyaları əlləri və ayaqları ilə qəsdən vurub dağıdıb yüksək səslə nalayiq söyüşlər işlədib, anbara gedərək Tahirlə əlbəyaxa olmuşdur. İşçi Əhəd də sonradan anbara daxil olmuş və Əhəd bir qədər sonra mağazaya qayıdıb, müdiri Tahirin Ruslanı yerə yıxmasını və üzərində əlini qolunu tutmuş vəziyyətdə saxlamasını deyib, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra çağırılan polis əməkdaşları hadisə yerinə gəlib Ruslanı özləri ilə aparmışlar. Hadisə zamanı ətrafda tanımadığı müştərilər, həmçinin mağazada olan işçilər var idi. Eyni zamanda hadisə zamanı Ruslanın əlində vinçatan, ümumiyyətlə hər hansı bir alət görməmişdir. Ruslan Aynurəni və Tahiri yalnız əlləri ilə vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədov bildirmişdir ki, Zərərçəkmiş şəxs2 102 xidmətindən daxil olmuş 3-4 gün əvvəl telefonun əlindən alınmasına dair müraciəti üzrə araşdırma aparılması ona həvalə olunmuşdur. O, zərərçəkmiş şəxsin izahatını almış, hadisə yerinə baxış keçirmiş daha sonra təhqiqat materialının istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul edərək toplanmış materialı Sabunçu RPİ-nin İŞ-nə göndərmişdir. Zərərçəkmiş şəxs 102 xidmətinə müraciətində hadisənin 3-4 gün əvvəl baş verdiyini bildirmişdir. Bu cür qeyrimüəyyənlik olan hallarda onlar zərərçəkmiş şəxsdən hadisənin baş vermə tarixini dəqiqləşdirirlər və zərərçəkmiş şəxs hansı tarixi bildirsə onu qeyd edirlər. Qeyd edilən material üzrə də zərərçəkmiş şəxsdən tarixlə bağlı soruşduqda o, xx.xx.2022-ci il tarixdə olmasını bildirdiyindən qərarda hadisənin baş vermə tarixini xx.xx.2022-ci il olaraq qeyd etmişdir. Qeyd edilən material üzrə Təqsirləndirilən şəxs yerini müəyyən edə bilməmiş, ondan şikayət daxil olmasına dair hər hansı formada ona məlumat verə bilməmişdir. Məhkəmə iclasında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən yekunlaşmış və ittiham aktı tərtib olunmuşdur. Soyğunçuluq epizodu üzrə cinayətin törədilmə tarixini məhz Zərərçəkmiş şəxs2 sözlərinə əsasən qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakt üzrə AR CM-nin 221.2.1 və 221.3cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat-Pirşağı yolu istiqamətində işıqforun qarşı hissəsində-sağ hissəsində fəaliyyət göstərən “Oba” marketdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. Tutma haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə AR CM-nin 221.2.1, 221.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxs Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 1996 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 sol alın gicgah, sol çiyin və sağ said nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxs Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 1997 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 Məhəmmədəli qızında sağ ənsə, sağ bazu, sağ kürək və sol bud nahiyələrin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Məhəmmədəli qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-651/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 2 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 180.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilərək icraatda oaln AR CM-nin 221.2.1 və 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və istintaq AR CM-nin 221.2.1, 221.3 və 180.1-ci maddələri ilə vahid cinayət işi kimi ********* nömrə altında istintaq davam etdirilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd mobil telefona baxış keçirilmiş, həmin telefon qara rəngli, işlək, salamat vəziyyətdə və istifadəyə yararlıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 telefonun “Redmi” markalı olduğunu, hadisə zamanı telefonun içərisində ***-***-**-** saylı nömrə ilə birlikdə 250 manat dəyərində olduğunu bildirmişdir. AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(008)-203/2021 saylı qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 1 (003)-183/2019 saylı hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 03 ay 17 gün dəyişdirilərək 07 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 28 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verildiyi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan, çıxan zənglər, nömrə sahiblərinin anket məlumatları, sms mətnləri, anten məlumatları, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 105155797, ***-***-**-** telefon nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan, çıxan zənglər, nömrə sahiblərinin anket məlumatları, sms mətnləri, anten məlumatları "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda ********** saylı mobil nömrənin sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilmədiyi qeyd edilmiş, digər məlumatların məktuba əlavə olunmuş qoşmada CD şəklində təqdim edildiyi qeyd edilmişdir. Həmin diskə baxış keçirilən zaman aşağıdakılar müəyyən olunmuşdur. 1) 070 413 13 80 saylı telefon nömrəsinin (Zərərçəkmiş şəxs2 istifadəsində olan nömrə) müştəri zənglərinin detallaşmasına dair məlumatlardan görünür ki: - qeyd edilən nömrədən təqsirləndirilən şəxsin həyat yoldaşının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 10:09:24-də zəng olunaraq 57 saniyəlik danışıq aparılmışdır. - qeyd edilən nömrədən təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 21:07:45-da zəng olunaraq 7 saniyəlik danışıq, saat 21:09:01-də isə yenidən zəng olunaraq 37 saniyəlik danışıq aparılmışdır. - qeyd edilən nömrədən təqsirləndirilən şəxsin həyat yoldaşının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə 22:56:17-də zəng olunaraq 512 saniyəlik danışıq qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək telefon işlək vəziyyətdə olmamışdır. - xx.xx.2022-ci il tarixdən etibarən zərərçəkmiş şəxsin əvvəllər əlaqə yaratdığı şəxslərin nömrəsinə zənglər edilmişdir. 2) 070 233 81 01 saylı telefon nömrəsinin (təqsirləndirilən şəxsin istifadəsində olmuş nömrə) sms detallaşmasından görünür ki: - xx.xx.2022-ci il tarixdə saat 17:38:34 –də ***-***-**-** telefon nömrəsindən təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsinə “Ruslan, mənim hörmət etdiyim uşağın telefon alırsan......... “ məzmunlu sms göndərilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 15 avqust 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən "Dad" adlı marketin yaxınlığında Zərərçəkmiş şəxs2 yaxınlaşıb tanışına zəng vurmaq üçün mobil telefonunu istəyib almış, bir neçə dəqiqə sonra həmin mobil telefonu sonuncunun özünə qaytarıb tanışının onun telefon zənginə cavab vermədiyini bildirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 əlindən içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 245 manat dəyərində "Redmi Note 8" markalı mobil telefonu açıq talayıb oradan qaçaraq, Zərərçəkmiş şəxs2 telefonunu qaytarmasını tələbinə və arxası ilə qaçmasına məhəl qoymayaraq açıq talama yolu ilə ələ keçirtdiyi özgənin əmlakını özündə saxlama məqsədilə yaşadığı ünvan 2 ünvanda yerləşən evinə girərək, arxası ilə evinə daxil olan telefonunu ona verməsini tələb edən Rauf Cəfərova telefon artıq onda qalacağını qəti bildirərək evini tərk etməsinə nail olaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 250 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübutu kimi hadisə yerinə baxış protokoluna və zərərçəkmiş şəxsin ifadəsinə istinad olunmuşdur. İstər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs soyğunçuluq cinayəti üzrə özünü təqsirli bilməmiş, zərərçəkmiş şəxsin onun evində bir xanımla qaldığını, telefonu evdə qoyub getdiyini, sonra həmin telefondan zərərçəkmiş şəxsin qardaşına zəng etdiyini, onların telefonu gəlib götürdüklərini, onun soyğunçuluq etmək niyyətinin olmadığını, elə bir niyyəti olsa idi, telefonu sata biləcəyini bildirmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin qeyd etdiyi halların yoxlanılması üçün Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan, çıxan zənglər, nömrə sahiblərinin anket məlumatlarının, sms mətnlərinin, anten məlumatlarının, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 105155797, ***-***-**-** telefon nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan, çıxan zənglər, nömrə sahiblərinin anket məlumatlarının, sms mətnlərinin, anten məlumatlarının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən götürülməsinə dair qərar qəbul olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, zərərçəkmiş şəxsin istifadəsində olan 070 413 13 80 saylı nömrədən təqsirləndirilən şəxsin həyat yoldaşının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə 22:56:17-də zəng olunaraq 512 saniyəlik danışıq aparıılmışdır. Bu zərərçəkmiş şəxsin qeyd edtdiyi kimi telefonunu təqsirləndirilən şəxsə danışmaq üçün verməsi faktını təsdiq edir. Təqsirləndirilən şəxsin istifadəsində olan 070 233 81 01 saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 17:38:34 –də ***-***-**-** telefon nömrəsindən “Ruslan, mənim hörmət etdiyim uşağın telefonunu alırsan...........“ məzmunlu sms göndərilmişdir. Bu isə onu göstərir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamdakı kimi məhz 15 avqust 2022-ci il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxsin telefonun soyğunçuluq edilərək alınması öz təsdiqini tapmır. Məhkəmə baxışının hədlərini tənzimləyən AR CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmənin məhkəmə baxışının hədlərinə münasibətdə səlahiyyəti yalnız təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, verilən ittihamdan ayrı-ayrı bəndləri çıxartmaqla məhdudlaşmışdır. Məhkəmənin ittihamın məzmununa dəyişiklik etmək kimi bir səlahiyyəti yoxdur. Əks yanaşma məhkəməyə xas olmayan ittiham tərəfinə aid funksiyanın üzərinə götürülməsi olmaqla cinayət prosesində məhkəmənin həyata keçirdiyi tərəfsiz arbitr rolu ilə bir araya sığmır. İstinad olunan sübut növlərindən biri zərərçəkmiş şəxsin ifadəsidir ki, zərərçəkmiş şəxs məhkəmə iclasında istintaqda onun ifadəsi kimi qeyd edilən ifadədən tam fərqli ifadə vermişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında israrlı şəkildə məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, istintaq zamanı məhkəmədə bildirdiyi məlumatları qeyd etdiyini, ifadəsini oxumadan imzaladığını bildirmişdir. Məhkəmə yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadə işin hallarına daha uyğun olduğundan onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi daha inandırıcı hesab olunaraq qəbul olunmalıdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, təqsirləndirilən şəxslə bir məhəllədə yaşamışlar. Ruslanın ondan telefonu konturu olmadığından danışmaq üçün götürdüyünü, həqiqətən telefonla kiminləsə danışmışdır. (Bunu əldə olunmuş telefon məlumatlarından, yəni zərərçəkmiş şəxsin istifadəsində olan 070 413 13 80 saylı nömrədən təqsirləndirilən şəxsin həyat yoldaşının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə 22:56:17-də zəng olunaraq 512 saniyəlik danışığın qeydə alınması da təsdiq edir.) Ruslanın kənara çəkilməsi və bir qədər çox danışmasından əsəbiləşib onunla kobud danışmışdır. Bu zaman Ruslan ona telefonu valideyninə verəcəyini bildirərək telefonu ona geri qaytarmamışdır. Bu cavabdan sonra isə o, oradan çıxıb getmişdir. Əldə olunmuş telefon məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixdən sonra telefon işlək vəziyyətdə olmamışdır. Telefon bir daha xx.xx.2022-ci il tarixdə işlək vəziyyətə salınmışdır. xx.xx.2022-ci il tarixdən isə telefonla məhz zərərçəkmiş şəxsin əvvəllər danışıq apardığı nömrələrlə danışıqlar aparılmışdır. Zərərçəkmiş şəxs də məhkəmə iclasında bildirmişdir ki, telefonu ya polisə şikayət etdiyi gün yaxud ondan sonrakı gün geri almış və təqsirləndirilən şəxsin onun barəsində polisə şikayət etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilən 12-ci PŞ-nin təhqiqatçı da bildirmişdir ki, o, Təqsirləndirilən şəxs izahatını ala bilməmiş, ondan şikayət olunması barədə tərəfindən Təqsirləndirilən şəxs məlumat verilməmişdir. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxs əvvəllər də təqsirləndirilən şəxsə telefonu danışmaq üçün verdiyini bildirmişdir. Bu faktı da əldə olunmuş telefon məlumatları təsdiq edir. Belə ki, həmin məlumatlardan görünür ki, zərərçəkmiş şəxsin istifadəsində olan 070 413 13 80 saylı nömrədən təqsirləndirilən şəxsin həyat yoldaşının istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 10:09:24-də zəng olunaraq 57 saniyəlik danışıq qeydə alınmışdır. Bundan başqa zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs telefonu özündə saxlayarkən ona qarşı hədə qorxu gəlməmiş, təzyiq göstərməmişdir. Valideyni gələcəyi halda telefonu ona verəcəyini bildirmişdir. Bundan sonra o, heçnə demədən çıxıb getmişdir. Valideynlərinə bu barədə məlumat verməmişdir. Qardaşına bildirmiş və onunla birlikdə gedib telefonu Ruslandan götürmüşlər. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin bir-birini öncədən tanıması, əvvəllər də zərərçəkmiş şəxsin öz telefonunu danışmaq üçün təqsirləndirilən şəxsə verməsi, təqsirləndirilən şəxsin telefonu zərərçəkmiş şəxsdən danışmaq üçün alması və həqiqətən telefonla danışması, zərərçəkmiş şəxsin onunla kobud danışması səbəbindən telefonu valideyninə verəcəyini bildirməsi, polisə şikayət verilməsindən məlumatsız olduğu halda telefonu geri qaytarması, telefona istədiyi şəkildə sərəncam vermək imkanı olduğu halda bunu etməməsi talamaq niyyətinin olmadığının göstəricisdir. Belə ki, soyğunçuluq cinayət talamanın formalarından biridir. Talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Tamah məqsədi isə soyğunçuluq cinayətinin subyektiv cəhətinin zəruri əlaməti hesab olunur. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 8-ci bəndində əsasən tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. Əməlin talama cinayəti kimi tövsif olunması üçün əşyanın faktiki olaraq təqsirləndirilən şəxsin ixtiyarında olması kifayət deyil. Talama məqsədinin, yəni təqsirkarın tamah məqsədi ilə hərəkət etməsinin müyyən olunması zəruri şərtdir. Hazırki işin halları ilə təqsirləndirilən şəxsin məhz tamah niyyəti ilə telefonu özündə saxlaması müəyyən olunmamışdır. Tərəflərin öncədən bir-birini tanıması, zərərçəkmiş şəxsin bildirdiyi kimi telefonu əvvəllər də danışmaq üçün təqsirləndirilən şəxsə verməsi, telefonun artıq xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsə qaytarılmış olması onun tamah niyyətinin olmadığının göstəricidir. AR Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. AR CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; AR CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “məhkəmə hökmü” haqqında xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 57-ci bəndinə əsasən CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Həmin qərarın 58-ci bənində əsasən əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 180.1-ci maddəsinin tərkibi olmadığından ona AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan xuliqanlıq cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarına əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 olsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək prospekti 32 ünvanında yerləşən "Oba" marketə daxil olub cəmiyyətdə formalaşmış birgə yaşayış qaydalarına əhəmiyyət vermədən digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edərək ona xəsarət yetirmiş, mağazada olan əşyaları dağıtmış, daha sonra öz qanunsuz hərəkətlərini davam etdirərək marketin müdirinə qarşı fiziki zor tətbiq etməklə ona xəsarət yetirərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol vermişdir ki, bununla marketdə olan şəxslərin narahatçılığıa, yaranmış səs-küyə digər insanların yığılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CPM-nin 357.0.5-ci maddəsinə əsasən qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(008)-203/2021 saylı qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 1 (003)-183/2019 saylı hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 03 ay 17 gün dəyişdirilərək 07 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Lakin AR CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. AR CM-nin 221.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olduğundan təqsirləndirilən şəxsin məhkumluğu götürülmədən və ödənilmədən həmin cinayəti törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq həbsdə olduğu müddət həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınaraq məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığəndan bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 -ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 08 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq Təqsirləndirilən şəxs 08 ay 13 gün həbsdə olması nəzərə alınaraq məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar