Məhkəmə qərarları › İş №1(008)-700/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-700/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-700/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, kərpic zavod yolunda yerləşən hal-hazırda təmir işləri gedən “Bağça Saray” adlı kafenin həyətində, həmin kafedə usta işləyən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəmnində qəsdən sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq sıxıb, onu yerə vuraraq, əli ilə çiynindən tutub yerdə sürüməklə ona sağ diz oynağı nahiyəsinin əzilmiş yarası, boyun nahiyəsinin qançırı, sağ dirsək və hər iki diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2020-ci il tarixdən etibarən tanıyır. O, “Bağça Saray” kafesində təmir işləri məşğul olmuş, Zərərçəkmiş şəxs isə həmin kafedə olan kabab manqalının yerini dəyişdirərək başqa hissəyə quraşdırmışdır. 13 avqust 2024-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, kərpic zavod yolunda yerləşən təmir işləri gedən “Bağça Saray” kafesinin həyətində olduğu zaman Zərərçəkmiş şəxs onu yaxınlaşaraq taxta istəmiş, o, Zərərçəkmiş şəxs taxtaların olduğu yeri göstərmişdir. Zərərçəkmiş şəxs taxtalardan ayaqaltı düzəldəcəyini, lakin, həmin taxtaların buna uyğun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs onun istifadə etdiyi ayaqaltını götürmüş, o, Zərərçəkmiş şəxs öz iradını bildirdiyi zaman aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs sözlərindən əsəbləşərək boğaz nahiyəsindən tutaraq sıxıb, onu yerə yıxmış, əli ilə çiynindən tutub yerdə sürümüşdür. Zərərçəkmiş şəxs xəsarət aldığını görərək oradan uzaqlaşmışdır. Aralarında baş vermiş mübahisə təxminən bir neçə dəqiqə davam etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında kirayə yaşayır. Təqsirləndirilən şəxs 2020-ci il tarixdən etibarən tanıyır. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hadisədən bir neçə gün əvvəl “Bağça Saray” kafesində işə başlamışdır. 13 avqust 2024-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, kərpic zavod yolunda yerləşən təmir işləri gedən “Bağça Saray” kafesinin həyətində olduğu zaman ayaqaltı düzəltmək üçün taxta lazım olmuş, Təqsirləndirilən şəxs yaxınlaşaraq taxtaların yerini soruşmuşdur. Təqsirləndirilən şəxs ona taxtaların yerini göstərmiş, o, taxtalara baxdıqdan sonra yarasız halda olduqlarını görərək Təqsirləndirilən şəxs yaxınlaşaraq onun ayaqaltı olaraq istifadə etdiyi taxtalardan götürmüşdür. Təqsirləndirilən şəxs istifadə etdiyi taxtanı götürməyinə əsəbləşərək ondan taxtanı geri qaytarmasını tələb etmiş, bununla bağlı, aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs sağ əli ilə onun boğaz nahiyəsindən tutaraq zərbə ilə yerə yıxmış, ayağa qalxmaq istəyən zaman çiyinlərindən tutaraq təxminən 01 (bir) metr yerdə sürümüşdür. O, ayağa qalxan zaman sağ dirsəyində, hər iki diz oynağında və boğaz nahiyəsində xəsarətlər görmüşdür. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmış, o, 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. İş materiallarının 21-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 1989 nömrəli, 15 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağı nahiyəsinin əzilmiş yarası, boyun nahiyəsinin qançırı, sağ dirsək və hər iki diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığla YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarının 61-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 30 avqust 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar